“Mən bunu xəbər vermək üçün dünyaya gəlmişəm”

Azərbaycanın böyük şairi, çağdaş poeziyamızın aparıcı siması Vaqif Bayatlı Odərin “Qafqazinfo”ya müsahibəsi:
– Vaqif müəllim, 2 il əvvəl Əməkdar İncəsənət Xadimi adına layiq görüləndən sonra müsahibələrinizin birində jurnalist sizdən Xalq şairi adını almadığınıza görə təəssüratlarınızı soruşanda ona belə cavab vermişdiniz: “Mən Xalq şairi adını istəmirəm də. Torpaqlarımız azad olunsun. Özümün və torpaqlarımızın azadlığını istəyirəm”. Şükürlər olsun, işğal altındakı torpaqlar, eləcə də sizin doğulduğunuz yerlər azad olunub. Bundan sonra sizin üçün Xalq şairi adı almaq məsələsi də yenidən gündəmə gələ bilərmi?
– Əslində, hər bir adama adı Allah verir. Adam adı bu dünyada ən böyük addır! Çünki necə verilməyindən asılı olmayaraq, bütün adları sizə Allah baxıb verir.
– Təxəllüsünüzü üç dəfə dəyişmisiniz, sanki onların hər biri həyatınızda bir mərhələdir. Hər üç təxəllüsü – hər üç mərhələni ömrünüzdə, yaradıcılığınızda necə şərh edərdiniz?
– Dördüncü, beşinci, onuncu ad da ola bilər. Hər bir Ad Allahdan gəlir, çünki Allah sənin haqqında o ad altında düşünür, qərar verir.
– Xəstələnməyiniz sizi sanki ədəbi mühit meydanından uzaqlaşdırdı. Sizcə, ədəbi mühitin mərkəzində, yaradıcı proseslərin içərisində, iş aləmində olsaydınız, bu qədər saf, böyük rəğbətlə sevilən, maddi baxımdan heç kəsdən asılı olmayan bir qələm adamı kimi qala bilərdinizmi?
– Bu sözlərə görə xəstəliklərimə təşəkkürlər. Elə sizə də sevgilər, sevilmələr, sevdirmələr, sevinmələr, sevindirmələr diləyirəm.
– Xəstəliklərinizi sevə, onlarla dil tapa bilirsinizmi? Rəmzi mənada soruşuram, sizcə, xəstəliklər sizlə hansı dildə danışırlar?
– Xəstəliklərim mənimlə İlahi dildə danışır. Əslində, dünyada İlahi dildən başqa dil yoxdur. İlahi dil həm də əbədi sevgi, əbədi eşq deməkdir.
– Adətən, şairlər oğlunun adını özünə təxəllüs götürür, sizdə əksinədir. Öz təxəllüsünüzü oğlunuza ad vermisiniz. Sanki oğlunuz Odər sizin şeirlərinizdən çıxıb gəlmiş bir qəhrəmandır, yoxsa?
– Çox dəqiq müşahidədir. Mənim şeirlərimin Odərdən başqa yeri, yurdu, göyü yoxdur. O yer, yurd, göy mənim qəhrəmanlarımdır.
– Oğlunuz Odərdən soruşsaq ki, atandan nələri öyrənirsən, yəqin, cavab verməkdə çətinlik çəkər. Ona görə də sualın əksini sizdən soruşuram: bu yaşınızda siz bu azyaşlı uşaqdan nələr öyrənirsiniz?
– Allah hamını gözəl yaradır, hamı gözəl! Gözəl nə varsa, hamısı təbii. Əslində, bütün gözəlliklər mən deyən kimi olmalıdır. Elə Allah da onları bunun üçün, hamını hamıya sevdirmək üçün yaradır. Öyrəndiklərimi İlahinin bütün yaratdıqlarından öyrənirəm.
– Çoxdankı arzularınız bu gün gec də olsa reallaşır. Məsələn, hər zaman Türk birliyini arzulayırdınız, bu gün həmin birlik daha güclü şəkildə mövcuddur. İşğal altında olan torpaqların qaytarılmasını həsrətlə gözləyirdiniz, o istəyiniz də həyata keçdi. Gələcəyə yönəlik başqa hansı arzularınız var?
– Dünyada gözəl nə varsa, hamısının daha da gözəlləşməsi – beləcə, dünyanın hər an daha da İlahiyə doğru qalxması. Bu həm də hamının hamıda ancaq gözəlliklər, sevgilər axtarması, görməsi – budur mənim çalışdığım.
– Sizin sevgi konsepsiyanız belədir: “Hamını hamıya sevdirmək”. Bu ideyanız, istəyiniz günümüzə görə həddən artıq utopik deyilmi?
– Hamını hamıya istətmək, sevdirmək gələcək dünyanın əsası olacaq. Məndən ancaq bunu xəbər verməkdir. Mən, əslində, bunu xəbər vermək üçün dünyaya gəlmişəm. Hamını hamıya istətmək, sevdirmək. Hamı da sizi istədəcək, sevdirəcək.
– Şeirlərinizdə elə məqamlar varmı ki, onlar bu gün gerçəkləşir. Buna görə yazdıqlarınız həm də uzaqgörənlik nümunələri hesab edilsin?
– Gələcəyi ən çox hələ danışa bilməyən körpə bəbələr görürlər. Onlar çox şey bilirlər, ancaq danışa bilən kimi hər şeyi unudurlar. Beləcə, bu sual ən azı yetmiş il gecikib mənə.
– Poetik əsərlərinizdə zamana münasibət ənənəvi deyil, sanki sizin üçün nə keçmiş, nə bu gün, nə də gələcək var. Elə bil, onların hər üçünü zamanı birləşdirib əbədiyyətin obrazını yaratmısınız. Hansı səbəbdən əbədiyyətə bunca etimad edirsiniz?
– Bütün yalanlarda da əbədiyyətdən nəsə var. Mən bu dünyada hamıya inanıram, çünki əbədiyyətə inanıram, həm də hamını hamıya istətməyə, sevdirməyə. Mənim bu dünyada hətta inanmadığım yalan da yoxdur. Bu dünyada hamını hamıya sevdirməkdən, istətməkdən gözəl şey ola bilməz.
– Şeirlərinizdə “hamıdan çox”, “hər kəsdən güclü” və sair ifadələr işlənir. Başqa şairlərdə oxşar fikirlər maksimalizm təsiri bağışlayır, sizin yaradıcılığınızda isə yox. Bunun sirri nədədir?
– Bu sirrin sirri onun sirr olmamağındadır. Əslində dünyada sirr yoxdur. İlahi hər şeyi bilir, hamıya çatdırır. Sadəcə İlahini, İlahinin çatdırdıqlarını anlamaq, duymaq gərək.
– Sonuncu şeir kitabınızı – “Bəy Atlı şeirlər”i oxudum. Sanki sizin üçün həyatda yaxşı-yaman, tez-gec, sağlam-xəstə və sair ziddiyyətlər yoxdur...
– Bu, ən çox hamını hamıya istətmək, sevdirmək ideyası ilə bağlıdır. Mən bu ideya uğrunda bütün qurbanlara hazıram.
– Çağdaş şeir sanki publisistik auraya bürünüb, şeir öz əvvəlki ahəngini itirib, poetik mətnlər üzərində fəlsəfənin basqısı artıb. Sizcə, bu ədəbiyyatda təbii bir prosesdir, yoxsa süni?
– Burda süni heç nə yoxdur. Ancaq məhəbbət var. Maşallah, ədəbiyyatımıza çox güclü gənclik gəlir. Hamısına uğurlar, sevgilər, bir-birini sevdirmələr, bir-birinə sevinmələr! Hamısının tellərindən, bir-birini istəyən sevgilərindən, bir-birini sevindirmələrindən öpürəm. Mən dünyanın ən nikbin adamıyam...
Fərid Hüseyn

- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Ararat Mirzoyan: Uzun müzakirələrdən sonra sülh sazişinin mətinini razılaşdırdırdıq..
12 aprel 2025 14:26
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
9 aprel 2025 17:47
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24