“Böyük izləyicisi olan səhifələr, bloggerlər də KİV hesab edilməlidir”
Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” qanunun yeni dövrün reallıqlarına cavab vermədiyi ekspertlər tərəfindən müxtəlif müzakirələrdə səsləndirilməkdədir. “Qafqazinfo” xəbər verir ki, müzakirələrdə əsasən sözügedən qanunun kommunikasiya sahəsində son 20 ildə baş verən dəyişiklikləri əhatə etmədiyi vurğulanır. Bu isə istər onlayn, istərsə də sosial media sahəsində qənaətedici vəziyyətin olmadığına gətirib çıxarır. Ona görə də bir sıra səbəblərdən dolayı KİV-lərin fəaliyyətini tənzimləyən qanuna yenidən baxılması zərurəti ortaya çıxıb. Bununla da qanunda olan bir sıra boşluqların da aradan qaldırılması gözlənilir. Milli Məclisin 2021- ci il yaz sessiyasında təklif ediləcək yeni dəyişiklik paketinin müzakirəyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, ölkədə KİV sahəsini tənzimləyən 8-ə yaxın qanun mövcuddur. Mövcud qanunların da optimallaşdırılaraq vahid məcəllədə birləşdirilməsiylə bağlı da təkliflər irəli sürülməkdədir.
Maraqlıdır ki, media sahəsində çalışanlar mövcud qanunvericilikdə hansı dəyişikliklərin edilməsini gözləyirlər?
“Qafqazinfo” bu sualla “525”-ci qəzetin baş redaktoru Rəşad Məcid və media məsələləri üzrə ekspert Ələsgər Məmmədliyə müraciət edib.
R. Məcid bildirib ki, 1 ildən artıqdır ki, “KİV haqqında” qanuna dəyişiklik edilməsiylə bağlı müzakirələr gedir: “İnternet medianın və informasiya texnologiyalarının sürətli inkişafı zərurət yaradır ki, “KİV haqqında” qanunda dəyişikliklər edilsin. Ancaq hansı ineternet resurslarını KİV-ə aid etmək lazım olması barədə tam təsəvvür yoxdur. Sosial şəbəkələri KİV-ə aid etmək olar, ya yox? Bunlar hansı qanunla tənzimlənməlidir? Bu kimi müzakirələr təkcə Azərbaycanda yox, başqa ölkələrdə də müvafiq qanunlarda dəyişiklikləri zəruri edir. İndi yəqin ki bunun üzərində iş aparılır. Çox güman ki sürətli inkişaf edən yeni medianı da əhatə etməklə dövrün tələbinə uyğun maddələr qanuna əlavə olunacaq.
Çünki zaman özü göstərir ki, sosial şəbəkələr, bloggerlər də ictimai fikrə təsir edir. Bunlar da ayrıca kütləvi informasiya vasitəsi hesab oluna bilər. Əvvəllər qəzetlərlə bağlı bir məsələ var idi. 100 tirajdan artıq olan qəzetlər qeydə alınmalı idi. İndi də böyük izləyicisi olan səhifələr, bloggerlər özləri də KİV hesab edilməlidir. Hazırda həddindən artıq çoxlu saytlar yaranıb. Bunlar hamısı mediaya aid olunmalıdırmı? Nə dərəcədə səviyyəlidirlər, ictimai rəyə təsir edirlər? Ona görə də tam aydın təsəvvür yoxdur ki, dəyişikliklər hansı spektləri əhatə edəcək. Ancaq sosial şəbəkələr, yutub kanalları hamısı media qanunuyla tənzimlənməlidir. Klassik mediaya uyğun məsuliyyət daşımaq məsələsi onlarda da olmalıdır.
Eyni zamanda, informasiya texnologiyaları həddindən artıq geniş spektri əhatə edir. Hansısa tikinti materialı istehsal edən şirkətin də öz saytı, reklamı var. Bunların da KİV-ə aid edilib edilməməsi məsələsi şübhə doğurur. Ona görə də dövrün tələbinə uyğun olaraq tam yeni məqamları tutmaq mümkün olmayacaq. Məsələ burasındadır ki, proses dayanmır və inkişaf edir. 1 ildən sonra media funksiyalarını yerinə yetirən başqa texnologiyaların yarandığını görə bilərik. Ona görə də çevik, bütün əlavə qanunları da özündə əks etdirə bilən qanun olmalıdır”.
Hüquqşünas Ələsgər Məmmədli saytımıza bildirib ki, KİV haqqında hazırlanacaq yeni qanunun bəndləri haqqında məlumatı yoxdur: “Bir media eksperti kimi məlumatımın olmaması bunun eyni zamanda ictimai diskusiyadan keçməməsi deməkdir. Mövcud qanunvericilikdə problemlər var. Bu problemlərin aradan qaldırılması ictimai müzakirələrdə ortaya çıxan yekun fikirlər əsasında olmalıdır. İllərdir ki, bizdə “Diffamasiya haqqında” qanun qəbul edilməyib. Prezidentin bu barədə sərəncamı oldu.
Ancaq parlament bununla bağlı heç bir addım atmadı. Bu qanun Milli Fəaliyyət Planına salınmadı. “KİV haqqında” qanun 1999-cu ildə qəbul edilib. Biz 2000-ci illərin sonu Avropa Şurasına daxil olmağa hazırlaşarkən bu məsələ xeyli şəkildə liberallaşmışdı. Ancaq sözügedən qanuna ildən-ilə bir sıra məhdudiyyətlər gətirilib. Buna görə də qanunun mahiyyəti tamamilə pozulub. Təbii ki bu paralel dəyişiklik “Teleradio yayımı haqqında” qanunda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” da baş verib.
Jurnalistikanın fəaliyyətini sadəcə bir qanun tənzimləmir. Bu sahədə olan 8-ə yaxın qanunun hamısı bizim fəaliyyətimizə mane ola bilir. Ona görə də qanuna ediləcək dəyişikliklərlə bağlı geniş bir diskusiyasının keçirilməsinə ehtiyac var. Bu da birbaşa olaraq media qurumlarının və peşəkar insanların iştirakıyla baş tutmalıdır. Qanunvericilikdə Konstitusiyaya zidd təşkil edən müddəalara, Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının və Avropa Məhkəməsinin Azərbaycanla bağlı verdiyi qərarlar çərçivəsində qanuna yenidən baxmaq lazımdır. Ancaq heç bir ictimai fikirdən keçmədən hər hansı bir layihənin qəbul edilməsi medianın problemini həll etməyəcək”.
Ekspertin sözlərinə görə, kütləvi informasiya vasitələrinin kontent və texniki tənzimlənməsi məsələləri var:
“Azərbaycanda infrastrukturu “Telekommunikasiya haqqında” qanun tənzimləyir. Kontenti isə “KİV haqqında” və digər qanunlar tənzimləyir. KİV Azərbaycanda təsis edilib idarə edilirsə bu mahiyyət etibarilə Azərbaycan qanunları ilə tənzimlənir. Qanunvericiliyə son dəyişiklikdən sonra onlayn media və onun məsuliyyəti anlayışı var. Məsələn, hər hansı yutub kanalı Azərbaycan ərazisində fəaliyyət göstərirsə, bunların Azərbaycan qanunları çərçivəsində hüquqi məsuliyyəti təyin olunmalıdır. Yox əgər kanal Azərbaycandan kənarda, ancaq Azərbaycan dilində fəaliyyət göstərirsə bunun artıq ölkəmizdə tənzimlənməsi mümkün deyil. Məsələn, Amerikda bir nəfər iş adamı Azərbaycandilli kanal yarada bilər. Bunu siz necə tənzimləyəcəksiniz? Həmin kanal məkan olaraq informasiyanı buradan toplamır. Nə də yayıldığı infrastruktur və baza Azərbaycanda deyil. Bu məsələlər qlobal şəbəkələrin ümumi qaydalarında öz həllini tapır. Məsələn, terrorizmi, nifrəti təbliğ etməmək, dini ayrı-seçkilik salmamaq kimi bir sıra universal dəyərləri özündə ehtiva edir. Dünyanın harasında olmasına baxmayaraq hər kəs buna görə məsuliyyət daşıyır. Bu bütün sosial şəbəkələr, yutub kanalları üçün də keçərlidir. Belə hallar baş verəndə kanallar, səhifələr bloklanır və yaxud da məhdudlaşdırılır. Biz son olaraq Amerika prezidenti Donald Trampın timsalında bunu gördük. Nəzərə alaq ki, dünyada heç nə qanunsuz deyil. Amma qaydalar zaman-zaman eyniləşə bilir. Bəzən daha geniş tənzimləmələr və məhdudiyyətlər gətirə bilir.
Məsələn, Azərbaycanda diffamasiya cinayət məsuliyyətidir, Amerikada deyil. Buna görə cinayət məsuliyyətini saxlamağımız sadəcə bizə problem yaşadır. Belə hal olanda tərəflər Avropa Məhkəməsinə müraciət edir və kompensasiya udur. Buna görə də ifadə azadlığı məsələsində ölkənin reytinqi aşağı düşür”.
Ə. Məmmədli həmçinin media sahəsini tənzimləyən vahid qanunvericilik bazasının yaradılmasıyla bağlı gedən müzakirələrə də münasibət bildirib. O qeyd edib ki, vahid bazanın olub olmaması fəaliyyətə mane olmur:
“Tutaq ki, bir Media Məcəlləsi yaratdıq və bütün məsələləri ora daxil etdik. Əgər mahiyyət dəyişikliyi yoxdusa, bunun ayrı-ayrı qanunlarda, yaxud bir Məcəllədə birləşməsi elə də böyük əhəmiyyət daşımır. Əsas məsələ odur ki, KİV qanunu ana qanundur. Bu bütün kütləvi informasiya vasitələrini formatından asılı olmayaraq hamısının ümumi standartını tənzimləyir. İstisna hal lisenziyalı fəaliyyətlə bağlıdır. O da teleradio sahəsinə aiddir. Məsələn, peşə sirləri haqqında müddəa var, onu yaymamalıyıq. Bunun detalları isə “Vəkillik fəaliyyəti haqqında” qanunda öz əksini tapır. Həmçinin “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun beşinci və əlli üçüncü maddələri bunu tənzimləyir. Yəni mahiyyət etibarilə bütün qanunları bir yerə yığmaq olmaz. Önəmli olan qanunların kəsişməsində bizim necə davranmağımızdır. Bunun da detallarını əsas qanunda göstərməliyik və bu detallar da qanunda öz əksini tapıb. Məsələn, qanunun 7-ci maddəsi deyir ki, senzura yolverilməzdir. Ancaq içində yazır ki, senzura tətbiq edilə bilər. 2017- ci ildə “KİV haqqında” və “Hərbi vəziyyət haqqında” qanuna dəyişiklikdən sonra Konstitusiyaya zidd olaraq senzuranın olması məsələsi burada öz əksini tapdı. Ona görə də maddənin adı senzuranın yolverilməzliyini bildirsə də, içində isə yol verilə biləcəyi əks olunub. Yəni qanunda bu tip qeyri-standartlar və ziddiyyətlər var. Bu məsələləri ciddi müzakirə edərək aradan qaldırmaq və ölkədə həqiqi ifadə azadlığını bərqərar edəcək hüquqi mühiti yaratmaq zəruridir”.
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 2024 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 2024 19:57
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 2024 13:46
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 2024 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 2024 13:34
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08
- Prezident İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi
22 noyabr 12:46
- Prezident iki qurumu ləğv etdi - SƏRƏNCAM
21 noyabr 19:08