Bakının “Papanin” məhəlləsi sökülür? (FOTOLAR)
Günün sitatı25 mart 2021 22:32
Bakının Papanin məhəlləsinin - hələ sovetlər dönəmində salınmış, bir-birinin içərisində yerləşən daxmalardan ibarət daha bir yaşayış məskəninin minlərlə sakini köçürüləcəkləri günü səbirsizliklə gözləyir. Məhəllənin girişində - Cəlil Məmmədquluzadə küçəsində ("Papanin” hospitalı istiqamətində) magistral yolun hər iki tərəfində bir neçə fərdi yaşayış evi artıq sökülüb.
Virtualaz.org-un əməkdaşları paytaxtın ən böyük "gecəqondu” məhəlləsində olub, sakinlərlə söhbətləşiblər.
Məhəllə sakinləri deyirlər ki, pilot layihə çərçivəsində istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküləcəyi, yerində çoxmərtəbəli binaların tikiləcəyini eşidiblər. Deyilənə görə evləri sökülənlərə həmin binalarda təmirli mənzil veriləcək. Hələlik kütləvi söküntü olmadığından söküntü, abadlaşdırılma işlərinin hansı şirkət tərəfindən həyata keçirildiyini kimsə bilmir.
Sakin: "Təmirli mənzil verilməsi daha sərfəlidir”
"Baxın, bu yaxınlarda gördüyünüz evlər söküldü, sakinləri kirayəyə köçürdülər. Köçən qonşular dedilər ki, kompensasiya ödənilmir, əvəzində evin real sahəsindən 20 kvadratmetr çox təmirli mənzil veriləcək. Çünki evlərin çoxunun sahəsi uzaqbaşı 35-50 kvadratmetrdir. Balaca evlərdə 4-5 nəfər yaşayır. Amma sonra köçürülmə dayandı. Yəqin ki, Novruz bayramından sonra məlumat verirlər”,- Cəlil Məmmədquluzadə küçəsinin sakini Arif belə deyir. Əlavə edir ki, o, özü 5 nəfərlik ailəsi ilə birgə 70 kvadratmertlik evdə yaşayır. İndiki bazar qiymətləri ilə kompensasiya onlara sərfəli deyil. Buna görə də öz yaşadığı ərazidə, təmirli mənzil təklifi ilə razılaşacaq.
Papanin məhəlləsində minlərlə qəzalı ev var. Məhəllənin dar, yöndəmsiz yolları da ilin bütün fəsillərində tozlu-torpaqlı, palçıqlı olur. Yol olmadığından məhəlləyə marşrut işləmir. Amma sakinlər yaxın 2-3 ildə bütün məhəllənin söküləcəyinə çox da inanmırlar. Hərçənd ki, uzun zamandır məhəllədəki evlərə qeydiyyat dayandırılıb, əlavə mənzil tikintisinə icazə verilmir. Sakinlərin özləri də illərdir köçürüləcəklərini gözlədiklərindən təmir aparmağa, evlərini yeniləməyə əlləri gəlmir.
"Hər ilin bu vaxtında söküntü xəbərləri gəlir, biz də eşidib sevinirik. 64 yaşım var, 30 ildir evin söküləcəyini, əvəzində yeni ev alacağım günü gözləyirəm”, - məhəllənin yaşlı sakinlərindən biri deyir. Əlavə edir ki, ötən həftə yenə də söküntü ilə bağlı xəbərlər yayılıb. Məhəllədə hamı bir-birini təbrik edib: "İki balaca otaqda 6 nəfər qalırıq. Ev təmirsizdir, nəmişlikdən yayda da divarlardan su damır. Sonuncu dəfə divarı 10 il əvvəl rəngləmişik, dama dəfələrlə yamaq vurdurmuşuq. Övladlarım, nəvələrim təmir aparmağa qoymurlar ki, onsuz da gec-tez söküləcək”.
Sakinlərdən Həqiqət Qurbanova isə deyir ki, bir neçə il əvvəl hamını qeydiyyata alıblar: "Mənim şəxsiyyət vəsiqəmdə küçəmizin adı Cəlil Məmmədquluzadə deyil, Teymur Əliyev qeyd olunub. Qonşulardan biri dedi ki, 2-3 gün əvvəl gəlib, maraqlanıblar. Evin arxasından yol gedir, həmin yoldan üzü bəri söküləcək. Amma mən inanmıram, çünki illərdir eyni xəbərləri eşidirəm”.
Sakinlərin əksəriyyəti söküntü xəbərini qonşusundan eştdiyini deyir, amma kimsə gələnlərin kimlər olduğu ilə maraqlanmayıb. Deyirlər ki, onlar üçün elə də fərq etmir, əsas odur ki evlərini söküb, ya mənzil, ya da bazar qiymətlərinə uyğun kompensasiya ala bilsinlər.
Söküntü xəbərini verənlərə qonaqlıq vədi
H.Qurbanova söküntü xəbərini gətirənlərə qonaqlıq da vəd edib: "Evin vəziyyətini görürsüz. Kim işıqlı, təmirli, geniş evlərdə yaşamaq istəməz ki? Qapını açıb söküntü xəbərini gətirənlərə qonaqlıq verəcəm”
Sakinlərin bəziləri isə söküntünü gözləməkdən yorulub, kimi həyətinin üstünü bağlayaraq əlavə otaq düzəldib, kimi də damının üstündə otaq yaradıb.
"Oğlumu evləndirdim, məcbur qalıb damda otaq tikdirdik, evin içərisindən də pilləkən qoydurduq. Əlavə yerim yoxdur ki, otaq tikdirim. Çöl qapını açıb birbaşa evin içinə giririk. Bir mətbəxt, bir otağım var. Buna görə də köçürülməyimizi istəyirik”,-sakinlərdən biri belə deyir.
Təmirsiz, uçuq, sökük evlərdə yaşayan bir neçə sakinlə də söhbətləşirik. Aralarından biri evinin əvəzinə mənzil verilməsi təklifi ilə razılaşmadığını deyir. "Bizim evin yanındakı evi sökürlər, mən kompensasiya istədim. Dedim ki, pulumu verin, şəhər kənarına köçüb orada ev tikdirəcəm, yoxsa evimin söküntüsünə icazə verməyəcəm”,-həmin sakin bildirir.
Bir maşının güclə keçə biləcəyi dar döngələri, bir-birinə bitişik yöndəmsiz evləri, yağış yağan kimi gölməçələrlə dolan yolları ilə Papanin Bakının gündən-günə abadlaşdırılan məhəllələri ilə ayaqlaşmır. Nəticədə Bakının bu məhəlləsinin də tarixə çevrilməsinə çoxdan ehtiyac yaranıb.
Qeyd edək ki, paytaxtın memarlıq baxımından əhəmiyyət kəsb etməyən, birmərtəbəli, kommunikasiya xətti olmayan tikililərin sökülməsi və yerində parkların salınması nəzərdə tutulub. Söküləcək ərazilərlə bağlı siyahıda Sovetskidən başqa Papanin və Xutor da var.
Oxşar xəbərlər
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 2024 12:23
- Şeyxülislam Vatikanın katibi ilə görüşüb
15 dekabr 2024 19:53
- Ramzan Kadırov gözəllik salonlarını BAĞLAYIR ))
15 dekabr 2024 19:03
- Rüstəm Behrudi Elçinbəydən 100 dollar pul istədi ? -VİDEO
13 dekabr 2024 19:38
- Prezident qəbul keçirdi - Fotolar
10 dekabr 2024 17:44
- Gördüm ki, gözlərində yaş parıldayır... - Şairin yubileyinin keçirilməsinə kim mane olur?
7 dekabr 2024 18:43
- Bu küçəyə xalq artistinin adı verildi
6 dekabr 2024 13:29
- Ağdam-Füzuli yolundan ən son - Fotolar - VİDEO
6 dekabr 2024 10:13
- Hüseyn Cavidin anım günüdür. Cavidin baş hissəsini məzardan çıxarıb alnından öpdüm.. - Fotolar
5 dekabr 2024 21:56
Xəbər lenti
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
Video & Fotoqalereya
Video
Fotoqalereya