General oğlu vasitəsilə ölkədən 100 MILYON pul ÇIXARIB
Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin sabiq rəisi Nurəddin Mustafayevin adı yeni qalmaqalın mərkəzindədir. Sabiq baş icra məmurunun adı yenə də dələduzluq işinə qarışıb.
İş adamlarından üst-üstə 224 min manatlıq işin görülməsi üçün 100 min manata yaxın rüşvət alan Nurəddin Mustafayev sonradan yaxasını kənara çəkib. İş adamları sənədləri, sübutları toplayaraq istintaq orqanlarına müraciət etməyə hazırlaşırlar.
Ötən ilin ortalarında Nurəddin Mustafayevin adı məşhur iş adamı Hafiz Məmmədovdan vəkil İsmayıl Kəngərlinin vasitəsilə 100 min manat rüşvət alaraq, qarşılığında vəd etdiyi işi görmədiyinə görə diqqət mərkəzinə gəlmişdi. Məlum olmuşdu ki, "Hafka”nın iddiası üzrə çıxarılan məhkəmə qərarlarının icrasına görə Nurəddin Mustafayev vəzifə cinayəti edib, rüşvət alıb. Bu barədə ölkə mediası yüzlərlə xəbər yaydı. Yayılan məlumatlarda o da iddia olunurdu ki, o hələ vəzifədə olarkən 4 gün ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib. Sonradan bu məsələlər səngidi.
Bununla belə Nurəddin Mustafayevin bir çox oxşar əməlləri də var.
Qeyd olunur ki, dələduzluq, rüşvət əməllərinə görə işdən qovulsa da, bu gün də məhkəmə qərarları ilə müsadirə edilmiş əmlaklar sabiq baş icra məmuruna milyonlar qazandırır. Belə ki, onun adı "Hidayətoğlu” hərrac şirkətinə bağlıdır. Hələ vəzifədə olarkən o, bu hərrac şirkətini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sahibi Elnur adlı şəxsdən alıb. İlkin olaraq şirkətin 50 faizini, sonradan isə hissə-hissə tam olaraq alıb. Belə ki, bütün İcra Şöbələri hərrac əməliyyatlarını məhz bu şirkətə yönəltməklə, Baş İdarə rəisinin külli miqdarda qazanc əldə etməsini təmin ediblər. Məlumata görə, təkcə bu hərrac əməliyyatları üzərindən Nurəddin Mustafayevin rəsmi illik gəliri 3-4 milyon manat olub. Faktiki olaraq isə Nurəddin Mustafayev hərracdan ildə 20-30 milyon qazanıb.
Təkcə 2019-cu ildə "Hidayətoğlu” üzərindən həyata keçirilən həracların dövriyyəsi 54 milyon manat olub.
Hərraca Nurəddin Mustafayev qohumu Faiq Nəcəfov vasitəsi ilə nəzarət edib. Oğlu Anar Mustafayev isə hərracdan əldə olunan qızılların Qətərə göndərilməsi işinə baxıb.
Ümumiyyətlə isə hərracda iş bölgüsü belə olub: Nurəddin Mustafayevin yaxını Xəqani Zeynalov və qardaşı Nəsimi Zeynalov bir qayda olaraq qızıl hərraclarının qalibi olublar. Nurəddin Mustafayevin "sağmal inəyi” "Hidayətoğlu”dan qazancının necə formalaşması haqda təsəvvür yaransın deyə çoxaylı hərraclardan yalnız biri haqda məlumatı bölüşək: 110 manatlıq qızılı hərracda 11 manata satılıb və alıcı əlbəttə ki, Mustafayevin yaxını Xəqani Zeynalov olub.
Hərrac üzərindən satılan maşınların alıcısı isə bir qayda olaraq Nurəddin Mustafayevin yaxın ətrafına daxil olan İlyas adlı şəxs olub. Beləcə, Nurəddin Mustafayev varlandıqca-varlanıb, üstəlik icra işləri ilə bağlı rüşvət almaqdan da çəkinməyib. Nurəddin Mustafayevin ölkədən oğlu Anar Mustafayevin əli ilə 100 milyon manatlıq qızıl çıxarması haqda iddialar da var. Ümumiyyətlə isə Nurəddin Mustafayevin vəzifədə olduğu müddətdə məhkəmə qərarları ilə müsadirə olunan əmlak və qızıl-zinət əşyalarının, alınan borcların təxminən yarısına əl qoyduğu iddiası da var. Onun bu yolla olduqca böyük varidata sahibləndiyi, təxminən yarım milyard ələ keçirə bildiyi də gələn məlumatlar sırasındadır.
Mənbə: Musavat.com
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 2024 19:25
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 2024 13:16
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 2024 22:51
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 2024 12:04
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 2024 15:00
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 2024 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 2024 13:08
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00