Polad Həşimovun rütbəsinin mayora endirilməsinin pərdəarxası...
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər. Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Əmrə əsasən, hər iki general ehtiyata buraxılıb.
Bununla da Vətən Müharibəsindən sonra ordu sıralarından kənarlaşdırılan generalların sayı üçə çatdı. Bunlar Rövşən Əkbərov, Xəqani Cəbrayılov və Müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovdur. Hər üç generalın Vətən Müharibəsində uğursuzluqla yadda qaldığı bildirilir. Vətən Müharibəsinə görə təltif edilən minlərlə hərbçinin arasında bu üç şəxsin adının olmaması yayılan iddiaları daha da qüvvətləndirir.
Nəcməddin Sadıkovdan sonra Rövşən Əkbərovun ən tanınan generallardan olduğunu desək, yəqin ki, yanılmarıq. O, səkkiz il əvvəl də cəzalandırılmışdı. Bu, Rövşən Əkbərovun Şəmkir hərbi birləşməsinin komandiri olarkən baş vermişdi.
"Qafqazinfo" sözügedən cəza ilə bağlı, 2013-cü ildə baş vermiş hadisə ətrafında araşdırma aparıb.
Qısa arayış olaraq bildirək ki, 2013-cü ilin yanvarın 7-də Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadov qəflətən ölüb.
Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından vəfat etdiyi qeyd olunsa da, əsgər anası Samirə Qubadova bununla barışmayıb və oğlunun döyülərək öldürüldüyünü iddia edib. Həmin il sosial şəbəkələrdə və mətbuatda yayılan fotolar da bu iddianı daha da gücləndirib.
Bu hadisəyə görə həmin vaxt Müdafiə naziri olan Səfər Əbiyev Rövşən Əkbərova şiddətli töhmət verib. Hadisənin baş verdiyi hərbi hissənin komandiri Polad Həşimovun rütbəsi isə polkovnik-leytenantdan mayora endirilib.
"Qafqazinfo"ya danışan, 2013-cü ildə həmin hərbi hissədə əsgər kimi xidmət etmiş Fariz Qəhrəmanov bildirib ki, əsgərin ölümündə nə hərbi hissə komandiri Polad Həşimovun, nə də tabor komandirinin günahı olub:
"Həmin vaxt posta qalxırdıq. 93 nömrəli posta əmr gəldi ki, siz qalın, bu gün hava soyuqdur, qardır, sabah qalxarsınız. Biz qalxandan sonra MAXE tabor kombatının əmrinə tabe olmayaraq, özbaşına gənc əsgərləri posta tərəf qaldırıb. Rəhmətə gedən əsgər Ceyhun Qubadov da yuxarı qalxmaqda çətinlik çəkib. MAXE onun üstünə qışqırıb ki, sürətli qalx, yoxsa ikimiz də soyuqdan donub öləcəyik.
Əsgər deyib ki, ayağımda taqət qalmayıb, qalxa bilmirəm. Əsgər sonra buzun üstündə sürüşərək aşağı yıxılıb. Donvurmadan vəziyyəti yaxşı deyildi. MAXE arxasınca gəlib onunu döymüşdü, başından təpiklə vurmuşdu. Çox güclü döymüşdü. Sonra postdan əlavə kömək gəldi, əsgəri yuxarı qaldırdılar.
Elə o vaxt ağzından köpük gəlib ölmüşdü. Həmin vaxt Polad Həşimovun, tabor kombatının heç bir günahı olmayıb. Orada günah bir post rəhbərində idi, bir də MAXE-də. Onlar özbaşına qərar verib posta qalxmışdılar. Bundan nə Polad Həşimovun, nə də tabor kombatının xəbəri var idi".
Hadisə şahidinin də açıqlamasından başa düşülür ki, Polad Həşimova verilən cəza, əslində, haqsız imiş. Görünür, bu məsələ Müdafiə Nazirliyi tərəfindən həmin vaxt dəqiq araşdırılmayıb və nazir Səfər Əbiyev ona yönəlmiş tənqidlərdən qaçmaq üçün zabitlərə tələsik cəza verməklə məsuliyyətdən boyun qaçırıb.
Hər halda rütbəsi polkovnik-leytenant ikən mayora endirilən Polad Həşimovun sonradan general-mayor rütbəsinə qədər yüksəlməsi, ən əsası, xalqın qəhrəmanına çevrilməsi, Tovuz döyüşlərində şəhid olması ilə mübarizəmizi daha da gücləndirməsi onun sağlığında haqsızlıqla barışmamasının, iradəsinin göstəricisidir.
Onu da qeyd edək ki, ölkə gündəmini zəbt edən hadisə ilə bağlı həmin vaxt Müdafiə naziri olan Səfər Əbiyevin də cəzalandırılması, məsuliyyətə cəlb edilməsi ilə bağlı fikirlər yayımlanırdı. Maraqlıdır ki, general-polkovnikin vəzifədən azad edilməsi də məhz 2013-cü ilə, hadisədən doqquz ay sonraya təsadüf edir.
Məsələ burasındadır ki, hadisə ilə bağlı Səfər Əbiyevin şiddətli töhmət verdiyi general-leytenant Rövşən Əkbərovla sabiq nazirin ulduzu barışmayıb.
Əbiyev və Əkbərov arasında daha bir qalmaqal isə 2013-cü ilin iyununda olmuşdu. Mətbuatın yazdığına görə, Müdafiə Nazirliyi digər ordu birləşmələrinin komandanlarını Azərbaycan Ordusunun yaranmasının 95 illiyinə həsr olunan parada dəvət etsə də, Rövşən Əkbərov təntənəli mərasimə çağırılmayıb. Lakin general bununla barışmayıb və paradda iştirak edə bilib.
O, buna məlumatı ölkə rəhbərliyinə çatdırmaqla nail olub. Daha sonra Əbiyevə Əkbərovun parada çağrılması tapşırığı gəlib və bu, icra edilib. Həmin vaxt yayılan iddialara görə, Rövşən Əkbərov özünü post-Əbiyev dövrünə layiqli namizədlərdən biri kimi tanıtması Əbiyevin xoşuna gəlməmişdi.
Qeyd edək ki, əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılmışdı. Prosesin davamında əsgər ölümünə görə hərbi hissəsinin zabiti, baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs edilmişdilər. Veysəl Ağayev üç il, MAXE Qurbanov isə beş il azadlıqdan məhrum olunmuşdu. Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən uzaqlaşdırılmışdı.
- Azərbaycan üçün şans - BMT-də Ermənistana elə bir sual verildi ki...
5 dekabr 2024 11:39
- Korrupsiya qarşı Mübarizə Komissiyasının sədri Ramiz müəllim özü Ostrovskini oxuyubmu ?
17 dekabr 2024 18:31
- Türkiyə və İran ordusu Suriyaya GİRDİ, üsyançılar Əsədin evinə BASQIN etdi– Əsəd Ərdoğana YALVARIR
2 dekabr 2024 11:48
- Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günüdür
13 oktyabr 2024 14:51
- Bakı metrosunda XANIMA BİZ BATIRDILAR
8 oktyabr 2024 13:23
- Prezident Rusiyaya yeni səfir təyin etdi
1 oktyabr 2024 21:05
- Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək (SİYAHI)
1 oktyabr 2024 10:42
- Putin Polad Bülbüloğlunu təltif etdi
30 sentyabr 2024 17:11
- Polad Həşimovun anasından ürəkdağlayan görüntülər - Foto+VİDEO
27 sentyabr 2024 12:14
- Prezident ONLARI vəzifədən azad etdi (SƏRƏNCAM)
23 sentyabr 2024 15:12
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54