Prezidentin Qarabağda salmaq istədiyi “ağıllı kənd”lər…
Region29 yanvar 2021 12:53
Prezident İlham Əliyev yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi qəbul edərkən, azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağından danışıb. Ölkə başçısı deyib ki, azad edilmiş ərazilərdə qurulacaq şəhər və kəndlər "smart-city”, "smart-village”, yəni, "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyası əsasında tikilməlidir.
"Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq”.
Xatırladaq ki, "ağıllı şəhər” konsepsiyası Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da öz əksini tapıb.
"Ağıllı şəhər” elm və texnika, informasiya texnologiyalarının yüksək inkişaf etdiyi mühitdə formalaşır, cəmiyyətin, insanların həyat tərzinin fərqli yön aldığı şəhərlər sayılır. "Ağıllı şəhər”in fəaliyyəti smart cihazlardan əldə edilən məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərinə start verə bilərlər.
1.6 milyon nəfər əhalisi olan Ninsya vilayətinin İnçuan (Çin) mərkəzi, 3000 nəfər əhalisi olan Fudzisava (Yaponiya) şəhəri, 192 min nəfər əhalisi olan Milton-Kins (Böyük Britaniya) şəhəri, 5.5 milyon nəfər əhalisi olan Sinqapur (Sinqapur) meqalopolisi, 300 nəfərin yaşadığı Əbu-Dabi şəhərinin qəsəbəsi Məsdər (BƏƏ) "ağıllı şəhər”lər sırasındadır.
Qaynarinfo xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə formalaşacaq inkişaf modeli beynəlxalq standartlara əsaslanacaq, informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməklə həyata keçiriləcək:
"Cənab Prezident məhz işğaldan azad olunmuş ərazilərimizdə formalaşacaq inkişaf modelinin daha sonra digər rayonlara transfer ediləcəyilə bağlı bəyanat verib. Bu ondan xəbər verir ki, formalaşacaq infrastruktur, bütövlükdə menecment beynəlxalq standartlara və yeni çağırışlara uyğun həyata keçiriləcək. Bu gün dünyanın bir çox aparıcı şəhərlərində "smart-city”, yəni "ağıllı şəhər” konsepsiyası informasiya və kommunikasiya texnologiyasına inteqrasiya olunur. Bu da imkan verir ki, vətəndaşlar xidmətlərdən, xüsusən də dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə edə bilsinlər. Bu həm aktivlərin idarə edilməsi, həm səmərəliliyin artırılması, həm də hədəflərə nail olunması baxımından əlverişlidir. Nəqliyat sistemi, enerji, su təmiantı, xəstəxana və məktəblər də daxil olmaqla, sosial istiqamətdə monitorinq imkanlarının aparılması anlamına gəlir. Nəticə etibarilə informasiya texnologiyaları vasitəsilə məlumatların toplanması, şəhər üzrə monitorinqlərin keçirilməsi reallaşır. Bu da şəhərin bütövlükdə idarə edilməsində informasiya texnologiyasından daha çox istifadə anlamına gəlir ki, idarəetmədə xərclərin azaldılması, effektivliyin artırılması baxımından olduqca vacibdir. Eləcə də həmin şəhər sakinlərilə hökumət arasında əlaqənin həm daha şəffaf, həm də daha asan həyata keçirilməsi, eyni zamanda vətəndaş-məmur arasındakı əlaqələrin genişləndirilməsinə imkan verir”.
Dünya praktikasına görə, "ağıllı şəhər”in 10 böyük üstünlüyünün olduğunu deyən iqtisadçı, birinci sırada səmərəli datalara və göstəricilərə əsaslanan qərarların verilməsi prosesini diqqətə çatdırıb:
"Təbii ki, bu, şəhərin idarəedilməsi ilə bağlı daha analitik strategiyanın yaradılmasına imkan verir. Bu, eyni zamanda qərarların konkret olaraq şəhərin göstəricilərinə uyğun olaraq verilməsi deməkdir.
İkincisi, layihə vətəndaş və hökumət arasında daha sıx əməkdaşlığın formalaşmasına kömək edir. Həmin şəhərdə yaşayan sakinlər də fərqli alətlərdən, internet üzərindən və mobil aplikasiyalardan, portallardan, onlayn alətlərdən istifadə etməklə, şəhər idarəetməsi ilə birbaşa əlaqə qururlar”.
Deputat "ağıllı şəhər”in daha bir üstünlüyü kimi təhlükəsiz icmaların yaradılmasını qeyd edib:
"Ümumiyyətlə, dünya praktikasında daha təhlükəsiz icmalar yaradılır. "Ağıllı şəhər” təhlükəsiz şəhərdir. Bu, birbaşa onunla bağlıdır ki, burada texnologiyalardan ciddi şəkildə istifadə olunur. Bu, texnoloji olaraq cinayətlərin üstünün daha tez və qısa zamanda açılmasına imkan yaradır və şəhəri təhlükəsiz yerə çevirir. Ətraf mühitin qorunması baxımından, alternativ enerji mənbələrinin imkanlarından "ağıllı şəhər”lərdə istifadə olunur.
"Ağıllı şəhər”lərin 5-ci üstünlüyü nəqliyyatın yüksək inkişafıdır. Dünya təcrübəsində "ağıllı şəhər”lər il ərzində təxminən nəqliyyat sektoruna yönəltdikləri investisiya həcmini 25 faiz artırırlar. Bu, təbii ki, həm nəqliyyatın tənzimlənməsi, eyni zamanda, tıxacların aradan qaldırılması baxımından vacibdir.
Növbəti üstünlük rəqəmsal bərabərliyin inkişaf etdirilməsidir. Təbii ki, "Wİ-Fi”nin daha geniş ərazidə istifadə olunması, sürətinin artırılması kimi məqamlar orada öz əksini tapır.
7-ci iqtisadi inkişaf üçün imkanların yaradılmasıdır. Belə ki, "ağıllı şəhər” yerli və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır.
8-ci üstünlük "ağıllı şəhər”lərdə kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsidir. Layihənin 9-cu üstünlüyü infrastrukturun inkişaf etdirilməsidir.
"Ağıllı şəhər” imkan verir ki, yollar, körpülərlə bağlı daha əsaslandırılmış və sistemli infrastruktur qurulsun və onların təmin edilməsi və gücləndirilməsinə diqqət ayırmaq mümkün olsun. Nəhayət, layihə ixtisaslı kadrların işlə təmin olunması və onlar üçün daha çox iş yerlərinin yaradılmasına imkan verir”.
V.Bayramov deyib ki, bu baxımdan konsepsiya bir sıra inkişaf etmiş ölkələrin iri şəhələrində istifadə olunur:
"Həmin ideyanın işğaldan azad edilmiş ərazilərdəki şəhər və kəndlərdə tətbiq edilməsi, həmin ərazilərin beynəxlalq standartlara uyğun qurulması, həm də yeni inkişaf modelinin tətbiqinə imkan yaradacaq”.
Oxşar xəbərlər
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 2024 20:07
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 2024 17:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 2024 12:23
- Tramp: Suriyadakı güc Türkiyədir… Ərdoğanla çox yaxşı anlaşırıq, o çox ağıllı bir adamdır
17 dekabr 2024 11:01
- Şeyxülislam Vatikanın katibi ilə görüşüb
15 dekabr 2024 19:53
- Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
15 dekabr 2024 01:23
- Hindtoyuğunun qiyməti niyə 80 manat oldu ?
14 dekabr 2024 23:45
- Gürcüstanda prezident seçkiləri baş tutub - YENİLƏNİB
14 dekabr 2024 14:22
- Azərbaycan və Belarus bu sahə üzrə birgə müəssisə yaratmağı planlaşdırır
13 dekabr 2024 22:29
- Heydər Əliyevin vəfatından 21 il ötür
12 dekabr 2024 10:00
Xəbər lenti
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
Video & Fotoqalereya
Video
Fotoqalereya