“Döyüşə gedəndə uşaqlara kabab aldı və dedi ki...”
Region7 noyabr 2020 21:27

Qarabağ savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Bölüyümüzün kapitanı Rəşad Arif oğlu Abdullayevdir.
Moderator.az-ın əməkdaşı şəhidimizin Cəlilabad Göytəpə qəsəbəsində yerləşən evində qonaq olub və ailəsiylə görüşüb. Beləliklə, həmin yazını təqdim edirik:
Bizi şəhidimizin atası Arif, anası Sevil xanım və yaxınları qarşıladı. Elə söhbətimizə ilk olaraq şəhidimizin atasıyla başladıq:
"Rəşad üç bacının bir qardaşı idi, 1988-ci il sentyabrın 14-də anada olmuşdu. Tək oğlan olsa da mən onun fikirlərinə həmişə hörmətlə yanaşırdım. Hərbçi yolunu da özü seçdi. Rəşadın babası, yəni mənim atam İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Rəşad həmişə babasının medallarını sinəsinə vurub şəkil çəkdirirdi. Ondan sonra da hərbçi olmaq qərarına gəldi. Orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil oldu. Üç illik təhsildən sonra isə Heydər Əliyev adına Akademiyaya daxil oldu. Təhsilini başa vurduqdan sonra isə Tərtər şəhərində işə başladı".
Söhbətimizə şəhidimizin anası Sevil xanım qoşulur və deyir ki, Rəşad həmişə onlardan işini gizlədib:
"Rəşadın hərbçi olmasını heç istəmirdim, deyirdim ki, ya həkim, ya da müəllim ol, amma istəmədi. Rəşad işiylə bağlı evdə heç nə danışmırdı. 2012-ci ildə Xüsusi Təyinatlıların kursuna gedəndə də məni aldatdı, dedi ki, Türkiyəyə gedirəm. Sən demə 6 ay o kursda olub. (Ağlayır) Rəşad aprel döyüşlərində də iştirak edib və hətta 4 gün mühasirədə qalıblar. Daha sonra isə düşmənin mühasirəsini yararaq mühasirədən çıxıblar. Aprel döyüşlərinə görə ölkə başçısı onu medalla təltif edib. Bu dəfə döyüşə gedəndə də məni aldatdı, əmisinin yas mərasimi idi, Rəşad da gəlmişdi. Daha sonra mənə dedi ki, “Ana mən qayıdıram, qızım məktəbə gedəcək”. Kürəkənim də hərbçi olduğu üçün müharibədən xəbərim var idi, bildim ki, döyüşə gedir".
Şəhidimizin anası deyir ki, Rəşadın şəhid olmasını yuxuda görüb:
"Yatıb yuxuda gördüm ki, yolumun üstündə hərbi formada bir ilan dayanıb. Daha sonra isə gördüm ki, dişim çıxıb, amma sallanır. Sən demə Rəşad yaralıymış. (Ağlayır) Döyüşçü yoldaşlarıyla söhbət etdik, dedilər ki, Rəşad sentyabrın 29-da yaralanıb. Döyüş bölgəsində ilkin tibbi yardım göstərilsə də, ordan çıxara bilməyiblər və daha sonra dünyasını dəyişib. Rəşadı oktyabrın 2-də gətirdilər və böyük izdihamla dəfn etdik".
Söhbətimizə şəhidimizin həyat yoldaşı Gülnar xanım qoşulur:
"Rəşad Xüsusi Təyinatlıların bölük komandiri, hərbi hissənin qərargah rəisi idi. Aprel döyüşlərində də yaralanmışdı, amma bizdən gizlədirdi. 2016-cı il aprel döyüşlərində Talış kəndində xüsusi qəhrəmanlıq göstərib. Bu dəfə müharibəyə gedəndə uşaqlara kabab aldı, dedi ki, “bir neçə gün evdə olmayacam”. Uşaqları qucaqlayıb öpürdü, sanki nəsə hiss etmişdi. 2017-ci ildə Türkiyədə Rəşadgilin Xüsusi Təyinatlı Dəstəsi birinci yeri tutmuşdu. Oğlumuz Məmmədağa atasını soruşur deyir ki, nə vaxt gələcək? Qızım Ruqəyya isə əvvəl soruşurdu, indi isə atasından danışanda susur”.
Vasif Əlihüseyn
Fotolar müəllifindir.




Oxşar xəbərlər
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
4 aprel 2025 22:11
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Prezident Şəfiqə Məmmədovanı -İstiqlal- ordeni ilə təltif etdi - FOTOLAR
29 mart 2025 13:50
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
- Futbolçularımız bozbaş yeməyə öyrəşiblər deyə .... – Aqil Abbas
26 mart 2025 22:24
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 2025 21:08
- Yararsız və bahalı: Ən pis diş pastaları BƏLLİ OLDU- ONLARI ENDİRİMLƏ DƏ ALMAYIN
26 mart 2025 15:14
Xəbər lenti
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
06 aprel 17:10
- Bir ayda ölkəyə 69 kq insan SАÇI gətirilib - Qiymətlər
06 aprel 15:00
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
06 aprel 14:27
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
06 aprel 09:51
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
06 aprel 00:18
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
05 aprel 21:54
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
05 aprel 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
04 aprel 22:11
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
04 aprel 21:44
Video & Fotoqalereya
Video
Fotoqalereya