SSRİ-nin pullarını “çəkən” rəssam - uzunömürlü Dubasovun ömrü qısa olan pul əskinazları
Mədəniyyət13 sentyabr 2020 23:46

Adi bir təsadüf, sevdiyi qızın ona göstərdiyi kiçik bir qəzet elanı İvan Dubasovu SSRİ-nin ən tanınmış şəxslərindən birinə çevirib. 1922-ci ildə dərc olunmuş həmin elanda Oktyabr inqilabının beşinci ildönümü münasibətilə poçt markalarının eskizlərinin hazırlanması ilə bağlı müsabiqə elan edilib.
Dubasov bu müsabiqədə iştirak etməyə qərar verib. Hazırladığı eskizləri Moskvaya göndərdikdən bir ay sonra o, paytaxta dəvət olunub və onu qalib elan ediblər. Dubasovun bu uğuru təkcə mükafat almaqla bitməyib, ona həm də, Moskvada iş təklif ediblər.
İvan Dubasov 1897-ci ildə Moskva vilayətinin Odintsovo rayonunda anadan olub. Atası maliyyə kontorunda müfəttiş köməkçisi işləsə də, boş vaxtlarında karikaturlar çəkərək redaksiyalara göndərib və müqabilində qonorar alıb. Atasının bu talantı oğluna da keçib. İvan Dubasov uşaqlıq illərindən vaxtının əsas hissəsini rəsm çəkməyə sərf edib. Orta təhsilini başa vurduqdan sonra Moskva Dövlət Bədii Sənaye Akademiyasında ali təhsil alıb. Akademiyanı əla dərəcəli diplomla bitirdikdən sonra o, Sibir gimnaziyalarının biri ilə əlaqə yaradaraq, həmin təhsil ocağında rəsm və rəsmxət fənlərinin tədris edəcəyi ilə bağlı razılığa gəlib.

Birinci Dünya müharibəsinin başlanması Dubasovun planlarını yarımçıq qoyub, o, hərbi xidmətə yollanıb. Müharibə ərəfəsində yatalaq xəstəliyinə yoluxmağı ilə onu ordudan xidmətə yarasız kimi tərxis ediblər.
Xidmətdən qayıtdıqdan sonra ailədə Dubasovun işlə təmin edilməsi əsas mövzuya çevrilib. Bir müddət işsiz qalan gənc rəssam nəhayət, məktəblərin birində rəsm müəllimi işləməyə başlayıb. Oktyabr inqilabından bir il keçdikdən sonra Dubasov yenidən hərbi xidmətə çağırılıb. Bu dəfə o, orduda mədəni-kütləvi tədbirlərin keçirilməsi işində çalışıb.
1922-ci ildə hərbi xidmətdən tərxis olunan Dubasov yenə də iş axtarmağa başlayıb. Bir neçə ay ərzində çox qapılar döysə də, rəssam üçün iş tapılmayıb. Nəhayət, günlərin birində sevdiyi qız, gələcək həyat yoldaşı Vera qəzetdə poçt markalarının eskizlərinin hazırlanması ilə bağlı keçirilən müsabiqə haqqında dərc olunan elanı ona göstərəndə, Dubasov müsabiqədə iştirak edib və qalib seçilib. Bu müsabiqə onun gələcək karyerasının başlanğıcı olub.

1924-cü ildən İvan Dubasov pul əskinazlarının dizaynı üzərində işləməyə başlayıb. Həmin il Leninin vəfatından sonra onun xatirə markasının eskizi də Dubasova həvalə edilib.
İvan Dubasov 1926-cı ildə SSRİ dövlət nişanları, sikkələri, orden və medalları İstehsalı Baş İdarəsinə (Qoznak) böyük rəssam, 1932-ci ildə isə baş rəssam təyin olunub. O, təqaüdə çıxana, 1971-ci ilə qədər bu vəzifədə işləyib.
Sovet dövrünün demək olar ki, bütün pul əskinazlarının dizaynı məhz İvan Dubasov tərəfindən verilib. Bu ərəfədə onun yaradıcılığında maraqlı hadisələr də az olmayıb.
1938-ci ildə buraxılan 3 rublluq əskinazın üzərində işləyərkən Dubasov işi qəbul edən komissiya rəhbərlərinin təpkisi ilə üzləşib. Belə ki, əskinazın üzərində həkk olunan əsgər şəklində əleyhqaz kəmərdən aşağıda təsvir olunub. Yüksək vəzifəlilər bu şəkli sərt tənqid edərək hərbi forma geyiminin kobud surətdə pozulduğunu, bu əsgəri daha çox nizamsız bir əsgərə bənzədiyini bildiriblər. Dubasov tənqidləri təmkinlə qarşılayaraq hərbi nizamnaməni komissiya üzvlərinin qarşısına qoyub və göstərib ki, nizamnaməyə görə əleyhqaz kəmərdən aşağı hissədə daşınmalıdır.

Həmin il 5 rublluq əskiznazın eskizi ilə bağlı xüsusi komissiyada mübahisələr yaranıb. Dubasov əskinazın üzərində iki uşaqla birgə gənc ana şəklini əks etdirib. Komissiya üzvlərindən biri bu qadını ərindən boşanmış və aliment almağa tələsən qəzəbli bir qadın kimi qiymətlədirib. Çarəsiz qalan Dubasov əskinazdan həmin şəkli yığışdırmağa məcbur olub və onu paraşütçü ilə əvəz edib.
1961-ci ildə SSRİ-də pul islahatları aparılanda Nikita Xruşovun göstərişi ilə məzuniyyətdə olan İvan Dubasovun arxasınca Krıma təyyarə göndərilib. Pul islahatına hazırlıq məxfi keçirildiyindən rəssam bir müddət xüsusi mühafizə altında işləyib.
İvan Dubasov həmçinin SSRİ-nin dövlət istiqrazlarının da hazırlanmasında əsas şəxslərdən biri olub. Həmçinin Sovet İttifaqı qəhrəmanı və Sosialist Əməyi qəhrəmanlarına verilən medalların, "Lenin” ordeninin, marşal rütbələrinin də dizaynı onun tərəfindən hazırlanıb. SSRİ-nin gerbinin hazırlanmasında həmmüəlliflərdən biri də məhz o olub.
Dubasov təkcə SSRİ-nin pullarının deyil, həm də Bolqarıstanın, Almaniyanın (ADR), Çinin, Monqolstanın pul əskinazlarını da "çəkib”.

1971-ci ildə 74 yaşında təqaüdə çıxsa da, tanınmış rəssam bir çox dövlət səviyyəli layihələrin aparıcılarından biri olub.
İvan Dubasov uzun illər SSRİ-nin ən populyar jurnal və qəzetləri ilə əməkdaşlıq edib, Rəssamlıq Akademiyasında mühazirələr oxuyub.
Bir sıra dövlət mükafatları ilə təltif olunan rəssam 1945-ci ildə dövrün ən ali mükafatı sayılan "Lenin” ordeninə layiq görülüb. Onun haqqında kütləvi informasiya vasitələrində çoxsaylı yazılar dərc olunub, televiziyada verilişlər çəkilib.
Gərgin iş rejimində işləməsinə baxmayaraq İvan Dubasov heç vaxt səhhətindən şikayətlənməyib və o, uzun bir ömür sürüb. Dubasov 1988-ci ildə, 90 yaşında vəfat edib. Elə vəfatından bir neçə il sonra da "çəkdiyi” pullar tarixin arxivinə qovuşub...
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Donuzdan insana qaraciyər köçürüldü – Tibb elmində YENİLİK
29 mart 2025 23:55
- Xərçəngdən əziyyət çəkən Səbinənin köməyə ehtiyacı var - FOTO
29 mart 2025 23:21
- İmamoğluya görə 2,2 MİLYONLUQ mitinq - Fotolar
29 mart 2025 21:52
- Millət vəkili Elşad Musayev vətəndaşları qəbul etdi
29 mart 2025 15:41
- Prezident Şəfiqə Məmmədovanı -İstiqlal- ordeni ilə təltif etdi - FOTOLAR
29 mart 2025 13:50
- Türkün qanının su yerinə axdığı çay
28 mart 2025 15:24
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 2025 14:57
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 2025 00:27
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
Xəbər lenti
- DƏHŞƏT! Moskvada FSB binasının önündə PARTLAYIŞ - Prezident Administrasiyasına məxsus avtomobil göyə sovruldu
30 mart 00:02
- Donuzdan insana qaraciyər köçürüldü – Tibb elmində YENİLİK
29 mart 23:55
- Xərçəngdən əziyyət çəkən Səbinənin köməyə ehtiyacı var - FOTO
29 mart 23:21
- İmamoğluya görə 2,2 MİLYONLUQ mitinq - Fotolar
29 mart 21:52
- Prezidentdən Ramazan PAYLAŞIMI - FOTO
29 mart 20:28
- Ərdoğan Pezeşkianla DANIŞDI - Mühüm məsələlər MÜZAKİRƏ OLUNDU
29 mart 19:50
- 91 yaşım var, gözləyirlər ki, ölüm, sonra həmin ordeni versinlər?! – Xalq artisti Ceyran Haşımova
29 mart 19:17
- Millət vəkili Elşad Musayev vətəndaşları qəbul etdi
29 mart 15:41
- Ən yaxşı məsləhətçim həyat yoldaşımdır - Zelenski
29 mart 14:36
- Ərdoğan öldürülən 15 yaşlı uşağın anasına zəng etdi
29 mart 14:04
- Prezident Şəfiqə Məmmədovanı -İstiqlal- ordeni ilə təltif etdi - FOTOLAR
29 mart 13:50
- Türkün qanının su yerinə axdığı çay
28 mart 15:23
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 14:57
- O ünsürlər buna layiq deyillər - Prezident
28 mart 14:33
- Bakı şəhərində cəmi 7 EŞŞƏK VАR
28 mart 14:07
- Tələbə qız vəfat etdi- Atasının məzarı yanında məhlul içib
28 mart 13:30
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 12:56
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 00:27
- Heç vaxt qorxmamışam - Zelenski
28 mart 00:16
- Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
27 mart 23:47
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 23:40
- Prezident Ağdam səfərindən paylaşım etdi
27 mart 23:25
- Qrenlandiya bizə lazımdır
27 mart 23:12
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 22:50
- Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR
27 mart 22:38
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 22:18
- Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək
27 mart 22:09
- Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı
27 mart 21:44
- Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
27 mart 21:25
- Bu ailələr hər ay 315 azn VERİLƏCƏK
27 mart 21:12
Video & Fotoqalereya
Video
Fotoqalereya