Sarkisyan Şuşa türməsinə niyə gəlmişdi?
Dünya12 noyabr 2020 12:09

“Məhkumlara tapşırdım ki, döyüşə gedirik, kim sağ qalsa, Bakıda gəlib özünü təqdim edər”
Azvision.az -ın müsahibi 1988- 1992-ci illərdə Şuşa türməsinin rəisi vəzifəsində çalışmış ehtiyatda olan polkovnik-leytenant Aydın Abbasovdur. O, 1952-ci ildə Qubadlı rayonunda dünyaya gəlib. Bir yaşı olarkən ailəsi Şuşaya köçüb və bundan sonra həyatı bu şəhərlə bağlı olub.
Həmsöhbətimiz Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Eyni zamanda Xankəndi Pedaqoji İnstitutunda fizika-riyaziyyat ixtisası üzrə təhsil alıb. Bir müddət müəllim kimi fəaliyyət göstərib.
- Rayon partiya komitəsinin göndərişi ilə Şuşa türməsinə rəis mavini, daha sonra 1988-ci ildə rəis təyin olunmuşam. O vaxtı təyinatı Daxili İşlər Nazirliyi verirdi. Ermənilər mənim bu posta gəlişimlə bağlı çox etiraz etdilər. Ancaq bizim nazirlik mənim orada rəsi təyin olunmağıma nail oldu.
Fəaliyyətə başlayanda ermənilər şərt qoydular ki, ora gərək ya erməni, ya da Moskvanın nümayəndələri cəlb edilsin, onlar arxayın olsunlar ki, türmədəki erməni məhkumlar işgəncə görməyəcəklər. Beləliklə, iki nəfər mənə nəzarət edəcəkdi. Bunlardan biri ittifaq prokurorluğunun nümayəndəsi, digəri isə Moskvanın Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nümayəndəsi idi. Onlar bir aydan bir ezamiyyətə gəlirdilər və bir-birini əvəzləyirdilər. Bundan əlavə Moskvanın daxili qoşunlarının əsgərləri də bizim nəzarətçilərə nəzarət edəcəkdi. Biz bu qayda ilə fəaliyyət göstərdik. Günlərin birində məlumat aldım ki, Moskvadan gələn daxili qoşunların nəzarətçiləri Xankəndidə məhkum ermənilərin ailələri ilə qeyri-qanuni əlaqə yaradır və onlara məlumatlar çatdırır. Hətta bu nəzarətçilər özlərini tanıtmaq, həbsxanada işlədiklərini işarə vermək üçün saqqal, bığ saxlayırdılar. Bunu hiss edəndən sonra göstəriş verdim ki, o adamların hamısını qapının çölündə saxlasınlar, birini də içəri buraxmasınlar. Bu, böyük səs-küyə səbəb oldu. Məni Xankəndinə çağırdılar ki, məsələni həll etsinlər.
Moskvanın nümayəndələri dedi ki, “niyə siz bizim işçiləri qovursunuz, içəri qoymursunuz?”. Mən cavab verdim ki, onlar barədə məndə məlumatlar var, özlərini elə bir şəkilə salıblar ki, vəsiqələrində olan sürətə uyğun deyillər. İradımın üstündə dayandım və onların hamısını qovdum. Hadisələrin qızğın çağında bizə çox təzyiqlər oldu. Hətta Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bir dəstə nümayəndəni başına yığıb gəlmişdi ki, türməni yoxlamaq istəyirik. Mən onları türməyə buraxmadım. Dedim, prokuror nəzarət edir, ancaq o, içəri girə bilər. Sarkisyan belə bir iddia ilə gəlmişdi ki, guya həbsxanada erməniləri incidirlər və buna görə onların yaxınları Xankəndidə nümayişə qalxıblar. Sarkisyan və dəstəsinə dedim, siz hamınız çöldə gözləyin. Onların Xaçaturov adlı polis idarəsinin rəisi və prokurorla içəri girdim. Onlar türmədə yoxlama apardılar. Gördülər ki, azərbaycanlılarla ermənilər eyni otaqda cəza çəkirlər, bir-birlərinə mane olmurlar. Daha sonra erməni məhkumlar bildirdilər ki, azərbaycanlılarla bir yerdə yaşayıblar, narazılıqları yoxdur, burada da xətrlərinə dəyən yoxdur. Nəzarətçilər qanun pozuntusunun, işgəncənin olmadığınıı gördülər.
Geri qayıdanda Serj Sarkisyana dedim ki, siz əvvəlcə Xankəndidən qovulan azərbaycanlıları yerinə qaytarın, sonra gəlib burada söhbət qaldırın. Bildirdim ki, siz bu məsələ ilə bağlı bir də türməyə buraxmayacağam. Prokuror gözü ilə vəziyyəti gördü və gedib nümayişçilərə məsələni çatdırdı.

- Müharibə ərəfəsində Şuşa türməsində vəziyyət necə idi? Azərbaycanlı məhkumların sonrakı taleyi necə oldu?
- Şuşa türməsinə təzyiqlər artmışdı. Müharibənin elə vaxtı idi ki, azərbaycanlı məhkumların saxlanılmasına ciddi təhlükə yaranırdı. Biz məhkumları yavaş-yavaş Şuşa türməsindən çıxardıq. Ancaq bir hissəsi qalmışdı. Müharibə başlayanda, ermənilər Şuşaya hücum edəndə, orada ruslar və azərbaycanlılardan ibarət xeyli məhkum var idi. Ermənilər isə qalmamışdı.
Bizim azərbaycanlı məhkumlar qeyrətli şəkildə müqavimət göstərdilər. Onlar nəzarətçilərlə bir yerdə döyüşürdülər. Ancaq biz gördük ki, müqavimət göstərmək çətindir. Eyni zamanda göstəriş gəldi ki, bir müddət geri çəkilirik. Bizim təyyarələr Şuşanı, ermənilərin mövqelərini vurmalı idi. Mən şəxsi heyəti, lazım olan sənədləşməni və məhkumları götürüb Şuşa türməsini tərk etdim. Məhkumlara tapşırdım ki, döyüşə-döyüşə gedirik və sağ qalanlar Bakıda gəlib özünü təqdim etsin. Onlar buna əməl etdilər. Çox yaxşı döyüşdülər. Ermənilər bir nəfər rus məhkumu Laçında vurmuşdular. Qalan hamısı Bakıya gəlib özünü təqdim etdi. Arzu Qasımov adlı bir şəxsdən başqa. Sonra onu da həbsxanaya geri qaytardım. Kim vaxtında gəlmişdi və yaxşı döyüşmüşdü, mənim təqdimatıma əsasən həmin şəxslərin həbs müddəti yarıya qədər endirildi, cəza müddəti az qalanlar isə azad olundu.
- 28 ildən sonra Ali Baş Komandanın dilindən Şuşanın azad olunması xəbərini eşitmək necə bir hissdir?
- Bu hissləri sözlə ifadə etmək çətindir. Belə hisləri yaşamağı çoxdan arzu edirdik. Çox üzülürəm ki, dünyasını dəyişən şuşalılar bu günü görmədi. İndiyə qədər duymadığımız sevincli anları yaşayırıq.
Xalq- ordu birliyindən, Ali Baş Komandanın müxtəlif dillərdə dərdimizi dünyaya çatdırmasından qürurlanıram. Azərbaycan Prezidentinə də, Ermənistan rəhbərliyinə də baxın. Görün, biz nə qədər fərqliyik. Nə qədər sivilik, demokratik və inkişaf etmiş xalqın nümayəndəsiyik.
Azərbaycanlı olmağımızla fəxr edirik. İnternetdə Şuşadakı evimizə baxmışam. Evimiz türməyə yaxın idi. Məndən sonra Şuşa türməsinə rəis gələn erməni 1994-cı ildə xəbər göndərmişdi ki, evimi təmir etdirib orada qalır və mən Şuşaya qayıdan zaman evi geri verəcək. Tezliklə Şuşaya qayıtmaq, evimə köçmək istəyirəm.
Şahanə Rəhimli

Oxşar xəbərlər
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
7 aprel 2025 23:35
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
7 aprel 2025 11:26
- Azərbaycanda atların sayı niyə AZALIR?
6 aprel 2025 21:31
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
5 aprel 2025 21:54
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 2025 16:32
- 91 yaşım var, gözləyirlər ki, ölüm, sonra həmin ordeni versinlər?! – Xalq artisti Ceyran Haşımova
29 mart 2025 19:17
Xəbər lenti
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya