Kremlin işlər idarəsinin 2 müdiri 40 gündə intihar etdi
Ölümündən sonra onun qeyd dəftərçəsinin arasından tapılmış kağızda bu sözlər yazılıb: “Mən satqın deyiləm və kiməsə qarşı çıxmaq fikrim olmayıb. Amma mən qorxuram...”
Nikolay Kruçinanın yazdığı bu qeyd istintaq qrupuna əsas verib ki, onun ölümünü intihar kimi qiymətləndirsinlər. Amma sonralar bu müəmmalı ölüm haqqında fərqli versiyalar da üzə çıxıb.
SSRİ-nin mövcudluğu dövründə Mərkəzi Komitənin işlər idarəsinin müdiri vəzifəsində 16 nəfər işləyib. Nikolay Kruçina bu vəzifənin son daşıyıcısı olub. Belə ki, 26 avqust 1991-ci ildə Kruçinanın müəmmalı ölümündən sonra bu vəzifə ləğv edilib.
Mərkəzi Komitənin işlər idarəsi siyasi fəaliyyətlə məşğul olmasa da, onun fəaliyyət dairəsi kifayət qədər əhatəli olub. Kremlin maliyyə, təminat və təchizat məsələləri məhz bu idarə tərəfindən həyata keçirilib. Mərkəzi Komitənin balansında olan mənzillər və bağ evləri, avtoparklar, sanatoriya, pansionat və istirahət evləri, nəşriyyatlar və mətbu orqanlar, kitabxanalar, muzeylər, saraylar,
arxivlər, mehmanxanalar və s. birbaşa işlər idarəsinin tabeliyində olub
.
Bunlar məsələnin rəsmi tərəfləridir. İşlər idarəsi qeyri-rəsmi funksiyalar da daşıyıb: partiyanın “qara kassası”nı zənginləşdirmək, xarici ölkələrdə fəaliyyət göstərən Kommunist Partiyalarını maliyyələşdirmək, SSRİ-nin xarici ölkələrdəki agentura şəbəkələrinə DTK vasitəsilə pul ötürmək və s. İdarə müdirinin qeyri-rəsmi vəzifələrindən biri də Kreml məmurlarının kaprizli ailələrinin bitib-tükənməyən arzularını, istəklərini həyata keçirməkdən ibarət olub.
1983-cü ildən 1991-ci ilə qədər Nikolay Kruçina işlər idarəsinin müdiri kimi bütün bu işlərin öhdəsindən gəlməyə çalışıb.
Nikolay Kruçina 1928-ci ildə Xabarovskda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Rostovda Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra komsomol orqanlarında çalışıb. 1956-cı ildə Macarstan hadisələri zamanı təbliğat dəstəsi ilə həmin ölkəyə göndərilib. 1962-ci ildə ümumittifaq komsomolunda kənd gəncləri şöbəsinə rəhbər təyin edilib. Bir ildən sonra Kruçina Mərkəzi Komitəyə dəvət olunub və o, kənd təsərrüfatı şöbəsində təlimatçı vəzifəsinə təyinat alıb. 1965-ci ildə Kruçina Qazaxıstana, Selinoqrad vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə göndərilib. Bu vəzifə onun siyasi karyerasında böyük rol oynayıb.
1978-ci ildə Nikolay Kruçina yenidən Mərkəzi Komitəyə dəvət alıb. O, Mərkəzi Komitənin kənd təsərrüfatı şöbəsi müdirinin birinci müavini təyin edilib. Qeyd edək ki, elə həmin ərəfədə Mixail Qorbaçov Mərkəzi Komitənin kənd təsərrüfatı işləri üzrə katibi vəzifəsinə təyin edilib. Kruçina ilə Qorbaçovun yaxın münasibətləri də məhz həmin vaxtdan başlanıb.
1983-cü ildə Yuri Andropov hakimiyyətə gələndə apardığı kadr islahatının siyahısına işlər idarəsinin müdiri Georgi Pavlov da düşüb. Brejnevin həmyerlisi olan Pavlov bu vəzifəyə 1965-ci ildə təyin olunub. O, Brejnevin ən yaxın adamlarından biri sayılıb. Kremldə çoxları Pavlovu baş katibin ailəsinin təminatçısı sayıb. O cümlədən Pavlov Brejnevin “qara pullar” xəzinəsinə cavabdehlik daşıyıb. Buna görə də Andropov 73 yaşlı Pavlovu “yaşı ilə əlaqədar” vəzifəsindən uzaqlaşdırıb.
Kremldə işlər idarəsinə yeni müdir təyinatı çox da rahatlıqla alınmayıb. Daha çox Çernenko bu vəzifəyə öz adamını təyin etmək istəyib. Andropov Çernenkoya mane olmaq istəməsə də, sonda Qorbaşovun namizədi ilə razılaşıb. Qorbaçov öz xatirələrində bu təyinatı belə xatırlayıb:
“Pavlovun vəzifədən götürülməyi qaçılmaz idi. Onun adı partiyanın pullarının mənimsənilməsində hallanırdı və bu şəxs Brejnevin kassiri kimi tanınırdı. Buna baxmayaraq, Andropov onu çox böyük hörmətlə yola saldı. Yeni təyinat məsələsində isə fikir ayrılığı var idi. Çernenko bu vəzifədə öz adamını görmək istəyirdi. Amma mən buna yol vermədim. Nikolay Kruçina olduqca təmiz, təşəbbüskar, bacarıqlı bir adam idi. Mən ona inanırdım. Təkid etdim ki, işlər idarəsinə müdir o təyin olunsun. Andropov razılaşdı...”
Beləliklə, Nikolay Kruçina 1983-cü ildə Mərkəzi Komitənin işlər idarəsinin müdiri vəzifəsinə təyin olunub.
Onun bu vəzifəyə təyinatı ilə Kremlin və onun məmurlarının təminatında çox şeylər dəyişib. Hətta Kreml yeməkxanasının zəngin menyusunda ciddi ixtisarlar edilib.
Kruçina israfçılığa qarşı ciddi mübarizə aparıb. Qorbaçovla yaxın münasibətdə olsa da, onun baş katib olduğu dövrdə Raisa Qorbaçovaya qarşı “maliyyə sanksiyası” tətbiq etməkdən çəkinməyib və günlərin birində nümayişkarcasına birinci ledinin köməkçisinə öz etirazını bildirib: “Mənim bu lüzumsuz tədbirlərə ayırmağa pulum yoxdur...”
Amma bütün bunlar hadisələrin görünən tərəfidir. Bir çox araşdırmaçıların qənaətinə görə, dünyanın müxtəlif məkanlarında Qorbaçova məxsus iqamətgahlar məhz Kruçinanın əli ilə partiyanın pulları hesabına alınıb.
26 avqust 1991-ci ildə Nikolay Kruçina Arbat yaxınlığında yerləşən, Mərkəzi Komitənin işçiləri üçün nəzərdə tutulmuş binadakı 5-ci mərtəbədəki mənzilinin eyvanından özünü ataraq intihar edib. Yuxarıda qeyd etdiyimiz kimi, istintaq orqanları onun qeydlərini əsas götürərək hadisəni intihar kimi qiymətləndiriblər. Amma bəzi versiyalara görə, Nikolay Kruçina özünü eyvandan atmağa məcbur edilib. Bu versiyanı söyləyənlərdən biri də müdafiə naziri Dmitri Yazov olub.
Kruçinanın intiharını təbii sayanlar da olub. Belə ki, SSRİ-nin son dövrlərində partiyanın xəzinəsinin dağıdılmasında onun da adı hallanıb. Çünki partiyanın pullarına birbaşa işlər idarəsi nəzarət edib. Məsələ burasındadır ki, Kruçinanın intiharından 40 gün sonra onun sələfi Pavlov da özünü eyvandan ataraq intihar edib. Müəmmalı ölümlərin səbəbi bütün variantlarda partiyanın milyonları ilə bağlı olub. Kimisi yeyib və bu günə qədər də yaşayır, kimisi isə bu pullara görə həyatını yarımçıq qoyub.
Qeyd edək ki, Nikolay Kruçina “intihar” edəndə 63 yaşında olub. O, Moskvada, Troekurovsk qəbirstanlığında dəfn edilib.
- Almaniyada MATƏM elan edildi
21 dekabr 2024 23:38
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 2024 20:24
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 2024 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 2024 12:23
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54