“Heydər Əliyev ordeni” Ramizin burnundan gəlsin, haramı olsun"

Qarğışımın kimə aid olduğunu bilmək məncə çətin deyil. Söhbət indi də elmimizə baş kardinallıq edən Ramiz Mehdiyevdən gedir. Yeni və köhnə ramizşünasların yarışından yazmaq qərarına gəldim. Deyəsən, təzə-təzə başlayır. Siyasi manevrələrin sürətini artıranlar çox yəqin ki, hədər yerdən bu işə girişməyibər. Bəlkə nəsə bir iy alıblar, deyə bilmərəm. Ancaq ortalıqda bəlkə də mənim görə bilmədiyim başqa məsələlər var!?
Bəli, indi bu hiyləgəri tənqid etməyin xeyrini anlayan “cəsarətli” siyasətbazların sırası boş yerdən artmır. Millətin elminə hər gün, hər saat zərbələr endirən köhnəlmiş bürokratın sayəsində AMEA hazırda elmi mərkəzdən daha çox, siyasətə qurşadılmış mərkəz rolunu ifadə edir.
“Akademik” Ramiz Mehdiyevin siyasi kontoruna çevriilən bu elmi məbəd tarixi boyu öz təyinatından bu dərəcədə uzaqlaşmamışdı. Soruşmaq istərdim Mehdiyevdən, “böyük” Azərbaycan filosofu olaraq bircə nəfərin elmdə yetişməsinə köməyi dəyibmi?! Ya bir nəfəri göstərsin ki, onun elmi rəhbəri olub və müdafiəsinə təkan verib.
Olmayıb və belə bir şeyi uydurub dilinə gətirə də bilməz. Bunun necə akademik olduğunu elə burdanca aydın görə bilərik. Qarşılığında isə gündə bir siyasi bəyanat və açıqlama ilə çıxış edən akademiya “bütün qanı və vücudu ilə” Mehdiyevi qorumaqla məşğuldur. Fəqət, Ramiz Mehdiyev buranı da siyasi oyuncağa döndərdi.
Qəribədir ki, AMEA-nın içində dərin bir susqunluq hökm sürür. Danışan, dinən yoxdur. Doğrudan, Mehdiyevin qısa müddətdə Azərbaycan elminə vurduğu zərbənin müqabilində bir nəfər nüfuzlu elm adamının səsini çıxarmaması təəccüblüdür. Bilirsinizmi niyə belə olur!? Sadə cavaba görə akademiyaya nəzarəti illərdi elmdən uzaq birisi – ölkədə baş kardinal kimi adın sahibi öz əlinə götürəndə başqa hansı yenilikləridən və inkişaf meyllərindən söhbət açmaq olar…
Oradakıların da böyük əksəriyyəti onun adamlarıdı. Məsələn, AMEA-nın Rəyasət Heyəti üzvlərinin, institut direktorlarının, bölmələr üzrə elmi katiblərin və digər yüksək vəzifələrə təyinatlar onun tərəfindən müəyyənləşər və elmi vəzifəyə təyin olunardılar. Bu gün də onlar prezidentləri Ramiz Mehdiyevin qulluğunda dayanmağı özləri üçün şərəf sayırlar.
Bir milləti məhv etmək istəyirsənsə hər şeydən əvvəl onun elminə müalicəsi çətin olan yaralar vurmaq kifayətdir. Adam vəzifəsini çox gözəl və maneəsiz yerinə yetirir. O, bütün mənalarda “böyük qardaşın” ölkədə əhəmiyyətini gücləndirdiyi kimi, Azərbaycan elmində də bu cür siyasətin davamına üstünlük verir və haralarınsa tapşırığı ilə elmimizi yaman günə qoyur. Danılmaz həqiqətlər çoxdur və konkret sübutlar da az deyil.
44 günlük müharibədə ölkənin irili-xırdalı bütün təşkilatları Türkiyənin qardaşlıq dəstəyi barədə mövqeyini ortaya qoydu, lakin Azərbaycan elminin məbədgahı olan AMEA-dan Türkiyənin Zəfər qələbəmizə verdiyi töhfələr haqda bir cümləlik fikir belə eşitmədik. Çünki Rusiyanın strateji xəttini birmənalı qəbul edən və onu gözlərinin bəbəyi tək qorumaq öhdəliyini çiyinlərində daşıyan bu təhlükəli şəxsin Moskva “KQB”sinin Azərbaycandakı etibarlı nümayəndəsi olduğunu uşaqdan böyüyə hamı bilir. Ancaq dəyib-dolaşan hələ ki yoxdur.
Elmi ictimaiyyətin səsini içinə salıb özünü lal və kar kimi aparması isə adamda daha dəhşətli hisslər yaradır. Zamanında qorxudan siçan deşiyini satın alanlar indi ölkənin baş intiraqantı, dövləti və dövlət başçısını guya istəyən, əslində isə həm dövlətin, həm də onun başçısının pis gününü arzulayan 83 yaşlı “akademik” Ramiz Mehdiyevin qarasınca yox, artıq bütün mənfiliklərini gözlərinin içinə oxumaqla gündəlikdən düşmürlər.
Təəssüflər olsun ki, siyasilər arasında gedən bu “yarışmanı” elm adamları arasında görmürük.
Özümlə əlaqədar bir məsələni icazənizlə xatırlatmaq istərdim. Vaxtı ilə Ramiz Mehdiyevi tənqid etdiyimə görə məni topa-tüfəngə tutan iki nəfərin – Qabil Hüseynlinin və Cümşüd Nuriyevin bu günlərdə Ramiz Mehdiyevi kəskin tənqid etdiklərini başa düşsəm də, onların halına acıyıram. İnsanlar doğrudan niyə belə olurlar!? Nə üçün bu dərəcədə ağır və bağışlanılmaz riyakarlığı özlərinə rəva görürlər!? Məəttəl qalmalı işdir.
Bəli, indi yerindən duran zopanı “yazığın” başında sındırmağa çalışır. Əslində layiqdir buna. Pislik etmədiyi adam qoymadı. Barmaq soxmadığı deşik, yıxmadığı ev qalmadı. Külli cinayətləri barədə vaxtında danışmaq lazım idi. Bilmək olmaz kim tez köçəcək bu dünyadan. Allahın işidir. Amma Tanrımdan bir xahişim var. İkicə gün mənə möhlət versin, görüm bu insan qatilinin son aqibətini. Dəqiq bilirəm ki, hamı goruna söyəcək. Lakin bir qrup “qorxmaz” soz sahibi vardır ki, onlara belə bir sual ünvanlayıram: Mehdiyevin qılıncının dalı-qabağı kəsəndə harada gizlənmişdiniz!? Niyə görə səsinizi çıxarmırdınız?! Hətta məqamı gələndə dırnaqlarınız və dişlərinizlə müdafiəsinə qalxırdınız. İndi özünüz-özünüzə heç hesabat verirsinizmi!? Bəndəniz və başqa bir-iki nəfər istisna olmaqla kimsə Mehdiyevin əleyhinə kəlmə belə kəsmədi. Əksinə, ölkənin baş intriqantının etimadını qazanmaq üçün dondan-dona girənlərin sırası günbəgün artırdı. Mehdiyevə məlumat daşıyanlar, onun-bunun barəsində xəbərçilik edənlər dəridən-qabıqdan çıxardılar ki, “5-ci kolon” rəhbərinin yanında yerlərini möhkəmlətsinlər. Hazırda isə 180 dərəcə bucaq altında birdən-birə dəyişərək baş administratora qarşı çevriliblər. Qalanı qalsın sonraya…
Mənə görə beləsini “Heydər Əliyev ordeni” ilə təltif edib AMEA-ya prezident vəzifəsinə göndərmək lazım deyildi. Dahi şəxsiyyətin ruhu bu təqdimatdan razı qaldımı!? Çox dərinliyə getmək istəmirəm. Ancaq bir onu bilirəm ki, “HEYDƏR ƏLİYEV ORDENİ” İLƏ MÜKAFATLANDIRILMASI DOĞRUDAN ONA HARAM İDİ… Axı bu siyasi oyunbaz heç vaxt yeni Azərbaycanın qurucusu və memarı Heydər Əliyevə qəlbən bağlı olmayıb.
konkret.az
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 2025 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 2025 10:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
9 aprel 2025 23:17
- Prezident onu rektor təyin etdi - Sərəncam
9 aprel 2025 16:24
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
9 aprel 2025 13:46
- Xanlar Vəliyev təqaüdə göndərildi
8 aprel 2025 20:29
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46