Ermənistan çıxılmaz vəziyyətdə... - Bütün rəqəmlər əleyhinədir
Bir müddətdir ki, Cənubi Qafqazda baş verən geosiyasi hadisələr analitiklərin diqqətini xüsusilə cəlb etməkdədir. “Qafqazinfo” xəbər verir ki, bu kontekstdə aparılan təhlillər Ermənistanın dərin siyasi-iqtisadi böhran vəziyyətində olduğunu göstərir. Xüsusilə də, 2020-ci ildən başlayıb dünya iqtisadiyyatını geri salan “COVİD-19” pandemiyası Ermənistanı daha da çökdürüb. Pandemiya hələ də davam etməkdədir, bu ölkədə gündəlik yoluxanların sayı artıq 600-ü ötür.
Ermənistanda mart ayından etibarən iqtisadiyyat yalnız geriyə doğru gedir. Artıq altıncı aydır ki, göstəricilər üzrə azalma qeydə alınır. Belə ki, ilin birinci yarısının nəticələrinə görə iqtisadi fəallıq 4.7% azalıb. Bu isə hökumətin proqnozlarından ən az iki dəfə çoxdur.
Büdcə boşalıb, gözlər xarici donorlardan gələcək qrant yardımlarına dikilib. Bu bir reallıqdır ki, Ermənistan kənardan maliyyə dəstəyi olmadığı halda öz mövcudluğunu qoruyub saxlaya bilməz. Ancaq Paşinyan hakimiyyətə gəldikdən sonra xarici diasporalarla münasibət də ürəkaçan deyil.
Ermənistanda əksər sahələrdə qanunsuzluq, siyasi motivlərə görə təqiblər və təzyiqlər baş alıb gedir. Ölkənin siyasi reallıqları ondan ibarətdir ki, hakimiyyətə gələnlər əsasən kənardan təyin olunurlar. Ona görə də ölkə inkişafa nail ola bilmir. Bunu xüsusilə də baş nazir Nikol Paşinyanın simasında aydın görmək mümkündür. Belə ki, Paşinyanı daha çox Qərbin, xüsusilə də Corc Sorosun adamı olmaqda ittiham edirlər. Oyuncaq liderlər isə öz dövlətlərinin inkişafına nail ola bilmirlər. Ermənistan da siyasi səhnədə Paşinyanın simasında bu gün belə bir reallıqla üz-üzə qalıb. Hökumətin böhrandan çıxış üçün hər hansı konseptual proqramı yoxdur.
Sentyabrın 27-dən etibarən Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı döyüş əməliyyatları bu ölkədə vəziyyəti daha da kritikləşdirib. Vəziyyət o yerə çatıb ki, Paşinyan ordudan son 1 ildə tərxis olunmuş bütün hərbçiləri hərbi komissarlıqlara çağırıb. Qanuna görə, son 1 ildə tərxis olunmuş çağırışçılar hərbi xidmətə yenidən cəlb oluna bilməz. Ancaq Paşinyan hökumətinin rezervləri bitib. Bu fonda o tərxis olunmuş əsgərlərə də evdə olan hərbi gödəkçələrini götürüb orduya getməyə çağırıb.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla müqayisəolunmaz dərəcədə aşağı səviyyədə olan iqtisadiyyatlarıyla bizimlə müharibə aparmağa çalışırlar. Ancaq buna hərbi gücləri, silah-sursatları, ərzaqları, dava-dərmanları yoxdur.
Son günlərdə Dağlıq Qarabağı tərk edən əhalinin İrəvana köçü üçün beynəlxalq təşkilatlara edilən müraciətlər də cavabsız qalıb.
Bundan əlavə, Ermənistan artıq 30 ildir ki, işğalçı mövqeyinə regionun bütün əhəmiyyətli enerji layihələrindən kənarda qalıb. Rusiyaya, İrana qaz, enerji borcunu ödəyə bilmir. Əhalisinin sayı da bizdən təxminən beş dəfə azdır. Belə bir durumda da onların hərbi əməliyyatlarda müvəffəq olması mümkün deyil. Təsadüfi deyil ki, Ermənistanın bu gün yaşadıqları mərhum prezident Heydər Əliyev tərəfindən başlanan və İlham Əliyevin davam etdirdiyi Ermənistanın təcrid olunması siyasətinin nəticəsidir.
Bütün bunların fonunda bəzi iqtisadi göstəricləri də müqayisəli fonda sadalamaq yerinə düşər:
- Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 15 milyard dollar təşkil edir, Ermənistanda bu rəqəm cəmi 3,9 milyarddır.
- 2020-ci il üçün Azərbaycanın hərbi büdcəsi 2,4 milyard olduğu halda, Ermənistanın hərbi büdcəsi 625 milyon dollar təşkil edib.
- Ölkənin ümumi xarici dövlət borcu 8 miyard dolları keçib. 2019-cu ildə Ermənistanın ÜDM-i 13,67 milyard dollar olub. 2020-ci ildə bu həcm 6 faiz azalıb.
- Azərbaycanın strateji valyuta ehtiyatları 51 milyard ABŞ dolları olduğu halda Ermənistanda bu rəqəm cəmi 2,6 milyard dollardır.
- Azərbaycanda yoxsulluq həddi cəmi 5 faiz, Ermənistanda isə 40 faizə yaxındır.
- Koronavirus pandemiyasının davam etdiyi dövrdə Azərbaycanda ümumi daxili məhsulu 3,7 faiz, Ermənistan iqtisadiyyatı isə 6 faiz azalıb.
- Ermənistanda 900 növdən çox idxal məhsulunun qiyməti 15-20 faiz bahalaşıb. Eyni zamanda, yanvardan etibarən Rusiya Ermənistana satdığı qazın min kubmetrinin qiymətini 150 dollardan 165 dollara qaldırıb.
Hərbi sahədə də rəqəmlər bizdən qat-qat aşağı səviyyədədir. Belə ki, Azərbaycan Ordusunda ümumi hərbçi sayı 426 min nəfəri (aktiv şəxsi heyət 126 min, ehtiyatda 300 min) müqabilində Ermənistanda cəmi 245 min nəfər təşkil edir (aktiv hərbçi sayı 45 min, ehtiyatda 200 min);
- "Global Fire Power" şirkətinin 2020-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan Ordusu dünyanın 138 ölkəsinin silahlı qüvvələrinin reytinq cədvəlində 64-cü, Ermənistanın isə 111-ci yerdə qərarlaşıb.
- Azərbaycan Ordusunun arsenalında hərbi təyinatlı texnika və silah-sursat, eləcə də pilotsuz uçan aparatların xeyli qisminin yerli sənaye məhsuludur;
- Təxmini hesablamalara görə, müharibənin ilk 4 günü (27 sentyabr-1 oktyabr) ərzində Ordumuzun endirdiyi sərrast zərbələr nəticəsində Ermənistanın 1,2 milyard ABŞ dollar məbləğindəki hərbi texnika və silah-sursatının sıradan çıxarılıb;
- Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusunun yanacaq və sürtkü yağları ilə təchizatının yerli istehsal hesabına aparılır.
- Azərbaycanda kosmik peyklərin mövcudluğu ölkəmizin mühüm hərbi üstünlüyüdür.
Bütün bunların fonunda Ermənistanın Azərbaycanla müharibəyə davam gətirə bilməyəcəyi heç kimdə şübhə doğurmur.
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 2024 19:15
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- 25 İL ÖNCƏ ...
14 dekabr 2024 13:28
- Paşinyan: SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır
12 dekabr 2024 11:28
- Heydər Əliyevin vəfatından 21 il ötür
12 dekabr 2024 10:00
- Azərbaycan vətəndaşı necə Ermənistan prezidenti oldu – ŞOK detallar və Paşinyanın ağ YALANI
11 dekabr 2024 14:56
- Elşad Musayev: Azərbaycan heç bir iddiasından geri çəkilməyəcək
11 dekabr 2024 13:10
- Azərbaycanla Ermənistan sülh üçün son mərhələdədir
11 dekabr 2024 11:39
- Azərbaycanda İPƏKÇİLİK BATIR - Barama isstehsalı 641 tondan 174 tona düşüb
8 dekabr 2024 14:27
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54