Paşinyan- İlham Əliyev Koçəryan və Sarkisyana qalib gəlib
Maqazin5 dekabr 2020 17:22
Ermənistanın sabiq prezidenti Robert Koçəryanın Nikol Paşinyanın ittihamı üzərində qurulmuş müsahibəsinə baş nazirin verdiyi cavabda olduqca ciddi məqamlar öz əksini tapıb. Paşinyanın ittihamlara cavab olaraq qeyd edib ki, Ermənistan Qarabağı ilk olaraq diplomatik masada uduzub. Bunun günahı isə ondan əvvəl Ermənistana rəhbərlik edən şəxslərdədir.
Paşinyanın dediyi əsas məqamlar bunlardır:
- Müharibədəki uğursuzluqlarla bağlı məsuliyyəti öz üzərimə götürdükdən sonra Ermənistanda yerindən duran son 25-30 ildə baş verənlərə görə hər şeyi mənim boynuma yıxmağa çalışır. İş o yerə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran, danışıqları Ermənistan-Azərbaycan müstəvisinə keçirən adam da (Koçəryan-red.) məni ittiham edir ki, Qarabağ məsələsini ərazi mübahisəsi konteksinə keçirmişəm. Bu məsələ o zaman ərazi mübahisəsi oldu ki, Ermənistan Qarabağın əvəzindən danışıqlar aparmağa başladı. Bu isə 20 il əvvəl baş verdi.
- Bizi ittiham edirlər ki, bizim fəaliyyətimiz nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın aqressiyasını öz ərazi bütövlüyünü bərpa etmək niyyəti kimi qəbul elədi. Bunu o adam deyir ki, onun hakimiyyəti dövründə beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını sənədləşdirib.
- Beynəlxalq ictimaiyyətin bu fikri 2020-ci ildə formalaşmayıb, son 25 ildir ki, belədir. Dünyanın Ermənistanı işğalçı kimi tanıması son 2 ilin məsləsi deyil.
- Bizi müharibə dövründə diplomatik cəbhədə uğursuz olmaqda ittiham edirlər... Heç kim soruşmur ki, münaqişə danışıqlar mərhələsinə keçəndən sonra Ermənistan hansı diplomatik uğur qazanıb? Bəlkə 1995-ci ilin Lissabon sammiti uğur idi? O zaman bizim Qarabağdakı qələbəmizdən sonra beynəlxalq ictimaiyyət öz münasibətini açıq şəkildə orataya qoydu: Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət şəklində qalmalıdır. Ya bəlkə 1998-ci ildə masaya vahid dövlət haqqında təkliflər paketi qoyulanda diplomatik uğur qazanılmışdı? O vaxt Ermənistanın qabağına konkret tələb qoyulmuşdu: Ermənistan Azərbaycana 7 rayonu qaytarır və Azərbaycan ilə Qarabağ vahid dövlət olur. Bəlkə diplomatik uğur ATƏT-in 1995-ci il İstanbul Bəyannaməsi idi. Bəyannamədə dəqiq əks etdirilmişdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ya bəlkə Madrid prinsipləri diplomatik uğur idi? Bu prinsiplər Ermənistanda diplomatik uğur kimi qələmə verildi, ancaq həqiqi biabırçılıq idi. Orda deyilirdi ki, Qarabağ ancaq Azərbaycanın razılığı ilə onun tərkibindən kənarda mövcud ola bilər. Hə, bəlkə 2011-ci ilin Kazan danışıqları uğur idi? O zaman Azərbaycan qapıları çırpıb çıxmışdı, Ermənistan rəhbərliyi isə müsahibəsində demişdi ki, "Biz 7 rayonu qaytarmağa hazırıq, ancaq Azərbaycan daha çox istəyir”. Son 25 ildəki diplomatik uğurlar o idimi ki, müxtəlif səviyyəli beynəlxalq sənədlərdə Azərbaycanın ərazilərinin işğal olunması faktı dəqiq qeyd olunmuşdu və yazılmışdı ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bəlkə diplomatik uğur 2016-cı ildə Rusiyanın Arsaxın statusu məsələsinin gündəlikdən çıxarılması təklifi idi? İndi yüksək səviyyədə bu danışıqları aparan adamlar deyirlər ki, Paşinyan hakimiyyəti diplomatik uğursuzluğa düçar oldu.
- Bizi müharibədən qaça bilməməkdə ittiham edirlər. Əgər siz bacarırdınızsa, İmkanınız var idisə, 2016-cı ildə müharibənin başlamasından qaçardınız və ya şifahi vəd verib əraziləri geri almaq üçün müharibəni dayandırardınız. Biz niyə belə edə bilmədik? Ona görə ki, Ermənistan bir neçə dəfə əraziləri qaytarmaq haqqında şifahi razılıq verib, sonra ona əməl etməmişdi. Ona görə də bizdən tələb etdilər ki, konkret müddətlər göstərilən yazılı razılaşma olsun.
- İndi belə məlum olur ki, guya hamı Azərbaycanla 5+2 prinsipi ilə razılaşmağın tərəfdarı imiş. Eləydisə, bunu niyə 2016-da, 2018-də etmədiniz? Onda Qarabağ məsələsi müharibəsiz həll olunardı. Axı, Siz aprel müharibəsindən sonra yaxşı bilirdiniz ki, nə nədir.
- Bizi ittiham edirlər ki, Türkiyənin Qarabağ müharibəsinə qoşulmasının qarşısını almamışıq. Türkiyə Qarabağ məsələsinə 2008-ci ildə Serj Sərkisyanın təşəbbüsü ilə baş tutan futbol diplomatiyasından sonra daxil olmuşdu. Həmin uğursuz futbol diplomatiyasından sonra Türkiyə bəyan elədi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayanadək Ermənistanla münasibətlər qurmayacaq.
Paşinyan bununla Ermənistanın əvvəlki rəhbərliyinin hərbi üstünlüyü danışıqlar prosesində istifadə edə bilməməkdə günahlandırıb. Həmçinin dolayısı ilə etiraf edib ki, Azərbaycan hakimiyyəti Qarabağ məsələsində prinsipial mövqe göstərib və beynəlxalq hüquqdan maksimum yararlanaraq ərazilərinin mübahisələndirilməsinə imkan verməyib. Bu isə 44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycana Ermənistanı himayə edən ölkələrin təzyiqlərini neytrallaşdırmağa imkan verib...
Oxşar xəbərlər
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 2024 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 2024 12:23
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
Xəbər lenti
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
Video & Fotoqalereya
Video
Fotoqalereya