Mübariz Mənsimovdan xəbər var
Hadisə13 yanvar 2021 13:39

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, "Xəzər Lənkəran" klubunun prezidenti Mübariz Mənsimov bu gün yenidən məhkəmə qarşısına çıxarılacaq.
Bakı vaxtı ilə saat 11:00-da Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsi azərbaycanlı iş adamı, "Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov barəsində irəli sürülən ittihamnaməyə baxacaq.
Bu barədə Modern.az-a məlumat verən "Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyevanın bildirdiyinə görə, sayca 3-cü olacaq məhkəmə iclası ictimaiyyət və mətbuat üçün açıq olacaq.
F.Quliyeva həmçinin qeyd edib ki, bundan əvvəlki məhkəmə iclasından fərqli olaraq, bu dəfə Mübariz Mənsimov məhkəmə salonuna gətiriləcək.
"Palmali” şirkətinin sahibi Mübariz Mənsimov kürsüyə çıxıb özünü müdafiə üçün son sözünü deyəcək:
"Məhkəmə iclasının başlayacağı son ana qədər hansısa dəlil və ya yeni şahid çıxmazsa, hökm oxunacaq.
Şirkət rəsmisi Türkiyədə ədalət sisteminə inandığını və Mübariz Mənsimovun azadlığa çıxacağına inandıqlarını vurğulayıb.
İş adamının səhhətinə gəlincə, F.Quliyeva Mübariz Mənsimovun özünü yaxşı hiss etmədiyini deyib:
"Böyrəklərində ağrılar var, vəkillər isə onun sancıdan otura bilmədiyini, ayaq üstündə dayana bilmədiyini deyirlər. Qan analizləri heç yaxşı deyil, lakin buna baxmayaraq Mübariz bəy xəstəxanaya aparılmayıb. Müalicəni lazımi səviyyədə apara bilməyəcək tibb məntəqəsinə gətirilərək orada tibbi xidmət alır”.
Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.
Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.
Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi "Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək.
Oxşar xəbərlər
- Bir qrup hərbçi Mübariz İbrahimovun məzarını ziyarət etdi - Video
7 fevral 2025 17:45
- Mübariz İbrahimovun atası vəfat etdi - Yenilənib
16 oktyabr 2024 19:42
- Mübariz Qurbanlının yerinə nə vaxt təyinat olacaq?
29 fevral 2024 16:17
- Mübariz Qurbanlı getdi...Yeni Komitə sədri
16 fevral 2024 19:50
- Mübariz İbrahimov doğum günündə anıldı - Video
7 fevral 2024 11:51
- Mübariz Qurbanlı Şuşaya TAZƏ İMAM təyin otdi...
1 sentyabr 2023 18:02
- Mübariz Mənsimova həsr olunan filmin anonsu yayımlandı - Video
31 iyul 2023 12:25
- Milli Qəhrəman Mübariz İbrahimovun şəhadətindən 13 il ötür
18 iyun 2023 09:42
- Tərtər işində...Mübariz İbrahimovun xain olmasına dair ifadə alıblar ŞOK
19 aprel 2023 18:54
- Mübariz İbrahimov anıldı - Fotolar
7 fevral 2023 18:46
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya