Bakıda bina tikən xanım Hacıbala barədə danışdı ŞOK

Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı rəsmi açıqlamasında sözügedən şəxsin Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verdiyi qeyd olunub.
Həmin bəyanatda adı çəkilən şirkətin - “FF-2011” MTK-nın rəhbəri Tamilla İbrahimova ittihamlara cavab verib.
- Baş Prokurorluğun rəsmi açıqlamasında sizin şirkətin adı çəkilib. Bu ittihamlarla bağlı nə deyə bilərsiniz?
- Bununla bağlı onu deyə bilərəm ki, mənim bütün sənədlərim qanuni və düzgündür. Bir az ətraflı qeyd edim ki, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsində yerləşən ərazidə əsasən istismar vaxtı keçmiş və qəzalı vəziyyətdə olan mənzillərin sökülüb, yerlərində çoxmərtəbəli, müasir standartlara uyğun yaşayış binasının tikilməsi üçün mən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdim. Onlar altı aydan sonra mənə bu yöndə fəaliyyət göstərməyim üçün sərəncam verdilər. Ondan sonra bütün sənədlərimi toplayıb, inşaat pasportu aldım. Eskiz və işçi lahiyələrim təsdiqləndi. Şəhərsalmadan keçdikdən sonra, 2016-cı ildə tikintiyə başlamaq üçün Bakı meriyasından xüsusi nişan aldıq. Tikinti ilə bağlı yeni dəyişikliklər olduğu üçün mən yenidən müraciət edərək, 2018-ci ildə öncədən istənilməyən “Tikintiyə icazə sərəncamı”nı da aldım. Biz tikintiyə başlayandan sonra Mədəniyyət Nazirliyindən ərazidə tarixi memarlıq abidəsinin olduğuna dair məktub gəldi və mən o məktub əsasında Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdim. Bizə şəxsən sabiq mer Hacıbala Abutalıbov tərəfindən bildirildi ki, o ərazidə yeganə tarixi bina keçmiş Basin küçəsindəydi və sürüşdürülüb, başqa heç bir tarixi dəyəri olan memarlıq abidəsi yoxdur. Eyni zamanda qeyd etməliyəm ki, Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 13.01.2017-ci il tarixli, 7-94/17 saylı məktubunda açıq mətnlə bildirib ki, bütün söküntü işlərini meriya aparıb. Ərazidə yeni yol və park qurulduğu üçün Bakı şəhər İcra Hakimiyyəti söküntü işlərini nə bizə, nə də digər şirkətlərə həvalə etdi və bütün prossesi başdan sona qədər özü apardı. Yəni, bütün sənədlər də qaydasında olub, fəaliyyətimizi də buna uyğun qurmuşuq.
- Bəs sənədləriniz qaydasındadırsa, fəaliyyətinizə necə əngəl olunur?
- Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən dedilər ki, sənin sənədinə Rasim Quliyev icazə verib, bu doğru deyil. Sual verdim ki, bura kim imza çəkməli idi? Dedilər ki, müavin imzalamalıdır. Onlara bildirdim ki, meriyada imzanı kimin atması Bakı şəhər İcra Hakimiyyətinin məsuliyyətində olan məsələdir və şirkətə aidiyyatı yoxdur. Bizim üçün önəmli olan möhürdür. Bütün sənədlərimizdə Bakı şəhər İcra Hakimiyyətinin möhürü var. Eyni zamanda bundan narahat olduğum üçün Hacıbala Abutalıbovun qəbuluna getdim. Şəxsən özünə sual verdim ki, Hacıbala müəllim, DŞAK mənə irad tutur ki, sənədə qolu müavin çəkməli idi, aparatın rəhbəri niyə qol çəkib? Hacıbala Abutalıbov izah elədi ki, Rauf Pənahov rəhmətə getdiyi üçün müraciət etdim rəhbərliyə. Mənə göstəriş verildi ki, bu işi müvəqqəti kiməsə həvalə elə. Digər müavinim humanitar məsələlərə baxdığı üçün mən də bu işi müvəqqəti Rasim Quliyevə həvalə etdim. Bu barədə, müvafiq sərəncamım da var. Bundan sonra Hacıbala Abutalıbov mənə həmin sənədi təqdim etdi. Sənəddə yazılıb ki, Rauf Pənahovun vəfatı ilə əlaqədar başçının müavini səlahiyyətlərini Rasim Quliyevə həvalə edir və sərəncamın icrasına nəzarəti özündə saxlayır.
- Söküntü işini kim aparıb?
- Bir daha təkrar edirəm ki, söküntü işini Bakı şəhər icra hakimiyyəti yerinə yetirib. Park və yola zərər dəyməməsi üçün meriya bu məsuliyyəti öz üzərinə götürdü. DŞAK-da da Namiq Hümbətov var, birinci müavindir. Biz bir-birimizi on ildir ki, tanıyırıq və onun o prossesdən, hansı sənədlərin olub-olmamasından çox gözəl xəbəri var. O çox gözəl bilir ki, ora necə sökülürdü. Mənim sənədlərimin düzgün olduğunu da bilir. Tikinti işlərinin dayanmasından sonra yenə ona müraciət etdim. Məni get-gələ saldı və 2020-ci ilin sentyabrında ümumi razılığa gəlmək üçün mərtəbə sayının azaldılmasını təklif etdi və biz razılaşdıq. Yanvar ayında isə mənə həyat yoldaşım vasitəsi ilə xəbər göndərdi ki, biz tərəfdən alınmır, dərdini “yuxarı” ilə çözsün. Bizim işimizi dayandıran bu komitədir və “yuxarı” deyiləndə kimin nəzərdə tutulduğunu mən bilmirəm. Dəfələrlə Anar Quliyevin də qəbuluna düşmək istəsəm də, heç bir cəhdim alınmayıb. Mən Namiq Hümbətova öz vəziyyətimin çətinliyi, həmin ərazinin sakinlərinin bu səbəbdən yaşadığı problemləri bildirdikdə, açıq şəkildə dedi ki, “get hamıya de ki, Namiq Hümbətov tikintiyə icazə vermir”. Axı mən illərdi kirayədə yaşayan insanlara bunu necə deyim?
- Yəni, siz bu məsələdə zərərçəkən olduğunuzu iddia edirsiz?
- 14 oktyabr 2018-ci ildə mən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində oldum və onların razılığı ilə yenidən işə başladım. İki mərtəbəsi zirzəmi olmaqla, səkkiz mərtəbənin sütunlarını qaldırdıq. 2019-cu ilin martında tikintini dayandırdılar. O zamandan da tikintiyə icazə verilmir. Zərər də mənə dəyir. Çünki insanları ərazidən köçürmüşəm, banklardan kreditlər götürmüşəm, 4 ildir kirə pulu verdiyim adamlar var. Mən o insanlar üçün üzülürəm, xəcalət çəkirəm, ancaq əlimdən heç nə gəlmir. Bu gün bütün qurumlar yaxşı bilirlər ki, mənim bu məsələlərdə heç bir günahım yoxdur. 126 şirkətin adı Korrupsiyada ola-ola, sadəcə, mənim şirkətimin adı hallandırılır, mənin işgüzar nüfuzumla oynanılır. Bu barədə Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya müraciət etmişik.


- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 2025 16:21
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 2025 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 2025 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 2025 13:21
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 2025 14:39
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24