Azərbaycanın ilk KLOUNları
Maqazin23 may 2021 20:21

"Bizim ustadımız, Xalq artisti Bəxtiyar Xanızadə deyirdi ki, bizdən öncə sirkdə bir aktyor olub, adı indi yadımda deyil, o çox gözəl kloun idi. O tək idi. Amma müasir dövrdə ürəklə deyə bilərəm ki, Azərbaycanın ilk klounları bizik-məşhur üçlük, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Qurban Məsimov və mən Elman Rəfiyev. Yəqin ki, bu adlar hamıya tanışdır. Bu klounların da yaradılmasının səbəbkarı Bəxtiyar Xanızadədir"
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, Pantamim teatrının aktyoru və direktoru Elman Rəfiyev deyib.
Sənətkar daha sonra əlavə edib:
"1996-cı ildə televiziyalardan birində yeni il ilə bağlı gözəl bir veriliş çəkilirdi. Xalq artisti Ramiz Həsənoğlu Bəxtiyar Xanızadəni dəvət edib dedi ki, mən istəyirəm, ilk klounlar televiziyaya ayaq açsın. Biz də bu dəvəti sevə-sevə qəbul etdik. İlk idik, yeni idik, Bəxtiyar müəllim hər bizim çıxışımızdan sonra məsləhətlərini verirdi, başa salırdı ki, klounada janrı nədir? O vaxt internet çox inkişaf etməmişdi, ordan-burdan məlumatlar toplayırdıq, Bəxtiyar müəllim əlində olan video yazıları bizə göstərirdi. Biz efirə çıxsaq da adsız idik. Adımızın yaranmasının da çox maraqlı tarixçəsi var. Həmin verilişdə bütün yeni il gecəsini biz aparırdıq. Rəhmətlik meyxanaçılar Nizami Rəmzi və Kəbir meyxana deyirdi, biz də onların yanında çırtma çalırdıq. Nizami Rəmzi baxdı bizə və dedi ki, siz nə yaxşı klounlarsız. Bizim də 25 yaşımız ancaq olardı. Soruşdu ki, sizin adınız var? Dedik ki, yox! Başladı danışmağa ki, bizim kənddə iki dost var, hər gün səhər bir-birləri ilə görüşəndə deyirlər ki, "appa nini", o biri də deyir ki, "nini appa". Yəni sabahın xeyir, aqibətin xeyir! Birinizin adı olsun Appa, o birinin isə Nini olsun. Nini adını mən, Appa adını isə Qurban götürdü. Pərviz qaldı kənarda, bir az kədərləndi. Dedi ki, onda sənin də adın olsun "Zır-zır". Uzun müddət biz el şənliklərində, doğum günlərində bu adlarla iştirak etdik. Bəxtiyar Xanızadə həmişə arzulayırdı ki, kloun janrı səhnəyə çıxsın. Çünki səhnədə kloun tamam başqadır. O vaxt bir çox xarici kollektivlərdən klounlar gəlmişdi, biz onları gördük, bu da bir növ bizə dəstək idi. Beləliklə, klounlar səhnəyə çıxdı. Son illərdə teatrımızın aktyoru, Əməkdar artist Bəhruz Vaqifoğlunun quruluş verdiyi "Ora-bura" tamaşasında mən Nini kloun obrazı ilə səhnəyə çıxıram. Kloun janrı insanlar və teatrsevərlər arasında sevilməyə başladı. Biz maska arxasında maskalanmış insanlara baxırıq. Kloun çox çətin janrdır, sən həm hazırcavab olmalısan, söz bazan çox olmalıdır, düşdüyün məqamdan çıxmağı bacarmalısan. Ona görə də hər yerindən duran kloun ola bilməz. Üzünə qrim çəkib, rəngli paltar geyinməklə kloun olmaq olmur, o rənglənmiş oyuncaq olur. Klounun dünyagörüşü olmalıdır, onun həyata baxışı, onun bir istəyi olmalıdır ki, mən bu həyatdan nə istəyirəm?! Kloun həm də insan psixologiyasını bilməlidir, insan psixologiyasını biləndə onlara düzgün yanaşıb, ünsiyyət qurub, zarafat edə bilir".
"Biz kloun deyəndə sirki yada salırıq, sirkdəki kloun aradakı pauzaları doldurmaq üçündür. Onu da deyim ki, biz sirkdə də kloun kimi çıxış etmişik. O da insandan böyük enerji tələb edir, çünki sirkdə kloun kimi çıxış etmək tamam başqa bir istedaddır, səhnədə və el şənliyində isə tamam başqa bir istedad. Get-gedə kloun janrı ucuzlaşdığı üçün biz qərara gəldik ki, həmin o getdiyimiz el şənliklərindən, ad günlərindən uzaqlaşaq. Bəxtiyar müəllim dedi ki, mən istəyirəm, sizin klounlarınız səhnədə öz ağrısını, acısını tamaşaçılara çatdırsın. Beləliklə, klounlarımız sırf səhnədə qaldı. Bir maraqlı hadisəni də sizinlə bölüşmək istəyirəm. Mənim qızım ailə həyatı qurdu, günlərin bir günü qızımın qaynanası mənə bir şəkil yolladı, baxdım gördüm ki, mən kloun geyimində dayanmışam və yanımda 5 uşaq dayanıb. Dedi ki, yanında dayanan oğlan sənin gələcək kürəkənindir. Bu kimi təsadüf hallara dünyada çox az rast gəlinir",deyə Elman Rəfiyev bildirib.





Oxşar xəbərlər
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
2 aprel 2025 12:15
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 2025 21:05
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir - Yaşar Gülər
30 mart 2025 17:18
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 2025 22:18
- Millimiz 10 : 2 hesabı ilə uduzdu
26 mart 2025 22:53
- Baş prokurorun səlahiyyət müddəti bitir - Milli Məclis təqdimata baxacaq
26 mart 2025 15:25
Xəbər lenti
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
Video & Fotoqalereya
Video
Fotoqalereya