Azərbaycan Təkamül Partiyasının sədri,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
"Sənaye iqtisadiyyatı və menecment" kafedrasının dosenti
ƏLİYEV TEYYUB QƏNİ OGLU
(ünvan: AZ1129, Bakı ş., M.Hadi küçəsi ev 65, mənzil 148.
Əlaqə telefonu 055-631-65-72) tərəfindən
M Ü R A C İ Ə T
HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!
Təhsil sahəsinin strateji, ölkənin və xalqın həyatında ən önəmli, vacib sahə olduğunu, onun müstəsnasız olaraq hər bir vətəndaşımızın həyatında əvəzedilməz rol oynadığını, xalqının, dövlətinin mənfeyini hər şeydən üstün tutan əsl vətənpərvər insanların formalaşmasında bu sahənin önəmli rol oynadığını, eyni zamanda təhsil siyasətinin nəticələrinin ölkə həyatının bütün sahələrinə təsirini nəzərə alaraq, təhsil sahəsində baş verən və təhsilin keyfiyyətinə mənfi təsir göstərən bəzi hallarla bağlı Sizə müraciət edirəm.
HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!
Siz yaxşı bilirsiniz ki, vətəndaşın yüksək ixtisaslı, milli ruhda tərbiyə almış əsl vətənpərvər insan kimi yetişməsində keyfiyyətli təhsil önəmli rol oynayır. Orta məktəblərdən ali məktəblərə qədər təhsilin keyfiyyəti isə bir sıra amillərdən, xüsusilə də, orta məktəb müəllimlərinin, ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyətinin həftəlik və illik dərs yükünün miqdarından, bir sinifdə və auditoriyada şagird və tələbə sıxlığı normalarından, tədris olunan fənlərdən, onların proqramlarından və məzmunundan, müəllimlərin hazırlıq səviyyəsindən, onların sosial müdafiəsinin vəziyyətindən, xüsusilə də, təhsili idarə edənlərin peşəkarlıq səviyyəsindən, müasir tələblərə cavab verən təhsil müəssisələrinin mövcudluğundan və s. asılıdır. Bunu nəzərə alan Azərbaycan dövləti son illər təhsil sahəsində köklü islahatlara xüsusi önəm verir. Prezident İlham Əliyevin bilavasitə göstərişi ilə, eləcə də, H.Əliyev fondunun yardımı ilə son illər müasir tələblərə cavab verən yüzlərlə yeni məktəblər tikimiş, mövcud məktəblər əsaslı təmir edilmişdir. Ancaq, təəssüf ki, bütün bunlara baxmayaraq, son illər təhsil sisteminin idarə edilməsi sahəsində baş verən çatışmazlıqlar təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində nəinki yaxşılığa döğru dönüş yaratmamış, əksinə bu sahədə geriləmələrə rəvac vermişdir. Bu müraciətimlə təhsilin keyfiyyətinə mənfi təsir edən bəzi amilləri və onları doğuran səbəbləri Sizin nəzərinizə çatdırmaq istəyirəm.
Bildiyiniz kimi, "Təhsil haqqında" Azərbaycan Respublikasının fəaliyyətdə olan Qanununda orta məktəb müəllimlərinin, ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyətinin həftəlik və illik dərs yükünün normaları müəyyən edilməmişdir. Bu normalar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir və Baş Nazirin qərarı ilə təsdiq edilir. 2009-cu ilin sentyabr ayında "Təhsil haqqında" Qanun qüvvəyə mindikdən sonra bu normalr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 2013-cü il tarixli 356, 28 avqust 2018-ci il tarixli 361 nömrəli, 17 oktyabr 2018-ci il tarixli 459 nömrəli, 19 dekabr 2018-ci il tarixli 543 nömrəli, 6 sentyabr 2019-cu il tarixli 397 nömrəli, 10 sentyabr 2019-cu il tarixli 404 nömrəli qərarları ilə Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarında bir sıra dəyişikliklər edilsə də, nə bütün tipdə olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin, nə də, ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin bir stavka üzrə həftəlik və illik dərs yükünün həcmində dəyişiklik edilməmişdir. Nazirlər Kabinetinin qeyd edilən qərarında bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükünün miqdarı dəqiq müəyyən edilsə də, ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü qeyri-dəqiq olaraq- 500 saatdan az olmamaqla - müəyyən edilmişdir.
Məlumdur ki, "Təhsil haqqında" əvvəllki qanunda ali və orta ixtisas təhsili müəssisələrində professor - müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü konkret olaraq 450-500 saat miqdarında müəyyən edilmişdi. Nazirlər Kabinetinin göstərilən qərarında qeyd edilən kateqoriyaya daxil olan müəllimlərin illik tədris yükünün dəqiq müəyyən edilməməsi ali və orta ixtisas təhsili müəsisələrinin bir sıra rəhbərləri tərəfindən özfəaliyyətə yol açmışdır. Belə ki, son illər bir sıra ali məktəblərdə professor - müəllim heyətinin bir stavka üzrə illik dərs yükü 650 saat (!) müəyyən edilir və bu kütləvi hal almaqdadır. Təcrübə göstərir ki, bu kateqoriyadan olan tədris işçilərinin illik tədris yükünün Nazir Kabinetinin tövsiyə etdiyi həcmdən təqribən 1/4 qədər artırılması tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir etməkdədir. Bunu ali məktəblərin həm payız, həm də yaz imtahan sesiyalarının son illərdəki nəticələrinin əvvəllki illərlə müqayisəsi açıq şəkildə birizə verməkdədir. Tədris yükünün bu həddə qədər artırılması xüsusilə də məşğələ dərslərinin keyfiyyətinə mənfi təsir edir. Məlumdur ki, məşğələ dərsləri əsasən elmi dərəcəsi olmayan assistentlər tərəfindən aparılır. Fənn proqramlarının mütləq əksəriyyətində məşğələ dərslərinə 15 saat ayrılır. 650 saatlıq dərs yükünün tamamlanması üçün assisentlər il ərzidə 8-10 fənn üzrə 35-40 qrupa dərs deməlidir! Bu zaman hansı keyfiyyətdən söhbət gedə bilər!? Ona görə də, təhsil sahəsinin mütəxəssisləri ali və orta ixtisas təhsili müəssisələrində professor - müəllim heyətinin illik tədris yükünün konkret həcminin 500 saatdan çox olmamaqla müəyyən edilməsini məqsədəuyğun hesab edirlər.
Təhsilin keyfiyyətinin yüksəldilməsində təhsilə rəhbərlik edənlərin peşə hazırlığı xüsüsi önəm daşıyır. Təhsil strateji, spesifik sahədir. Bu sahəyə uğurla rəhbərlik etmək üçün yaxşı inzibatçı olmaq kifayət deyildir, bununla yanaşı onun spesifik xüsusiyyətlərinə də bələd olmaq, bu sahədə uzun illər fəaliyyət göstərmək lazımdır. Son illər bu sahə ilə yaxından-uzaqdan əlaqəsi olmayanların yüksək rəhbər vəzifələrə təyin edilməsi, "islahatlar" adı altında Təhsil Nazirliyi tərəfindən həyata keçirilən kadr siyasəti mənfi nəticələr doğurmaqdadır. Məlumdur ki, Təhsil Nazirli orta məktəb direktorlarının vəzifəyə təyin edilməsi üçün özünün qaydalarını müəyyən etmişdir. Bu qaydalara görə azı 5 il müəllim işləyənlər direktor vəzifəsində çalışmaq üçün kompüter vasitəsilə imtahan verərək işə qəbul olunurlar. İmtahanda suallar təhsil və əmək qanunvericiliyi, idarəetmə, informasiya kommunikasiya texnologiyaları, məntiqlə bağlı olur. Bu imtahanlarda Nazirliyin müəyyən etdiyi balları toplayanlar vakant direktor vəzifəsinə təyin edilirlər. Təcrübə göstərir ki, bu qaydaların tətbiq edilməsi müsbətdən çox mənfi nəticələr doğurmaqdadır. Heç bir idarəetmə təcrübəsi olmayan, yalnız 60 nəzəri suallara cavab verərək müvafiq bal toplayanların direktor vəzifəsinə təyin edilməsinin nəticəsidir ki, orta məktəblərdə tədrisin keyfiyyəti son illər aşağı düşməkdə davam edir, orta məktəblərdə şagirdlər arasında neqativ halların baş verməsi artmaqdadır və s.. KİV-də yayılan məlumatlara görə qeyd edilən qaydalar əsasında direktor vəzifələrinə təyin edilməsi heç də həmişə şəffaf aparılmır. Ona görə də, orta məktəb direktorlarının təyin edilməsinin daha mütərəqqi formalarının seçilməsi, bu sahədə müəllim kolletivinin rəyinin nəzərə alınması məqsədəuyğun olardı.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI" təsdiq olunmuşdur. Bu QAYDALARA görə müəllimlərin işə qəbulu 4 mərhələ üzrə müsabiqə yolu ilə həyata keçirilir və Nazirliyin müəyyən etdiyi miqdarda bal toplyan namizədələr vakant yerlərə yerləşdirilir. İlk baxışda bu mütərəqqi hal kimi qiymətləndirilə bilər. Ancaq bu QAYDALARIN istisnasız olaraq hamıya şamil edilməsi təəccüb və təəssüf doğurur. Belə ki, bu QAYDALAR ali məktəbi yenicə müfəfəqiyyətlə bitirib müvafiq statusu almış və müəllim işləmək istəyənlərə də şamil edilir! Əcəba nə baş verir? Nazirlik öz sisteminə daxil olan ali məktəblərin ixtisaslı müəllim kadrları hazırlaya biləcəyini şübhə altına alır? Elə isə haraya baxır nazirliyin mütəxəssizləri? Nə üçün çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmürlər? Məgər əlavə 60 nəzəri suala cavab almaqla şəxsin müəllim peşəsinə layiq olduğunu müəyyən etmək olar və bunu kim müəyyən edəcək, təhsildən uzaq olan bir neçə nəfər? Hesab edirik ki, bu QAYDALARIN ucdantutma hamıya şamil edilməsi düzgün deyil, bu ali məktəbləri nüfüzdan salmaqla yanaşı neqativ hallara da yol açir. Bu QAYDALARIN hamıya yox, hər hansı səbəbdən uzun müddət, məsələn 5 il dalbadal müəllim işləməyənlərə şamil edilməsi daha məqsədəuyğun olmazdımı?
"Təhsil haqqında” Qanunun "Təhsil müəssisəsinin idarə olunması" adlanan 30-cu madəsininin 30.1.ci yarım bəndində də qeyd edilir ki, "Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, məmurlar idarəetmədə demokratik prinsiplərə üstünlük verilməlidirlər. Ancaq, təəssüf ki, son illər təhsil sahəsinə nəzarətin zəifləməsi, təhsil sahəsində aparılan yanlış kadr siyasətinin nəticəsində yuxarıdan aşağı bütün təhsil sistemində inzibati-amirlik iş üslubu geniş yayılmaqdadır. Rəhbərin qeyri-qanuni hərəkətlərini tənqid edənlərə müxtəlif vasitələrlə təzyiq edirlər, hətta hədələməkdən, işdən azad etməkdən belə çəkinmirlər ki, bu da kollektivlərdə sosial-psixoloji mühiti gərginləşdirməklə yanaşı, son nəticədə təhsilin keyfiyyətinə ziyan vurur. Ancaq belə hərəkətlərə yol verənlərə "gözün üstə qaşın var" deyən yoxdur! Təhsil sitemində baş verən və təhsilin keyfiyyətinə ziyan vuran bu cür halların aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır.
"Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun "Təhsilalma formaları" adlanan 13-cü maddəsində yalnız əyani və qiyabi təhsil formaları nəzərdə tutulsa da, axşam təhsili forması nəzərdə tutulmayıb. Bu qaydalara uyğun olaraq ali təhsil müəssislərinin həm bakalavr, həm də magistr təhsil pilləsi üzrə əyani və qiyabi şöbələrə qəbullar həyata keçirilir. Buna baxmayaraq və "Təhsil haqqında" qanuna zidd olaraq bütün ali məktəblərdə əyani şöbəyə qəbul olunan magistrlər üçün axşam saatlarında dərslər keçirilir! Məgər ali məktəblərin rəhbərləri bilmirlər ki, onların Qanuna zidd qərarlar qəbul etmək səlahiyyətləri yoxdur?! Sadəcə bu hal təhsil sahəsinə nəzarətin zəifliyindən irəli gəlir. Ali məktəb rəhbərləri bu halı işləyən magistrlər üçün əlverişli şəraitin yaradılması zərurəti ilə izah etməyə cəhd edirlər, ancaq unudurlar ki, bu qanun pozuntusuna haqq qazandıra bilməz! Bundan başqa, işə getmək üçün səhər saat 7-də evdən çıxan və axşam saat 21-ə qədər dərsdə iştirak etməli olan yorğun magistrlərə hansı keyfiyyətli təhsildən söhbət gedə bilər? Əgər ali məktəb rəhbərləri axşam təhsili istəyirlərsə qanunu pozmasınlar və axşam təhsil formasının bərpası üçün qanunvericilik təşəbbüsü ilə çıxış etsinlər.
Son illər ali məktəblərin rəhbərləri "Əmək Məcəlləsi"-nin tələblərinə zidd qərar qəbul etməkdən, öz fəaliyyətlərini bu Məcəllənin tələblərinə uyğun deyil, istəklərinə uyğun həyata keçirməkdən belə çəkinmirlər. Qüvvədə olan "Əmək Məcəlləsinin" 45-ci maddəsinin 4-cü bəndində qeyd edilir ki, “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır”. Məhz bu tələbə uyğun olaraq, yəni təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin əmək fünksiyasının yerinə yetirlməsi şərtlərinə ğörə daimi xarakter daşıdığı əvvəlcədən məlum olduğundan, professor-müəllim heyəti ilə əmək müqaviləsi müddətsiz bağlanılırdı. Ancaq son illər ali məktəb rəhbərləri nəzarətsizlikdən istifadə edərək və Əmək Məcəlləsinin qeyd edilən maddəsinə zidd və yanlş olaraq Məcəllənin 6-cı maddəsinin “c” bəndinə və 47-ci maddəsinin “ə” bəndinə istinad edərək professor-müəllim heyəti ilə, onların haqlı narazılıqlarına məhəl qoymayaraq, müxtəlif yollarla təzyiq edərək, müddətsiz deyil, müddətli əmək müqaviləsi bağlamağa başlamışlar ki, bu da kollektivlərdə haqlı narazılıqlara və psixoloji mühitin həddindən artıq gərginləşməsinə, nəticədə tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olmuşdur. Ancaq çoxsaylı müraciətlərə baxmayaraq hələlik rektorların bu qnunazid hərəkətlərinə məhəl qoyan yoxdur.
İnsanların, xüsusilə də gənc nəslin, milli-vətənpərvərlik ruhunda tərbiyə edilməsində ana dilində təhsilin, təmsil etdiyi xalqın adət və ənənələrini, mədəniyyətini, tarixini tədris edən fənlərin müstəsna rolu vardır. Bu məslələrə xüsusi önəm verən Prezident İlham Əliyev 01 iyul 2020-ci ildə N saylı hərbi hissənin əsgərləri qarşısında çıxış edərkən Azərbaycanın tarixinin dərindən öyrənilməsinin vacibliyini bir daha vurğulamışdır. Bu nöqteyi-nəzərdən yanaşıldıqda son illər Təhsil Nazirliyi tərəfindən ali məktəblərin tarix fakültələrində və digər ixtisaslarda tədris edilən "Azərbaycan tarixi" fənninin tədris saatlarının azaldılması, cəmi 100 minə yaxın rusun yaşadığı Azərbaycanda 160 min nəfəlik 400-ə qədər rus dilli məktəblərin və siniflərin yaradılması, bütün ali və orta ixtisas məktəblərində rus bölmələrinin yaradılması başadüşülən deyil! Əcəba biz kimlər üçün kadr hazırlayırıq? Nə üçün dövlətə məxsus təhsil sistemində başqa dildə təhsil məktəbləri, sinifləri yaradılmalıdır? Rus dilini öyrənməyin başqa yolu yoxdurmu? Nə üçün nəzərə almırlar ki, az qala milyona yaxınlaşan azərbaycanlının yaşadığı Mockva şəhərində nəinki azərbaycan dilində məktəb, heç bir dənə də olsa azərbaycan dilli sinif yoxdur? Bu siyasətin "5-ci kalon"un sıralarının genişlənməsinə şərait yarada biləcəyini nə üçün nəzərə almırlar (bəlkə də alırlar!). Təhsil Nazirliyinin belə siyasət yürütməkdə məqsədi nədir? Kim(lər)dir Nazirliyi bu buna sürükləyən? Belə təhsil siyasəti kimə xidmət edir? "Təhsil haqqında" Qanunun 7-ci maddəsinin 7.i-ci bölməsində qeyd edilir ki: "Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir". Nə üçün müstəqil Azərbaycan Respublikasının Konstitisiyasına, "Təhsil haqqında" Qanununa əməl edilmir və bu nə vaxta qədər davam etməlidir?
HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!
İnanırıq ki, Siz milli-dövlətçilik mənafeyimiz naminə təhsil sahəsində yuxarıda qeyd edilən, eləcə də yəqin ki, Sizə məlum olan digər neqativ halların qısa müddətdə aradan qaldırılması üçün səlahiyyətləriniz çərçivəsində lazımı tədbirləri həyata keçirəcəksiniz.
HÖRMƏTLƏ: T.Q.ƏLİYEV
27 iyul 2020-ci il
P.S. Bu Müraciət Baş Nazirin rəsmi internet saytına-www.cabmin.gov.az-göndərilmişdir.
Partiya sədri Baş nazirə müraciət etdi
Dünya27 iyul 2020 18:38

Azərbaycan Respublikasının Baş naziri
CƏNAB ƏLİ ƏSƏDOVA,

Oxşar xəbərlər
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- Azərbaycanda atların sayı niyə AZALIR?
6 aprel 2025 21:31
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- Yenidən CHP sədri seçildi
6 aprel 2025 17:45
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
5 aprel 2025 20:30
- TDT Baş katibi prezident İlham Əliyevi təbrik etdi
3 aprel 2025 16:42
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
2 aprel 2025 15:01
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
Xəbər lenti
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya