“42 il Azərbaycanın qurtuluşu uğrunda çalışdı”
Mədəniyyət21 fevral 2021 12:32

Azərbaycan Cümhuriyyəti nazirlərindən Mustafa Vəkiloğlu qələm əhli kimi məhsuldar olmasa da, yaşlılıq dönəmində bir sıra önəmli məqalələr yazıb. Cümhuriyyətin süqutu, Müsavat partiyası, Mustafa Kamal Atatürk və s. mövzularda yazılar qələmə alan Mustafa bəy silahdaşlarının vəfatı ilə bağlı da üzüntülü məqalələr nəşr edib.
Onun "Türk izi” və "Mücahit” dərgisində Cümhuriyyətimizin iki görkəmli nümayəndəsi – Adil xan Ziyadxan və Əkbər ağa Şeyxülislamzadənin vəfatları münasibətilə yazdığı məqalələri təqdim edirik:
Adil xan Ziyadxan
Azərbaycan Cümhuriyyətinin əski dövlət adamlarından Adil xan Ziyadxanı da itirdik. Hər ölüm ağrılıdır, fəqət Adil xanın ölümü bağrıyanıq azərilərin qəlbində çox dərin bir təəssür və yeis yaratdı. Mərhum istər əxlaqi və şəxsi məziyyətləri, istərsə də milli davaya bağlılığı nöqteyi-nəzərindən əski milliyyətçi münəvvər nəslin – idealist və fədakar nəslin – son müməssillərindəndir. Bir tarix yaratmış olan o nəsil tükənməkdədir, kim qaldı ki...
Və milli tariximizin bir dövrü, çox şərəfli, milli həyəcan və imanla çalxalanan, yapıcı və yaradıcı hərəkatlarla dolu olan bir dövrü qapanmaqdadır. Onun üçündür ki, Adil xanın ölüm xəbərindən sonra ruhumuza ifadəsi çətin, ağrı ilə qarışıq bir hüzn çökdü. Əski yaralarımız təzələndi və yalnızlığımızı, bikəsliyimizi yenə hiss etməyə başladıq.
Gəncə əşrafından olan vəkil Adil xan tarixi bir ailəyə mənsubdur. Bir yarım əsr əvvəl yenə Azərbaycana saldırmış olan rus orduları ilə çarpışaraq qəhrəman Gəncə surları üzərində şəhid olan Cavad xanın nəvələrindəndir. Yüksək mədəniyyəti, əxlaq və xarakteri etibarilə mərhum Adil xan dövrünün mümtaz şəxsiyyətlərindən biri idi. Azərbaycanın istiqlal dövründə bir çox mühüm və məsuliyyətli mövqelərdə olan Adil xan istila zamanı Azərbaycanın Tehran səfiri idi. Ondan bu yana da İstanbulda
mütəvazi bir həyat yaşamaqda idi.
Adil xanın nəsli Azərbaycan istiqlal mücadiləsini yapmış və Azərbaycan Cümhuriyyətini qurmuş olan bənzərsiz fədakarlar nəslidir. Əlimərdan bəylər, Fətəli xanlar, Nəsib bəylər və digərləri bu nəslin mənsubudurlar. Onlar çox fədakar və göstərişdən xoşlanmayan mütəvazi insanlardırlar. Həyatda onlar üçün nə sərvətin qiyməti vardı, nə də dəbdəbənin. Onların yeganə qayəsi milli idealın təhəqqüqü idi. Bu qayə üçün yaşadılar, bu qayə uğrunda çalışdılar, çırpındılar və bu yolda da öldülər. Onların qəbir yeri Xəzər dənizinin insanfsız suları, Azərbaycanın qana boyanmış digər bir çox köşələri, Paris, İstanbul, Ankara, Təbriz məzarlıqlarıdır.
Bəli, bir nəsil köçür, milli tariximizin mühüm bir səhifəsi qapanır...
Fəqət nə zaman dayanır, nə də tarix...
Azərbaycan milli hərəkatı davam edir və tarix səhifələri boş qalmır, dolur. Arxadan gələn nəsil əski nəslin yerini tutur, tutmaqdadır. Hamımızın əhdi-peymanımız, amal və arzumuz istiqlal dövrümüzü yaratmış, yaşatmış və aramızdan əbədiyyən ayrılmış olan bu böyük liderlərimizin yolunda əl birliyi ilə eyni əzm və imanla yürüməkdir.
Hörmətli oxucular, məlum, bu dünya ta əzəldən vəfasız və fanidir, zaman və Əzrayıl amansız və taleh də zəbundur. Şəxslər ölmüş, ölür və öləcəkdir. Fəqət dava yaşayacaq və qazanılacaqdır.
Əkbər ağa Şeyxülislamzadə
Böyük bir təəssürlə öyrəndiyimizə görə Azərbaycanın əski siyasət adamlarından Əkbər ağa Şeyxülislamzadə mart ayında Parisdə vəfat etmişdir. Mərhum Azərbaycanın öndə gələn tanınmış bir ailəsinə mənsub olub İrəvanda doğulmuşdur. Peterburq politexnikumunu bitirmişdir. Məsləyi mühəndislikdi. Ana dilindən başqa rusca və fransızcanı çox yaxşı dərəcədə bilirdi.
Gənc yaşlarında siyasi həyatına atılmış olan rəhmətlik Əkbər ağa ömrünün sonuna qədər çox sevdiyi vətəni Azərbaycanın milli və siyasi davaları ilə dayanmadan, yorulmadan uğraşmışdır.
Rus inqilabından sonra Tiflisdə qurulmuş olan üç Qafqaz millətinin müştərək parlamentində - Seymdə - Əkbər ağanı bu parlamentin məbusları arasında görürük. Bu dövr Əkbər ağanın ən hərarətli siyasi fəaliyyət dövrüdür.
Daha sonra Əkbər ağa siyasi fəaliyyətinə Azərbaycan Milli Məclisində məbus olaraq davam edir. Bu sırada Birinci Dünya hərbindən sonra böyük dövlətlərin Versalda əqd etmiş olduqları Sülh Konfransına bir Azərbaycan mürəxxəs heyətinin göndərilməsi qərarlaşdırılır. Yeni qurulmuş Azərbaycan Cümhuriyyətinin böyük dövlətlər tərəfindən rəsmən tanınmasını təmin məqsədilə mərhum Əlimərdan Topçubaşının rəyasətində Parisə göndərilən mürəxxəs heyətimizə Əkbər ağa da üzv olaraq seçilir.
O zamandan bəri Əkbər ağa Parisdə yaşamaqdaydı. 42 ildir də Əkbər ağa xaricdəki Azərbaycan qurtuluşu uğrundakı çalışmalara aktiv surətdə iştirak etmişdir; ta ölüm döşəyinə düşənə qədər. Rəhmətliyin xəstəliyi çox uzun çəkdi və bütün ihtimamlara rəğmən, təəssüf ki, mübtəla olduğu xəstəlikdən qurtula bilmədi. Bu qiymətli arxadaşımız gözüaçıq getdi bu fani dünyadan... Vətənini görmədən getdi. Son zamanlar mərhumun maddi sıxıntısı çox imiş və bu idealist və fədakar Azərbaycan patriotu fakrü-zərurət içində ölmüşdür. Son illər zərfində qürbət eldə bir-bir ölüb gedən Azərbaycanın əski siyasət və dövlət adamlarının hamısı da bu dünyadan belə yoxsulluq və füqəralıq içində köç edib getmişdirlər...
Əkbərağa Şeyxülislamzadənin dəfn törənində Parisdəki bütün azərbaycanlılardan başqa Quzey Qafqaz, Krım, İdil-Ural, Türküstan, Gürcüstan, Ermənistan, Ukrayna və sair əsir millətlərin Fransadakı siyasi təşkilatlarına mənsub heyətlər də hazır
olmuşdular. Mərhumun ailəsinə və bütün mücadilə arxadaşlarımıza bu böyük qeybimizdən dolayı başsağlığı diləyir, əziz ölümüzə də cənabi Haqdan məğfirətlər diləyirik.
Mənbə: Teleqraf.com
Oxşar xəbərlər
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Bakcell-in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda
4 aprel 2025 18:47
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
2 aprel 2025 12:15
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 2025 21:05
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir - Yaşar Gülər
30 mart 2025 17:18
Xəbər lenti
- Estoniya XİN-dən Macarıstanla bağlı qalmaqallı AÇIQLAMA
05 aprel 23:37
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
05 aprel 21:54
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
05 aprel 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
04 aprel 22:11
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
04 aprel 21:44
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
04 aprel 21:25
- 10 gün sonra bu ərazilər Azərbaycana təhvil veriləcək - Erməni qoşunlar çıxarılır
04 aprel 21:06
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
04 aprel 19:29
- Fermasında dağ keçiləri saxlayan ovçu tutuldu - Foto
04 aprel 19:04
- Bakcell-in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda
04 aprel 18:47
- TDT Baş katibi prezident İlham Əliyevi təbrik etdi
03 aprel 16:42
- Bakı Metropoliteni- ndə yeni rəis
03 aprel 16:26
- Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi
03 aprel 16:02
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
03 aprel 13:24
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
Video & Fotoqalereya
Video
Fotoqalereya