- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
Azərbaycanda qədim Alban kilsələri: Amaras monastırı (FOTO)
Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan - Qafqaz Albaniyasının tərkib hissəsi olub. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.
Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər - alban xristian dini abidələri yaradılıb.
Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlər bu abidələrin bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən fərqləndiyini bildirib. Həmin abidələri bütün tarixi sübutlara görə, xalqımızın milli mədəni irsinə aiddir.
Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən "Alban-türk memarlığı" ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi.
Lakin Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi ilə Alban abidələrini mənimsəmək, milli mənsubiyyətini dəyişmək yolunu tutublar. Ən çox mənimsənilməyə məruz qalan abidələr isə xristianlıq dövrü abidələridir. Bu da ondan irəli gəlir ki, bu tipli abidələr üzərindəki xristian dininin rəmz və simvolları, eləcə də daş və divar rəsmləri içərisindəki buna bənzər rəsm nümunələrini əsas götürərək bunları erməniləşdirməyə çalışırlar. Bu da öz növbəsində tarixin saxtalaşdrılmasına gətirib çıxarır.
Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. Çavçavadze "Ermənilər və qan ağlayan daşlar" əsərində dolğun şəkildə əks etdirmişdi. O yazırdı:
"...Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları Azərbaycan torpaqlarını "Hay ölkəsi"– Şərqi Ermənistan adlandırırlar". Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir. Xristianlıq dövrü alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin bir səbəbi də, Rusiyanın köməyi vasitəsi ilə 1836-cı ildə Alban Apostol kilsəsinin ləğv edilərək Erməni Qriqoryan kilsəsinə tabe edilməsidir. Rusiya çarlarının Qafqazdakı siyasəti, ermənilərə verdikləri önəm nəticəsində Alban kilsələrinin mərkəzi əsassız olaraq ermənilərin qriqoryan kilsəsinə verildi. Bununla da Alban dini rəhbərliyi Eçmiədzinə köçürüldü.
Qaynarinfo bu gün həmin abidələrdən daha birini - Amaras monastırını təqdim edir:
Amaras monastırı — Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.
Tarixi mənbələr həm monastırı, həm də onun əsas məbədini Qafqaz Albaniyasının birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirirlər. Vatnan çölündə öldürülməsindən sonra onun cəsədi hələ Maarifçi Qriqori tərəfindən inşa edilmiş monastır kilsəsinə gətirilmiş və burada sərdabədə (və ya altar altında) dəfn edilmişdir.
Arxeoloji tədqiqatlar zamanı abidənin üç inşaat mərhələsi müəyyən edilmişdir: birinci mərhələ IV əsrə, ikinci mərhələ X əsrə, üçüncü mərhələ isə XIX əsrə aiddir. Həmçinin, çoxsaylı məbəd inşa etdirmiş və köhnə məbədlərin bərpasına əmr vermiş Albaniya hökmdarı III Mömin Vaçaqanın (487-510) hakimiyyəti dövründə də məbəddə yenidənqurma işləri aparılmışdır. Lakin çoxsaylı, inşaat, dağılma və yenidənqurma işlərinə baxmayaraq müasir məbəd binası öz ilkin formasını saxlaya bilmişdir.
Monastır kompleksinin mərkəzinə yerləşən əsas məbəd binası, 15.9x11 m ölçülərinə malik, uzun bazilikadır. Kvadrat formalı dörd sütun, onlar arasında inşa edilmiş tağlar vasitəsiylə neflərin tağvari tavanını saxlamağa kömək edir. Altar hissəsi uzun nalvari absidadan və onun hər iki tərəfində yerləşən oxşar formalı yan otaqlardan ibarətdir. XIX əsrdə bina ciddi dağıntılara məruz qalmış və elə həmin əsrdə də köhnə özüllər üzərində yenidən inşa edilmişdir. Divar hörgüsündə inşa edilmiş köhnə məbədə aid relyefli və efiqrafikalı daşlar istisna olmaqla məbədin müasir interyer və eksteryer dekoru tamamilə XIX əsrə (1858-ci ilə) aiddir.
Məbədin planı, IV əsrə aid qədim məbədin planını kiçik əlavələrlə təkrar edən X əsrə aid məbədin xüsusiyyətlərini saxlamışdır. Belə olduğu halda, arxeoloji tədqiqatların nəticələri IV əsrdə Amarasda, Qafqaz Albaniyası ərazisində erkən xristianlıq dövrünə aid ən qədim üçnefli bazilikanın mövcudluğunu qeyd etməyə imkan verir.
IV-IX əsrlər
Amaras monastırının tarixi Artsak və Uti havarlarında xristianlığın yayılması tarixi ilə bağlıdır. Buna görə də, sonrakı dövrdə monastır Qafqaz Albaniyasının ən mühüm dini və mədəni mərkəzlərindən birinə çevrilmişdir. Qədim erməni mənbələrinin məlumatına görə, IV əsrin əvvəllərində Amaras ərazisində Maarifçi Qriqori tərəfindən kilsənin əsası qoyulmudur. V əsr erməni tarixçisi Favstos Buzand ilk alban katolikosu Müqəddəs Qriqorisin şəhid edildikdən sonra monastır ərazisində dəfn edilməsini qeyd edir. Buzandın verdiyi məlumata görə Qriqoris Cənubi Dağıstanda 337-ci ildə öldürülmüşdür:
"Daha sonra, onunla birlikdə Haband havarından buraya gəlmiş şəxslər, onun cəsədini götürürək, Alban ölkəsi ərazisindəki Haband havarının Amaras adlı kəndə gətirdilər".
IV əsrin 30-cu illərindən etibarən monastır yeparxiya mərkəzi olmuş və XIX əsrə kimi bu funksiyanı yerinə yetirmişdir.
V əsrdə, ehtimal ki, Sasanilərə qarşı Vardan Mamikonyanın rəhbərliyi ilə aparılan üsyan (449-451) zamanı Amaras monastırı dağıdılmışdır. Monastırın dağıdılmasında pers maqları da böyük rol oynamışlar, belə ki, onlar öz ölkələrinin sərhədinə yaxın bir ərazidə belə bir xristian məbədinin olmasını istəmirdilər. V əsrin sonlarında Amaras monastırı Qafqaz Albaniyası hökmdarı III Mömin Vaçaqanın sifarişi ilə bərpa edilmişdir.
Mesrop Maştots Qafqaz Albaniyasında olarkən maarifləndirmə işinə Amaras monastırından başlamışdır. Maştotsun Qafqaz Albaniyasında maarifçi fəaliyyətini erməni tarixçisi Leo belə təsvir edir:
"Bu marşrutun Şərq ölkəsindən keçən hissəsində biz Aluankın məşhur ziyarətgahı Amarası – Maarifçi Qriqorun nəvəsi şəhid Qriqoris burada dəfn edilmişdir – görürük. Buradan marşrut Dizapayt dağındakı ziyarətgaha gətirdi... Bura cənub son məntəqəsi idi. Dizapaytdan şəfaverən Pantalion ziyarətgahı vasitəsiylə yol qərbə tərəf – Mats-Aran əyalətinin meşəlik monastırlarına tərəf döndü, Maştots və tələbələri buradan fəaliyyətə başladılar".
Ərəblərin Cənubi Qafqaza yürüşü zamanı monastır yenidən dağıdılmış və yalnız IX əsrdə Beyləqan hakimi Yesai Əbu Musanın dəstəyi ilə bərpa edilmişdir.
X-XX əsrlər
1223-cü ildə monqol-tatar hərbiçiləri Amaras monastırını talan edərək xəzinəsini ələ keçirmişlər. Ələ keçirilmiş qiymətli əşyalar arasında Müqəddəs Qriqorisin IV əsrdən monastırda saxlanan əsası və 36 qiymətli daşla bəzədilmiş böyük qızıl xaç da var idi. Stepannos Orbelinin verdiyi məlumata görə, monqol sərkərdəsinin yunan mənşəli həyat yoldaşı Despinanın təklifi ilə əsa və xaç Konstantinopola göndərilmişdir. Yarım əsr sonra, 1387-ci ildə Amaras Artsakın digər monastırları kimi Əmir Teymurun yürüşlərindən ziyan çəkmişdir. Əmir Teymur dağıdılmış tikililərin daşını Araza tökmək üçün döyüşçülərini Amarasdan Araz çayına kimi düzmüşdür.
Monastırın ikinci çiçəklənmə dövrü XVI əsrin II yarısına təsadüf edir. Bu dövrdə Kiş kəndindən olan yepiskop Petrosun təşəbbüsü ilə monastırda yenidənqurma işləri aparılmışdır. Həmin dövrdə Herher kəndi ərazisində isə yepiskopun iqamətgahı inşa edilmişdir. Xəmsə məliklərinin yeni formalaşdığı dövrdə daha da genişləndirilən Amaras monastırı Vərəndə məlikliyinin ən müqəddəs ziyarətgahı olmuşdur. XVIII əsrdə Vərəndə məliyi II Şahnəzər monastırda inşaat işlərini yekunlaşdıraraq, kompleks ətrafında qala divarları inşa etdirir. II Şahnəzərin himayəsi altında həyata keçirilmiş inşaat işləri zamanı kompleksə çoxlu sayda otaqlar, hücrələr və digər məişət tikililəri əlavə edilir.
XIX əsrin II yarısından etibarən Amaras monastırında şərq ölkələrindən Rusiyaya gedən ticarət karvanları yerləşdirilmişdir. Həmin dövrdə monastır geniş torpaq sahələrinə, bağlara, dəyirmanlara və mülklərə sahib idi.
1836-cı ildə Alban Həvari Kilsəsinin Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsindən sonra, 1848-ci ildə Gəncəsər mitropoliti Ter-Baqdasarın göstərişi ilə Amaras monastırı Erməni Qriqoryan Kilsəsinə tabe edilmişdir.
Bundan sonra, 1858-ci ildə Şuşa ermənilərinin təşəbbüsü ilə monastırda yenidənqurma və inşaat işləri aparılmışdır. Bu yenidənqurma-inşaat işləri zamanı abidənin qədim kitabələri məhv edilmişdir. Monastır ərazisindəki stellalardan birinin üzərindəki kitabədən, onun 925-ci ilə aid olması müəyyən edilmişdir. 1898-ci ildə kilsənin şimal nefində Müqəddəs Qriqorisin şərəfinə Mikel Ter-İsraelyan tərəfindən hazırlanmış məzar daşı yerləşdirilmişdir.
Qarabağ münaqişəsi illərində
1988-ci ildə Moskvadan göndərilmiş direktivlə Dağlıq Qarabağ ərazisində bəzi erməni kilsə və monastırlarının fəaliyyətə başlamasına icazə verilsə də, Bakı hakimiyyəti buna icazə vermir. Amaras monastırı fəaliyyətə başlayan məbədlərdən biri olduğuna görə, qapılarını qeyri-qanuni olaraq ziyarətçilərin üzünə açdıqdan iki gün sonra Azərbaycan hərbçiləri bunun qarşısını alır.
Memarlıq xüsusiyyətləri
Kompleks dörd küncündə dairəvi qüllələr yerləşən düzbucaqlı plana malik qala divarları ilə əhatə edilmişdir. Qala divarları 85 m uzunluğa, 5.9 m enə və 5 m hündürlüyə malikdir. Daxildən qala divarlarının bütün perimetri boyunca yaşayış otaqları, hücrələr və digər məişət tikililəri inşa edilmişdir. Kilsədən şərqdə yerləşən uzun otaqlar sırası bütün həyəti iki hissəyə bölür. Böyük qərb hissəsinin mərkəzində kompleksin əsas tikilisi olan Müqəddəs Qriqoris kilsəsi yerləşir. Bu hissədə yerləşən bütün yaşayış otaqlarının qapısı kilsəyə tərəf açılır. Kilsənin cənub qanadında trapez formalı gözəl iki mərtəbəli bina – baş keşişin iqamətgahı yerləşir.
Kiçik şərq həyəti sırf mülki xarakter daşımışdır. Burada iş otaqları, mətbəxlər, anbarlar və sair yerləşir. Monastır kompleksi ərazisinə yeganə giriş cənub-şərq tərəfdəndir. Giriş əsas həyətə yox, kiçik həyətə açıldığına görə, M.Asratyan onu müdafiə xarakteri ilə əlaqələndirir. Beləcə kompleksə iki yaruslu girişi təmin etməklə, kilsənin təhlükəsizliyi daha da gücləndirilmiş olur. Anoloji xüsusiyyət Sünikin XVII əsrə aid bəzi abidələrində də müşayət olunur.
Müqəddəs Qriqoris kilsəsi
Kilsənin altarı
Tarixilik baxımından hazırkı kilsənin altarı altında yerləşən martirium-şəhid Müqəddəs Qriqoris sovməsi böyük əhəmiyyət kəsb edir. Sərdabə, yaxınlıqdakı Hazaz dağından əldə edilmiş yaxşı yonulmuş daşlardan inşa edilmişdir. Düzbucaqlı formaya malik (3.7x1.9 m) sərdabə 3.5 m hündürlüyə, cənub və qərb tərəfdə yerləşən iki qapıya (qərb qapısı indi qapadılmışdır) malikdir. Cənub girişindən aşağı aparan pilləkənlə üzbəüz yerləşən divar həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Sərdabədə Müqəddəs Qriqorisin məzarı yerləşir və bu məzar monastırın əsas ziyarətgahı hesab edilir. Məzar daşı üzərində yepiskop tacı, əsa və xaç təsvir edilmiş, aşağıdakı sözlər yazılmışdır:
Müqəddəs Qriqoris kilsəsinin planı
"Aluank katolikosu və Maarifçi Qriqori Partevin nəvəsi Müqəddəs Qriqorisin məzarı. 322-ci ilin yayında doğulmuş, 340-cı ildə məsh edilmiş, 348-ci ildə Dərbənddə masqutların çarı Saneasan tərəfindən işgəncəli ölümlə şəhid edilmişdir. Onun müqəddəs cəsədi Artsakdan olan davamçıları-dyakonlar tərəfindən Amarasa gətirilmişdir".
Amaras monastırının mərkəzində yerləşən hazırkı kilsə 1858-ci ildə yaxşı yonulmuş felzit daşından inşa edilmişdir. Kilsə üçnefli bazilika (23.9x13.5 m) formasına malikdir. İki cüt sütunla üç nefə bölünən ibadət zalı tağvari örtüyə malikdir. Apsidanın hər iki tərəfində düzbucaqlı plana malik kiçik otaqlar yerləşir. Hər iki otaq tağ-tavan örtüyə malikdir. Otaqların dərinliyi 5 metrə çatır ki, bu da altarın altında Müqəddəs Qriqorisin sərdabəsinin yerləşməsi ilə izah edilir. Kilsənin yeganə girişi qərb tərəfə açılır. Divarlarda yerləşdirilmiş üç böyük və geniş (xaricdən eni 1.4 m, daxildən eni 2 m) pəncərə ilə ibadət zalı yaxşı işıqlandırılır.
İkiqatlı dam üzərində yüksələn altı sütunlu rotonda kilsənin zəng qülləsi funksiyasını yerinə yetirir. Kilsədə aparılmış son yenidənqurma işlərindən əvvəl abidənin damında üç bu cür günbəzli rotonda yerləşirdi. Onlardan ən böyük olanı mərkəzdə, iki qismən kiçik olanı isə şərq və qrb künclərində yerləşirdi.
Tədqiqatçıların fikrinə görə, hazırkı kilsənin inşası - yenidənqurması zamanı, inşaatçılar əvvəlki məbədin memarlıq kompozisiyasını təkrarlamamışlar. XVII əsrdə inşa edilmiş kilsəni şəxsən görmüş S. Cəlalyants da buna şahidlik edir. Qədim məbəd günbəzli bazilika formasına malik olmuşdur.
Kilsənin interyer və eksteryeri kifayət qədər ciddi görünüşə malikdir. Yeganə istisna portala malik qərb fasadıdır. Portalın timanı və onun üzərində yerləşən kiçik pəncərə yeri relyefli daşlarla əhatə edilmiş, frontonun altında isə xaç yerləşdirilmişdir. Kilsənin digər divarları demək olar ki, dekordan məhrum edilmişdir.
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 2024 19:38
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 2024 17:37
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 2024 18:17
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Prezident: Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır
18 dekabr 2024 11:39
- Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev
17 dekabr 2024 22:31
- TƏCİLİ! DTX-dən ƏMƏLİYYAT - Ekstremist qruplaşma İFŞA EDİLDİ FOTO
16 dekabr 2024 12:33
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38