Rektor korrupsioner kollec direktorunu himayə edir

Bu yaxınlarda “Aktualxeber.az” saytında dərc edilən “Deputatının qardaşının korrupsiya əməlləri tükənmir“ sərlöhvəli yazıda millət vəkili Əhliman Əmiraslanovun qardaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanovun cinayət tərkibli əməlləri haqqında məlumat vermişdik.
Belə ki, iki il əvvəl Nazirlər Kabinetinin qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə birləşdirildi. Əvvəllər Bakı Sosial Pedaqoji Kollecinə, sonradan isə birləşmiş müəssisəyə — Bakı Humanitar Kollecinə rəhbərlik edən Vaqif Əmiraslanovun korrupsiyaya əsaslanan iş metodu isə dəyişmədi ki, dəyişmədi. Ümumiyyətlə V.Əmiraslanovun qanunsuz əməlləri haqqında mətbuat səhifələrində tez-tez tutarlı faktlarla xəbərlər dolaşsa da hələ də deputat qardaşının qanadı altında olması onun layiqli cəza almasına imkan vermir. Bu günlərdə Vaqif Əmiraslanov ənənəsinə sadiq qalaraq yeni bir qalmaqala imza atıb. Kolleclər birləşəndən sonra V.Əmiraslanov 40-dək şəxsdən onları rəhbərlik etdiyi kollecdə müəllim və şöbə müdiri vəzifəsinə təyin edəcəyinə söz verərək 5000-20000 manat məbləğində rüşvət alıb. Həmin şəxslərə güya onları əvvəlcə laborant kimi işə götürərək, sonradan müəllim və ya digər vəzifələrə təyin edəcəyinə söz verib. Bir müddət sonra bu şəxslərin bəziləri həqiqətən müəllim və ya şöbə müdiri vəzifələrini icra etməyə başlayıblar. Lakin sonradan adi bir təsadüf əsl həqiqəti üzə çıxarıb. Belə ki, işçilərdən biri hansısa mağazadan kreditə nəsə almaq istəyəndə vəzifəsinin müəllim deyil, xadimə olduğunu aşkara çıxarıb. Bundan xəbər tutan digərləri də yoxlama apararaq onların da kollecdə rəsmi olaraq xadimə və ya texniki işçi vəzifəsində işlədiklərini öyrəniblər. Qeyd edək ki, kolleclərin direktorlarının işə yalnız xadimə və ya texniki işçi götürməyə səlahiyyətləri var. Müəllimlər və ya digər vəzifələrdə işləmək istəyənlər yalnız dövlət səviyyəsində keçirilən imtahanlarla seçilirlər. Bu xəbər Mədəniyyət və İnsəcənət Universitetinin rektoru Ceyran Mahmudovaya da çatıb. O da öz növbəsində V.Əmiraslanova bu problemi dekabr ayının sonuna qədər yoluna qoymağı tapşırıb. Artıq V.Əmiraslanovun bəzi şəxslərin pullarını qismən qaytardığı, digərlərindən isə vaxt aldığı deyilir. Əldə etdiyimiz yeni məlumata görə, C.Mahmudovanın V.Əmiraslanovu güya vəzifəsindən azad etməsi bildirilir. C.Mahmudova bununla V.Əmiraslanovun aldatdığı şəxslərin əsəblərinin soyumasına, həm də öz adının belə qanunsuz əməllərdə çəkilməsinin qarşısını almağa çalışır. Çünki görkəmli bəstəkarımız Emin Sabitoğlunun yeganə qızı olan sənətşünaslıq doktoru, professor C.Mahmudova həm musiqişünas alim, həm də pedoqoq kimi cəmiyyətdə böyük nüfuza malikdir. Lakin həqiqətdə isə C.Mahmudova heç kəsi işdən azad etməyib, V.Əmiraslanova bir müddət gözə görünməməyi tapşırıb. Hazırda isə Mədəniyyət və İncəsənət Universtetinin rektoru V.Əmiraslanovun müəllim vəzifəsinə təyin etmək adı ilə rüşvət alaraq “xadimə” vəzifəsinə işə götürdüyü şəxslərlə danışırlar aparıb məsələnin böyüməməsinə çalışdığı bildirilir. Qeyd edək ki, V. Əmiraslanov əslində bu çirkli pulları oğlunun killi-miqdarda olan borcunu qaytarmaq üçün alır. Belə ki, bu ilin avqust ayında onun oğlu ilə bağlı Baş Prokurorluqdan məlumat yayıldı. Bilıdirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emil Əmiraslanov barəsində Cinayət Məcəlləsinin bir neçə maddələri ilə cinayət işi istintaq olunurdu. KİV-lərin yazdığına görə Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunub. Şikayətçi bildirib ki, Emil ondan 115.250 manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb. Movzunu nəzarətdə saxlayırıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
7 aprel 2025 23:17
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
7 aprel 2025 18:06
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
7 aprel 2025 12:06
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
7 aprel 2025 11:26
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
6 aprel 2025 22:05
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
6 aprel 2025 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16