Axundovanın oğlunun cinayət dosyesi... – Prokurorluq 4 ildir susur

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın oğlu Həbib Axundovun yaxtasında baş verən ölüm işinin 4-cü ili tamamlanmaq üzrədir. Amma ötən müddət ərzində “Miss Lafarella” internet yarışmasının iştirakçısı, model Günel Rəşid qızı Mirzəyevanın hansı şəraitdə ölməsi araşdırılmamış qalıb.
Kim idi Günel Mirzəyeva?
25 yaşlı Günel Mirzəyeva ölümünə qədər Həbib Axundovla olduqca məhrəm münasibətlərdə olub. Bu, danılmaz faktdır və sosial şəbəkələrdə bu faktı təsdiq edən videolar var. Onun hamilə olması xəbərləri də yayılmışdı.
Günel Mirzəyeva sirli ölümündən əvvəl ailəli olub. Bununla belə Həbib Axundov Günel Mirzəyevaya “Jeep Wrangler” markalı maşın bağışlayıb. Günel Mirzəyeva uzun müddət Həbib Axundovun adına olan Nəsimi rayonu, Vəzirov küçəsi 50 ünvanında yerləşən 3 nömrəli mənzildə yaşayıb. Həbib Axundovla sıcaq münasibətləri yaranandan sonra isə həyat yoldaşından boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə verib. Onun məhkəmələrdə nümayədəsi kimi çıxış edən isə Həbib Axundovun anası Elmira Axundovanı məhkəmələrdə nümayəndə olaraq təmsil edən Rövşən Yusifov olub.
Elmira Axundova təkzib və təsdiq edir
26 iyun 2017-ci ildə Xəzər dənizinin Bilgəh qəsəbəsi ərazisində bu günə qədər sirri açılmayan ölüm hadisəsi baş verdi. Günel Mirzəyeva dəniz sahilindən 300 metr aralıda müəmmalı şəkildə suya düşdü. Xəbər mətbuat səhifələrinə çıxandan sonra Günel Mirzəyevanın Həbib Axundovla münasibətləri də gündəmə gəldi. Elmira Axundova tələsik mətbuata çıxıb oğlu ilə meyiti dənizdə axtarılan modelin əlaqəsini təkzib etdi. Dedi ki, mənim oğlumun bu ölümdən xəbəri olmayıb. Əlavə də etdi ki, bəs oğlum orada olsaydı, modeli dənizin dibinə getməyə imkan verməzdi, bəs oğlu üzgüçüdür.
Növbəti gün isə Elmira Axundova yenidən danışdı. Bu dəfə də dedi ki, oğlum hadisə zamanı dəniz sahilində olub, Günel Mirzəyeva isə dənizdə üzən yaxtada. Ona görə də Günel Mirzəyeva suda boğulanda onu xilas edə bilməyib.
Elmira Axundova təkzib və təsdiq çıxışları ilə oğlunu xilas etməyə çalışdığı vaxtda Fövqəladə Hallar Nazirliyinin dalğıcları dənizdə Günel Mirzəyevanın meyitini axtarırdı. Elmira Axundovanın sürücüsü Fərrux Adnayev isə Günel Mirzəyevanın yaşadığı binanın önündə keşik çəkirdi!
Səbəb də sadə idi: Axundova sürücüsünü Günel Mirzəyevanın qapısına göndərməklə onun evinə gedib-gələnlərin kimliyini nəarət altında saxlamağa, xüsusilə mətbuat nümayəndələrinin ora getməsini əngəlləməyə çalışırdı. Belə də olmuşdu. Əraziyə gedən mətbuat nümayəndələrinin qarşısını Adnayev kəsmişdi, ailənin jurnalistlərlə görüşmək istəmədiyi deməklə evə yaxın buraxmamışdı!
Sual olunur: Elmira Axundovanın sürücüsü bunu özbaşına edə bilərdimi?
Sonradan ortaya çıxan və bu günə qədər araşdırılmayan faktlar isə onu deməyə əsas verir ki, Günel Mirzəyeva dənizdə çabalayıb, boğulub imdad diləyərkən Həbib Axundov yaxınlıqdakı yaxtadan onu seyr edib. Faktiki olaraq Günel Mirzəyevanın həmin gün Bilgəhdə dənizdə, yaxtada olma səbəbi də məhz Həbib Axundov olub.
Həmin günlərdə Axundovlar Günel Mirzəyevanın müəmmalı ölümünün mümkün qədər mətbuatdan kənar saxlamağa çalışırdı. Nəhayət, Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlandı. Əslində isə faktlar iş üzrə daha ağır maddə ilə cinayət işinin başlanması üçün əsas verirdi.
Bəs ehtiyatsızlıq edib Günel Mirzəyevanın ölümünə səbəb olan kim olub? Həbib Axundov yoxsa başqa biri? Dənizə Həbib Axundovun yaxtasında çıxan Günel Mirzəyevanın ölümünə ondan savayı kimsə bais ola bilərdimi?
Sirli ölüm işi baş verəndən az sonra modelin dənizə kiminlə, kimin yaxtasında çıxması haqda rəsmi qurumlardan yalnız Fövqəladə Hallar Nazirliyi uyğun mövqe nümayiş etdirib məlumat açıqladı. FHN-in jurnalist sorğusuna verdiyi cavab ümumilkdə Sabunçu Rayon Prokuroluğunun iş üzrə apardığı istintaqı şübhə altına qoyur. Sorğu üzrə FHN-ə ünvanlanan sualları və verilən cavabları təqdim edirik:
Sual:
- Günel Rəşid qızı Mirzəyeva 2017-ci il iyunun 26-da hansı markalı su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxıb?
Cavab:
- 26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.
Sual:
- Həmin su nəqliyyatı vasitəsi ölkəyə nə vaxt, kim tərəfindən gətirilib; kimlərin mülkiyyətində və istifadəsində olub?
Cavab:
- Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.
Sual:
– G.R.Mirzəyeva su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxarkən həmin su nəqliyyatı vasitəsini kim idarə edib?
Cavab:
– Bədbəxt hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub.
Sual:
– Həmin şəxsin su nəqliyyatı vasitəsini idarə etmək hüququ olubmu?
Cavab:
– Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır.
Sual:
– Xəzərin Bilgəh qəsəbəsi hissəsində su nəqliyyatı vasitələrinin sahildən hansı məsafəyə qədər üzməsinə icazə verilir?
Cavab:
– Bu tip katerlərin texniki xarakteristikalarına görə sahildən uzaqlaşma məsafəsi 3 dəniz mili olduğu halda, Xəzər dənizinin xüsusiyyətləri nəzərə alınaraq gəmiyə Xidmət tərəfindən sahildən 2 mil üzmə məsafəsi icazəsi verilmişdir.
Sual:
-G.R.Mirzəyevanın ölümü ilə nəticələnən hadisə ilə bağlı rəhbərlik etdiyiniz nazirliyin müvafiq qurumunun səlahiyyət sahiblərinin məsuliyyəti müəyyən olunubmu?
Cavab:
- Gəmi dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı” qiyməti verilmişdir.
Sözügedən katerin 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici canlıq və 1 sayda dairə ilə təhciz olunub. Bədbəxt hadisə baş verən zaman gəmi texniki cəhətdən saz vəziyyətdə olub. Bədbəxt hadisənin səbəblərinin və şəraitinin təhlili nəticəsində Xidmətin vəzifəli şəxslərinin məsuliyyəti müəyyən olunmamışdır.
Sual:
– G.R.Mirzəyevanın ölümü ilə nəticələnən olayın baş verdiyi gün onun sərnişini olduğu su nəqliyyatı vasitəsində kimlər olub?
Cavab:
– Mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan kiçikhəcmli gəmi sahiblərinin və ya istifadəçilərinin Xidmət qarşısında dənizə çıxma vaxtı və sərnişinlər barədə məlumat vermək öhdəliyi yoxdur.
Sorğuya verilən cavabdan aydın olur ki, Günel Mirzəyeva açıq dənizə məhz Həbib Axundovun yaxtasında çıxıb. Hadisə baş verərkən Həbib Axundov Günel Mirzəyevanın yanında olub. Elmira Axundovanın dediklərinə inansaq, oğlu üzgüçüdür. Elmira Axundova əminliklə deyirdi ki, uzgüçü oğlu orada olacağı təqdirdə bədbəxt qızı xilas edərdi. Fakt ortaya çıxandan sonra Elmira Axundova susur.
Ən başlıca sual: Həbib Axundov niyə Günel Mirzəyeva ölümündən 21 gün sonra yaxtanı başqasının adına keçirib? Bu tələskənliyin səbəbi nə olub?
4 ilə yaxındır ki, Günel Mirzəyevanın sirli ölüm işi araşdırılmamış qalıb. Bu günə qədər də ictimaiyyətə Həbib Axundovun yaxtasında dənizə aparılan, hamilə olması xəbəri təkzib edilməyən modelin hansı şəraitdə suyun dibinə getməsi haqda rəsmi açıqlama verilmir. Həbib Axundovun anasının səfir olması da heç nəyi dəyişmir, Günel Mirzəyevanın sirli ölümü, nəhayət ki, araşdırılmalıdır.
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 2025 20:44
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 2025 14:06
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 2025 00:06
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02