Eldar Namazov Ramiz Mehdiyevi hədələdi ..))

Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin son açıqlaması siyasi kluarlarda müzakirə olunmaqdadır.
Həmin açıqlamada R.Mehdiyev dolayısı ilə hakimiyyətdaxili və iqtidara qarşı intriqa ilə məşğul olması barədə son vaxtlar özünə yönələn ittihamları təkzib etməyə çalışıb.
R.Mehdiyev ölkə rəhbərliyinə sadiq olduğunu vurğulayaraq deyib:
“Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq bir an belə olsun dönməmişəm. Heç zaman daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm. Mənim dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir. Burada şəxsi mənafedən və cılız maraqlardan söhbət belə gedə bilməz”.
Prezident katibliyinin keçmiş rəhbəri Eldar Namazov isə əksini düşünür. O, Modern.az-a açıqlamasında Ramiz Mehdiyevin bir vaxtlar qurduğu oyunun indi özünə geri döndüyünün bildirib:
“Azərbaycanda daxildə düşmən axtarmaq, başqa fikirdə olan adamlara “xalq düşməni” damğasını vurmaq ənənələrini elə Ramiz Mehdiyev qoyub. O hakimiyyətdə təmsil olunanda da bunu gizlətmir, müxtəlif məqalələrində sadalayırdı ki, “5-ci kolon”dan olan adamlar kimlərdir, təşkilatlar hansılardır.
Onun Prezident Administrasiyasının rəhbəri kimi atdığı addımlar nəticəsində yüzlərlə təşkilata müxtəlif təzyiqlər edilir, xeyli adam həbs olunur, nə qədər insan xaricə getməyə məcbur qalırdı. Yəni o vaxtlar bu ideologiyanı gizlətməyən Ramiz Mehdiyev düşünmürdü ki, nə vaxtsa elə bir gün gələcək, onun bu ideologiyası bumeranq kimi özünə qayıdacaq. O da indi özünü bu ideologiyadan yayındırmaq üçün o vaxt dediklərinin əskini deyir və yazır.
Burda çox böyük qeyri-səmimilik görürəm və onun şəxsi maraqları hər şeydən üstün tutmağını hiss edirəm. Ramiz Mehdiyevə qarşı olan ittihamları xaricdə fəaliyyət göstərən blogerlər yox, Azərbaycanda yaşayan və hakimiyyətə yaxın olan deputatlar, müstəqil şəxslər, ziyalılar səsləndirir. Xaricdəki bloger və telekanallar Bakıda səslənən ittihamlara görə məsələni araşdırıb hansısa şərh irəli sürürlər. Ramiz Mehdiyevi uzun illər tanıyan və onun hansı işlərlə nəşğul olduğunu bilənlər ona qarşı iradlarının səsləndirilər. Gülməlidir ki, o hər şeyi xaricdə yaşayan hansısa qüvvələrin üstünə atır. İndiyə qədər mən görməmişəm ki, Milli Elmlər Akademiyasının əvvəlki rəhbərliyi onun kimi bəyanatlarla çıxış etsin. Nədir yəni, bəlkə Ramiz Mehdiyev yenə də Prezident Administrasiyasının rəhbəridir?!”.
E.Namazov Ramiz Mehdiyevin uydurma bir sahə üzrə elmlər namizədi olması məsələsinə də diqqət çəkib:
“Milli Elmlər Akademiyasının başında həmişə xaricdə alim kimi ad qazanmış savadlı şəxslər dayanırdı. Ancaq indi mən Elmlər Akademiyasının saytında Ramiz Mehdiyevin tərcümeyi-halına baxıram, onun elmə verdiyi töhfələri təsdiq edən heç bir sənəd yoxdur, o sıfırda dayanıb. Saytda başqa bölməyə keçirsən, keçmiş akademiklərin yüzlərlə adı, nailiyyəti var. Amma Ramiz Mehdiyevin bu günədək akademik olub bir dənə də elmlər namizədi yetişdirə bilməməyi də qəribə məsələdir. Ramiz Mehdiyev vaxtilə sadəcə “elmi komunizm” adlı uydurma bir elmlə məşğul olub. Bu elmi də İkinci Dünya Müharibəsində uydurmuşdular və Qorbaçovun da vaxtında artıq həmin elmə aid bütün institut və kafedralar ləğv olundu. Gülməlisi də odur ki, Ramiz Mehdiyev də bu ləğv olunan elm üzrə elmlər namizədi olub. Çox təəssüf edirəm ki, bu qədər dünya şöhrətli alim olan ölkənin Milli Elmlər Akademiyasının saytında rəhbər olaraq elmi nailiyyətləri sıfır olan bir şəxsin məlumatı yerləşdirilib. Onu bir dənə Nyu-York Elmlər Akademiyası tanıyır ki, ora da kitabxana kimi bir şeydir və məktəbli də 125 dollar ödəyib üzv ola bilir”.
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
5 aprel 2025 12:46
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
4 aprel 2025 23:01
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 2025 18:36
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 2025 16:31
- Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri
25 mart 2025 00:16
- Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
24 mart 2025 14:45
- Uzunömürlü SABİQLƏR
21 mart 2025 19:47
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25