Ermənilər Zəngilanda məzarlığı dağıdıb...qızıl dişləri VİDEO
Maqazin23 yanvar 2021 17:40
Zaman keçdikcə tarixi ədalət gec də olsa, həmişə öz yerini tapır. Eynən əbədi və əzəli Azərbaycan torpağı olan Qarabağın işğaldan azad olunması kimi.
Düzdür, bu yolda minlərlə şəhidlər verdik, yaralılarımız da oldu. Amma biz yolumuzdan dönmədik. Ermənilər bəs nə etdi bu 30 ilə yaxın zaman ərzində?
APA TV-nin məlumatına görə, vandalizmi dövlət siyasətinin ana xəttinə çevirən Ermənistan bu müddət ərzində işğal etdiyi ərazilərimizi talan etməklə bərabər, buradakı tarixi abidələrimizi, məscid və türbələrimizi, qəbiristanlıqlarımızı demək olar ki, tamamilə məhv etdi.
Bura Zəngilanın mərkəzində yerləşən şəhər qəbiristanlığıdır. Minlərlə insanın rahat uyumalı olduğu, amma rahat uyuya bilmədiyi, yaşı yüz illərlə ölçülən qədim qəbiristanlıq Zəngilan işğal altında qaldığı 27 il ərzində erməni "goreşənlərinin" mənfur əməllərini həyata keçirdiyi əsas məkanlardan biri olub.
Hazırda Zəngilan rayonu ərazisində yerləşən qəbiristanlıqlardan birindəyik. Görünən odur ki, erməni vandalizmi 27 il ərzində ölülərimizin də ruhunu rahat buraxmayıb. Ermənilər meyitlərin üzərindəki qızıl dişləri götürmək məqsədilə bütün qəbirlərin baş tərəfini qazıb və buradakı sümükləri dağıdıblar.
Bu azmış kimi, qəbiristanlıqda ağ və qara mərmərdən inşa olunmuş bir dənə də olsun, məzara rast gəlmək mümkün deyil. Azğınlaşmış düşmən asan gəlir əldə etmək üçün buradakı qəbirlərin daşlarını oğurlayıb satmaqdan belə çəkinməyib.
Ermənilər tərəfindən dağıdılmış daha bir məzarı görürsünüz. Ermənilər tərəfindən dağıdılmış belə məzarlara təkcə Zəngilanda deyil, işğaldan azad olunmuş digər ərazilərimizdə də rast gəlmək mümkündür".
Qəbiristanlığa gələn bir çox Zəngilan sakini öz doğmalarının məzarlarını tapa bilmirlər. Zəngilan sakini Mirfaiq Əhmədov rayonun sayılıb-seçilən ruhanilərindən olan babası Mirəli ağanın məzarını tapsa da, məzarın üzərində inşa olunmuş türbədən əsər-əlamət yoxdur: "Gəldik qəbiristanlığa müqəddəs qəbirlərimizi ziyarət etməyə. Ağamın günbəzini ziyarət edəndə gördük ki, o böyüklükdə günbəzi, inam yerimizi uçurub dağıdıblar. Elə bir vəziyyətə salıblar ki, bütün qəbir dağılıb. Təzədən qəbirin üstünü bərpa elədik ki, sümüklər görünməsin. Dünyada heç kim müqəddəs yerlərə toxunmur. Amma bunlar bizim müqəddəs qəbirlərimizə toxundular”.
Zəngilan qəbiristanlığından bir qədər aralıda şəhər məscidi yerləşir. Yolüstü ora da baş çəkdik. Məscidin XVII əsrdə Səfəvilər tərəfindən inşa olunduğu bildirilir. Memarlıq kompleksinin daş kitabəsi erməni quldurları tərəfindən dağıdıldığına görə onun memarı haqqında dəqiq məlumat əldə edə bilmədik. Uzun illər ermənilər tərəfindən mal tövləsi kimi istifadə edilən Zəngilan məscidi bir vaxtlar rayonun ən gözəl memarlıq incilərindən hesab olunurdu:
Hazırda Zəngilan məscidindəyik. Rayon ərazisində bunun kimi 10-dan artıq məscid olub ki, onların da hər biri ermənilər tərəfindən məhv edilib.
İşğaldan öncə Zəngilan qədim tarixi, özünəməxsus tarixi abidələri, öz memarlıq üslubu ilə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri idi. 1993-cü ilin oktyabr ayında ermənilər rayonu işğal etdiyi zaman Zəngilan rayon Mədəniyyət Şöbəsinin tabeliyində 70 müstəqil kütləvi kitabxana, rayon Mədəniyyət Evi, 8 kənd Mədəniyyət Evi, 7 avtoklub, 3 mədəni çadır, 3 muzey, 4 uşaq musiqi məktəbi, mədəniyyət və istirahət parkı, 54 kənd klubu, 6 qeydiyyatda olan və onlarla qeydiyyatda olmayan məscidlər və yüzlərlə tarix-memarlıq abidələri olub.
Eməni "hay"asızlığının qurbanı olan həmin abidələri bu gün yalnız tarix kitablarında, arxiv fotolarında görə bilirik. Şanlı ordumuzun qələbəsini həzm edə bilməyən erməni havadarları isə bunu görməzdən gəlir.
Oxşar xəbərlər
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 2024 13:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 2024 18:17
- 13 ildir ki, yoxsunuz, rədd olun - BMT nümayəndələrini belə qovdu - Video
18 dekabr 2024 23:25
- Mirşahin Ağayev onu vətən xaini kimi təqdim etdi - Video
17 dekabr 2024 11:24
- Aşıq Zülfiyyə: Buna görə evdə qırğın düşürdü - VİDEO
16 dekabr 2024 20:15
- Əsədin əmisi oğlu BELƏ DÖYÜLDÜ - DƏHŞƏT VIDEO 18 +
16 dekabr 2024 11:10
- Ramzan Kadırov gözəllik salonlarını BAĞLAYIR ))
15 dekabr 2024 19:03
- Rusiyanın müdafiə naziri Şoyqunun qızı Kseniya TURANA SALAM...BOZQURD...Rus millətçiləri qəzəbləndi
15 dekabr 2024 18:06
Xəbər lenti
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
Video & Fotoqalereya
Video
Fotoqalereya