“The Financial Times”: “Ərdoğan Sultan Səlimin yolunu gedir”

“The Time”: “Türkiyəni yenidən Osmanlıya çevirmək cəhdi Amerika üçün təhlükədir”
Dünya miqyasında ən çox müzakirə olunan ölkə Türkiyədir. Əlbəttə, bu heç də təsadüfi deyil. Qardaş ölkə böyüyür, getdikcə güclənir. Bu proses digər ölkələr tərəfindən də diqqətlə izlənir.
Təqdim etdiyimiz yazıda Türkiyəyə müxtəlif bucaq altında baxan ölkələrin maraqlarını, narahatlıqlarını, özləri üçün təhlükə bildikləri prosesin qarşısını almaq cəhdlərini aydın görmək olar. Bu kimi aspektləri özündə ehtiva edən yanaşmaları müzakirənizə təqdim edirik.
Hindistandan başlayaq.
Türkiyə ilə Pakistan arasında yaxınlaşma davam edir. Bu isə rəsmi Ankara ilə Yeni Dehli arasındakı münasibətləri pisləşdirir. Prezident Ərdoğan keçən ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Kəşmir problemindən dolayı rəsmi Dehlini kəskin şəkildə tənqid etdi. Buna cavab olaraq Hindistanın Baş naziri Narendra Modi oktyabrda Ankaraya nəzərdə tutulmuş səfərini ləğv etdi. Üstəlik, Türkiyənin Şimali Suriyadakı hərbi əməliyyatını qınadı.
“The Hindustan Times” yazır: “Baş nazir Türkiyənin bölgədəki bütün rəqibləri, o cümlədən Kipr, Ermənistan və Yunanıstanla görüşlərə start verdi”.
Hindistanın ən nüfuzlu nəşri bildirir ki, Rəcəb Tayyib Ərdoğan hökuməti Konstantinopolu ələ keçirən və Osmanlı imperatorluğunu genişləndirmək üçün ilk böyük addımlarını atan Osmanlı Sultanı Fateh Mehmetin şərəfinə bir muzey tikdirir.
İstanbulda yerləşən Fateh Sultan Mehmet Vəqfinə məxsus Universitetin professoru Zekeriya Kurşun “Anadolu Agentliyi”nə verdiyi açıqlamada deyir: "Türkiyədə ilk dəfə sultan adını daşıyan bir muzey inşa olunacaq. Bina ən gec gələn il təhvil veriləcək”.
Qəzet bildirir ki, Türkiyənin 66 yaşlı lideri hələ 2018-ci ildə Türkiyə Cümhuriyyətinin Osmanlı imperatorluğunun davamı olduğunu elan etmişdi.
Ankarada Ağ Evdən və Kremldən daha böyük - 1000 otaqlı prezident sarayında yaşayan, keçmiş sahil mühafizəçisinin oğlu olan Ərdoğan Aya Sofya muzeyini məscidə çevirdi. Özünü İslam dünyasının lideri kimi aparan Türkiyə prezidenti qədim Qüds şəhərindəki Əl-Əqsa məscidinin müdafiəsində də xüsusi fəallıq göstərir.
Hindistan qəzeti “The Washington Post” qəzetinə istinadən yazır ki, Türkiyənin Suriya, İraq, Qətər, Somali və Əfqanıstanda hərbi bazaları var və ölkə Balkanlarda sülhməramlı birliklərdə yer alır. Türkiyənin Aralıq və Egey dənizlərinə nəzarət edən hərbi dəniz qüvvələri mövcuddur.
Amerika qəzeti isə öz növbəsində bildirir ki, bir vaxtlar Osmanlı İmperiyası tərəfindən idarə olunan Suakin adasında Türkiyə dəniz bazası inşa etməyə icazə almaq üçün Sudana sərmayə qoyur. Qırmızı dənizə birbaşa çıxışı təmin edəcək bu hərbi baza Ankara üçün xüsusi önəm daşıyır.
“The Washington Post” bildirir ki, İsrail Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə sülh müqaviləsi bağlandıqdan sonra Ərdoğan "müsəlman dünyasının lideri" kimi qəbul olunur.
Türkiyə prezidenti fələstinlilər arasında çox populyardır, ona olan minnətdarlıq hissi açıq şəkildə ortaya qoyulur.
Əl-Əqsa məscidindəki cümə namazına toplaşan insanlar tez-tez Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın portretlərini əllərində tuturlar.
Türkiyə prezidentinin “Biz ordusu olan bir toplum deyilik, özü bir ordu olan millətik”, fikri də qəzet tərəfindən süngü ilə qarşılanır.
O da aydındır ki, Hindistanın gərgin münasibətdə olduğu Türkiyə ilə Çin arasında münasibətlər getdikcə möhkəmlənir. 2009-cu ildə uyğur probleminə görə pisləşən münasibətlər 2016-cı ildən sonra sürətlə istiləşməyə başladı. Türkiyədən çəkilən Qərb şirkətlərinin yerini Çin şirkətləri tutdu. Qərb sərmayəsini Çin sərmayəsi əvəz etdi. Bu barədə isə “The Foreign Policy” nəşri məlumat yayıb. Nəşr bildirir ki, Türkiyə ilə Çin arasında iqtisadi və hərbi sahədə əməkdaşlığın həcmi gələn il iki dəfə artacaq. Türkiyədə üçüncü atom elektrik stansiyasının tikintisini də Çin şirkətləri həyata keçirəcəklər. Çinlə yaxınlaşma Türkiyəyə Qərbin maliyyə resurslarından daha az asılı olmağa imkan verir...
Böyük Britaniyanın “The Financial Times” qəzeti isə Ərdoğanın “Həmas” lideri ilə görüşündən söhbət açır və bildirir ki, cənab Ərdoğan özünü “müsəlman dünyasının lideri kimi təqdim edir”.
Britaniya qəzeti də Ərdoğanı Osmanlı İmperiyasını “diriltmək”də və özünü sultan kimi aparmaqda suçlayır.
Amerikanın həftəlik “The Time” jurnalı isə yazır ki, I sultan Səlim 500 il əvvəl- 1520-ci ildə vəfat edib. Onun dönəmində Osmanlı İmperiyası regional gücdən möhtəşəm bir dünya imperiyasına çevrildi. Ərdoğan üçün yarım minillik öncə yaşamış I sultan Səlim çox cəlbedicidir. Türkiyənin qlobal bir siyasi və iqtisadi gücə çevrilməsi Ərdoğanın əsas hədəfidir.
Osmanlını qlobal siyasi gücə çevirdiyinə görə Ərdoğan sultan Səlimi çox sevir. 1517-ci ildə Osmanlı imperiyası Orta Şərq və Şərqi Aralıq dənizinə hakim oldu. Osmanlı bölgədəki əsas rəqibi olan və Qahirədə yerləşən Məmlük İmperiyasını məğlub edərək Orta Şərq və Şimali Afrikadakı bütün ərazilərini ələ keçirtdi. Bu, imperiyanın ölçüsünü iki dəfədən çox artırdı. Osmanlı İmperatorluğunun Orta Şərqə bu partlaması onu bölgənin ən böyük hərbi-siyasi gücünə və dünyanın ən böyük dövlətlərindən birinə çevirdi.
Amerika jurnalı qeyd edir ki, hər bir müasir Türkiyə rəhbəri daha çox “qərbli”, “dünyəvi” və “müasir” bir simada görünməyə can atırdı. Onlar bilərəkdən Osmanlı İmperiyası və İslam irsindən uzaqlaşmağa çalışırdı. Cənab Ərdoğan isə tam əksinə, ölkəsinin Osmanlı keçmişinə və imperatorluğun İslam irsinə qucaq açdı.
Sultan Səlimin Məmlükləri məğlub etməsi Osmanlı İmperiyasının tarixində ciddi dəyişikliyə səbəb oldu. Belə ki, bu qələbəyə qədər Osmanlı dövlətində əhalinin əksəriyyəti yunan pravoslavlarından ibarət idi. Bu qələbədən sonra isə Osmanlı əhalisinin əksəriyyəti müsəlman olan dövlətə çevrildi. Bu qələbə ilə sultan Səlim İslamın ən müqəddəs şəhərləri olan Məkkə və Mədinəni sahibi oldu, Osmanlı sultanı xəlifə adını qazandı. I Səlim həm sultan, həm də xəlifə olan ilk Osmanlı hökmdarıdır.
Dərin tarixi bilgilər sərgiləyən Amerika jurnalı bildirir ki, İstanbulun iki tərəfini birləşdirən Bosfor boğazındakı üç körpüdən birinə Sultan Səlimin adının verilməsi də prezident Ərdoğanın ona olan məhəbbətinin göstəricisidir.
2017-ci ildə Türkiyə konstitusiyasında dəyişikliklə bağlı keçirilmiş referendumu qazandıqdan sonra Ərdoğan ilk dəfə I sultan Səlimin məzarını ziyarət etdi. Sultanın bir neçə il əvvəl oğurlanmış əşyalarını öz əlləri ilə geri qaytardı. Ona sərhədsiz səlahiyyət verən bu referendumdan sonra prezident Ərdoğanın bu gedişləri bir daha göstərdi ki, o, kimi özünə nümunə bilir. Amerika jurnalı hesab edir ki, belə iddiada bulanan Türkiyə və prezident Ərdoğan bütün dünya, o cümlədən ABŞ üçün təhlükədir. Türkiyəni Osmanlıya çevirmək üçün zorakılıq, senzura və qəzəbli davranış lazımdır. Cənab Ərdoğan da bu kimi davranışları son vaxtlar sıx-sıx nümayiş etdirir.
Əlbəttə, bütün bu deyilənlər qardaş ölkənin liderinə olan dost münasibətdən irəli gəlmir. Hətta Türkiyənin NATO-da çiyin-çiyinə dayandığı müttəfiqləri belə onun güclü olmasını istəmirlər. Bir vaxtlar regional güc olan Osmanlının da dünya gücünə çevrilməsi digər dövlətlər tərəfindən müqavimətlə qarşılanırdı. Ancaq I Sultan Səlim bu müqaviməti aradan qaldıra bildi. Nəticədə türklərin qurduğu Osmanlı dövləti dünya gücünə çevrildi.
“The Time”ın da etiraf etdiyi kimi, cənab Ərdoğan da Türkiyənin regional gücdən dünya gücünə transformasiya olmasına çalışır.
I Sultan Səlimin dəf edib qıra bildiyi xarici müqavimətləri cənab Ərdoğan aradan qaldıra biləcəkmi?
Bu suala yaxın tarix son dərəcə dəqiq cavab verəcək. Bəri başdan o da aydındır ki, bundan sonra Türkiyə heç bir halda Qərbin onu ram etmək üçün cızdığı yola qayıtmayacaq. Türkiyə cənab Ərdoğandan sonra da Osmanlı kimliyinə və İslam irsinə söykənərək yaşayacaq.
Gördüyünüz kimi, əsasən, Qərb mətbuatı Türkiyənin Osmanlıya çevrilmə arzusunu dünya üçün təhlükə kimi təbliğ və təşviq edir. Təbii ki, hədəfə doğru gedənlər Qərbin maraqlarından doğan bu kimi yanaşmanı rədd edirlər. Onlar əmindirlər ki, güclü Türkiyə hər şeydən öncə İslam Dünyasının maraqlarının keşiyində dayanacaq. Müsəlman xalqlarının yırtıcı Qərb şirkətlərinin caynağından xilas edilməsində də güclü Türkiyə öz kəsərli sözünü deyəcək. Çağdaş Türkiyənin yüz illiklərə söykənən dövlətçilik ənənəsi bunu bəri başdan söyləməyə imkan verir.
O da aydındır ki, Güclü Türkiyəyə bütövlükdə Türk Dünyasının intibahına təkan verəcək. Nəticədə dünyanın dörd tərəfində yaşayan türk milləti tarixi əzəmətinə qayıdacaq. Hər şeyə rəğmən bu qayıdışın təməlləri isə indi qoyulur.
Elbəyi Həsənli, Sürix
(musavat.com)
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 2025 20:10
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 2025 14:24
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- İlham Əliyevin Ərdoğanla görüşü keçirilir (YENİLƏNİB)
11 aprel 2025 13:26
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
9 aprel 2025 21:48
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24