Atası Mikoyanın, oğlu Gevorkovun qəzəbinə tuş gələn Sadıqovlar
Müsahibə8 yanvar 2021 14:11
44 günlük Qarabağ savaşı Azərbaycan xalqının zəngin qəhrəmanlıq ənənələrinə malik olmasını bir daha sübut etdi. Azərbaycan Ordusunun mərd oğulları torpaqlarımızı düşmən tapdağından azad edərək hansı gücə, hansı hərbi peşəkarlığa sahib olduğunu bütün dnnyaya nümayiş etdirdi. Ancaq təəssüflər olsun ki, ayrı-ayrı dövrlərdə azərbaycanlıların göstərdikləri qəhrəmanlıqlar, şücaət məqsədli şəkildə ört-basdır edilib və təbii ki, ermənilər bu məsələdə daha çox fəallıq göstəriblər.
İkinci Dünya müharibəsi illərində göstərdiyi qəhrəmanlıqların üzərinə kölgə salınan şəxslərdən biri də Həmzə Sadıqov olub. Həmin Həmzə Sadıqov ki, Stalinqrad döyüşlərində xidməti zamanı bir-birinin ardınca müharibə tarixində silinməz izlər buraxıb.
Stalinqrad döyüşləri 17 iyul 1942-ci ildən 2 fevral 1943-cü ilə qədər davam edib. Bu döyüşlərdə hərbi əməliyyatlar zamanı tərəflər və müttəfiqləri 2 milyondan artıq itki veriblər. Bu rəqəmə həmçinin Stalinqradda yaşayan 40 mindən artıq dinc əhali də daxildir.
Stalinqradın işğal edilməsi hərbi-strateji əhəmiyyəti ilə yanaşı, Adolf Hitler üçün həm də mənəvi zövq məsələsi sayılıb. Fürer Stalinin adını daşıyan şəhəri işğal etməklə Stalin üzərində mütləq qalib fikrini formalışdırmağa cəhd edib. Ancaq Stalinqrad döyüşləri nəinki Hitlerin zövqünü təmin edib, əksinə, müharibənin gedişatını dəyişərək dünya iddialı Hitleri məğlubiyyətə daha da yaxınlaşdırıb.
Ümumiyyətlə, Stalinqrad uğrunda gedən döyüşlər hər iki tərəf, SSRİ və Almaniya üçün həlledici məqam olub. Elə Hitler də bunu nəzərə alaraq Stalinqrada Vermaxtın ən hazırlıqlı qoşunlarını və peşəkar generalları göndərib. Bu generallardan biri də İohan Fon Rodenburq olub.
Hitlerlə Rodenburq hələ gənclik illərindən yaxın dostluq münasibətlərində olublar. Fürerin ən sədaqətli silahdaşlarından biri olan general Rodenburq Almaniya Silahlı Qüvvələrinin ən çevik, bacarıqlı, peşəkar və həm də son dərəcə qəddar hərbçilərindən biri sayılıb.
1941-ci ildə Almaniya SSRİ-yə hücum edəndə sovet sərhədlərini keçən ilk diviziyalardan birinə məhz Rodenburq başçılıq edib. Müharibənin ilk aylarında uğurlu hərbi əməliyyatları ilə fərqlənən Rodenburq 26 yanvar 1942-ci ildə Hitlerin əmri ilə komandiri olduğu 76-cı piyada divizyası ilə Stalinqrada göndərilib.
Rodenburq əmrləri barbaşa Hitlerdən alıb, fürerin generalla daima rabitə əlaqələri olub. Bəzi hallarda isə o, Hitlerin məxfi tapşırıqlarını yerinə yetirib.
General Rodenburq həm də yəhudilərin məhv edilməsində ad çıxarıb. Xüsusilə yəhudi uşaqların üzərində sınaq aparan Rodenburq Stalinqradda "Qırmızı Oktyabr” zavodunun ərazisində ölüm düşərgəsi yaradıb.
Cəllad xislətli Rodenburq Moskvanı, şəxsən İosif Stalini ciddi narhat edib. Məhz bu narahatlığı aradan qaldırmaq üçün Baş Qərargahdan Stalinqradda yerləşən alman qoşunlarının qərargahının, o cümlədən Rodenburqun məhv edilməsi tapşırığı gəlib. Generalın əsir götürülməsi isə Baş Kəşfiyyat İdarəsindən Stalinqrad cəbhəsində xidmət edən baş leytenant Həmzə Sadıqova həvalə edilib.
Bu tapşırıq niyə məhz Həmzə Sadıqova tapşırılıb? Mərkəzin diqqəti hansı səbəbdən Həmzə Sadıqova yönəlib?
Həmzə Sadıqov 1915-ci ildə Ağdam rayonunda anadan olub. 1938-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən sonra Kiyev Artilleriya Məktəbini bitirib, zabit kimi hərbi xidmətə başlayıb. Almaniyanın SSRİ-yə hücumu başlandığı ilk gündən xidmətini döyüş bölgələrində aparıb. Stalinqrad döyüşləri zamanı Həmzə Sadıqov baş leytenant rütbəsində batareya komandiri vəzifəsində xidmət edib. O, eyni zamanda Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı kimi də kəşfiyyat xidmətinə cəlb edilib. Həmzə Sadıqov şəxsi heyət arasında bir neçə dil bilməsi, çevikliyi, situasiyaya uyğun düzgün qərar verməsi, fiziki cəhətdən hazırlıqlı olması ilə fərqlənib.
Beləliklə, 1943-cü ilin yanvar ayında əməliyyat planı hazırlanıb. General Rodenburqun əsir götürülməsi əməliyyatına Həmzə Sadıqov rəhbərlik edib. Sadıqov öz qrupu ilə əməliyyata başalayıb. Qərargahın ikinci mərtəbəsində Sadıqov Rodenburqu əsir götürəndə alman generalı ona bir neçə dəfə atəş açıb. Aldığı yaralara baxmayaraq Həmzə Sadıqov alman generalını öz silahdaşlarına təhvil verə bilib.
Əməliyyatdan dərhal sonar Hitlerə məlumat verilib ki, Rodenburq öldürülüb. Fürer Almaniyada generalın ölümü bağlı matəm elan edilməsi haqqında sərəncam verib. Ancaq sonradan məlum olub ki, Rodenburq əsir götürülüb. Rodenburqun əsir düşməsini Hitler özünə böyük zərbə sayıb.
Stalinə Rodenburqun əsir götürülməsi məruzə ediləndə, o, bu hadisəni böyük uğur kimi dəyərləndirib və əməliyyatı həyata keçirənlərin mükafatlandırılması ilə bağlı göstəriş verib. Bu məqamda Anastas Mikoyanın "erməni hiyləgərliyi” işə düşüb. Belə ki, müharibə dövründə Mikoyanın təchizat və təminat məsələləri ilə bağlı Stalinqrad cəbhəsi ilə sıx əlaqələri olub. O, bu statusundan istifadə edərək Stalinə məruzə edib ki, Rodenburqu erməni könüllüləri əsir götürüb. Baş Kəşfiyyat İdarəsindən isə alman generalının Həmzə Sadıqov tərəfindən əsir götürülməsi bildirilib.
Beləliklə, Moskvada Rodenburqun əsir götürülməsi məsələsi mübahisəli məsələyə çevrilib. Mikoyan alman generalının əsir götürülməsini ermənilərin xidmətinə yazmaq üçün qospitalda müalicə alan Həmzə Sadıqovu həbs etdirmək qərarına gəlib. Təcridxanaya salınan Həmzə Sadıqova işgəncə verilərək məcbur edilib ki, öz qəhrəmanlığından imtina etsin. Amma hər şey Mikoyanın istəyincə olmayıb. Həmzə Sadıqovu müalicə edən yəhudi həkim Stalinə teleqram vurub. Mübahisələrə son qoymaq üçün ekspertizanın rəyini ona göndərib. Həmin rəydə Həmzə Sadıqovun bədənindən çıxarılan qəlpələr Rodenburqun tabel silahında olduğu güllələrlə eyni olub. Bununla da hər ey sübuta yetirilib.
Digər bir tərəfdən məsələdən agah olan Mircəfər Bağırov Stalinqradda Həmzə Sadıqovu ziyarət edib. Məsələni tam araşdırdıqdan sonar Beriya ilə əlaqə yaradaraq əsl həqiqəti ona çatdırıb. Bütün bunlardan sonar Stalin mübahisəyə son qoyub: "Həmzə Sadıqov əsl qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib...”
Stalinqrad cəbhəsinin komandanlığı Həmzə Sadıqovu Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilməsi üçün Moskvaya təqdimat göndərib. Bu təqdimat da Mikoyanın əli ilə öz ünvanına yetişməyib.
Mikoyanın bu cür haqsızlıqlara yol verməsinə baxmayaraq Həmzə Sadıqov ali rütbəli hərbçilər tərəfindən yüksək qiymətləndirilib.
Ordu generalı Sergey Ştemenko öz xatirələrində Həmzə Sadıqov haqqında fikirlərini belə bölüşüb: "O, çox igid və cəsarətli idi. Yəhudi ailələrini, onların övladlarını ölümdən xilas edən Sadıqov qeyri-adi şəxs idi. Amma təəssüf ki, onun şərəfinə imzalanmış qəhrəmanlıq təqdimatları məlum olmayan səbəblərə görə öz həllini tapmayıb...”
Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsində xidmət etmiş general-polkovnik Fyodor Kuznetsov da Həmzə Sadıqov haqqında yüksək fikirlər söyləyib: "Mən Həmzə Cümşüd oğlunu yaxından tanıyırdım. O, elə bir kəşfiyyatçı idi ki, onunla qürur duymağa dəyərdi. Həmzə Cümçüd oğlu general Rodenburqu əsir götürəndə ağır yaralanmışdı. Amma buna baxmayaraq o, əməliyyatı uğurla sona çatdıra bilmişdi...”
Milliyətcə yəhudi olan, müharibə dövründə "SMERŞ”-də xidmət edən polkovnik Abram Ratner Həmzə Sadıqovu xilaskar adlandırıb: "Həmzə Sadıqov Stalinqradda yəhudi ailələrinin xilaskarı olub. O, çox qorxmaz bir zabit idi. Mən heç vaxt onun xidmətlərini unutmayacağam, Həmzə Sadıqov mənim yaddaşımda xilaskar kimi qalacaq...”
Həmzə Sadıqovun qıhrəmanlığını ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işləyərkən Volqoqrada səfəri zamanı şəhər sakinlərinə belə xatırladıb: "Siz Həmzə Sadıqovu tanıyırsınızmı? O, Stalinqrad uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib, faşist Almaniyasının ən cəllad generalını, İohan Fon Rodenburqu şəxsən özü əsir götürüb, həmin əməliyyat zamanı yaralanıb və sonralar aldığı yaralardan həyatını itirib. Polkovnik Həmzə Sadıqov haqqında hansısa bir məlumatınız varmı? Biz öz qəhrəmanlarımızı unutmamalıyıq. Mənim tarixçilərlə söhbətlərim olub və onlara bildirmişəm ki, Həmzə Sadıqovun xidmətlərini geniş araşdırıb ictimaiyyətə təqdim etsinlər...”
Həmzə Sadıqov haqqında xarici ölkələrin kütləvi informasiya vasitələrində də diqqət çəkən yazılar dərc edilib. Bu işdə əslən Bakıdan olan, İsraildə yaşayan siyasi-icmalçı, jurnalist Arye Qut xüsusi fəallıq göstərib. Həmzə Sadıqovun qəhrəmanlığının təbliğndə, ümumiyyətlə Azərbaycanın tanınmasında xidmətləri olan Arye Qut həm də Həmzə Sadıqov haqqında rus dilində yazılmış "Yəhudi uşaqlarını xilas edən azərbaycanlı kəşfiyyatçı” kitabını müəlliflərindən biridir.
Həmin kitabın digər müəllifi isə Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqovdur. Qeyd edək ki, Firdovsi Sadıqov 10 ildən artıq bir müddətdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin prokurorluğunda işləyib. O, da atası kimi ermənilərin xəyanətinə tuş gəlib. Belə ki,Firdovsi Sadıqov Xankəndi şəhərinə təyinat alanda, bu gənc hüquqşünasın bacarığı, tələbkarlığı, qətiyyəti vilayətin birinci katibi Boris Gövorkovun ürəyincə olmayıb. Gevorkov Firdovsi Sadıqovu vilayətdən uzaqlaşdırsa da, bu uzun müddət çəkməyib. Firdovsi Sadıqov respublika prokurorluğunun rəhbərliyinə müraciət edərək yenidən Xankəndi şəhərində fəaliyyətini davam etdirib.
Həmzə Sadıqov sovet-alman müharibəsində qəhrəmanlıq nümayiş etdirməklə Azərbaycan adına ucalıq gətirib, xalqımızın döyüş əzmini nümayiş etdirib. O, hətta ağır yaralandıqdan sonra müalicəsini yarımçıq qoyaraq yenidən cəbhəyə yollanıb. Polkovnik rütbəsinə qədər yüksələn Həmzə Sadıqov müharibədən sonra Leninqradda 9 aylıq zabit kurslarında hərbi biliklərini artırıb. Ancaq bədənindəki qəlpələr, aldığı yaraların yaratdığı fəsadlar onun hərbi karyerasını yarımçıq qoyub. O, 1964-cü ildə 49 yaşında vəfat edib.
İlham Cəmiloğlu
modern.az
Oxşar xəbərlər
- CASUSU xəyanətinə görə DIRI-DIRI YANDIRDILAR
2 dekabr 2024 14:17
- Heydər Əliyev atama dedi ki, əlbəttə, sizə ev verərdim... - RƏSULZADƏ
2 dekabr 2024 09:39
- Tbilisidə etiraz aksiyası yenidən başladı - Yenilənib
2 dekabr 2024 00:40
- Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri
2 dekabr 2024 01:01
- Xərçəngə qalib gələn qız kitab yazdı: - İstəyirəm ki, bütün xəstələrə ümid olsun - FOTO
1 dekabr 2024 14:58
- Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?
1 dekabr 2024 10:27
- Azərenerji-nin 2 əməkdaşı işıq dirəyindən yıxılıb öldü
1 dekabr 2024 02:56
- YENƏ QƏZA - Ağdərədə ağır qəza - 4 nəfər həlak oldu+Yenilənib
1 dekabr 2024 00:01
- Onlar barəsində yalan ifadə verməsən, səni DTN-də öldürəcəklər, ailəni isə...
30 noyabr 2024 23:06
- Qızı Tahir Salahovun nadir ailə FOTOlarını paylaşdı
30 noyabr 2024 17:31
Xəbər lenti
- Putin: Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir
03 dekabr 00:34
- Uşaq Bağçası sahibinin dələduzluq əməlindən 133 ZƏRƏRÇƏKMİŞ VAR
03 dekabr 00:06
- 8 mindən çox bələdiyyə üzvü seçiləcək
02 dekabr 23:51
- Bakıda hərbçi qəfil vəfat etdi - Foto
02 dekabr 23:07
- Xalq artisti məhkəmədə uduzdu
02 dekabr 22:33
- CASUSU xəyanətinə görə DIRI-DIRI YANDIRDILAR
02 dekabr 14:17
- Hər gün LİMON...DİŞLƏRİ ZƏDƏLƏYİR
02 dekabr 12:58
- Gürcüstanda etirazlar davam edir
02 dekabr 12:33
- Türkiyə və İran ordusu Suriyaya GİRDİ, üsyançılar Əsədin evinə BASQIN etdi– Əsəd Ərdoğana YALVARIR
02 dekabr 11:48
- Gürcüstanın iri biznes dairələri etiraz aksiyasını dəstəkləyib
02 dekabr 11:14
- Prezident qəbul keçirdi
02 dekabr 11:04
- DƏM qazından ölən 23 yaşlı AŞBAZ Mehribanın - Fotoları
02 dekabr 10:51
- Kərə yağı KƏSKİN bahalaşdı - Yeni qiymətlər
02 dekabr 10:29
- Nəcməddin Sadıkovun yaxın adamı NƏ istəyir ?
02 dekabr 10:16
- Ebru 5-ci ərindən də boşanır FOTO
02 dekabr 10:05
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salındı
02 dekabr 09:54
- Heydər Əliyev atama dedi ki, əlbəttə, sizə ev verərdim... - RƏSULZADƏ
02 dekabr 09:39
- Məşhur aktrisa da azərbaycanlı imiş... - VİDEO
02 dekabr 09:27
- Üsyançılar Hələbdə Prezidentin -başı- ilə FUTBOL OYNAYIR
02 dekabr 02:34
- Zurabişvili kreslosu ilə birgə küçəyə gedəcək... - Kobaxidze prezidentə vaxt qoydu
02 dekabr 02:25
- Rusiyada çinli tələbələr hərbi xidmətə çağırıldı
02 dekabr 02:11
- İmpotent kişilər yerişindən bilinir – Alimlər
02 dekabr 01:52
- Hələb qalasına Türkiyə bayrağı asıldı
02 dekabr 01:38
- Yeni ildə 7 gün ardıcıl İŞ OLMAYACAQ - Tarixlər
02 dekabr 01:29
- MDB-də ən yüksək dağlıq ərazidə tikilən Laçın hava limanı –VİDEO
02 dekabr 01:12
- Tbilisidə etiraz aksiyası yenidən başladı - Yenilənib
02 dekabr 00:40
- Kənd yumurtası adı altında broyler yumurtaları satılır? - VİDEO
02 dekabr 00:22
- Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri
01 dekabr 23:57
- Tbilisidə Azərbaycan xalçalarının sərgisi açıldı
01 dekabr 23:13
- Vüqar Qurbanov xanım həkimi direktor TƏYİN ETDİ
01 dekabr 22:51
Video & Fotoqalereya
Video
Fotoqalereya