Təkamül Partiyası Mətbuat Xidmətinin məlumatı
Region10 mart 2021 16:47
ATP Mətbuat Xidmətinin məlumatı
10 mart 2021-ci ildə Azərbaycan Təkamül Partiyası Mərkəzi Şurasının videokonfrans formatında növbəti iclası olmuşdur. İclasda ölkəmizdə mövcud sosial-siyasi vəziyyət və partiya qarşısında duran vəzifələr müzakirə edilmiş, təşkilatı məsələyə baxılmışdır.
İclasda ATP sədri Teyyub Qənioğlu ölkəmizdə mövcud sosial-siyasi vəziyyət və partiya qarşısında duran vəzifələrə dair geniş çıxış etmişdir. 44 günlük Vətən Müharibəsində şanlı ordumuzun möhtəşəm qələbəsi nəticəsində Azərbaycanımızın beynəlxalq aləmdə tanınmış sədrhədlərimizin de -yure bərpa edildiyini qeyd edən T.Qənioğlu, təəssüflə vurğulamışdır ki, hələ də “sülhməramlıların” yerləşdiyi ərazilərimizdə süverenliyimizin de-fakto bərqərar olmasınna nail ola bilməmişik və bu xalqımız arasında müəyyən narazılığa səbəb olmaqdadır. Ancaq qəti əminik ki, bu müvəqqəti haldır və çox da uzaq olmayan zamanda bütün ərazilərimizdə süverenliyimizin tam bərqərar olmasına nail olacağıq! Əzəli və əbədi torpaqlarımızın yağı düşməndən azad edilməsində qəhrəman, qazi əsgər və zabitlərimizin, vətən uğrunda canından keçən şəhid əskər və zabitlərimizin (Allah onlara rəhmət eləsin!) əsas rol oynadığını qeyd edən T.Qənioğlu eyni zamanda qeyd etmişdir ki, bu möhtəşəm qələbənin əldə edilməsində Azərbaycan xalqının, mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların yekdil mövqedən çıxış etməsi də əhəmiyyətli rol oynamışdır. Ancaq qarşıda görüləsi və ümummilli əhəmiyyət daşıyan çox iş var: istər iqtisadi, siyasi, istərsə də, sosial sahələrdə. Onların müvəffəqiyyətlə həll edilməsi üçün də, xalqımızın, mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların yekdil mövqedən çıxış etməsinə nail olmaq lazımdır. Bunun üçün Təkamül Partiyası əlindən gələni etməyə hazırdır və edəcəkdir.
Ölkəmizdə mövcud sosial vəziyyətə toxunan T. Qənioğlu, benzinin, dizel yanacağının satış qiymətinin artırılması nəticəsində istehlak qiymətlərinin durmadan artmasının, ancaq süni qiymət artımının qarşısının alınması üçün heç bir tədbir görülməməsinin, bu azmış kimi, suyun və tullantı sularının qiymətinin 100,0% artırılmasının xalqın güzəranının pisləşməsinə səbəb olduğunu və bütün bunların cəmiyyətdə sosial gərginliyiyə səbəb olduğunu qeyd etmişdir. Belə vəziyyət minuimum əmək pensiyası, minimum əmək haqqı, əlilliyə görə cüzi məbləğdə müavinət alan, xüsusilə də, işsiz vətəndaşların güzəranına olduqca mənfi təsir etməkdədir. Təkamül Partiyası hesab edir ki, vəziyyətin getdikcə pisləşməməsi üçün əmək pensiyalarının, minimum əmək haqının məbləğinin, ilkin olaraq, ən azı 50,0% artırılması, az təminatlı ailələrə, şəhid ailələrinə, müharibədə müxtəlif dərəcəli bədən xəsarəti almış qazilərə verilən təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması və bu zaman himayəsində olan az yaşlı uşaqların sayının nəzərə alınması məqsədəuyğun olardı. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin əsaslı şəkildə yaxşılaşdırılmasına ehtiyac verdır. Ancaq KİV-də yayılan məlumatlar göstərir ki, qeyd edilən sahələrdə, xüsusilə Vətən Müharibəsində əlil olmuş qazilərə münasibətdə, nazirliyin “fəaliyyəti” əks nəticələr doğurmaqdadır.
Son illər ölkəmizdə aparılan iqtisadi islahatlara toxunan T.Qənioğlu onları təqdir etdiyini, ancaq bu islahatların daha genişləndirilməsinin və dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Bu, azad edilmiş ərazilərimizin bərpasının tezləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. ATP hesab edir ki, indiki zamanda bank-maliyyə siztemində, sığorta bazarında əsaslı islahatlara , iri xarici bankların və sığorta şirkətlərinin ölkəmizə gəlməsi üçün müvafiq hüquqi bazaların təkmilləşdirlməsinə ciddi ehtiyac vardır.
Son illər ölkəmizdə aparılan kadr islahatlarına toxunan T.Qənioğlu bu istiqamətdə tədbirlərin daha sürətlə həyata keçirilməsinin vacib olduğunu diqqətə çatdırmışdır. KİV-də yayılan məlumatlar göstərir ki, bəzi “köhnə” kadrların gənclərlə əvəz edilməsi və onların “fəaliyyəti” heç də həmişə uğurla nəticələnməmişdir. Ona görə də, yeni kadrlar irəli çəkilərkən onların hansı “mühitdə yetişdiyi“ nəzərə alınmalı, bu sahədə himayədarlığa son qoyulmalıdır.
Siyasi sahədə aparılan islahatlara toxunarkən Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə müstəvisinə keçdiyini, siyasi dialoqon genişləndiyini müsbət qiymətləndirən ATP sədri, bu sahədə PA-nın “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini təqdir etdiyini diqqətə çatdırmışdır. YAP-nın VII qurultayında Prezident İlham Əliyev siyasi dialoğun genişləndirlməsini müsbət qiymətləndirmiş, ümidvar olduğunu bildirmişdir ki, ümummilli məsələlərdə yekdil mövqeyə bundan sonra da əməl ediləcəkdir. Məlumdur ki, siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, xüsusilə onların müvafiq ofislərlə təmin edilməsi üçün Preziden İlham Əliyev müvafiq göstəriş vermişdir. Bununla əlaqədar AZƏRTAC-a müsahibəsində Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov bildirmişdir ki: “...bu gün Azərbaycanın siyasi palitrasında təmsil olunan bütün partiyaların normal fəaliyyəti üçün geniş imkanlar mövcuddur - qərargahla, texniki avadanlıqla təmin olunurlar..”. Təəssüf ki, Prezidentin göstərişinə zidd olaraq bu sahədə siyasi partiyalara differensial yanaşmanın şahid oluruq. Belə ki, Prezidentin göstərişinə uyğun olaraq Əməlak Məsələləri Dövlət Xidməti siyasi partiyalara ofislərin verilməsi üçün yerlər ayırıb və Azadlıq prospekti 161 “B” ünvanında yerləşən köhnə binada ümumi sahəsi 99,2 m2, səmərəli sahəsi 40 m2 olan, hər birinin sahəsi təqribən 10 m2 olan iç-içə dörd “otaqlı” belə bir “yer” Təkamül Partiyasına da təklif edilmişdi. Təbii ki, belə “ofis” siyasi partiyanın nəinki normal, heç elementar fəaliyyəti üçün məqbul deyildir. Bunu nəzərə alaraq Təkamül Partiyası rəsmi olaraq bu “ofisdən” imtina etmişdir. ATP bütün fəaliyyəti dövründə legitim fəaliyyət göstərmiş və göstərir, ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərdə daim aktiv iştirak etmişdir və edir, ümummilli məsələlərdə daim dövlətin yanında olmuşdur və bu siyasətini davam etdirmək əzmindədir və s. Ona görə də, siyasi partiyalar ofislə, avadanlıqla təmin edilərkən Əməlak Məsələləri Dövlət Xidmətinin differensial yanaşmasının səbəbləri, bu zaman hansı “prinsipləri” əsas götürdüyü Təkamül Partiyası üçün aydın deyildir. Siayasi partiyanın səmərəli fəaliyyəti üçün müvafiq ofisin olması əsas məsələlərdən biridir. T.Qənioğlu Mərkəzi Şura üzvülərinin nəzərinə çatdırmışdır ki, partiya üçün müvafiq ofisin axtarışını davam etdirir.
İclasda təşkilati məsələ də müzakirə edilmişdir. Partiyada üzün müddət səmərəli fəaliyyəti nəzəzərə alınaraq,T.Qənioğlunun ATP Qadınlar Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru Şəms Əliyevanın partiya sədrinin müavini vəzifəsinə təyin edilməsi üçün verdiy təqdimat yekdilliklə qəbul edilmiş və buna müvafiq olaraq müvafiq əmr imzalanmışdır.
Oxşar xəbərlər
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 2024 20:02
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 2024 20:07
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 2024 12:23
- Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev
17 dekabr 2024 22:31
- Tatarıstan Rəisi Rüstəm Minnixanov Bakıya işgüzar səfərə gəldi
17 dekabr 2024 11:11
- Tramp: Suriyadakı güc Türkiyədir… Ərdoğanla çox yaxşı anlaşırıq, o çox ağıllı bir adamdır
17 dekabr 2024 11:01
- Əsgərlik yaşı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi : 18-30 YAŞ
16 dekabr 2024 14:39
- TƏCİLİ! DTX-dən ƏMƏLİYYAT - Ekstremist qruplaşma İFŞA EDİLDİ FOTO
16 dekabr 2024 12:33
- ABŞ-də həbsdə olan azərbaycanlı QANUNİ OĞRU-nun qardaşı Şirvanda dəhşətli...
16 dekabr 2024 01:15
- Millət vəkili Elşad Musayevin vətəndaşlarla növbəti görüşü
15 dekabr 2024 12:44
Xəbər lenti
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
Video & Fotoqalereya
Video
Fotoqalereya