35 il ölkəsinə rəhbərlik edən türk düşməni – Tamahkar Jivkov

II dünya müharibəsindən sonra Bolqarıstanda sosialist rejimi bərqərar olunanda və kommunistlər hakimiyyətə gələndə, çoxları elə düşünüb ki, ölkənin mövcud problemləri öz həllini tapacaq. Bu baxımdan Bolqarıstanda yaşayan türklər də kommunistlərin “hamı bərabərdir” şüarına inanaraq uzun illər qarşılaşdıqları problemlərin həllinə ümid bağlayıblar.
Amma hər şey əksinə olub, onilliklər boyu təhsil, dil, mədəniyyət və s. sahələrdə sərt məhdudiyyətlərlə üzləşən türklər kommunist rejimində daha sərt münasibətlə üzləşiblər. Elə bu səbəbdən də 1940-cı illərin sonlarından bu ölkədə yaşayan türklər ölkəni kütləvi şəkildə tərk etməyə başlayıblar. Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vılko Çervenkov nəinki bu axının qarşısının alıb, əksinə, şərait yaradıb. Sözsüz ki, türklərin ölkəni kütləvi şəkildə tərk etməsi Bolqarıstanın iqtisadiyyatına öz təsirini göstərib, işçi qüvvəsinin kəskin şəkildə azalması, xüsusilə türk mütəxəssislərin eyni vaxtda öz iş yerlərini tərk etməsi bütün sahələrdə öz mənfi təsirini göstərib.
Ölkə iqtisadiyyatını iflic vəziyyətə aparan bu proses SSRİ-nin diqqətindən yayınmayıb. 1951-ci ildə İosif Stalin Vılko Çervenkonu Moskvaya dəvət edib. Müzakirə zamanı kütləvi miqrasiyanın yaradacağı fəasadlar müzakirə olunub və Stalin tərəfindən türklərin Bolqarıstandan axınının qarşısını almaq tövsiyə edilib. Əslində, Stalin türklərin Bolqarıstandan çıxarılmasının tərəfdarı olub, bununla bağlı o, gələcək planlarını da hazırlayıb. Amma mövcud dövr, “zəif” Bolqarıstan üçün bu prosesin müvəqqəti dayandırılması məqbul sayılıb.
Stalin bu görüşdən sonra vəziyyəti yerində araşdırmaq, təbliğat işləri aparmaq üçün kommunist şair Nazim Hikməti Bolqarıstana göndərib. Nazim Hikmət Bolqarıstanda hakimiiyyətin türklərə qarşı amansız münasibətinin şahidi olduqdan sonra ölkə rəsmilərinə fikrini açıq şəkildə bildirməkdən çəkinməyib: “Siz sosialist deyil, əsl faşistsiniz!”
Moskvaya qayıtdıqdan sonra Nazim Hikmət İosif Stalinə və Mərkəzi Komitəyə geniş məktub göndərib. Bundan sonra Kreml Bolqarıstanda yaşayan türklər üçün məktəbin açılmasına, türk dərnəklərinin yaradılmasına imkan yaradıb. Amma Moskvanın bu ədalətli addımının ömrü çox qısa olub.
1954-cü ildə Bolqarıstanın siyasi həyatında və Kommunist Partiyasında siyasi qruplaşmalar yarananda və bu səbəbdən də Vılko Çervenkov kommunistlər arasında nüfuzunu itirəndə həmin dövrdə Mərkəzi Komitənin katibi vəzifəsində olan Todor Jivkov yaranmış vəziyyətdən səmərəli istifadə edərək Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə yiyələnə bilib. Bununla yanaşı o, həm də Bolqarıstan Respublikası Nazirlər Sovetinin sədri vəzifəsinə də sahib olub.
Todor Jivkovun Kremllə əlaqələri çox sıx olub. O, Moskvadan o qədər asılı vəziyyətdə qalıb ki, həmin dövrdə Bolqarıstanı “SSRİ-nin 16-cı respublikası” adlandırıblar və təbii ki, Bolqarıstan Jivkovun vasitəsi ilə Moskvadan idarə olunub.
Todor Jivkov hakimiyyətə gəlməyi ilə türklərə qarşı daha amansız münasibət sərgiləməyə başlayıb. Əslində, bu münasibətin kökündə erməni barmağı olub. Belə ki, II dünya müharibəsi sona çatdıqdan sonra Moskvada və Leninqradda sosialist düşərgəsinə daxil olan ölkələr üçün kadrlar hazırlayan mərkəzlər fəaliyyətə başlayıb. Mərkəzlərin yaradılmasında təminat, təchizat, dövlət büdcəsindən vəsaitlərin ayrılması, kadrların cəlb olunması və digər təşkilati məsələlər Mikoyana, Jdanova (onun vəfatından sonra Suslova), Molotova həvalə edilib. Mikoyan bu səlahiyyətindən istifadə edərək həmin mərkəzlərə erməni politoqları, alimləri cəlb edib. Bu mərkəzlərdə təhsil alıb təlimatlandırılanların bəziləri işlədikləri ölkələrdə türklərə qarşı əks-təbliğat aparıblar. Todor Jivkov da öz növbəsində bundan istifadə edərək Bolqarıstanda yaşayan türklərə qarşı aqressiv siyasət aparıb.
Todor Jivkovun Bolqarıstandakı 35 illik hakimiyyəti dövründə ölkədə fəaliyyət göstərən azsaylı türk məktəbləri, teatrlar, dərnəklər, türk mədəniyyət mərkəzləri demək olar ki, tam fəaliyyətini dayandırıb. Ölkədə türklərin bolqarlaşdırılması prosesi geniş vüsət alıb, türklərin ad və soyadları, türk adı ilə bağlı məkanların adları dəyişdirilib. Todor Jivkov bütün mümkün variantlardan istifadə edərək türk izini Bolqarıstandan birdəfəlik silməyə cəhd edib. Hətta Naim Süleymanoğlu kimi zəmanəsinin ən məşhur idmançısının, bir olimpiadada 3 rekord qırmış atletin ad-soyadı Naum Şalamanova dəyişdirilib.
Qeyd edək ki, Todor Jivkov 1911-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhəri yaxınlığındakı Pravets kəndində anadan olub. İlk əmək fəaliyyətinə mətbəədə çapçı kimi başlayan Jivkov 1932-ci ildən Bolqarıstan Kommunist Partiyasına üzv olub, 1934-cü ildən isə partiya orqanlarında işləməyə başlayıb. II dünya müharibəsi başlanan ərəfədə Sofiya şəhərinin Yuçbunarski rayonunun katibi olan Jivkov maharibə zamanı partizan hərəkatının yaradılmasında iştirak edən fəallardan biri olub. 9 sentyabr 1944-cü ildə Bolqarıstanda kütləvi silahlı qiyam zamanı Todor Jivkov Sofiyada cəmləşən milli azadlıq birləşmələrinə rəhbərlik edib, faşist diktaturasının devrilməsində və Bolqarıstanda kommunist hakimiyyətinin qurulmasında əsas fiqurlardan biri sayılıb.
Bu hadisədən sonra siyasi populyarlığı artan Todor Jivkovun karyerasında sürətli irəliləyiş başlayıb, Mərkəzi Komitənin və Siyasi Büronun üzvü seçilib. 1948-ci ildə o, Sofiya şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə gətirilib. Bir il bu vəzifədə çalışdıqdan sonra Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinə katib təyin edilib. O, 1954-cü ildə hakimiyyəti tam ələ keçirib və 35 il ölkənin birinci kürsüsündə əyləşib.
Sosializm sisteminin süquta uğraması, SSRİ-nin çökməsi ilə Todor Jivkovun siyasi fəaliyyəti də sona çatıb. Amma o, siyasi səhnədən rahatlıqla gedə bilməyib. Bolqarıstan hakimiyyətinə gələn yeni siyasi qüvvələr Todor Jivkovu 1989-cu ildə istefaya göndərdikdən sonra onun haqqında ittihamlar irəli sürülüb.
İstintaq araşdırmaları zamanı Todor Jivkov külli miqdarda dövlət vəsaitinin mənisəmədə, vəzifəsindən sui-istifadədə, ölkənin iqtisadiyyatını dağıtmaqda və hakimiyyətdə olduğu illərdə Bolqarstan türklərinə qarşı cinayət əməlləri törətməkdə ittiham olunub. Aşkar olunub ki, 72 dəbdəbəli mənzilə, xaricdə istehsal olunan 67 avtomobilə sahib olan Todor Jivkov 24 milyon ABŞ dolları həcmində dövlət vəsaitini mənimsəyib.
1992-ci ilin sentyabrın 4-də Todor Jivkov məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Səhhətində olan ciddi problemlərə görə o, məhkəmədən cəzasının yüngülləşdirilməsini xahiş edib. Məhkəmə onun xahişini nəzərə alaraq cəzasını ev dustaqlığı ilə əvəz edib. 1997-ci ildə isə Todor Jivkov ölkədən çıxmamaq şərti ilə ev dustaqlığından da azad edilib. Türklərə qənim kəsilən Jivkova cəmisi bir il azadlıqda qalmaq nəsib olub. O, 1998-ci ildə, 87 yaşında vəfat edib.
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 2025 20:10
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Çirkab suları Ceyranbatan Su anbаrınа axıdılır
12 aprel 2025 16:17
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24