Mehriban Əliyeva xalqa müraciət etdi: "Bizə zəfər lazımdır"
Cəmiyyət21 iyul 2020 10:34
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.
Qaynarinfo müraciətin mətnini təqdim edir.
"Hörmətli həmvətənlər!
Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm. Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun.
Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi.
Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir.
Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram.
Əziz qardaşlar və bacılar!
Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər.
Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən "feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili "cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.
Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək "müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər.
Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır.
Fəallıq göstərən, düzgün danışan, qanun və əxlaq normaları çərçivəsində əsaslandırılmış şəkildə bu fəaliyyət sahəsində ölkəmizin maraqlarını qoruyan hər kəsə təşəkkür edirəm.
Amma başqa misallar da var. Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək "darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan?
Bu hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz. Onların öz torpağı naminə canından keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola da bilməz. Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı cavabdehdir.
Əziz dostlar!
Sosial şəbəkələrdə nümayiş etdirdiyiniz qarşılıqlı dəstəyi, səbri, həmrəyliyi, təmkini və özünənəzarəti görməmək mümkün deyil. Buna görə sizə minnətdaram! Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.
Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!
Sevgilərlə,
Sizin MEHRİBAN”.
Oxşar xəbərlər
- İsа Qəmbərdən incimişəm
11 yanvar 2025 00:11
- Azərbaycan etibarlı tərəfdaşdır - Millət vəkili Azər Allahverənov
10 yanvar 2025 22:26
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
10 yanvar 2025 21:31
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 2025 18:19
- Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ
10 yanvar 2025 15:11
- Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus klinikadа nələr .....
9 yanvar 2025 17:46
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
9 yanvar 2025 14:48
- Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş
9 yanvar 2025 11:16
- Prezident Maqdalena Qrononu qəbul etdi
8 yanvar 2025 15:13
- Azərbaycanda nə qədər BİCBАLА DOĞULUR - Tanınmış vəkil
6 yanvar 2025 13:37
Xəbər lenti
- İsа Qəmbərdən incimişəm
11 yanvar 00:11
- DİM-dən Eldаr Mahmudova bağlı olduğu deyilən şirkətə 17 minlik sifariş
11 yanvar 00:01
- Tez-tez kartof yeyənlərə BƏD XƏBƏR
10 yanvar 23:42
- Professor İlham Rəhimov Putinlə necə tanış oldu? - AÇIQLADI
10 yanvar 22:55
- Azərbaycan etibarlı tərəfdaşdır - Millət vəkili Azər Allahverənov
10 yanvar 22:26
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
10 yanvar 21:31
- Azərbaycanlı şagird dünya birincisi oldu
10 yanvar 21:15
- Sahil Babayev Samir Şərifovu əvəzləyəcək
10 yanvar 20:16
- Azərbaycanda general-mayor işdən çıxarıldı - FOTO
10 yanvar 19:41
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 18:19
- Samir Şərifovdan ilk açıqlama
10 yanvar 17:52
- Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ
10 yanvar 15:11
- İcra başçısı Lütvəli Babayevin oğlunun MƏHKƏMƏSİ
10 yanvar 14:36
- Prezidentdən Samir Şərifovla bağlı SƏRƏNCAM
10 yanvar 14:00
- Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər
10 yanvar 13:23
- Nazir postundan çıxarılan, Baş nazirə müavin təyin olunan Samir Şərifovun DOSYESİ
10 yanvar 13:11
- Yollardakı tıxac probleminin həlli məsələləri
09 yanvar 23:05
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
09 yanvar 22:13
- Putin bizi də, Əsədi də aldatdı...
09 yanvar 21:25
- Çində yayılan virusun çarəsi TAPILDI – Bu vitamini qəbul edənlər yoluxmur
09 yanvar 21:18
- Məhkəmə prezidentin qızı Gülnarə Kərimova ilə bağlı qərar verdi
09 yanvar 20:50
- Bаkıdа narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb
09 yanvar 20:27
- Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus klinikadа nələr .....
09 yanvar 17:46
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
09 yanvar 17:08
- Paşinyanın Azərbaycanla sülhə dair - Təklifləri
09 yanvar 16:27
- İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
09 yanvar 15:53
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
09 yanvar 15:04
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
09 yanvar 14:48
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi YAYDI
09 yanvar 13:15
- Təbrizdə Əliyevlə Ərdoğanın şəkilləri divarlara vuruldu
09 yanvar 12:19
Video & Fotoqalereya
Video
Fotoqalereya