Erməni generalla dost olan azərbaycanlı siyasətçi
Günün sitatı17 iyul 2021 13:03
Teleqraf.com-un "Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə edilən şəxs türk tarixinin ən tanınmış simalarından biridir.
Ələkbər bəy Tufan (Əli Əkbər Tufan) – azərbaycanlı əsilli türk siyasətçi, İğdır Milli Cümhuriyyətinin başçısı.
Ələkbər bəy 1870-ci il yanvarın 14-də o zaman İrəvan quberniyasının tərkibində olan İğdırın Mələkli kəndində anadan olub. Dövründə İğdırda Ramazanoğlu soyadıyla tanınan böyük və nüfuzlu ailənin üzvü olub.
Ələkbər bəy İrəvan Rus Gimnaziyasını bitirib.
Türklərin təşkilatlanması
Müsavat Partiyasından Rus İmperiyası Çar Dumasının son dövr İrəvan, eyni zamanda həmin partiyanın I çağırış İğdır millət vəkili olub. Difai Təşkilatı və İttihadi İslam Türk Birlik Cəmiyyətinin İğdır təmsilçisi və Müsavat Partiyasının İrəvandakı nümayəndəsi vəzifələrini icra edib.
Birinci Dünya Müharibəsi dövründə Xeyriyyə Cəmiyyətinin (Cəmiyyəti Xeyriyyə) İğdır nümayəndəsi olaraq Balkan müharibəsi və Sarıqamış əməliyyatlarında Qafqazda türk ordusu üçün maddi yardım kampaniyası təşkil edib və həyata keçirib.
Çar Rusiyasının dağılmasından sonra yaranmış siyasi boşluq səbəbindən doğulduğu İğdıra qayıdıb və gələcəkdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olacaq Məhəmməd Əmin Rəsulazadə ilə birlikdə eyni vaxtda fəaliyyətə başlayıb. Həmin dövrdə türk ordusunun İğdıra çatmasını təmin etmək məqsədilə müsəlmanları təşkilatlandıraraq İğdır İcraiyyə Komitəsini qurub. Komitə iki il – 1915-1917-ci illərdə fəaliyyət göstərib. Ermənilərin də qatıldığı, rəhbəri türk olmaq şərtilə beş erməni və beş türkdən ibarət olan komitənin rəhbər səlahiyyətlərini üzərinə götürüb.
İğdır Cümhuriyyətinin qurulması
Ermənilər Bakıya hücum etdikdən sonra iğdırlı ermənilər rəhbərlikdən istefa verdilər. Bundan sonra İğdırın mərkəzində olan hökumət binası 4 min nəfər əhalisi olan Mələkliyə köçürüldü və İğdır, Duzluca, Aralıq, Şərur, Şərqi Bəyazid, Vedibasar və Sərdarabadı əhatə edən İğdır Milli Cümhuriyyəti elan edildi. Cümhuriyyətin paytaxtı Mələkli seçildi. Ələkbər bəyin rəhbər seçildiyi cümhuriyyət Zaqafqaziya Seymi tərəfindən tanınmışdı. Bir sıra mənbələrə görə, bu, tarixdə tanınmış ilk müstəqil türk respublikası idi. Cümhuriyyət 1918-1920-ci illərdə - iki il mövcud olub.
Qafqazda türkləri silahlandırmaq məqsədi ilə keçirilən gizli Tiflis Türk Konqresinə qatılan Ələkbər bəy İğdır Milli Hökumət birliklərini daşnak dəstələrinə qarşı özünü müdafiə edə biləcək gücə çevirən silah təminatını Məhəmməd Əmin Rəsulzadənin köməyi ilə tədarük etmişdi.
"Vilson prinsipləri” adı altında bölgəyə gələn ABŞ baş qərargah rəisi, general Ceyms Harbord Ələkbər bəylə bölgəni gəzərək, Müttəfiq Dövlətlərə "Böyük Ermənistan” adlanan yerdə heç bir erməni görmədim” qeydi olan hesabatı göndərmişdi. Bu, Lozanna sülh müqaviləsi qüvvədə olduğu dövrə qədər İğdırın Türkiyə sərhədləri içində qalması üçün atılmış addım oldu.
General Dronun məğlubiyyəti
Ələkbər bəy Tufan Erməni İnqilab Federasiyasının (Daşnaksütyun) lideri, İrəvan Gimnaziyasından və İğdırdan uşaqlıq dostu general Drastamat Kanayanla ("General Dro”) savaşan iki xalqın lideri olaraq üz-üzə gəldi. General Dro Mələkli-Kirələr döyüşündə Ələkbər bəyə məğlub oldu.
Ələkbər bəy milli mübarizə zamanı bölgədə qurulan Araz Türk Cümhuriyyəti, Cənub-Qərbi Qafqaz Hökuməti, Zaqafqaziya Seymi və Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları arasında yer alıb. Cənub-Qərbi Qafqaz Hökumətini dağıtmaq üçün bölgəyə gələn Anzak qoşunları ilə döyüşərək, onları bölgədən uzaqlaşdırıb.
1920-ci ilin iyununda şiddətlənən erməni hücumlarına qarşı Ərhacı bölgəsinə çəkilmək qərarı verən Ələkbər bəy 1920-ci il noyabrın 12-də bölgəyə çatan Kazım Qarabəkir Paşanın komandanlığındakı türk ordusuna 10 mindən çox hərbi qüvvə ilə dəstək verərək, Araz çayı boyunca yerləşən erməni qüvvələrinə qarşı hücum təşkil edib.
Müharibədən sonra
Ağır müharibə günlərində müxtəlif səbəblərdən valideynləri və qızını itirən Ələkbər bəy Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Sürməlidə Türk Ocağının başına keçib. Eyni zamanda, İğdıra köç edən insanların problemlərinin həlli ilə məşğul olub, bələdiyyə sahəsində fəaliyyət göstərib və bir çox siyasi partiyanın qurulmasına öncüllük edib.
1970-ci il noyabrın 13-də həyata gözlərini yuman Ələkbər bəyin ölümü Güney Azərbaycan, Türkiyə və Azərbaycanda kədərlə qarşılanıb. Cənazəsi Mələkli-Çaybaşı ailə qəbiristanlığında dəfn edilib.
Oxşar xəbərlər
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 2024 13:38
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 2024 21:41
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
Xəbər lenti
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
Video & Fotoqalereya
Video
Fotoqalereya