İlham Əliyev Hulusi Akarı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Ümit Dündar və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.
***
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Xoş gəlmisiniz, sizi görməyimə şadam. İl başa çatır və çox şadam ki, ilin sonunda siz Azərbaycana səfər edirsiniz. Bu il biz sizinlə dəfələrlə görüşmüşük. Fürsətdən istifadə edərək, sizi və bütün Türk Silahlı Qüvvələrini Yeni il münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yeni ildə yeni uğurlar diləyirəm.
İki gün əvvəl əziz qardaşım cənab Prezident Rəcəb Tayyib Ərdoğanla danışmışıq və sizin səfəriniz haqqında da söhbət etdik. Fürsətdən istifadə edərək, bir daha qardaş Türkiyə dövlətinə, qardaş türk xalqına, şəxsən cənab Prezident Rəcəb Tayyib Ərdoğana bizə göstərilmiş böyük dəstəyə görə təşəkkürümü bildirirəm. Müharibə zamanı bu böyük siyasi və mənəvi dəstək bizə əlavə güc verdi, bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır, əbədidir və bütün günlərdə - xoş günlərdə, ağır günlərdə biz bir-birimizin yanındayıq. Eyni zamanda, dünyanın digər bölgələrində Türkiyənin gücünün artması, xüsusilə 1920-ci ildə Türkiyənin bir çox məsələlərdə söz sahibinə çevrilməsi bizi haqlı olaraq sevindirir. Dəfələrlə demişəm, Türkiyənin gücü bizim gücümüzdür və birlikdə biz daha güclüyük. Əminəm ki, gələn il də nəzərdə tutulmuş bütün planlar icra ediləcək.
Bizim üçün bu il xüsusi əhəmiyyət daşıyır, böyük Zəfər ili kimi Azərbaycan tarixində əbədi olaraq qalacaq. Uzun illərin işğalına son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları işğal edilmiş torpaqlardan qovdu və ədaləti, tarixi ədaləti, haqq-ədaləti, beynəlxalq hüququ bərpa etdi. Şəhidlər oldu, yaralılar oldu, müharibələrdə bu, qaçılmazdır. Biz şəhidlərin ruhu qarşısında and içmişik ki, dağıdılmış bu bölgələri bərpa edəcəyik. Artıq bərpa işləri başlandı, ilkin kontraktlar imzalandı. Şadam ki, ilkin tərəfdaşlarımız yenə də türk şirkətləridir. Onlar bizim üçün önəmli infrastruktur layihələrini artıq icra etməyə başlamışlar. Xüsusilə Füzuli-Şuşa avtomobil yolunun tikintisində türk şirkətləri Azərbaycan şirkətləri ilə birlikdə fəaliyyət göstərirlər. Bütün başqa layihələrdə türk şirkətlərinin fəaliyyəti artıq təsdiq edilib, o cümlədən Kəlbəcərə çəkiləcək yeni yol, tunellər və digər infrastruktur layihələri icra ediləcək. Tezliklə biz bu bölgələrə həyat qaytarmalıyıq. Çünki mən orada olarkən gördüm ki, erməni vəhşiliyinin sərhədi yoxdur, hər tərəf dağıdılıb, hər tərəf viran edilib və aydındır ki, bu dağıntılar müharibə zamanı olan dağıntılar deyil. Çünki müharibə zamanı belə dağıntılar olmayıb. Müharibədən sonra, işğaldan sonra onlar bizim tarixi, mədəni, dini irsimizi silmək istədilər, şəhərlərimizi yerlə bir etdilər ki, heç zaman bundan sonra azərbaycanlılar o torpaqlara qayıtmasınlar. Amma səhv etdilər, yanıldılar, biz artıq qayıtmışıq, qayıdacağıq və Qarabağ bölgəsi dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
Gələn il bizim üçün böyük quruculuq ili olacaq, ilkin tapşırıqlar verilib. Eyni zamanda, erməni silahlı qüvvələri tərəfindən ara-sıra atəşkəs pozulur və əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var. Deyə bilərəm ki, bizdə olan məlumata görə, azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər, onların bir çoxu zərərsizləşdirlib, bir çoxu həbs edilib. Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar. Onlara imkan verildi. O cümlədən Rusiya sülhməramlı qüvvələri bu işlərə qoşularaq, imkan verildi ki, onlar o bölgələrdən çıxsınlar. Bu təklifə riayət edənlər çıxdılar və Ermənistan tərəfinə təhvil verildilər, ancaq bir qisim hələ də qalır və bizə qarşı terror aktları törədir. Buna baxmayaraq bütövlükdə atəşkəs saxlanılır və hesab edirəm ki, bu, noyabrın 9-dan 10-a keçən gecə imzalanmış Bəyanatın müsbət tərəfidir. Bununla paralel olaraq biz hazırda Azərbaycan, Ermənistan, Türkiyə dəhlizinin formalaşmasına da böyük önəm veririk, ilkin tapşırıqlar verildi. Biz yaxın günlərdə Horadizdən Zəngilana qədər, Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq, artıq texniki-iqtisadi əsaslandırma hazırlanır. Qısa müddət ərzində müvəqqəti olaraq Horadizdən Zəngilana qədər yol da çəkildi, mən özüm o yolla getmişəm, rahat, yüksək sürətlə getmək olar. Hesab edirəm ki, dəmir yolunun tikintisi maksimum 2 il çəkəcək. Ancaq bizim fikrimiz ondan ibarətdir ki, bu tarixi gözləməyək, həm dəmir yolu ilə Horadizə qədər, ondan sonra tırlarla daşımalar aparıla bilər. Bu, artıq bizim gündəliyimizdə olan vacib məsələdir. Hesab edirəm və əminəm ki, biz artıq Azərbaycandan Ermənistan və Naxçıvan ərazisindən Türkiyəyə ilk yükləri göndərə və əks istiqamətdən qəbul edə bilərik. Beləliklə noyabrın 10-da imzalanmış Bəyanatın önəmli hissəsi olan Naxçıvan dəhlizinin açılması da həyata keçiriləcəkdir.
Nəhayət sonuncu məsələ Türkiyə-Rusiya Monitorinq Mərkəzidir. Azərbaycan bu məsələ ilə bağlı da öz öhdəliyini yerinə yetirir. Azərbaycan tərəfi indi Ağdam bölgəsində bu Monitorinq Mərkəzi üçün bina inşa edir. Bu Monitorinq Mərkəzi yaxın 10 günə – maksimum iki həftəyə hazır olacaqdır. Bildiyimə görə, artıq Türkiyə tərəfi də fəaliyyətə başlamaq üçün tam hazırdır. Yəqin ki, siz Rusiya tərəfi ilə də təmaslardasınız, Monitorinq Mərkəzi nə qədər tez fəaliyyətə başlasa o qədər də yaxşıdır. Çünki müharibədən təxminən iki ay keçməsinə baxmayaraq, hələ də təhdidlər, təhlükələr var. Nəzarətsiz erməni silahlı birləşmələri bizim ərazimizdə fəaliyyət göstərirlər və onların bir hissəsi çıxmaq, təslim olmaq istəmirlər. Ona görə, bu təhdidi aradan qaldırmaq və gələcəkdə bütövlükdə bölgəmizdə sülhün, sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır. Çünki əfsuslar olsun ki, Ermənistanda bəzi siyasi qüvvələr revanşist fikirlərlə yaşayırlar, açıq bəyanatlar verirlər ki, gün gələcək onlar Azərbaycana qarşı müharibə aparacaqlar, Azərbaycan torpaqlarını işğal edəcəklər. Bu, onlar üçün özünəqəsd olacaq. Təbii ki, belə cəhdlər dərhal yerindəcə aradan qaldırılacaq, ancaq bu təhdidlər var. Ona görə bu bölgədə monitorinq, nəzarət aparılmalıdır və Türkiyə-Rusiya mərkəzi bu funksiyanı əminəm ki, şərəflə yerinə yetirəcəkdir.
Əlbəttə ki, Vətən müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da möhkəmləndirdi və sizin iştirakınızla, əziz qardaşımın iştirakı ilə keçirilmiş hərbi parad bunu bir daha göstərdi. Siz gördünüz ki, bu nə qədər böyük sevincə, coşquya səbəb oldu, on minlərlə, yüz minlərlə insan küçələrə axışdı və bizim Azərbaycan və türk əsgərlərini qarşıladı. Bu, bizim birliyimizin nümunəsidir. Paradı seyr edərkən iki il öncəki parad da yadımıza düşdü. O vaxt biz Bakının azad edilməsində Nuru paşa ordusunun, Qafqaz İslam Ordusunun qəhrəmanlığını qeyd etmişdik. Bu dəfə isə Qarabağın azad edilməsini qeyd etmişik. Yenə də bərabərik və əbədi də bir yerdə olacağıq. Bir daha xoş gəlmisiniz.
***
Türkiyənin milli müdafiə naziri Hulusi Akar dedi:
- Cənab Prezident, vaxt ayırıb bizi qəbul etdiyiniz üçün öz adımdan və nümayəndə heyətinin üzvləri adından çox təşəkkür edirik, sağ olun.
Cənab Prezidentimizlə Siz mütəmadi olaraq danışırsınız, amma yenə də o, Sizə salam göndərdi. Salamlarını Sizə çatdırmaq istəyirəm.
Fürsətdən istifadə edib gec də olsa, doğum gününüzü təbrik edirik, neçə belə illərə çıxasınız. Liderliyinizi, inşallah, möhkəm cansağlığı və uğurlarla davam etdirəcəksiniz.
Təbii ki, burada bəzi duyğusal anlar da yaşadıq. Biz bunları unutmuruq, bu barədə dostlarımızla davamlı danışırıq. Bunlardan birincisi noyabrın 10-da saat ikidəki nitqinizdir. Həqiqətən də o, bir Zəfər nitqi idi. Bunu daim xatırlayırıq. İkinci də 30 il işğala səssiz qalıb, seyr edib, hər şey bitdikdən sonra buraya gəlib Minsk qrupu olduqlarını xatırladanlara bu masada verdiyiniz cavabı da böyük bir zövqlə, böyük bir dərs olaraq Türkiyədə izlədik. Həqiqətən də hər kəs Sizin bu qətiyyətinizdən qürur duydu.
Qarabağ Zəfərinin, Sizin də dediyiniz kimi, həqiqətən Qafqazın tarixində çox önəmli yeri var. Bu, həm Türkiyə-Azərbaycan əlaqələri baxımından dönüş nöqtəsi oldu, həm də Qafqazın gələcəyi baxımından həqiqətən çox önəmli bir addım oldu. Sizin də dediyiniz kimi, bu Zəfərin taclanması üçün, inşallah, ən qısa vaxtda Ortaq Mərkəzin fəaliyyətə başlamasından sonra Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xətti qurulacaq ki, bu da qardaşların bir-biri ilə sıx əlaqəsi – Türkiyənin, Naxçıvanın və Azərbaycanın fiziki olaraq bir-birinə bağlanması baxımından çox önəmlidir.
Təbii ki, otuz illik bu mübarizə başa çatdıqdan, torpaqların işğaldan azad olunmasından sonra, inşallah, qarşıdakı dövrdə Sizin liderliyinizlə qoyulacaq sərmayələrlə orada rifah artacaq, əmin-amanlıq möhkəmlənəcək və ora bütün bölgə üçün, Qafqaz üçün cazibə mərkəzinə çevriləcək. Azərbaycanın iradəsi ilə burada sülhün və sabitliyin təmin olunmasında Azərbaycan ilə Türkiyənin birliyi, bərabərliyi, çiyin-çiyinə çalışması həqiqətən təkcə bu gün üçün deyil, gələcək üçün də böyük perspektivlər vəd edir. İnşallah, qarşıdakı dövrdə bu qardaşlıq bir ürək, bir bilək, bir yumruq olaraq davam edəcək. Bununla da hər kəsin bura ilə bağlı planlarını yenidən nəzərdən keçirəcəyini, diqqətli olacağını düşünürük.
***
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 2025 13:01
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02