Əsədov qardaşlarının təhdid iddiasına cavab

Sosial şəbəkədə Bakı Qızlar Universitetinin sabiq rektoru Ağarəhim Rəhimovun təhsil eksperti Kamran Əsədovun ailəsini təzyiq etməsilə bağlı məlumat yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ekspertin qardaşı, 147 saylı liseyin direktoru Arif Əsədov feysbuk səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, buna səbəb qardaşı Kamran Əsədovun instagram səhifəsində tələbələrin şikayətlərini dinləyərkən canlı yayıma Bakı Qızlar Universitetindən çoxlu sayda şikayətçi tələbənin daxil olmasıdır:
“BQU-dan şikayətlərin daxil olması ilə bağlı ailə üzvüm buraya rektorun adı ilə dəvət olunmuşdu. Mən də onlara bildirərək iştirak etdim. Ailə üzvümün burada oxuduğu üçün rektor şəxsən dəvət edərək təzyiq etmək istəyirdi. Təhsilin müasir dövründən xəbərdar olmayan bu şəxs ölkədəki alimləri, universitet tələbələrini təhqir edərək aşağı səviyyə göstərən nitq söylədi. Sonda biz ciddi etiraz etdik. Belə bir ali məktəbin fəaliyyəti təhsil adına ləkədən başqa bir şey deyil”.
Kamran Əsədov isə bildirib ki, rektor həmin görüşdə onu da təhdid edib:
”Mən instagram hesabımda canlı yayım edirəm, ali təhsil tələbələri tədris ilinin təşkili, imtahana hazırlıq və digər məsələlərlə bağlı həmin yayıma qoşulub fikir bildirirlər. Mən qoşulanlara heç bir fərq qoymuram. Sonuncu dəfə canlı yayıma qoşulan 10 nəfərdən 7-si BQU-dan olan tələbələr idi. Bu şikayətlərə görə əvvəlcə mənə universitetin prorektoru Həvva xanım zəng edib hədələyib ki, siz niyə canlı yayım açmısınız.
Qardaşımın yoldaşı bu universitetdə magistr təhsili alır. Pandemiya dövründə ali təhsil müəssisələrində vətəndaş qəbulu dayandırılmasına baxmayaraq, onu universitetə dəvət ediblər ki, təzyiq göstərsinlər, mən həmin paylaşımı silim. Qardaşım da yoldaşı ilə bərabər universitetə gedib. Rektor onlarla görüşüb. Qardaşımı təhdid edib, deyib ki, sizin diplom işinizə təzyiq göstərəcəyəm”.
Bakı Qızlar Universitetinin sabiq rektoru Ağarəhim Rəhimov isə ittihamların heç birini qəbul etməyib. O bildirib ki, həmin şəxsləri universitetə o dəvət etməyib, özləri gəliblər:
“Kamran Əsədovun qardaşının yoldaşı bizim universitetdə magistr imiş, heç mənim bundan xəbərim yox idi. İndi bura gəliblər ki, Kamran Əsədovun instaqramda tələbələrin şikayətləri ilə bağlı canlı yayım etməsinə görə, qardaşının yoldaşını cəzalandırmayaq. Mən dedim ki, valideynə görə uşağı cəzalandırmazlar, onun bura dəxli yoxdur. Bundan başqa, mən heç kimi təhqir eləməmişəm, nə olubsa dekanın və kadrlar şöbəsinin müdirinin yanında olub. İndi mənə dekan da, prorektor da deyir ki, Kamran Əsədov qardaşının yoldaşına görə əvvəllər bizə neçə dəfə zəng edib, xahiş edib ki, ona qeyri-qanuni kömək edək. İndi bəlkə də bizdən onun qisasını alırlar”.
A.Rəhimov bu məsələ ilə bağlı təhsil nazirinə və Dövlət Təhlükəsizlik Komitəsinə məlumat verdiyini deyib.
Qeyd edək ki, Əsədov qardaşları iddialarında Ağarəhim Rəhimovun BQU-nun rektoru kimi təqdim etsə də, o, bu vəzifə ilə 2016-c ı ildə vidalaşıb. Universitetin hazırda rektoru Sevinc Rəhimovadır.
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 2025 11:35
- Çirkab suları Ceyranbatan Su anbаrınа axıdılır
12 aprel 2025 16:17
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 2025 12:39
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 2025 10:36
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
7 aprel 2025 12:06
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24