“Canavar” ləqəbli şəhid polkovnikin qızları - Videoreportaj

Sizə də tanıdacağımız daha bir şəhidimizin həyatı ilə tanış olduqca 37 illik ömrünə nələri sığışdırdığını, təkcə ailəsinə deyil, tabeliyində olan əsgərlərə də az qala, ata qayğısı göstərdiyini öyrənirik. Söhbət Vətənimizin bütövlüyü yolunda, sözün həqiqi mənasında, canını qoyanlardan biri - “Canavar” ləqəbli polkovnik-leytenant Rəşad Quliyevdən gedir.
“Qafqazinfo” bir neçə gün öncə 40 mərasimi keçirilən şəhidimizin ailəsinə baş çəkib, qəhrəmanımızla bağlı xatirələri vərəqləyib.
Şəhidin anası Mətanət Quliyeva deyir ki, Rəşadın hərbçi olması həyatdan vaxtsız köçən atasının vəsiyyəti olub. Bu səbəbdən də oğlunu özü əli ilə Cəmşid Naxçıvanski adına hərbi litseyə gətirib. Hərb sənətinə sevgisi o qədər güclü olub ki, qəbul imtahanında yüksək nəticə göstərən Rəşadı ikinci kursa götürüblər. Ali Hərbi Akademiyanı başa vurandan sonra isə bütün ömrü cəbhə bölgələrində keçib. İkinci Qarabağ müharibəsinə qədər 2016-cı il Aprel döyüşlərində də iştirak edib, Lələtəpə uğrunda döyüşüb.
Ölüm xəbərini isə ailəsi oktyabrın 7-də alıb. Oğlunun arzularını şəhid anasına son günlərində yanında olan döyüş dostları çatdırıblar.
Arzusu Qarabağ uğrunda döyüşlərdə iştirak etmək olan qəhrəmanımız canından, qanından artıq sevdiyi bayrağına bükülərək ölmək istəyibmiş...
Ana M. Quliyeva danışır ki, Nəcəf adlı qonşuları oğlunun əsgəri olub: "Bu ərəfədə Ağcabədiyə yanına getmişdi. Ona deyib ki, gedib hazırlaşsınlar, məhəlləyə ya qəhrəman, ya da şəhid olaraq gələcək. Cəbhə yoldaşlarına isə bildirib ki, “Heyif deyil bayrağa bürünüb gəlmək?...”
Onlara bayramlarda “premiya” verirdilər, amma heç vaxt özünə xərcləməzdi, əsgərləri cərgəyə düzüb kimin əlcəyi, siqareti, buşlatı - çatışmayan nəyi vardısa, onu alardı. Əsgərlərini ata kimi qoruyardı...Polad Həşimovla yaxın münasibəti var idi, ona “Paşam” deyirdi. Poladın ölümü Rəşada çox pis təsir eləmişdi. Bir də arzusu vardı - Polad Həşimovun məzarına gül qoymaq istəyirdi. Özü də Poladın yanında dəfn olundu...”
Albomlarını vərəqləyirik, saysız-hesabsız diplomlarına, fəxri fərmanlarına baxırıq. Bizə fotodan məğrur, yenilməz qəhrəman baxışlarıyla baxır Rəşad Quliyev. Anası deyir ki, elə qorxu bilməzliyinə, tez-tez düşmən postlarına kəşfiyyata getdiyinə görə ona “Canavar” ləqəbini vermişdilər:
“Əvvəllər kapitan idi, mayor rütbəsini ona kəşfiyyata gedib-gələndən sonra gətirdiyi qiymətli məlumatlara görə vermişdilər. Bir dəfə də işğal altında olan Gülüstan kəndinə kəşfiyyata gedəndə bir evin divarında ürək çəkmişdi, içərisində isə özünün və mənim adımı yazmışdı. Sonra şəklini çəkib mənə göstərmişdi. Onu heç nə qorxutmazdı, kəşfiyyata gedəndə də papağını qoyub gələrdi ki, xəbərləri olsun buralarda bizim hərbçimizin olduğundan”.
Yaxınları bildirir ki, Rəşad Cəbrayıla girəndə torpağın qoxusunu doya-doya sinəsinə çəkib. Cəbrayıldan Qubadlıya gedən yolda yüksəkliklər uğrunda döyüşdə həlak olub. Mərmi atıldığını görəndə də özündən əvvəl əsgərlərini düşünüb. Onlara “dağıl!” komandası verib. Lakin minomyot mərmisi onun yaxınlığında partlayıb, ayağından yaralanaraq həlak olub.
Şəhidin bacısı Nərmin Məmmədova da qardaşı ilə bağlı xatirələrini dilə gətirib: “Rəşad hərbidə də, ailəsində də həmişə öz hörmətini qazanıb. Birgünlük də gəlsə, hamımızı görməmiş getməzdi. Bir dəfə oğlumun kiçik toyu idi, Murovdan ora videozənglə qoşulmuşdu. Mən hələ də elə hiss edirəm ki, qardaşım yanımdadır. Ən çox istədiyi şey Milli Qəhrəman olmaq idi. İstəyirdi ki, ona dəyər verilsin”.
Yaraları təzə və dərin olsa da, şəhid yaxını olmanın nə qədər şərəfli olduğunu Quliyevlər ailəsi də yaxşı anlayır. Təkcə hələ dünyadan bixəbər olan 6 yaşlı İnci və 7 yaşlı Dəryadan başqa... Atalarının yoxluğunun acısını hiss etsələr də, hələ baş verənləri tam olaraq dərk edə bilmirdilər. Amma həmin qızcığazların üzlərindəki qürur bunu anladıqca artacaq, buna əminəm.
Şəhidimizin doğulub boya-başa çatdığı Zığ qəsəbəsindəki mənzilindən çıxıb, həyətin bir tərəfində salınmış kiçik park və bulaq abidəsinə gəlirik. Sakinlərdən öyrənirik ki, onu qəhrəmanımızın dostları, qonşuları, hərbçi yoldaşları xatirəsini əbədiləşdirmək üçün düzəldiblər. Amma təbii ki, ən böyük abidə qəhrəmanımızın vətəndaşların ürəklərində qurduğu abidələrdir...
Gülnar Əliyeva
Foto-Video: Pərvin Zeynal
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
6 aprel 2025 23:01
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Bakının GÜL cənnətindən VİDEOREPORTAJ
25 mart 2025 02:09
- Düşmənin qorxulu yuxusu şəhid Pəncəli Teymurovun doğum günüdür
24 mart 2025 18:12
- 51 yaşlı hindistanlı dünyanın ən bahalı itini aldı – 5,7 MİLYON dollara
21 mart 2025 21:12
- Deyirdilər ki, bu oğlan o qızı alacaq ” – Sabiq deputat bayram xatirəsini danışdı
20 mart 2025 15:05
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 2025 13:37
- SOCAR-ın sabiq vitse-prezidentinin oğlunun işi yenidən məhkəmədə - atalıq testindən keçməlidir
10 mart 2025 23:26
- Fuad Nağıyevə sərt ittihamlar - Tahir Əmiraslanovu Şuşadan qovdu
9 mart 2025 01:55
- Şəhid qadınlarımızın xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim edilib
7 mart 2025 14:10
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35