“Onda siz hakimiyyətdə olanda məni yox edəcəksiniz ki...”

Ötən gün xaricdə yaşayan jurnalist Sevinc Osmanqızının şəxsi yutub kanalında "Səni çökdürəcəyik!- Mənə hücumlar və mənim cavabım" adlı verilişlə efirə çıxaraq səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
“Qafqazinfo”nun məlumatına görə, müəllif qeyd edib ki, “Səni çökdürəcəyik” şəklində hücumlar bir neçə gün əvvəl Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi verilişinə dəvət etməsindən sonra başlayıb.
S. Osmanqızı bildirib ki, onun fərqli mövqedə olmasını heç kəs problem kimi görməməlidir: “Həmin verilişdə səsləndirdiyim fikirlər başqa tərəflərə yozulmağa başladı. Yazmağa başladılar ki, “Osmanqızı qiyam edir, Osmanqızı düşərgəni dəyişir” və.s. Fəhmin Hacıyev siyasi partiya rəhbərləriylə bir debat keçirdi. Sanki bundan sonra mənim şəkillərimlə bir kampaniya başlandı. Dostlarımı hətta mənə qarşı döndərməyə çalışırlar. Patronlarıma yazırlar ki, ondan əl çək, ona dəstək olma. Mirmahmud ağayla mənim vaxtilə ANS kanalında da müsahibəm olub. Mən görürəm ki, bunlar qısqanclıqla qarşılanmaqdadır. Skrinlər göndərirlər ki, “Osmanqızı qiyam edir”. Görün efirə kimi çıxartdı?
Qardaş, nə olub? Başqa siyasətçiləri efirə çıxara bilmərəmmi? Doğrudanmı kimsə hesab edir ki, mən yalnız onların görmək istədiyi adamları çıxaracam? Bu, mənə peşəkarlıq baxımından bir təhqirdir. Mən kiməsə, hansısa siyasi partiyaya dəstək verəndə onlara görə dəstək vermirəm, mən dəstəyi öz azadlığıma, dəyərlər sistemimə görə verirəm.
Sən necə mənim azadlığıma əl qaldıra bilərsən? Mən “səni çökdürəcəm” sözünü eşidəndə tüklərim biz-biz oldu.
Bunlar nə yeyirlər, nə içirlər?
Mən əgər başqa bir siyasi qüvvəni müsahibəyə dəvət edirəmsə, doğrudanmı sən məni və ya başqa bir kanalı çökdürməyə çalışacaqsan? Mənim sənin qarşında göstərdiyim o dəstəkdən, ölüm-dirim müharibəsindən sonra ki, mənə deyilməyən sözlər, təhqirlər qalmadı, doğrudanmı sən bundan sonra məni buna və ya nəyəsə görə bu cür satqın çıxaracaqsan? Yalnız ona görəmi ki, sən görmək istəmədiyin adamlar bu kanalda görünüb?!”.
S. Osmanqızı bəyan edib ki, bu gün resursları olmayan qüvvə ona "səni çökdürəcəyəm" deyir: “Axı sabah siz hakimiyyətdə olanda sizin resurslarınız olacaq, onda siz mənə nə edəcəksiniz?! Siz onda məni fiziki yox edəcəksiniz ki... İndi məni üzv olduğum şəbəkədə patronlarıma şikayət edirlər. Yaxşı ki, bütün bunları gördüm. Görünür, kiminsə quyruğu qapı arxasında qalmalıdır ki, sən onları sınayasan. Deyirlər ki, sənin kanalına gəlməyəcəyik”.
Qeyd edək ki, S. Osmanqızının yutub kanalında daha çox Milli Şuranın təmsilçiləri və AXCP üzvləri çıxış edir. Müəllifin bu cür bəyanatı həmin cəbhəni təmsil edən şəxslərə ünvanladığı şübhə doğurmur.
Məlumat üçün bildirək ki, Osmanqızını patronlarına şikayət etməklə bağlı hədələmək dedikdə onun kanalının üzvü olduğu beynəlxalq şəbəkə nəzərdə tutulur. Belə ki, Patreon şəbəkəsi məzmun yaradıcıları üçün işlərini fasiləsiz davam etməyə imkan verən abunə platformasıdır. Bu platformanın üzvləri hər hansı bir icma və ya kanala üzv olmaqla həmin tərəfi maddi olaraq dəstəkləyir, əvəzində isə məzmun təminatına dair xüsusi imtiyazlar əldə etmiş olurlar.
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 2025 14:24
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
6 aprel 2025 21:12
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
5 aprel 2025 12:46
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
4 aprel 2025 22:11
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24