İcra başçısının sürücüsü 10 milyonu götürüb xaricə qaçıb ŞOK
Maqazin10 iyun 2021 03:40

Mətbuatda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov haqqında sensasiyalı xəbər yayılıb.
Musavat.com saytı məlumatlı mənbələrə istinadən yazıb ki, icra başçısının illərlə topladığı, sürücüsü Mahirin və onun yaxınlarının adına rəsmiləşdirdiyi əmlaklar əlindən çıxıb.
“İddia olunur ki, sürücüsü Süleyman Mikayılovdan xəbərsiz özünün və yaxınlarının adına olan, dəyəri bir neçə milyonla ölçülən əmlakları müxtəlif şəxslərə satıb. Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb. Süleyman Mikayılov nə baş verdiyindən xəbər tutanda isə sürücü artıq ölkədə olmayıb”, – məlumatda qeyd olunur.
İddiaya görə, hazırda Süleyman Mikayılov çox çətin durumdadır: “Sürücünün rəsmi axtarışa verilməsinin onun özünün karyerasını sual altına qoyacağını bilir. Anlayır ki, Mahir əli qandallı, rəsmi olaraq tutulub ölkəyə gətirilərsə və istintaqa cəlb olunarsa, dəyəri 10 milyonlarla ölçülən varidatı da rəsmi olaraq, etiraf etməlidir. Azərbaycanda vəzifədə olan və korrupsiya bataqlığında çabalayan hər bir məmur üçün bundan “qorxulu yuxu” yoxdur”.
Süleyman Mikayılov bu gün LAF.TV-yə müsahibəsində barəsində yayılan informasiyalara aydınlıq gətirib. İcra başçısının adıçəkilən telekanalın rəhbəri Ləman Ələşrəfqızı ilə müsahibəsini təqdim edirik:
– Süleyman müəllim, bu gün “Yeni Müsavat” qəzeti yazıb ki, sürücünüz sizə məxsus 10 milyonu götürüb qaçıb…
– Nə vaxt? Elə şey ola bilər?
– Azərbaycanda hər şey ola bilər…
– Yox, bu tam cəfəngiyyat bir şeydir…
– Sizdə 10 milyon yoxdur, yoxsa…
– Yazıblar ki, bir neçə gün bundan qabaq pulu götürüb gedib. Mənim şoferim 15 ildir yanımdadır. Sadəcə onun yoldaşı ağır xəstə olub. Ötən ilin avqust ayında ərizə yazdı, xahiş etdi ki, mən gedim, xəstə düzələndən sonra qayıdaram. Mən də dedim ki, problem yoxdur. Yazırlar ki, respublikanı tərk edib filan. Bunlar yalan söhbətlərdir.
– İcra başçılarının adları tez-tez 10, milyon, 100 milyon qalmaqallarında hallanır…
– Siz heç təsəvvür edirsiz, 10 milyon pul nə qədərdir?! Mən orta məktəbdə oxumuşam, 10 milyonu saymaq üçün 4 ay vaxt lazımdır…
– Amma saymaq vaxtını bilirsiz ha…
– Yalan söhbətdir. Mənim 10 milyon, 5 milyon… Bunlar hər şeyi boş şeyə çeviriblər. Hamısı cəfəngiyyatdır.
– Süleyman müəllim, sizin haqqınızda Vikipediya məlumatlarına baxdım. Orada yazılıb ki, Lənkəran cinayətkar qrupunun liderlərinin siyahısına daxilsiz…
– Ay xanım, bu nə sözdür, cinayətkar adam…
– Süleyman müəllim, bu sizin haqqınızda rəsmi məlumatlar olan Vikipediya səhifəsində yazılıb…
– Mən icra başçısıyam, dövlət məmuruyam. Mənim nə mətbuat xidmətim var, nə də onlarla maraqlanıram.
– Siz heç bilirsizmi, Vikipediya səhifəsi nədir?
– Heç oxumamışam da. Mən neynəməliyəm ki?
– Ən azı oxumalısız, yeniləməlisiz… Burada haqqınızda oxuyuruq, Lənkəranın, Yardımlının, Qaradağın icra başçısı olmusuz, Prezident bu vəzifələrə sizi təyin edib. Amma burada mafiya başçısı kimi təqdim olunursuz…
– Bir adam tap ver də, məşğul olsun.
– Biz niyə məşğul olmalıyıq, sizin mətbuat xidmətiniz, icra aparatınız var, onlar məşğul olsunlar. Süleyman müəllim, milyonlardan söz düşmüşkən, sizin neçə milyonunuz var?
– (gülür) Hamısı yalan söhbətdir…
Oxşar xəbərlər
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 2025 00:27
- Futbolçularımız bozbaş yeməyə öyrəşiblər deyə .... – Aqil Abbas
26 mart 2025 22:24
- Pezeşkian Urmiya gölünə getdi
26 mart 2025 17:24
- -Sumqayıt Nəqliyyat-a yeni direktor təyin edilib
26 mart 2025 15:57
- 24 yaşlı oğlan həmin 13 yaşlı ilə bir evdə yaşayır – Kəmalə Ağazadə
26 mart 2025 14:39
- CHP İmamoğlunun yerinə onu seçdi: Nuri Aslan kimdir?
26 mart 2025 11:55
Xəbər lenti
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
Video & Fotoqalereya
Video
Fotoqalereya