Gloria Palace MTK “ŞƏMS” körpələr evini uçurdur
Cənab Prezident, məni və ailəmi xilas edin
Beş il əvvəl tikilmiş təzə bina necə QƏZALI OLA BİLƏR ?
Bir neçə ildir “Pilot Layihə” adı altında tikinti şirkətləri vətəndaşların şəxsi mülkiyyətində olan obyektlərini, əmlakını heç bir icazə, məhkəmə qərarı olmadan uçurdur. Mülk sahiblərinə hədə-qorxu gəlir, “Get, hara əlin çatır şikayət elə” deyərək, heç bir qanuna, əndazəyə sığmayan hərərkətlər edirlər.
Cənab Prezidentimiz !
Sizin bunlardan xəbəriniz yoxdurmu ?
Bütün ölkə mediası bu barədə dəfələrlə yazıb.
Siz bir çıxışınızda demişdiniz ki, bəzi məmurlar doğru-dürüst infornasiyanın mənə çatmasına imkan vermirlər.
Bəli, Cənab Prezident!
Bu MTK-ların arxasında duranlar Sizin harınlamış dediyiniz məmurlardır.
Belə məmurlardan biri də Nəsimi RİH-nin başçısı Asif Əsgərovdur.
Cənab Prezident !
Hər gün redaksiyamıza əmlakı uçurdulan, qoçu dəstəsinin təzyiqlərinə məruz qalan vətəndaşlar müraciət edir. Şikayətin sayı bir deyil iki deyil..Vətəndaşların hamısı da son ümid yeri kimi Sizi görür.
Həmin müraciətlərdən birini Sizə və cəmiyyətə təqdim edirik.
Nəsimi rayonu, Mərdanov Q küçəsi, ev 129 ünvanda olan təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu yazır:
“Mən Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 74(54) ünvanda yerləşən “ŞƏMS” körpələr evi və uşaq bağçasının təsisçisiyəm.
Bağça AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş Lisenziya əsasında Məktəbəqədər tədris müəssisəsi kimi fəaliyyət göstərir.
Cənab Prezident !
Bu ərazinin torpağı özümə məxsusdur və özəlləşdirilib. Və bağçanın yerləşdiyi bina cəmi 15 il əvvəl Bakı ŞİH-nin sərəncamı ilə tikilib və özəlləşdirilib, yəni şəxsi mülkiyyətimdir.
Möhtərəm Prezident !
Bağçanın yaxınlığında hündür binalar inşa edən Gloria Palace MTK bizə məktub göndərib: “ Sizin bina QƏZALI vəziyyətdədir, OFİSİMİZƏ gəlin”.
Cənab Prezident!
Cəmi 5 il əvvəl inşa edilmiş, fundamenti bir neçə metr olan uşaq bağçasının binası NECƏ QƏZALI OLA BİLƏR ?
Bu bina ötən əsrin 30-cu, 40-cı, hətta 70-ci illərində inşa olmayıb e, cəmi 5 ildir inşa olunub.
Bax, cənab Prezident, bu MTK sahibləri insanların başına bu oyunları açırlar.
Bütün bunlar azmış kimi gecə bizim xəbərimiz olmadan MTK buldozerlə bağçanın divarını uçurdub, kameraları oğurlayıblar.
Mən bu barədə 102-yə, FHN-ə, Şəhər Arxitektura İdarəsinə, Nəsimi rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına müraciət etsəm də şikayətimə baxan olmayıb. Təkcə Nəsimi rayon prokurorluğundan gəliblər.
Cənab Prezident!
Mən tikinti aparan şəxslərə deyəndə ki, belə olmaz, şəxsi mülkiyyət toxunulmazdır. Mənə deyirlər ki, get hara istəyirsən şikayət elə.
Cənab Prezident !
Haqqı və hüququ tapdanan vətəndaşların son ümid yeri Sizsiniz. Xahiş edirəm məni və ailəmi bu harınlamış, hətta quduzlaşmış, qanun saymayan cinayətkarlardan xilas edəsiniz.
Hörmətlə, təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu.
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 2024 23:11
- Deputat - İçəri Şəhərə giriş PULLU OLSUN - SƏRT CAVAB
5 oktyabr 2024 14:05
- Onlara Prezident təqaüdü veriləcək - Siyahı
5 oktyabr 2024 13:37
- Nyu-Yorkun BAKI restoranının sahibi GÖRÜN KİM İMİŞ - Azərbaycan təamlarını Klinton da dadıb
16 sentyabr 2024 09:41
- İndi Nəcməddin Sadıkov ortada yoxdur - 20 milyonu necə bölüblər?
14 sentyabr 2024 10:46
- Rüstəm Behrudi - Həmişə gəlib görürdüm ki, Mirşahin oturub kreslomda...
12 sentyabr 2024 21:16
- Şəhid atası oğlunun banka borcunu ÖDƏYƏ BİLMİR - VİDEO
19 avqust 2024 22:25
- Bakıda analoqu olmayan məktəb - Bir ailənin dərs dediyi məkanla bağlı ilginc faktlar - VİDEO
19 avqust 2024 21:38
- Norveçli evini satdı, Lənkəranda biznes qurdu (VİDEO)
18 avqust 2024 16:23
- İbn Sinanın dəfn edildiyi, Azərbaycanın ən qədim paytaxtı olmuş şəhər
28 iyul 2024 12:37
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41