- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
Qulu Məhərrəmli Xocalıdan danışdı: “Vertolyota minəndə ...
Müsahibə26 fevral 2021 23:07

Televiziya üzrə mütəxəssis, tanınmış jurnalist, professor Qulu Məhərrəmli Xocalı xatirələrini bölüşüb.
Qulu Məhərrəmli Qaynarinfo-ya bildirib ki, həmin vaxt çəkiliş qrupu Xocalıya o vaxtkı televiziya rəhbərli Məmməd Muradın tapşırığı ilə gedib:
"Bir neçə adama ezamiyyətə getməyi təklif etmişdilər. Hərə bir bəhanə ilə imtina etmişdi, çünkü hamı orada vəziyyətin ağır olduğunu bilirdi. Bizə təklif olundu. Biz getməyə razılaşdıq. Dedik ki, gedəcəyik Xocalıya, oradan da Şuşaya. Şuşadan da bir neçə reportaj edim, sonra geri qayıdarıq. Getdik. 3 nəfər idik - operator Vaqif, rejissor Adil, bir də mən. Ağdama qatarla getdik. Həmin günü uça bilmədik, gecəni orada qaldıq. Orada Qarabağa yardım qərargahı fəaliyyət göstərirdi. Bizi Xocalıya onlar göndərməli idi. Qərargahda Əhəd Kərimovla görüşdük. Onu çoxdan tanıyırdım. Bir təhər vertolyot düzəldi, uçduq Xocalıya.
Vertolyota minəndə diqqətimi cəlb edən hamının gözünün içində o qorxunu görməyim idi. Az adam gedirdi, hamını seçmək olurdu. Adamların gözündəki o qorxu heç yadımdan çıxmır. Biz uçanda dekabr ayı idi. Ondan da bir ay qabaq Qarakənddə vertolyot vurulmuşdu, bizim hökumət adamları terror nəticəsində qətlə yetirilmişdi. Ona görə də vertolyota minmək böyük risk tələb edirdi. İnsanların gözündəki qorxu da bu səbəbdən idi. Adam bunu hiss edirdi.
Xocalıya çatdıq, vertolyotun pilotu soruşdu ki, axşam qayıdacaqsınız? Dedim ki, bizim burada bir neçə yerdə çəkilişlərimiz var. Hələ bir neçə gün buradayıq. İşlərimiz bitəndən sonra qayıdacağıq. Bizim Xocalıya gəlişimizin əsas məqsədi vəziyyəti real, olduğu kimi çəkmək və televiziyada göstərmək idi. Çünki o vaxt Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy bəyanat vermişdi. Bəyanatda göstərmişdi ki, Xocalı tam mühasirədədir, nəqliyyat yoxdur, əhali qorunmur, müdafiə olunmur. Yəni, hökumət ora lazımı qayığını göstərə bilmir.
Yadımdadır ki, Məmməd Murad sədr olaraq dedi ki, orada nə varsa, doğrunu çəkin. Əslində həmin tapşırıq da bizi çox ruhlandırmışdı. Olanları çəkib olduğu kimi göstərmək istəyirdik. Təbii, bəlli sirrləri qorumaqla. Orada millət vəkili Elman Məmmədovla görüşdük, hamı silahlı idi, Elman müəllim də hərbi geyimdəydi. Düzü, bizi bir az köntöy qarşıladılar. Niyə gəlmisiniz? Siz gəlmisiniz ki, referendumla bağlı çəkiliş aparmağa və s. Təbii ki, bu bizə xoş gəlmədi. Amma camaatın qəzəbli olmağının səbəbini başa düşürdük. Hamı gileylənirdi, vəziyyətdən narazı idilər. Deyirdilər ki, Bakıda bizi unudublar, burada yiyəsiz qalmışıq. Orada çəkilişlər aparmağa başladıq. Çəkilişlərimizi hardasa iki günün içərisində tamamladıq.
O vaxt Milli Ordu təzə yaranmışdı, onun bir vzvodu vardı. Vzvodun rəhbəri Aqil Quliyevlə görüşdük. Aqil Quliyev Xocalı hadisələrində qətlə yetirildi və sonradan Milli Qəhrəman adı aldı. Orada bir özünümüdafiə dəstəsi vardı - bu işlərə də Tofiq müəllim rəhbərlik edirdi, gecələr növbə çəkirdilər. Deməzdim ki, müəkəmməl müdafiə sistemi vardı. Adamlar yüngül silahla özlərini qorumağa çalışırdılar. Çox şikayətləndilər, nə dedilərsə, hamısını kinolentlə yazdıq. İndi geri qayıtmaq üçün vertolyot yoxdur. Əsgərandan yol kəsilmişdi, yalnız hava yolu vardı. Beləliklə, biz yeni ili Xocalıda qaldıq. Demək olar ki, aralıqda qalmışdıq. Adamlar bizə əl tutmağa çalışırdılar. Orada maliyyə şöbəsinin müdiri vardı - Sahib müəllim, bizi evinə dəvət elədi. Onun evində qalırdıq. Gündüzlər çəkiliş edirdik, daha çox Xocalı Aqrosənaye İdarəsinin binasında qərargah salmışdılar, gündüzlər orda olurduq. Əsgərlərlə söhbətimiz yaxşı tuturdu. Gecələr Sahib müəllimgildə olanda arada AzTV-yə baxırdım. Görürdüm ki, gerçəkdən uzaq məlumatlar verirlər. Xəbərlərdə reallıq görünmür, yalançı pafos var. Məsələn, Xocalıda un yox, camaat yemək sarıdan əziyyət çəkir. Amma Xocalıdan bir az aralı olan Ağcəbədidə "Ət bayramı” keçirilir və bunu da "Xəbərlər” proqramında hay-küylə təqdim edirlər. Onda dərk elədim ki, insanın bədənində bir əza ağrıyır, amma bunu kimsə hiss eləmir. Onda içimdən belə bir hiss keçdi ki, ekrana çıxan, xəbər verən adam heç vaxt yalan danışmamalıdır. Yalan millət üçün fəlakətdir.
Beləliklə, hardasa yanvarın 8-nə kimi orada qaldıq. Hər gün gəlib poçtla əlaqə saxlayırdıq ki, bizi oradan çıxarmağa nail olsunlar. Amma alınmırdı. Eyni zamanda, Xocalıda gecələr çəkilişlərimizi aparırdıq. Xüsusən Xocalı aeroportunu gözləyən polislərlə yaxşı münasibətimiz vardı. Onlarla söhbətlər aparırdıq, məktəbdə olurduq, oranın ağsaqqalları ilə görüşürdük. Demək olar ki, qısa müddətdə biz də xocalı sakini olmuşduq.
Yadımdadır, bir polis kaitanı vardı, Əlif Hacıyevin müavini idi. Çox cəngavər insan idi. Bizi mühafizə edirdi, tövsiyə edirdi: "Kənardan binokldan baxırlar, sizin gəlmə adam olduğunuz dərhal bilinir. Ona görə çox görünən yerdə dayanmayın. Sizi snayperlə vurarlar”. 3-4 gün orda qalandan sonra insanın içində ölüm hissi də adiləşir və heç nədən qorxmursan.
Orada çox hadisələrlə qarşılaşdıq. Belə bir fürsət yarandı ki, bizi yola salmaq olar. Gəncəyə gedən rus əsgərlərinin vasitəsi ilə Əsgərandan keçib Ağdama keçə bilərik. Göyüş müəllim vardı, deyəsən şəhər sovetinin sədri idi. O, təklif eləmişdi, biz də mahiyyəti bilmədən razılaşmışdıq. Necə olursa-olsun, Bakıya qayıdıb, materialları yayımlamaq lazımdı. Biz tankın içinə oturanda Aqil Quliyev gəldi. Soruşdu ki, hara gedirsiniz? Deyəndə ki, Bakıya, etiraz elədi, dedi ki, sizi qoymaram ruslarla gedəsiniz. Onlara etibar yoxdur, gedəcəksiniz, sizi Əsgəranda girov qoyacaqlar. Avtomatı çəkdi ki, bu maşına minə bilməzsiniz, sizin üçün təhlükə var.
Bir-iki gündən sonra vertolyot gəldi. Adam çox idi. Hamı gəlmək istəyirdi. Amma deyəsən belə bir göstəriş verilmişdi ki, yerli əhali ordan çıxmasın. Vertolyot gəldi, biz bir çalalıq yerdə mindik. Əsgərlər bizi güclə mindirdi. Orada da qeyri-adi bir hadisə baş verdi. Vertolyot qalxanda vurmağa başladılar. Hiss edirdik dəyir, hay-küy qalxdı ki, indi vuracaqlar, vertolyot patlayacaq. Pilot uca səslə qışqırdı ki, narahat olmayın.
50-100 metr qalxandan sonra təhlükə sovuşdu.
Bakıya qayıdandan sonra Vasif Babayevin rejissorluğu ilə geniş veriliş də hazırlamışdım.
Xocalıda olarkən qeydlər apardığım bloknotu bu günədək saxlamışam. Bəlkə nə vaxtsa yenə lazım olacağını düşünürəm...”
Bahar Rüstəmli
Oxşar xəbərlər
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
7 aprel 2025 23:35
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
5 aprel 2025 21:54
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- Ərdoğan Pezeşkianla DANIŞDI - Mühüm məsələlər MÜZAKİRƏ OLUNDU
29 mart 2025 19:50
- Bakıda məhkəməsi keçirilən Bakonun qonşusu danışdı: Qumarbaz, nəşəxor idi
25 mart 2025 17:14
- stanbul bu dəqiqələrdə... - Video
25 mart 2025 02:33
- Ərdoğan aksiyalardan danışdı
24 mart 2025 20:18
- Ofeliya Sənani danışdı: Çölə çıxmıram, evdə tuta-tuta gəzirəm
24 mart 2025 14:20
- Putinin həyatını bir film dəyişibmiş... - Özü danışdı
24 mart 2025 00:04
Xəbər lenti
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
Video & Fotoqalereya
Video
Fotoqalereya