Dağlıq Qarabağla bağlı ŞOK MÜSAHİBƏ – "Amerikanın səsi"

ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların yeni administrasiyasının xarici siyasət prioritetləri, ABŞ-ın Rusiya ilə münasibətlərinin region ölkələrinə mümkün təsirləri və Amerika-Azərbaycan münasibətlərindən gözləntiləri şərh edib.
BAXAR.AZ həmin müsahibəni təqdim edir:
– Vaşinqtonda yeni administrasiyanın gəlişi ilə bir çoxları qlobal super gücün hansı kurs götürdüyünü bilmək istəyir və xarici siyasətdə dəyişiklik gözləyir. Bəzi təhlilçilər Bayden administrasiyası dövründə ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı siyasətində az dəyişikliyin olacağını düşünür. Siz necə hesab edirsiniz?
– Adətən ən adi cavab budur – az dəyişiklik. Fikrimcə, daha qəbul edilmiş cavab budur ki, danışmaq hələ tezdir. Amma mən bəzi dəyişikliklərin olacağını düşünürəm. Dəyişikliklər olacaq. Mən hesab edirəm ki, bu dəyişikliklərdən bəziləri neqativ yanaşmadan daha pozitiv yanaşmaya və ya ümumiyyətlə yanaşmaya necə keçməkdən ibarət olacaq. Çünki, Tramp administrasiyası dövründə Cənubi Qafqaz regionuna prezident səviyyəsində bir yanaşma yox idi. Trampın hərtərəfli strategiyası yox idi. Bəli, Çin və Rusiyanın ABŞ-ın strateji rəqibləri kimi müəyyən edildiyi milli təhlükəsizlik strategiyası var. Bu doğrudur. Ancaq Cənubi Qafqaza gəldikdə düşünürəm ki, Ermənistan və Azərbaycan sərhədlərində yayda baş verən qarşıdurmalardan sonra ABŞ-ın aktiv diplomatik fəaliyyət göstərmədi. Bu isə o deməkdir ki, təkcə Tramp administrasiyası deyil, hətta Obama administrasiyası dövründə də Birləşmiş Ştatların Cənubi Qafqazla bağlı yüksək səviyyədə planları olmayıb. Azərbaycan və Ermənistana gəldikdə, düşünürəm ki, başlanğıcda hər şey əvvəlki kimi qalacaq.
Bayden və sonra da dövlət katibi vəzifəsinə namizədi Toni Blinkenin Türkiyə və Cənubi Qafqaz, Türkiyə və Azərbaycan arasında münasibətlərlə əlaqəli tam təsəvvürləri yoxdur. Belə görünür ki, Türkiyə öz addımlarını öz mənafelərinə görə atıb. Türkiyə bəzən NATO maraqlarını nəzərə almayıb. Türkiyənin Dağlıq Qarabağda Azərbaycana dəstəyi Vaşinqton tərəfindən Türkiyənin aqressivliyinin bir əlaməti kimi qiymətləndirilə bilər. Bu mənada aqressiya Azərbaycana da aid edilir. Eləcə də, prezident seçki kampaniyasından yenicə çıxmışıq və əlbəttə ki, erməni diasporunun səsi çox aydın eşidilir. Bu Vaşinqtonda yüksək rezonans yaradır. Prezident Baydenin “siyasi qəlbində” Ermənistan və Yunanıstan həmişə zəif yerlər olub və düşünürəm ki, bu, bir çox cəhətdən ABŞ-ın daxili siyasətindən qaynaqlanır. Lakin həftələr və aylar keçdikcə, Prezident Baydenin dünyaya baxışı sistematik və strateji düşüncəyə əsaslandığı zaman dəyişikliyin olacağını düşünürəm.
Onun NATO və transatlantik əməkdaşlığı ABŞ-ın xarici siyasətinin mərkəzi elementi kimi ortaya çıxacaq. Yalnız o zaman ABŞ-ın yenidən Cənubi Qafqazda bəlkə də daha aktiv rol oynaya biləcəyini görə bilərik. Amma Corc Buşun oynadığı qədər deyil. O zaman biz Gürcüstanın NATO-ya üzvlük yolunu tutmasına kömək etmək üçün Gürcüstanda daxili islahatların inkişaf etdirilməsinə və Dağlıq Qarabağda danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə əlimizdən gələni etmək üçün aktiv şəkildə çalışırdıq. Düşünmürəm ki, Bayden daha aktiv olacaq. Düşünürəm ki, Cənubi Qafqazın ABŞ üçün nə qədər mühüm olduğuna dair bu strateji hesabat yenidən Prezident Baydenin diqqət mərkəzində olacaq.
– ABŞ-Azərbaycan münasibətlərinin hansı aspektlərinin dəyişməz qalacağını düşünürsünüz?
– İstər Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan dəhlizləri, istərsə də ABŞ ilə Əfqanıstan arasındakı hava dəhlizi Azərbaycanı Vaşinqton üçün əvəz olunmaz tərəfdaşa çevirir. Yəni bu, daim əhəmiyyətini itirməyəcək strateji amillər kimi qalacaq. Eyni zamanda, İranla gərginliyin necə aradan qaldırılması və münasibətlərin necə yaxşılaşdırılması məsələlərində də Azərbaycanın müstəsana rolu ola bilər. Nəzərə alaq ki, İranda etnik azərbaycanlılar güclü faktordur. Biz İkinci Dağlıq Qarabağ müharibəsi zamanı İranın şimalında etnik azərbaycanlı duyğularının nə qədər güclü olduğunun şahidi olduq.
Mən həmçinin düşünürəm ki, ABŞ Suriyada vəziyyəti sabitləşdirmək, DAEŞ və ya İslam Dövlətinin birdəfəlik məğlub olmasına əmin olmaq üçün və eləcə də şiə İranın terrorizmə, Hizbullah və hərbi dəstələrə dəstəyinə qarşı mübarizədə irəli getdikcə Azərbaycanın nə qədər xüsusi bir ölkə olduğunu özü daha aşkar hiss edəcək. Bu, əhalisinin əksəriyyəti şiə olan, dini müxtəlifliyə və fərqli dinlərə hörmətlə yanaşan ölkədir. Belə ki, hamımız ölkədə tarixi, çiçəklənən yəhudi və xristian icmalarının, pravoslav, protestant icmalarının olduğunu bilirik. Mən Azərbaycanda yaşadığım zaman Roma Katolik icmasının üzvü idim.
Bu, Azərbaycan üçün qeyri-adi və demək olar ki, fövəladə bir faktordur. Söhbət Bayden administrasiyası tərəfindən Azərbaycandan İranda dəyişikliyə təsir göstərmək üçün nə vaxtsa bir vasitə kimi istifadə etməsindən getmir, mən demək istəyirəm ki, Bayden administrasiyası Buş administrasiyası dövründəki kimi Azərbaycanın özəl və dəyərli olduğunu yenidən kəşf edəcək.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, düşündüyüm bir məsələ davam edəcək. Mənə elə gəlir ki, Bayden administrasiyası Minsk Qrupunun Dağlıq Qarabağın hələ də ermənilərin nəzarətində olan hissələrində hüquqi statusun dəyişdirilməsi ilə bağlı danışıqların davam etdirilməsi kimi ənənəvi istəyini davam etdirmək istəyəcək. ABŞ bu məsələnin Madrid prinsipləri çərçivəsində həllinin tərəfdarıdır. 10 noyabr razılaşması Madrid prinsiplərinə çox yaxındır. Lakin Dağlıq Qarabağın status məsələsi noyabrın 10-da nəzərə alınmayıb. Razılaşma noyabrın 10-da qüvvəyə mindiyi gündən dərhal sonra Fransa xarici işlər naziri ictimaiyyət qarşısına çıxaraq bildirdi ki, Minsk Qrupu yenidən işə qayıtmalıdır və Dağlıq Qarabağın məqbul, yekun hüquqi statusu ilə bağlı yenidən danışıqlara başlamalıdır. Vaşinqtondan da buna bənzər açıqlamalar verildi. Lakin Azərbaycan hökuməti və yaxud Rusiya hökuməti üçün bu məsələ artıq həll edilib. Ermənistan müharibədə məğlub olub.
– Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar Rusiyanın vasitəçiliyi ilə Minsk Qrupunun iştirakı olmadan atəşkəs razılaşmasının imzalanması ilə sona çatdı. Minsk Qrupunun sülh prosesinin növbəti mərhələsində hansısa rolu ola bilərmi və bu nədən ibarət ola bilər?
– Bunu hələ müəyyənləşdirmək lazımdır. Vaşinqton və Parisdə düşünürlər ki, onların əsas funksiyası Dağlıq Qarabağın yekun hüquqi statusu ilə bağlıdır. Digər tərəfdən bu dövlətlər indiki sülhməramlı qüvvələrin çoxtərəfli qüvvələrə çevrilməsində çox maraqlıdır.
Bütövlükdə Rusiya sülhməramlılarının Azərbaycanda mövcudluğu qəbuledilməzdir. Noyabrın 10-da döyüşən tərəfləri dərhal ayırmağa hazır olan sülhməramlı qüvvələrin olması həqiqətən vacib idi. Rusiya orada idi. Düzdür, Rusiya uzun müddətdir ki, sülhməramlı qüvvələrini Azərbaycan ərazisində yerləşdirmək istəyirdi. Amma Rusiya sülhməramlıları həqiqətən də atəşkəs rejimini lazımi şəkildə möhkəmləndirərək, bu günə qədər olduqca yaxşı iş görürlər.
Lakin zaman keçdikcə burada risklər də var. Əgər ilk beş illik müddətin başa çatmasına az vaxt qaldıqda ruslar ikinci beş illik müddət istəsə, bu ciddi narazılığa səbəb olacaq. Nəzər alaq ki, Türkiyə əsgərləri də sülhməramlı qüvvələr kimi o zamanadək Azərbaycanda qalacaq. Yada salaq ki, Prezident Bayden dünən bir sıra məsələlərdə Prezident Putinlə qarşı-qarşıya gəlib. Ümid edirəm ki, Bayden administrasiyası Rusiya ilə sülhməramlılar məsələsində konfrontasiyaya getməsə də, çoxtərəfli sülhməramlı qüvvələr məsələsini ABŞ-Rusiya gündəminin əhəmiyyətli bir mövzusuna çevirəcək.
– Rusiya və İranın ABŞ-ın xarici siyasətində diqqət mərkəzində olacağı gözlənilir. Rusiyanın diqqət mərkəzində olduğu nəzərə alınsa, ABŞ və Rusiya arasında münasibətlərin region ölkələrinə hansı təsirləri ola bilər?
– Düşünürəm ki, əgər Prezident Bayden Rusiya ilə münasibətlərdə qəti mövqedə qalsa, ABŞ-ın nə gözlədiyini açıq bildirsə, Prezident Trampın etdiyi şeyləri etməsə, ABŞ-Rusiya əlaqələri yaxşılaşacaq. Düşünürəm ki, Bayden administrasiyası Rusiya ilə daha çox proqnozlaşdırıla bilən, əməkdaşlıq deməzdim, amma daha az qarşıdurma olan əlaqələr quracaq. Çünki Prezident Putinin daha əvvəlki kimi cazibədar imkanları olmayacaq.
Mən bir məqamı da qeyd etmək istərdim. Hesab edirəm ki, Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərin və Dağlıq Qarabağın bərpası, Azərbaycanın Ermənistanla birlikdə işləmək və Ermənistanın iqtisadi cəhətdən inkişafına kömək etmək, bütün tranzit yolları açmaq, Ermənistanın yaxın gələcəkdə infrastruktur layihələrinə inteqrasiyasına kömək etmək istəyinə açıq yanaşması həqiqətən ABŞ və Rusiyanın əməkdaşlıq edə biləcəyi bir məsələ ola bilər. Bu, ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılması üçün mərkəzi təşəbbüslərindən biri ola bilər. Aydındır ki, Rusiya Ermənistanla münasibətlərini bərpa etmək istəyir. Ermənistan özünü Rusiya tərəfindən xəyanətə uğramış kimi hiss edir. Rusiya açıq-aydın Azərbaycanda daha güclü təsirə malik olmaq istəyir. Hesab edirəm ki, Rusiya Ermənistanın bölgəyə inteqrasiyasına kömək etmək üçün əhəmiyyətli investisiyaları çox böyük məmnuniyyətlə qarşılaya bilər. Buna görə də Azərbaycanın moderator kimi vəziyyəti müsbət tərəfə doğru dəyişmək imkanı var.
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 2025 10:45
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 2025 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 2025 00:06
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
9 aprel 2025 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
9 aprel 2025 20:27
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
9 aprel 2025 17:47
- Prezident onu rektor təyin etdi - Sərəncam
9 aprel 2025 16:24
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56