Putin “Valday” forumunda Qarabağla bağlı nə deyib? - TAM MƏTN

“Valday” Beynəlxalq Diskussiya Klubu Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini ilk dəfə bütün dünyaya bəyan etdiyi platformadır. İndi Qarabağ uğrunda döyüşlərə şanlı odumuz bu şüarla gedir.
Düz bir il əvvəl, oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” demişdi. Həmin vaxt dünya Qarabağ danışıqlarının fayda vermədiyini, Azərbaycanın daha Ermənistanın sırtıq bəyanatlarına sözlə deyil, işlə cavab verəcəyini artıq anlaşmışdı.
Baxar.az xəbər verir ki, bu il oktyabrın 22-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVII iclası keçirildi. Bu dəfə də həmin platformadan Azərbaycan üçün əhəmiyyətli fikirlər səslənib.
Rusiya Prezidenti Vladimir Putin diskussiyalar zamanı suallara cavabında Dağlıq Qarabağda gedən proseslərə də münasibətini bildirib. O, britaniyalı yazıçı Anatoli Levinin suallarına cavab verərək, hazırda bölgədə hərbi əməliyyatların başlamasının səbəblərindən danışarkən bildirib ki, həm Azərbaycan, həm də Ermənistan ilə münasibətlər onun ölkəsi üçün xüsusi əhəmiyyət daşıyır.
Bununla V.Putin ermənilərin Rusiyanın gözündə imtiyazlı xalq olması barədə xülyalarına son qoyub. O xatırladıb ki, Rusiyada 2 milyondan çox erməni və 2 milyona yaxın azərbaycanlı yaşayır və bu insanları Rusiya ilə həm iqtisadi, həm də humanitar bağlar birləşdirir.
“Ermənistan da, Azərbaycan da bizim üçün bərabərhüquqlu tərəfdaşlardır. Orada insanların həlak olması bizim üçün böyük faciədir. Biz həm Ermənistan, həm də Azərbaycan ilə bərabər münasibətlər qurmaq istəyirik”, - deyə Rusiya Prezidenti bildirib.
Daha bir mühüm məqam “Valday”da Qarabağ müharibəsinin dini zəmini ilə bağlı söz-söhbətlərə son qoyulmasıdır. Vladimir Putin bildirib ki, Rusiya əhalisinin 15 faizi, başqa sözlə, 22 milyona yaxın vətəndaşı müsəlmandır və bu baxımdan da Azərbaycan Rusiyaya yad ölkə deyil.
Rusiya Prezidenti Azərbaycanın ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycanın ərazisinin əhəmiyyətli hissəsini itirməsi ilə bağlı vəziyyət əbədi davam edə bilməz. V.Putin deyib:
“İllərdir biz vəziyyəti uzunmüddətli tarixi perspektivdə sabitləşdirmək üçün bu böhranın nizama salınmasının ən müxtəlif variantlarını təklif etmişik. Mən indi təfsilatlara varmayacağam, lakin inanın ki, bu, mövqelərin yaxınlaşdırılması üçün aparılan gərgin işi olub. Bəzi məqamlarda elə gəlirdi ki, artıq az qalıb, bir addım da atsaq, qərar tapa biləcəyik. Təəssüf ki, bu, baş vermədi və bu gün biz münaqişənin həllinin ən pis variantı ilə üzbəüzük”.
Qeyd edək ki, bir neçə il əvvəl Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin “Kazan prinsipləri” əsasında həllinin yaxın olması və tezliklə mərhələli həllinə nail olunacağı barədə bir çox nüfuzlu siyasətçilər və politoloqlar məlumat vermişdi. Lakin Ermənistanda çevrilişin baş verməsi və “küçə” siyasətçisi Paşinyanın hakimiyyətə gətirilməsi bu planları alt-üst etdi. Beləliklə, erməni xalqı özü müharibəyə imza atdı.
Bu günlərdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko TASS agentliyinə müsahibəsində də həmin məqama toxunub. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi, əlbəttə, çox uzanıb. V.Matviyenko deyib:
“Bu yara daim qanayır və bununla bağlı təşviş anlaşılandır. Lakin razılığa gəlməyin mümkün olduğu danışıqlar platforması işlənib hazırlanmışdı. Artıq qərar qəbul edilməsi üçün danışıqlar aparılırdı. İndi dərinliyə varmaq istəmirəm, ancaq bəzi səbəblər üzündən danışıqlar yarımçıq qaldı. Bu, danışıqları sona çatdıra bilməyən siyasətçilərin vicdanına yazılmalıdır”. Heç şübhəsiz ki, V.Matviyenko burada erməni tərəfini nəzərdə tutur.
ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarına toxunan Rusiya lideri “Valday” diskussiyaları zamanı xatırladıb ki, bu qrupa ABŞ, Fransa və Rusiya həmsədrlik edir. V.Putin vurğulayıb ki, üç həmsədrdən Qarabağ münaqişənin tezliklə həll olunmasını ən çox onun ölkəsi arzulayır. O deyib:
“Bu, təkcə bizim gözlərimiz önündə baş vermir, həm də geniş mənada, bizim insanlar, dostlarımız, bizim qohumlarımızla baş verir. Buna görə də biz elə bir mövqe tutmağa çalışırıq ki, həmin mövqe bizə hər iki tərəfin etimadını qazanmağa və münaqişənin həllində mövqelərin yaxınlaşdırılması üçün vasitəçi kimi əhəmiyyətli rol oynamağa imkan versin. Biz çox istərdik ki, bu kompromis tapılsın”.
V.Putin, həmçinin ABŞ-da aparılan danışıqlara da böyük ümid bəslədiyini qeyd edib.
Rusiya Prezidenti diskussiyada sualları cavablandırarkən Türkiyə ilə münasibətlərə də toxunub. O, Rəcəb Tayyib Ərdoğan kimi tərəfdaşla işləməyin xoş olduğunu vurğulayıb. V.Putin deyib ki, Türkiyə ilə ticarət mübadiləsinin həcmi hazırda 20 milyon dollara yaxındır və Türkiyənin bu əməkdaşlığı davam etdirmək əzmində olduğundan xəbərdardır. Rusiya dövlətinin başçısı Türkiyə Prezidentinin müstəqil siyasət yürütdüyünü diqqətə çatdıraraq, Avropanın uzun illər “Şimal axını” layihəsini hələ də başa çatdıra bilməməsini, lakin türklərlə qısa zamanda “Türk axını” layihəsini gerçəkləşdirdiyini misal gətirib.
“Ərdoğan dedi ki, biz bunu reallaşdıracağıq və biz bunu etdik”, - deyən V.Putin hərbi sahədə də Türkiyə ilə əməkdaşlığın uğurlu olduğunu qeyd edib.
Rusiya Prezidenti Cənubi Qafqazda Türkiyə ilə mövqelərinin əlaqələndirilməsindən danışarkən artıq 30 il davam edən danışıqların nəticə vermədiyini anladığını əlavə edib.
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
7 aprel 2025 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
7 aprel 2025 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
7 aprel 2025 15:35
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
7 aprel 2025 14:45
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
7 aprel 2025 12:43
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
7 aprel 2025 11:43
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25