Azərbaycanın narkoman məşhurları - Siyahı
Dünya17 mart 2021 23:28

Ağ ölüm” olan narkomaniya bütün dövrlərdə həyat və cəmiyyət üçün ən böyük təhlükə hesab olunub. Xüsusilə gənclər arasında bu bəlaya meyl günü-gündən artır. Sosial partlayışlara sürükləyən bu bəlalı aludəçiliyə azərbaycanlı məşhurlardan da düçar olanlar az deyil. Keçmişdə bir çox meyxana ustalarının, hətta görkəmli qəzəlxan Əlağa Vahidin də təbinin tiryək üstündə kökləndiyini nağıl edirlər.
Qaynarinfo narkotik asılılığının qurbanı olmuş, bu bəladan dünyasını dəyişmiş və ya məhbus həyatı yaşamış məşhur sənətçilərlə bağlı araşdırmanı təqdim edir:
Əməkdar artist, gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) uzun müddət narkotikdən istifadə edib. Zaman-zaman mətbuata müsahibələrində bu faktı gizlətməyən məşhur gitaraçı şou-biznes əhlinin 90 faizinin bu asılılığa düçar olduğunu bildirib.
Hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən Rəmiş bu il yanvarın 28-də dünyasını dəyişib.
Tanınmış reper Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə həbs olunub və bir müddət məhkum həyatı yaşayıb.
Rep ifaçısı mərhum Hüseyn Dərya da narkotik istifadə edən məşhurların sırasında olub. Buna görə sənətçinin ailəsi dağılıb.
Narkotik maddə satışına görə həbsə düşən repçi bunu etiraf etmişdi:
"Millət qarşısında açıq-aşkar etiraf edirəm ki, narkotik istifadə etmişəm. Bir qələtdir, səhvdir etmişəm”.
Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında avtomobil qəzasında dünyasını dəyişib. Daha bir repçi Anar Nağılbazın da uzun müddət bu bəlaya aludəçi olduğu deyilir.
O, isə mətbuata açıqlamalarında narkotik vasitədən istifadə etmədiyini deyib:
"Rəhmətlik Hüseyn Dərya və Elşad Xose bizim sənət haqqında belə pis fikir yaratdılar ki, bunların işi-peşəsi elə bundan ibarətdir”.
Reper Dado (Səid Əliyev) 2015-ci ildə eyni səbəbdən saxlanılıb.
Mərhum müğənni Elçin Cəlilovun da narkotik asılılığı səbəbindən dünyasını dəyişdiyi iddia olunur.
Şou-biznesin tanınmış meyxanaçılarından olan Əlislam Dağlı yüksək dozalı narkotik maddə qəbul etdiyi üçün dünyasını dəyişib.
İçki içməklə arası olmayan mərhum meyxanaçı Bayram Kürdaxanlı da narkotik maddə aludəçisi olub. O, buna görə bir müddət məhbus həyatı yaşayıb. Mərhum meyxanaçı Bayram Kürdəxanlı bunu peşəsi üçün ilham vasitəsi saydığına görə istifadə etdiyini söyləmişdi.
Bayram Kürdəxanlıya narkotik istifadəsinə gorə 14 noyabr 2014-cü ildə 1 il həbs cəzası verilib.
Narkotik maddələrdən istifadə etdiyi üçün həbs olunanlar sırasında əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov da var. O, narkotikdən istifadəyə görə 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Məşhur meyxanaçı Mahir Cürət 2016-cı ildə Sumqayıt 1-ci polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutularaq 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Məşhur idmançımız Aqşin Salmanov da 2018-ci ilin yanvar ayında narkotiklə tutularaq həbs olunma ilə cəzalandırılıb.(Bizim.Media)
Oxşar xəbərlər
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 2025 22:09
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 2025 20:28
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 2025 10:36
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
9 aprel 2025 23:17
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
8 aprel 2025 23:45
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
8 aprel 2025 12:19
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
- Sabah 31 dərəcə isti olacaq
7 aprel 2025 15:17
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
Xəbər lenti
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
Video & Fotoqalereya
Video
Fotoqalereya