LAVROV GEDIR... - Ömürlük senator olacaq
Prezident Vladimir Putin Federasiya Şurasının formalaşmasına dair qanun layihəsini parlamentə təqdim göndərib. Bu barədə Rusiya KİV-ləri yazıb. KONKRET.az xəbər verir ki, sənədə əsasən, layihə təsdiqlənəcəyi halda, dövlət başçısı bəzi senatorları ömürlük təyin etmək hüququ qazanacaq. Senatorlar arasında prezident tərəfindən təyin olunanları sayı 30-dan çox olmayacaq, amma dövlət başçısı onlardan 7-nə ömürlük senator status vermək səlahiyyətinə malikdir. Bu təyinatda həmin şəxslərin dövlət qarşısında xidmətiləri nəzərə alınacaq. Eyni zamanda, keçmiş prezidentin səlahiyyətlərinə xitam verildiyi tarixdən etibarən üç ay ərzində ərizə təqdim edəcəyi təqdirdə o da ömürlük senator ola biləcək.
Yada salaq ki, Rusiya Federasiya Şurasında belə bir dəyişiklik olacağı ilə bağlı ilk dəfə ötən ay “Sobesednik” nəşri yazmışdı.
Nəşrin iddiasında bildirilidiyinə görə, Kreml bu ilin sonuna qədər Rusiya parlamentinin yuxarı palatasının-Federasiya Şurasının tərkibini əsaslı şəkildə dəyişdirmək niyyətindədir. Ən maraqlı məqam isə Rusiyanın xarici işlər naziri ilə bağlı idi. Belə ki, nəşr yazırdı ki, Sergey Lavrova Federsiya Şurasında ömürlük senator vəzifəsi təklif edilir. Lavrovla bərabər, XİN sözçüsü Mariya Zaxarovanın da işdən gedəcəyi və sonuncuya Dövlət Dumasında iş veriləcəyi bildirilirdi.
Maraqlıdır ki, Lavrov və Zaxarovanın Xarici İşlər Nazirliyindən istefaya göndərilməsi yüksək vəzifələrini itirməsi kimi deyil, ölkə parlamenti çərçivəsində işlərin yenidən qurulmasında yeni görəv verilməsi kimi qiymətləndirilirdi. Ekspertlər deyir ki, Kreml hər iki parlament palatasının və Dövlət Şurasının əlaqələndirməsinin gücləndirilməsini istəyir. Üstəlik, Dövlət Duması və Federasiya Şurasının Nazirlər Kabineti üzərində nəzarəti gücləndiriləcək, hökumət üzvlərinin təsdiqində aparıcı rol alacaq. Yaradılan Dövlət Şurası isə bütün dövlət idarəetmə sisteminin moderatoru funksiyasını öz üzərinə götürəcək, eyni zamanda bütün hakimiyyət qolları üzərində nəzarət edəcək.
Sergey Lavrov 1950-ci il martın 21-də Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.
1972-ci ildə institutu bitirən Lavrov 1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu-Yorkda yerləşən daimi nümayəndəliyində işləyib. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub. Bu postda isə 10 il çalışıb. 2004-cü il fevralından Rusiyanın xarici işlər naziridir.
Mariya Zaxarovaya gəlincə, Serbiya prezidenti ilə bağlı məlum qalmaqallı statusundan sonra onun XİN-dən uzaqqlaşdırılacağı iddia olunurdu. Bildirilirdi ki,uzun illərdir Çinə səfir getməyi arzu edən Zaxarovanın məlum qalmaqaldan sonra bu arzusunun üstünə xətt çəkilib.
Göründüyü kimi, təxminən ayyarım əvvəl yazılmış iddia gerçəkləşməkdədir. Rusiya dövlət başçısının məlum qanun layihəsi Lavrovla bağlı xəbərlərin də gerçəkləşəcəyini göstərir. ( Musavat.com)
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 2024 12:56
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Əsgərlik yaşı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi : 18-30 YAŞ
16 dekabr 2024 14:39
- Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
15 dekabr 2024 01:23
- Sabah 22 dərəcə şaxta olacaq
14 dekabr 2024 14:11
- Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi endirilir
13 dekabr 2024 11:03
- 3 minədək şəxsin namizədliyi irəli sürülüb - Məzahir Pənahov
12 dekabr 2024 15:36
- Novruzda 1 həftə iş olmayacaq
11 dekabr 2024 15:23
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54