Azərabcanlı "Lomonosov " müharibədə şəhid oldu
Günün sitatı27 iyun 2021 18:08
Mikayıl Xıdırzadə 1911-ci ildə Gədəbəyin Miskinli kəndində anadan olub. Gədəbəy rayon Miskinli Kənd 1- saylı tam orta məktəbində və əmisi Molla Məhəmməd bəyin öz vəsaiti hesabına tiktirdiyi və maaşını öz hesabına verərək işə götürdüyü müəllimin olduğu Molla Məhəmməd məktəbində təhsil almışdır. Həmin məktəbdə 12 elm xadimi yetişmişdir . Əmisi oğulları Almaniyada ilk təhsil almış Azərbaycanlı 1935-1938 – ci illərdə səhiyyə naziri Müseyib Hüseynov, Əməkdar elm xadimi professor Məhərrəm Hüseynov, Sosial təminat naziri Rəhim hüseynov, Görkəmli həkim professor Oskar Hüseynov və,s şəxsiyyətlər yetişib. Orta məktəbi bitirdikdən sonra Mikayıl Xıdırzadə M.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. O, M.Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olan ilk Azərbaycanlı olub. Burda oxuduğu zaman müəllimləri onu Mixayıl Lomonosova bənzədir və Mikayıl müəllimə "Mixayıl” deyə səslənirlər.
1937-ci ildə ali təhsilini bitirdikdən sonra Mikayıl Xıdırzadə Bakıya dönmək istəyir , lakin müəllimləri ona icazə vermir. Mikayıl müəllim ona vətəndə daha çox ehtiyacın olduğunu və getməyinin vacib olduğunu bildirir, 1937-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, 1938-ci ildən isə dekan kimi çalışıb. Mikayıl müəllim fakultənin ilk Azərbaycanlı dekanı olub. Mikayıl müəllim vətənpərvər ziyalılarımızdan idi. O hər zaman dərs zamanı öz tələbələrinə vətənpərvərliyi aşılayırdı . Mikayıl müəllim imkanı olmayan rayondan gələn tələbələrini dərs başlayandan bitənə kimi öz evində qalmasını təmin edirdi. Və imkanı olmayan tələbələrinə hər zaman maddi yardım göstərərdi. Az müddətdə xeyli riyaziyyatçı yetişdirə bilib. Onun ən məşhur tələbələrindən biri
Professor, Azərbaycan SSR EA-nın müxbir üzvü Qoşqar Əhmədov olub. Qoşqar Əhmədovun elmi-tədqiqat işlərinə marağın oyanmasında, müəllimi Mikayıl Xıdırzadənin əvəzsiz xidmətləri olmuşdur. 1936-cı ildə Qoşqar Teymur oğlu Əhmədov Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat” bölməsinə və Tibb İnstituna daxil olmuşdur. (O vaxt eyni zamanda iki institutda oxumağa icazə verilirdi) Qoşqar Əhmədov bir il bu ali məktəblərin hər ikisində əla qiymətlərlə oxuyub. Lakin bir ildən sonra eyni zamanda iki ali məktəbdə təhsil almaq qaydasına son qoyulub. Müəllimi Mikayıl Xıdırzadənin təkidi ilə Qoşqar Əhmədov, Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat” bölməsində təhsilini davam etdirməli olur. Mikayıl müəllimin fəal olması vətənpərvər olması və öz tələbələrinə vətənpərvərliyi aşılamsı o vaxt ki, dövr üçün təhlükəli hesab olunurdu. Mikayıl müəllim isə öz yolundan dönmür və özünü hə zaman vətəni üçün qurban verməyə hazır olduğunu bildirib. 1937- ci il və sonraları Azərbaycanın vətənpərvər və ziyalı, talantlı, intellektual insanları üçün təssüf ki, o qədərdə yaxşı olmur. Və o dövrdə baş verən hadisələr Mikayıl müəllimdən də yan keçməyib , Mikayıl müəllimin adını repressiyaya məruz qalacaq insanların, dəyərli elm xadimlərimizin siyahısına əlavə edirlər. Mikayıl müəllim düşünür ki, vətən xaini damğası vurularaq ölməkdənsə qəhraman kimi ölmək şərəfli ölümdür. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayarkən səfərbərliyə cəlb olunmamaq hüququna malik olmasına baxmayaraq, Mikayıl Xıdırzadə könüllü olaraq ordu sıralarına yazılıb və cəbhəyə yollanıb. Özünü rəşadətli döyüşçü kimi göstərərək topçu bölüyünün komandiri olub və bir neçə orden və medalla təltif olunub. M.Lomonosov adına Moskva Dövlət Universitetinin – müəllimləri və rəhbərliyi Mikayıl müəllimon döyüşlərdə olduğunu öyrənirlər. Və onun arxasınca heyət göndərirlər ki, Mikayıl müəllimi gətirsinlər. Lakin, Mikayıl Xıdırzadə 1944-cü ildə Belarusiyanın Vitebsk şəhəri uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Belarusiya, Vitebsk şəhəri, Oktyabr sovetliyi ərazisində dəfn edilir. Oğlu Zaur Xıdırzadə xatirəsini əbədiləşdirmək üçün Miskinli kənd qəbiristanlığında Mikayıl müəllimin atasının və qardaşlarının yanında məzar daşını qoydurur. Ölümdən sonra Sovet İttifaqı Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə 26 fevral 1946 və 15 avqust 1947- ci illərdə orden ilə təltif edilmişdir.
Azərbaycan müstəqil olduqdan sonra Ümumi milli lider Ulu öndər Heydər Əliyev repressiya qurbanlarının, və sovet dövründə haqsızlıqlara məruz qalmış elm xadimlərimizin xatirəsini əbədiləşdirmək üçün bir çox işlər görmüşdür. Və Cənab Prezidentimiz İlham Əliyev Ulu öndərin siyasətinin davamçısı olaraq tariximizə və tarixi şəxsiyyətlərimizə yüksək dəyər verir. 29 sentyabr 2012-ci ildə Gədəbəy rayon Mədəniyyət evində 100-illik yubleyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə, alimlər, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.Gədəbəy Rayon İcra Başçısının 31 iyul 2014-cü il tarixli, 205- nömrəli Sərancamı ilə Gədəbəy şəhərində küçlərin birinə Mikayıl Xıdırzadənin adı verilmişdir. Oxuduğu Miskinli kənd 1-saylı tam orta məktəb Mikayıl Xıdırzadənin adını daşıyır .
Oxşar xəbərlər
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 2024 19:15
- Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev
17 dekabr 2024 22:31
- Tramp: Suriyadakı güc Türkiyədir… Ərdoğanla çox yaxşı anlaşırıq, o çox ağıllı bir adamdır
17 dekabr 2024 11:01
- ŞOK! 1 AYDA 37 NƏFƏR SAXTA İÇKİDƏN ÖLDÜ
16 dekabr 2024 18:27
Xəbər lenti
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
Video & Fotoqalereya
Video
Fotoqalereya