Cahangir Əsgərov xalqın pulu ilə Moskvada qumar oynayır
Son günlərin ən çox müzakirə edilən mövzularından biri də AZAL-ın fəaliyyətidir. Təyyarə biletlərinin qiyməti baha olsa da, hələ ki, heç bir dəyişiklik yoxdur.
AZAL sədri Cahangir Əsgərov yalnız vətəndaşlar tərəfindən deyil, hətta Milli Məclisdə də sərt tənqid edilir.
Buna baxmayaraq, sözügedən qurumda heç bir islahat aparılmır.
Bəs görəsən C.Əsgərov niyə tənqidlərdən nəticə çıxarmır?
Məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Cahangir Əsgərovun özbaşınalıq etdiyini, tezliklə vəzifədən kənarlaşdırılmalı olduğunu bildirib:
“Cahangir Əsgərov AZAL-ı anarxiyaya çevirib. Heç kəsi saymır, özbaşınalıq edir, bəzən başqa adamların adından istifadə edir. O, birmənalı şəkildə həbs edilməlidir, vəzifədə qalması Azərbaycan xalqına baş qaxıncıdır. Düşünürəm ki, bu cür məmurlar ölkədə vəziyyəti gərginləşdirməkdən ötrü əllərindən nə gəlirsə, edirlər. C.Əsgərov AZAL-ı elə günə qoyub ki, şirkət dünyada ən aşağı yerlərdən birini tutur. Qiymətlər kəllə-çarxa qalxıb, xidmət yoxdur, rüşvət baş alıb gedir… Dövlət AZAL-a nəqədər maliyyə yardımı edib, amma hamısı yeyilib, batıb, Cahangir də gedib xaricdə otellərə, mülklərə sahiblik edib. Cəzasızlıq olanda belə olur, təcili həbs edilməlidir, o adamın vəzifədə qalmağa mənəvi haqqı yoxdur. Dövlətə ləkədir. Milyonlarla insan AZAL-dan istifadə edib, hamısı narazıdır. AZAL-ın qoyduğu qiymətlər dünyanın heç bir yerində yoxdur. Cahangir kiməsə arxayındır, ona güvənir. İnsanlar da fikirləşir ki, ona nəsə desək deyəcək ki, “gedin işinizlə məşğul olun”. Tək C.Əsgərov deyil, məmurların əksəriyyəti belədir”.
Partiya sədri qərəzli mövqe sərgiləmədiyini qeyd edərək, işini vicdanla görən məmurların olduğunu da deyib:
“Bəzən bizə deyirlər ki, qarayaxma kampaniyası aparırsınız. Xeyr, belə deyil. Biz işini görən, ədalətli məmurlardan da danışırıq. Məsələn, Şuşa yolunun çəkilməsi fəxr olunası işdir. Buna görə həmin adamlara təşəkkür düşür. Əgər mən Şuşaya asfaltla gedəcəyəmsə, buna görə minnətdar olmalıyam.
Biz yaxşıya yaxşı, pisə pis deyirik, qərəzli mövqedə deyilik. Cahangir Əsgərovu yoxlasalar məlum olacaq ki, dövlətin və xalqın milyonlarla manat pulunu yeyib. Bu gün də gedib müəyyən dairələrə qoşulub. Məsələn, Moskvada AST Telmanla gedib qumar oynayırlar, başqa yerlərdə qələtlər edirlər. Keçmişdə hakimiyyətin zəifləməsi üçün müəyyən kanallarla dostluq edirdilər. Bu baxımdan AZAL artıq Azərbaycanda bütün qırmızı xəttləri keçib, xalqa xəyanət edir”.Yenisabah.az
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 2024 21:11
- Korrupsiyada adı hallanan vəzifəli şəxsləri GECƏ PALTARINDA xalqın qarşısına çıxardılar - FOTO
18 noyabr 2024 17:15
- Gələn il dəfn üçün ÖLÜ PULU 960 manat olacaq
18 noyabr 2024 14:07
- Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb
17 noyabr 2024 21:36
- 17 noyabr - Milli müstəqillik salnaməmizin Epiqrafı
17 noyabr 2024 20:49
- COP29 dövlətimizin üçüncü tarixi qələbəsidir - Anardan Prezidentə müraciət
16 noyabr 2024 11:35
- Azərbaycanlı general və şəriki tərliklə 10 milyonlarla pul -yuyub
12 noyabr 2024 18:58
- 11 günümüz var, 100 milyardlarla dollar... - Babayev
12 noyabr 2024 12:03
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 2024 21:16
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00