“Heç vaxt öhdəsindən gələ bilmədiyim işi boynuma götürmərəm”
-- Xoş gördük cənab prezident! Möhtərəm Elbaşı!
-- Xoş günlərdə görüşək.
-- Sizinlə görüşməyin özü ən xoş gündür. Siz Tanrının seçdiyi və sevdiyisiniz. Bu gün Sizi həm də məlum virusdan sağalaraq, Türk dünyasına yenidən Tanrı tərəfindən qaytarıldığınız üçün təbrik etmək istəyirəm. Tanrı bu dərdin içərisində də sizi sınağa çəkdi. Siz yenə də imtahandan üzüağ çıxdınız. Azərbaycanda da sizin üçün dua edənlər çox idi.
-- Şükr olsun bizi yoxdan var edən Tanrıya! Yollarımızı işıqlandıran, bizə həyat verən, Biz heç zaman bir həqiqəti unutmamalıyıq ki, Tanrı təkdir, Aləm təkdir, Göy Səmanın altında hamıya yer çatır. Ona görə də insanlar bir-biri ilə bir ata-ananın övladı kimi mehriban və həmrəy yaşamağı bacarmalıdırlar. Həkimlərin səyləri, tələb və tövsiyələrinin ciddi şəkildə yerinə yetirilmklə və həm də mənim üçün edilən duaların sayəsində dərdi dəf etdim, özümü yaxşı hiss edirəm və tam mənada işimin başındayam. Xalqımla birlikdə bu xəstəliyin şiddətini hiss etdim və indi müalicəsində olan hər kəsə, səbr, cəsarət, mərdlik və sürətli sağalma arzu edirəm. Bu gün yaşadığımız çətin dövr bütün insanlğın sınağıdır. Əziz dostlar, sizin səmimi arzularınız və mənə qarşı olan mehriban münasibətiniz mənə güc və həyat enerjisi bəxş etdi. Səcdə edirəm və hər biriniczə cansağlığı və uğurlar diləyirəm.
-- Cənab Elbaşı, adınızı Telebala nənə verdi. Yaşınızı və məqamınızı Tanrı yazdı. Siz doğulanda qazax və türk milli adət-ənənsinə görə Telebala Sizi köynəyindən keçirdi. Sizin müəllifi olduğunuz “Həyat yolu” və “Zaman və düşüncələr” kitablarınızı tərcümə etdiyimdən, ömür yolunuza tam bələdəm. Uşaqlığınızdan, məktəb illərinizdən danışın. Azərbaycan oxucusu üçün bu çox maraqlı olacaq.
-- Nənəm mənim həyat kitabım, məktəbim oldu. Adımı da Allahın 99 adına uyğun qoyub. Bilirsiniz ki, Yaradanın 99 adından biri Nurdur. Adət-ənənəyə görə, mən onu “apa” çağırırdım. Məni o böyütdü. Mən dünyanı dolaşıb, çox ölkələr gəzmişəm. Dünyada gözəl və ecazkar təbiətli çox yer görüb, heyran olmuşam. Lakin dünyanın heç bir möcüzəsi mənim doğulduğum , əlçatmaz, üç tərəfdən Alatau dağının dərələri və çığırları ilə əhatələnmiş doğma Qazax torpağımdakı Uşkonırın yerini verməz. Orada mənim uşaqlığım keçib. Ora mənim arzularımın vətənidir. Ora mənim xəyallarımın yuvasıdır. Hələ 5 yaşım olanda nənəm Tetebalanın köməyi ilə xalq dastanlarındakı şeir parçalarını əzbər öyrənmişdim. Apam mənə nağıllar danışdı. Türk xalqlarının qəhrəmanlarını tanıtdı. 8-ci nəsildən babam, sərkərdə Karasay Batır Altınayulı haqqında əfsanələr söylədi. 8 yaşım olanda Çemolqan D.A.Furmanov adına orta məktəbin birinci sinfinə getmişəm. 1999-cu ildən məktəb babam Karasay Batırın adını daşıyır.
-- Bu o vaxtlar idi ki, ailənizdə artıq Sizdən başqa üç övlad dünyaya gəlmişdi. Telebala nənə deyrmiş ki, Sultanımın ayağı düşərli oldu. Abışın iki oğlu və bir qızı doğuldu. O çətin illərdə ailənin yükünü atanız Abış kişi və ananız Aljan bibi çəkdi.
-- Atam Uşkonırda briqadir işlədi. Məni oxutmaq, məktəbə göndərmək üçün Çemoqlan kəndinə dayımın yanına göndərdilər. İki il dayım Ümmətin evində yaşadım. Sonralar min bir əziyyətlə Çemolqanda atam da bir ev tikib başa gətirdi. Artıq bizim də evimiz, doğma ocağımız var idi. Anam Aljan mənim oxuyub, biliklərə yiyələnməyim üçün min bir əziyyətə qatılırdı. Evimizdə ciddi nizam-intizam, hər kəsin üzərinə düşən vəzifəsini vicdanla yerinə yetirməsi kimi qaydalar yaradılmışdı. Mən dərs oxuyanda evə xüsusi sakitlik hakim kəsilirdi. Dərslərimi hazırlayıb bitirməyincə, dostlarımla çöldə və ya evdə oynamağa haqqım yox idi. 12 yaşım olanda qazax milli musiqi aləti dombrada və qarmonda çalırdım. Ən böyük arzum şəxsi qarmonmun olması idi. Bu arzuma çatmaq üçün bütün yayı qonşunun həyətində kərpic kəsərək ,mənə verilən gündəlik əmək haqqını toplayıb yayın sonunda bir qarmon almağa müvəffəq olduq. Musiqiyə olan böyük həvəsimi görən atam Abış kişi dombra ustasına dombra da sifariş etdi. Bundan sonra isə qohumuz Kopjasarulıdan musiqi dərsləri almağa başladım.
-- Qazaxlarda dombra, bizdə saz. Ruhumuzdur. Milli kimliyimizdir. Siz də bir türk oğlu kimi bu simlərin sehri altında böyüdünüz. Dədə Qorquddan bizə yadigare qalan dombranı UNESKO-nun bəşəriyyətin qeyri-maddi irs siyahısına yazdırdınız.
-- Dombra bizim milli mədəniyyətimizi dünyaya tanıdan məəvi neməyimizdir. Dombra bizim pasportumuz və brendimizidir. Bu musiqi aləti Böyük Çöl köçərilərinin mədəniyyət tarixinin şahididir.
Qazaxıstan Müstəqilliyini əldə edəndən sonra Böyük Çöldə yaşayan xaqın özünəməxsus təkrarsız ənənələri, və mentaliteti var. Uzun əsrlərdir ki, bu musiqi aləti qazax xalqının millli və mənəvi tarixinin simvolu olaraq bu günümüzə qədər gəlib çıxıb. Biz yaxşı bilirik ki, hər xalqın özünün sevimli musiqi aləti var.
Böyük Çöldə Türkdilli xalqları bir-birinə birləşdirən alətdir dombra. O qələbə günlərimizdə, məğlub olduğumuz vaxtlarda da, sevincli və kədərli anlarımızda da bizimlə olub. Onun seehirli sədası və onun təsiri ilə oxunan küylər nəsillərdən-nəsillərə ötürülərək, bizim mədəni irsimizi , ənələrimizi, dastanlarımızı yaşadıb. Mən 2017-cidə Milli Dombra günü tısis etdim. Dombra xalqın təfəkküründə yenidən doğuldu. Çünki dombra qazaxın ruhu, tarixi, ənənələri və həyat tərzidir
Dombra səsini eşidəndə dayanıb qulaq kəsilməyəni, ucsuz-bucaqsız çöllərdə yövşan ətri üçün darıxmayan adamı “qazax” adlandırmaq olmaz.
-- İntəhasız qazax çöllərindən danışdınız. Şəcərənizin nümayəndələri çörək verən kişilər olub. Hətta Çemolqanda “Nazarbay dəyirmanı” da xatırlayanlar var. “Şəcərə və yaxud da qazaxların öz nəsilləri haqqında şifahi bilgiləri onu bütün xalqlarla birləşdirən ideoloji bağdır”- fikri də sizə məxsusdur.
-- Sərkərdə babam Karasay Batır Altınayulı məşhur qazaxların cunqarlara qarşı olan xalq azadlığı hərakatında, azadlıq mübarizədində ləyaqətlə vuruşub. Təsadüfi deyil ki, sərkərdənin bu igidlik və döyüş xidmətlərinə cavab olaraq, şəcərəmizin Şapıraçdı nəsli onun adını şücaət və qələbə haqyqırtısı simvoluna çevirmişdilər. Batırlarımız döyüşə gedəndə onun adını çağırırdılar. Biz Şapıraştı cüzünün davamçılarıyıq.
Xalq arasında babam Nazarbayın adı da hörmətlə anılıb həmişə. Onun da öz dövründə insanlarının köçəri həyat tərzindən oturaq həyat tərzinə keçməsi, həmyerlilərinin torpaqlarına sahiblənməsi sahəsində çox böyük xidmətləri olub. Bu günə kimi Çemolqan kəndində “Nazarbayın dəyirmanı”, “Nazarbayın düzəngahı” kimi yer adları əhali arasında hələ də işlənir.
Qazax xalqı 7 qatı torpağın altında, kökləri dərində şaxələnmiş və torpağın alt qatına işlənmiş bir qocaman ağacdır. O hər zaman bu torpaqda bitib-şaxələndi, heç vaxt əsrlərə yoldaş olan tarixi müqəddəs Böyük Çölü tərk etmədi. Tufanlarla üz-üzə gəldi, taleyin çox ağır sınaqlarına məruz qalsa da, mənim qədim xalqım yaşadı. Beləliklə, bu günə qədər var oldu.
--Bu gün Meqapolisin ən gözəl şəhəri sayılan Astana şəhərini quran da o babaların yolunu davam etdirən Nursultan Nazarbayev oldu. Siz oddan od götürdünüz, atəşdən atəş. Bu türk elinin, türk yurdunun OD oğlu oldunuz. Qədim türk ənənələrinə sadiq qalaraq dəmiri döyüb, özünüzə ram etdiniz. Poladı əridərək, atəşlərdə bərkidiniz. Adi poladəridən fəhlədən ölkənin ilk prezidenti kimi şərəfli bir mərtəbəyə yüksəldiniz. 1979-cu ilin dekabr ayında Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye, nəqliyyat və rabitə üzrə birinci katibi seçilərək ölkənin aparıcı rəhbərlərindən biri oldunuz. 1991-ci ildə Qazaxıstan xalqı Sizi prezident seçkdikdə “OD”lu günlərinizi xatırlayaraq demişdiniz: “Temirtau mənim üçün beşikdir. Maqnitkanın və Temirtaunun tarixi, oradakı insanların taleyi mənim həyatımın ayrılmaz bir hissəsidir. Əgər taleyimdə Maqnitka və Temirtau olmasaydı, mən heç zaman prezident ola bilməzdim”.
-- 10 dekabr 1991-ci ildə təntənəli inauqurasiya mərasimdə Qazaxıstan SSR Ali Soveti Rəyasət Heyətinin sədri S.A.Abdildin mənim Prezident seçilməyimi belə şərh etdi: “Çoxəsirlik tariximizdə ilk dəfə olaraq biz xalq kimi öz prezidentimizi seçirik. Qazax xalqının layiqli oğlu Nursultan Abışeviç Nazarbayev bu şərəfli vəzifəyə seçildi. Demokratik əsaslar üzərində keçirilən seçkidə seçki qutusuna yaxınlaşan 99% seçici ona öz səsini verdi. Bu, Nursultan Abışeviçin respublika əhalisi arasında necə böyük hörmətə, məhəbbətə və etibara malik olmasının göstəricisi və təsdiqidir. Çoxmillətli Qazaxıstan xalqı bu ağır dönəmlərdə N.A.Nazarbayevi suveren respublikaya dövlət başçısı seçməklə öz taleyini ona etibar edib. Bu gün parlamentin səhər iclasında belə qərara alındı ki, dövlətimiz Qazaxıstan Respublikası adlandırılsın”.
Mən heç vaxt öhdəsindən gələ bilmədiyim işi boynuma götürmərəm. Söz verdimsə, onu hər zaman yerinə yetirirəm. Həmin gün xalqımın qarşısında söz verdim.
-- Bilgə, Nursultan Nazarbayev, 2005-ci il və 2011-ci ildə Qazaxıstanda Prezident seçkiləri keçirilərkən, mən də Azərbaycan Televiziyasının təmsilçisi kimi, həmin seçkini işıqlandırırdım. Bu seçkilərdə xalqın Sizə məhəbbətini gördüm. Astanadakı Barayev küçəsindəki seçki məntəqələrinin birində, seçki saatı başa çatmışdı, lakin məntəqələrin qapısında dayanıb, Sizə səs verə bilmədiklərinə görə etiraz edən vətəndaşlarınızı gördüm. Hakimiyyətdə bu məhəbbəti qazanmaq hər LİDER-ə qismət olmur. Hakimiyyət nədir?
-- Hakimiyyət-birinci növbədə məsuliyyətdir. Qanun hakimiyyət və xalq arasında müqavilədir. Cəmiyyəti insanlar deyil, qanunlar idarə etməlidir.
Totalitar bir sistemin xarabalıqlarından yenicə çıxan gənc bir dövlətin başçısı kimi, demokratiya da mənim üçün rəhbərlik metodlarımda, düşüncə və fikirlərimdə əsaslı dəyişikliklərin qaranquşudur. Bu mənim üçün özünü doğma xalqınının yolunda qurban verməkdir. Mənim nəzərimdə insanların özlərini rahat hiss etmələri, öz fikirlərini açıq-aydın şəkildə söyləmələri, dünyadakı azadlıqsevər insanlar kimi bərabərliklərini dərk etmələri üçün onların hər birini dinləmək və bu ideallara çatdırmaq böyük borcdur. Azadlıq və demokratiya-qüdrətli sərvətdir. Əgər sən oz xalqına sadiqsənsə, hətta bəzi məsələlər sənin karyerana zərər versə belə özünü cilovlamağı bacarmalı və demokratik norma və prinsiplərə birmənalı şəkildə əməl etməlisən. Bu keyfiyyətini hər zaman artırmalı və inkişaf etdirməli, pillə-pillə yüksəltməlisən.
-- Qazaxıstanda millətlərarası münasibət hər zaman yüksək səviyyədə olub. Hətta 1985-ci ildə sabiq rəsmi Moskvanın Qazaxıstana güclə təyin etdiyi Kolbindən sonra baş verən 1986-cı il 16 dekabr hadisələri belə, buradakı yaşayan insanların milli birliyinə xələl gətirə bilmədi.
-- Qazaxıstan totalitar repressiya illərində sürgün olunmuşlara qucaq açmış, insanlar burada sığınacaq tapmış, yenidən ayaq üstə dayanmağı, yaşamağı öyrənmişdilər. Həmin illərin sinələrə vurduğu yara hələ sağalmamışdı. Bu yerlərdə “Vaxtında söndürülməyən qığılcımdan alov yaranır, müalicə edilməyən xəstəlik isə iztirablar gətirir”, - deyilən bir xalq məsəli var. Çoxmillətli bir respublikada insanların etibarını qazanmaq da asan məsələ deyildi. 16 dekabrda Qazaxıstan Sovet Respublikasının Ali Soveti “Qazaxıstan Respublikasının müstəqilliyi haqqında” Konstitusiya Qanununu qəbul etdi. Bu qərarda yazılıb ki: “Sabiq Qazaxıstan SSR-nin bütün əraziləri müstəqil dövlətin ərazisi sayılır və toxunulmazdır. Burada yaşayan bütün millətlərdən olan vətəndaşlar Qazaxıstanın vahid xalqıdır və dövlət hakimiyyətinə tabedirlər”.
-- Müstəqillik Qazaxıstanın həqiqi milli dirçəlişində görünməyən üfüqlər açdı. 1995-ci ildə sizin təşəbbüsünüzlə dünyada əvəzi olmayan nadir bir qurum - Qazaxıstan Xalq Assambleyası yaradıldı. Bu il isə həmin Assambleya özünün 25 illiyini qeyd etdi. Bir Şanırak altında yüzdən artıq millətin nümayəndəsini birləşdirib, sülh və əminamanlıq şəraitində yaşadan LİDER kimi də adınızı tarixə yazdınız.
-- Millətlərarası həmrəylik müstəqilliyimizin birinci və ikinci beşilliyinin planlı məsələsi deyil, bu, Qazaxıstanın siyasi praqmatik məsələsidir. Qazaxıstan hər zaman yarı etnik və çoxmillətli bir dövlət olub və heç kim, heç vaxt burada milli-etnik təmizləmə işləri apara bilməyəcək. Unutmaq olmaz ki, bizim çoxmillətli bir dövlət olmağımız böyük mədəni, iqtisadi və siyasi kursumuzun tərkib hissəsidir.
Məsələ çox sadədir, bizim hər birimiz vətəndaş cəmiyyətində yaşadığımızı hiss etməliyik. Əsas odur ki, bizim bir yumruq kimi mehriban və çoxmillətli xalqımız vardır. Onun ləyaqətli vətəndaşları bu ölkənin uğrunda hər zaman əl-ələ verib, döyüşməyə, işləməyə hazırdırlar. Belə bir millət var: əsrlərlə əzilmək təhlükəsi altında olmasına baxmayaraq, heç vaxt özünün cingiltili mahnılarını, əzəmətli küylərini, müdrik adətlərini, zəngin və ahəngdar dilini unutmadı. Qəlbi həmişə təmiz və mərhəmət hssi ilə döyündü. Bu, bizim əsas var-dövlətimizidir.
Ata –babalarımız bizə bayrağımızı uca tutmağı, könlümüzü təmiz saxlamağı, süfrəmizi bol açmağı öyrətdi. Bu doğru yoldan heç vaxt dönmədik, və bu bizə hər zaman faydalı oldu. Qazaxıstan Assambleyasının tarixi – bizim sabitliyimizin tarixidir. Qazaxıstan Xalq Assambleyasını təsis etməklə, biz milli birliyimizin yolunu müəyyən etdik.
Tarix boyu misilsiz çətinliklər görsələr də, qazaxlar öz nəcibliklərini, digər xalqların dərdinə şərik olmaq xüsusiyyətini, dar ayaqda əl uzatmaq keyfiyyətini, başqa xalqlara hörmətlə yanaşmaq kimi gözəl adətlərini unutmadılar. Tarixin tikanlı yollarından keçərək, nikbinliklərini itirmədilər, və beləcə XXI əsrə adlayaraq, yenə öz talelərini sınadılar. Mən belə bir cəsarətli xalqın bir zərrəsi olmağımla necə öyünməyim?! Belə bir xalqın qarşısında başımı necə əyməyim?!
-- Çıxışlarınızda dəfələrllə vurğulayırsınız ki, bizim ən böyük uğurumuz Müstəqil Qazaxıstanı qurmağımızdır!
-- Müstəqilliyimizin bərpası - əsrlərlə azadlıq uğrunda ata-babalarımızın canlarını qurban verdiklərinin əvəzidir. Taleyin əli ilə tənzimlənən tarixi ədalətin təntənəsidir. Bu, nəhayətsiz yurdumuzu nizə və qol gücü ilə qoruyayarq bizə əmanət edən babalarımızın və əcdadlarımızın xidmətidir. Öz müstəqilliyi illərində Qazaxıstan çox ağır sınaqlardan keçərək ayaqları üstündə möhkəm dayanmağı və gələcəyə baxmağı bacardı. Xalqın öz lideri ilə birlikdə keçdiyi yol aydın şəkildə sübut edir ki, həll olunmayan məsələ və ya əlçatmaz hədəflər yoxdur. Sadəcə perspektivləri görmək və qələbəyə inamlı olmaq lazımdır. Əsas fakt budur ki, bütün ötən illərim ərzində ümumxalq dəstəyi və etibarı məni əhatə edib - bu isə mənim üçün böyük mükafatdır. Bax elə bu məhəbbət də məni ən ağır zamanlarda ilhamlandırıb... Qəti şəkildə bir şeyi deyə bilərəm, nə qədər ki, canımda can var, sağlamlığım imkan verir, vətənin rifahı naminə və Qazaxıstan xalqı üçün çalışacağam!”.
Qazandığım bütün qələbələri və nailiyyətləri hər şeydən əvvəl doğma xalqımın adına bağladım. Buna görə də, istərdim ki, mənim kədərli və xoş günlərimdə vicdanımın səsini təyin edən, ölçən yeganə hakimim - öz xalqım olsun. Xoşbəxtəm ki, xalqın oğluyam. Millətin oğlu olmadan, insanlığın oğlu olmaq olarmı? Çətin!..
-- “Çətin”- dediniz... O çətin suallardan biri də paytaxtı Almatıdan Astanaya köçürmək idi... 10 dekabr 1997-ci il...
-- Ölkənin siyasi paytaxtının köçürülməsi bir neçə adamın söhbət etdiyi təsadüfi və ya bir dəqiqə ərzində əmələ gələn fikirin bəhrəsi deyildi. Bu, dərindən düşünülmüş və tarixi mənbələrlə əsaslanmış, gələcəyə hesablanmış, dünyanın varlı ölkələrində həyata keçirilmiş paytaxt köçürülməsi təcrübəsindən yararlanmış bir addım idi. Yeni əsr bizim qarşımızda yeni məsələlər qoyur. Biz yeni dövlət qururuq. Qazaxıstan bir Avrasiya ölkəsidir və bizim dövlətin mərkəzinə getməyimiz xarici siyasətimizin çoxşaxəlilik, inteqrasiyaya açıq olmağımızın göstəricisidir. Məqsədimiz bütün dünya ilə qarşılıqlı dostluq əlaqələri qurmaq, mehriban və açıq qonşuluq siyasəti yeritmək olub. Bildiyiniz kimi, qısa müddət ərzində Astana paytaxt şəfəqlərinə və parıltısına bürünməklə yanaşı, eyni zamanda özünün uca statusuna uyğun olaraq, real siyasi, iqtisadi və mədəni-təhsil mərkəzinə çevrildi. Bu şəhər həm də özünün yerini və ruhunu göstərmiş oldu.
-- Bəli, Astana Meqapolisin ən gözəl şəhərlərindən birinə çevrildi. Biz adi insanlar onu Sizin övladınız sayırıq! Astana şəhərinin açılışı mərasimindəki çıxışınızda qeyd etmişdiniz ki, “Astana—dövlətin üzü, xalqın vüqarıdır. İndi bu yeni paytaxtın adı dünyanın dilində əzbərdir. Şübhəsiz ki, bu da gənc dövlətimizə olan marağı artıracaqdır. Bu arzunun bizim istəklərimizlə üst-üstə düşməsi üçün öz gücümüzü, inadımızı əsirgəməməliyik. İnanırıq ki, yeni paytaxtımız bizi, biz də onun ümidlərini doğruldacağıq”.
-- Şəhərlərin də insanlar kimi öz taleləri olur. Yeni - möhtəşəm paytaxtımızın əsasını biz, inkişafımızın simvolu kimi Yesil çayının sahilindən başladıq. Ucsuz-bucaqsız Sarıarka səhrasının ürəyində biz gözəl və varlı Astananı qurduq. Beləcə, işıqlı ümidlərlə gələcəyə üz tutduq .Paytaxta baxıb ölkəyə qiymət verirlər. Astananın üzü—millətin üzüdür! Astana – Vətənimizin ürəyi, müstəqilliyimizin dayağıdır! Astananın nüfuzu- qazax mənəviyyatının nüfuzudur. Cavan Astana – qədim qazax torpağının müqəddəs taxt-tacıdır. Gənc Astana – müstəqil Qazaxıstanın işıqlı gələcəyinin simvoludur. Astana - xalqımızın əsrlər boyu arzuladığı və can atdığı Qazaxıstan müstəqilliyinin əsl siması və simvolu oldu. Astana- Yeni Qazaxıstanın gücü və buradakı çoxsaylı xalqların birgə enerji mənbəyidir. Astana – Qazaxıstan xalqının xəyallarının və həyata keçən arzularının təcəssümüdür. Astana bu gün və Astana sabah—bunların ikisi də bizim strateji fikirlərimizin və istəklərimizin cövhəridir.
-- “Mən bir çox ağır və taleyüklü məsələləri ürəyimin dərinliklərindən keçirərərk həll etmişəm”- demişdiniz müsahibələrinizin birində. Qazax xalqının dil məsələsi də ürəyinizin dərdinliyindən keçən ən taleyüklü bir məsələ idi. Buna necə nail oldunuz?
-- Cəsarətli addım atmaq zamanı gələndə çox düşünürsənsə, bu zaman siyasi məqsədin keyfiyyəti və mənası itir. Mən öz xalqımı çox sevirəm. Fəxr edirəm ki, kiçik yaşlarımdan xalqımdan mənə əzmkarlıq, tədbirlilik və insanpərvərlik keçib. Müstəqilliyimizin ilk illərindən “Qazaxstanın gələcəyi—qazax dili ilə bağlıdır”- arzumu reallaşdırmaq məqsədim olub. Millətin öz mövqeyini ortaya qoymasının ilk vacib şərti – onun dilidir. Sivil olmağın birinci şərti doğma dilinlə yaşamaqdır. Tanrıya şükürlər olsun ki, bizim xalqımız oyandı: gec də olsa, başa düşdük ki, ana dilindən doğma heç nə ola bilməz. Qazax dili milli mədəniyyətimizin tərkib hissəsi kimi, qazaxıstanlıların birliyində mühüm faktor olaraq xidmət edir. Ölkəmizdə yaşayan bütün etnik qruplar üçün qazax dili, mədəniyyəti, adət və ənənələri, qazax xalqının milli həyatı ilə tanışlığın əsasını təşkil edir. Nə qədər ki, qazaxların məmləkəti var, qazax dili yaşayacaq. Yüksələcək. İnkişaf edəcək.
-- Deyirsiniz ki, qazax çölləri möhtəşəm Türk ellərinin ata yurdudur. 2009-cu il oktyabr ayının 3-də Azərbaycanın Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirildi. Həmin Zirvə görüşündə bu gün dünyada yaşayan bütün türklərin elm və işıq məbədi olan Beynəlxalq Türk Akademiyasının yaranması haqqında ilk sənəd imzalandı. Bu gün türk dünyasına könül vermiş , Sizin ideyaların əsil təbliğatçısı olan Darxan Kıdıralı həmin quruma rəhbərlik edir. Bu Akademiya fəaliyyətə başladığı gündən Sizin qayğınızı, məsləhətlərinizin şahidi olduq. Böyüdük, dünyanın bir çox ölkələrində qədim türk kimliyimizi, tariximizi bir daha isbat etdik. “Mənəvi Miras”, "Gələcəyə doğru: Mənəvi Yenilənmə", “Böyük Çölün 7 özəlliyi” adlı dövlət proqramını əhatə edən məqalələrinizi yazmaqla əcdadlarımızdan bizə miras qalanları arayıb axtarmaq, mülkümüzə və tariximizə sahib çıxmaq üçün yol göstərib açar verdiniz.
-- Müasir qazaxlar dünyanı atlarının dirnağı ilə silkələyən qədim sakların, hunların və türklərin nəsilləridir. Qazaxlar əcdadlarımızdan bizə miras qalan torpaqlarda türk dünyasının nəhayətsiz böyük ata yurduna sahib çıxan və qoruyan xalqdır. Bu həqiqət İssık kurqanlarındakı gümüş piyaləyə yazılmış, Orhon- Yenisey və Talas vadilərində Türk xaqanlığının daş kitabələrinə runik yazılarla yazılmış, bu günümüzə qədər gəlib çıxan məktublardır. Qazaxlar bu geniş torpaqların, bu ellərin ilk sakinləri olmaqla bərabər, həm də əsas sahibləridir. Bizim dövlətimizin özəyini qazax xalqı təşkil edir. Unutmamalıyıq ki, torpağa sahiblik xalqımızın üzərinə müstəqil dövlətimizi qorumaq, onun xoşbəxtliyini heç zaman əldən verməmək kimi böyük bir məsuliyyət qoyur. Millətin öz milli –mənəvi köklərini unutmaması üçün şərait yaratmaq , bunu planlı şəkildə genişləndirmək—bizim ən böyük məsələmizdir.
Nəhayətsiz qazax torpaqlarında elə bir guşə yoxdur ki, əfsanəsi olmasın. Mübaliğəsiz deyə bilərik ki, torpaqlarımız maddi mədəniyyətə aid bir çox kəşflərin meydana gəldiyi bir yerdir. Müasir cəmiyyət həyatının ayrılmaz parçası halına gələn bir çox əşyalar vaxtilə bizim torpaqlarda istehsal olunmuşdur. Böyük Çöldə yaşayan insanlar inkişaf prosesində bir çox texniki kəşflər edərək əvvəllər istifadə olunmayan yeni alətlər istehsal etmişlər. Bəşəriyyət bunları dünyanın dörd bir tərəfində hələ də istifadə etməkdədir. Qədim mənbələr bugünkü qazaxların ulu babalarının ucsuz-bucaqsız Avrasiya qitəsində siyasi və iqtisadi tarixin istiqamətini dəfələrlə dəyişdirdiyini göstərməkdədir. Onlar dünya arxivlərində öz tədqiqatçılarını gözləyir. Buna görə də Beynəlxalq Türk Akademiyası bu işdə araşdırmaçılara arxa-dayaqdır.
Bəli, Qazaxıstan bütün Türk xalqlarının müqəddəs ata yurdudur. Qazaxların bugünkü geniş çölündən dünyanın bir çox yerinə səpələnən Türk köklü tayfalar və xalqlar digər ölkələr və bölgələrin də tarixi inkişafına mühüm töhfələr vermişlər. Qazaxıstanın qədim paytaxtı yalnız xalqımızın mənəvi mərkəzi deyil, eyni zamanda bütün Türk dünyası üçün müqəddəs bir məkan sayılır.
On bir il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq etdik. Beləliklə, əlaqələrimizin yeni, daha düşünülmüş və praqmatik mərhələsinə start verildi. Məhz bu yanaşma bizə indiki yaxşı nəticələrlə gəlməyə imkan verdi. Əvvəla, biz təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. İkincisi, Şura Özbəkistanın və Macarıstanın hesabına genişləndi ki, bu da bizim birgə salnaməmizdə yeni səhifə açdı. Üçüncüsü, ölkələr tərəfindən sanballı institusional struktur yaradıldı. Bu struktura TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, eləcə də Türk Ticarət-Sənaye Palatası daxildir. Dördüncüsü, Şuranın siyasi və iqtisadi nüfuzu regional və beynəlxalq səviyyələrdə artır. Beşincisi, türk dünyası inteqrasiyasının konsepsiyası qəbul olunub. Həmin sənəd əsasən türkdilli ölkələrin çoxplanlı qarşılıqlı fəaliyyətini perspektivdə keyfiyyət cəhətdən daha yüksək səviyyəyə çıxaracaq.
--Beləcə hər vaxt milli irsi yaşatmaq, elini, obasını, yurdunu soyuna-kökünə döndərmək üçün Elbaşı “Böyük Çölün 7 özəlliyi” adlı məqalənizdə yurddaşlarımızı, övladlarımızı köklərimizi tanımağa, milli tariximizi dərindən araşdıraraq açılmamış düyünlərini işıqlandırmağa çağırırsınız.
-- Doğma tarixini bilən, ona dəyər verib onunla fəxr edən xalqın gələcəyinin aydın olacağına əminəm. Keçmişiylə qürur duyub, bu gününün dəyərini bilmək və gələcəyə nikbin baxmaq ölkənin müvəffəqiyyətinin təminatıdır.
-- Tanrı padşahları özü seçir. Taleyini də o yazır. Özünüzün də dediyiniz kimi, Siz xalqın məhəbbətini qazanan xoşbəxt bir oğulsunuz. Bu xalq Sizə məhəbbətini izhar etmək üçün “Astana”ya “Nursultan”- dedi.
-- ...Mənim həmvətənlərimdən ayrı kədərim və qayğım, fikrim və arzum yoxdur. Tale mənim üçün nə yazıbsa, bütün sınaqlara xalqımla birlikdə sinə gərib, imtahanlardan onunla birlikdə çıxacağam. Xalq istədi, mən onun istəyinə qarşı çıxa bilmədim. Çünki bu müzakirələr başlayanda mən öz tərəfimdən “Yox!” demişdim.
-- Bu gün gənclərə demək istədiyiniz nədir?
-- Mənim gənclərə bir məsləhətim var: Vətəndən kənarda xoşbəxt həyat axtarmayın. Əgər sən Vətəni təmənnasız sevməyi bacarırsansa, onun maraqlarını hər şeydən üstün tutursansa, o zaman vətən özü səni qoruyacaq və yüksəklərə qaldıracaq. Məsələ ondadır ki, “Dövlət sənə nə verməlidir?”- sualı çox təbii və qanunauyğun sualdır. Lakin unutmayın ki, öz dövlətinin ağır sınaq vaxtlarında “Bəs sən dövlətin üçün nə etmisən ?”- sualı da həmin fikrin eynisidir. Əgər sən öz yurdunun oğlusansa, əgər sənin qəlbin onun sevincləri və kədəri ilə döyünürsə, hər bir vətəndaş sənin üçün qiymətlidirsə, o zaman bu yurda halal zəhmətinlə xidmət etməlisən ki, vətəndaşın güclü, alicənab və gözəl olsun. Unutma ki, sən təkcə torpağın sahibi deyilsən, sən həm də ölkənin və taleyinin sahibisən! Vətəni sevmək - kamil vətəndaş olmağın ilk göstəricisidir. Vətənsiz insan kökü bilinməyən yabanı alaq otuna bənzəyər. Vətən yaşadığın bu dünyada sənin cənnətindir. Ona görə də öz biliyini və gücünü vətəninə xidmətə sərf elə. Əgər Vətən firavan və xoşbəxtdirsə, bu sənin də gücünü, imkanlarını, perspektivlərini artıracaq. Bizim təfəkkürümüzdə vətənpərvər olmaq Qazaxıstanı ürəyində gəzdirməkdir. Müstəqilliyi və azadlığı qazanmaq azdır, onu möhkəmləndirib və nəsillərə ötürməyi bacarmaq lazımdır.
-- 2017-ci ildə Siz Azərbaycan dövlətinin Ali Ordeni olan “Heydər Əliyev” ordeninə layiq görüldünüz. Həmin ordeni Sizə təqdim edərkən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dedi ki: ““Heydər Əliyev” ordeni Azərbaycan dövlətinin ali mükafatıdır və mənə çox xoşdur ki, bu gün həmin mükafatı Heydər Əliyevin böyük dostu və Azərbaycan xalqının, Azərbaycanın dostu Nursultan Abişeviç Nazarbayevə təqdim edirəm. Nursultan Abişeviç, bu, həm də ona görə rəmzi xarakter daşıyır ki, Siz uzun illər boyu Heydər Əliyev ilə dostluq etmisiniz və onunla birlikdə işləmisiniz. Siz Sovet dövründə də həmişə ünsiyyət saxlayırdınız. Atamın söhbətlərindən xatırlayıram ki, sizin aranızda həmişə çox səmimi və yaxın münasibətlər olub. Ölkələrimizin müstəqilliyi dövründə də sizin aranızda həmişə xüsusi münasibətlər olub. Bunu bizim vətəndaşlar da bilirdi və indi də bilirlər, MDB məkanında da bunu bilirlər. Əslində, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsasını siz ikiniz qoymusunuz...”
-- Heydər Əliyeviçin işinin davamçısı, ölkənin yeni Prezidenti İlham Əliyevdən belə ali ordeni alanda həyəcanlı idim. Onu İlham Əliyevdən qəbul etmək mənim üçün böyük şərəf oldu. Məni çox riqqətə gətirən odur ki, bu orden Heydər Əlirza oğlu Əliyevin adını daşıyır. Mən Heydər Əliyev ilə 25 il ərzində - 1979-cu ildən onun ömrünün sonuna qədər tanış idim. Bütün bu illər ərzində onu yaxından tanımışam. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində olanda mən ona güvənirdim, onun dəstəyini hiss edirdim. İndi, bu il isə siz də, biz də müstəqilliyin, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 29 illiyini qeyd edirik. Bu, çox rəmzi məna daşıyır. Mən o vaxt Heydər Əliyevlə bərabər razılaşdığımız işləri faktiki olaraq davam etdirirəm. Bizim bugünkü danışıqlarımız, görüşlərimiz onu göstərir ki, biz onun başladığı işi uğurla davam etdiririk. Heydər Əliyev, əlbəttə, öz ölkəsinin və xalqının müstəsna patriotu, Azərbaycanda qan tökülməsinə son qoymuş və bugünkü Azərbaycanın əsasını yaratmış qeyri-adi və böyük insan idi. Bu, bizim münasibətlərimizin daha da möhkəmlənməsinin əlamətidir. Mən belə bir ordenin laureatı adını böyük şərəflə daşıyıram.
-- 2019-cu il Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Türk dünyasının inkişafı üçün xüsusi xidmətlərinizə görə Türk Şurasına üzv ölkələrin başçılarının qəbul etdikləri qərara əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verildi. Azərbaycan Prezidenti İlham Əliyevin əllərindən isə “Türk Dünyasının Ali Ordenini” aldınız. Bakıda olduğunuz həmin günlərdə bizim Xəzərin sahilindəki dənizkənarı bulvarda yürüş də etmişdiniz.
-- Türk sivilizasiyasının dərin kökləri vardır. Əgər tarixə müraciət etsək, biz planetin ən böyük qitəsində həmişə mühüm rol oynamış xalqların xələfləriyik. Türk dünyasının müasir mərhələdə də əhəmiyyətini dərk etmək üçün dünyanın coğrafi xəritəsinə baxmaq kifayətdir. Xüsusilə qeyd etmək istərdim ki, mən ötən müddət ərzində, - 1992-ci ildən 2019-cu ilə qədər 27 ildən artıq müddətdə, - müxtəlif heyətlərlə türkdilli dövlət başçılarının 17 görüşünün hamısında iştirak etmişəm. Mən bunları əxz etmişəm: məsələn, “Türk” sözü, bu sözün hər bir hərfinin mənim üçün xüsusi mənası var. Birinci “t” hərfi - trast, yəni, inamdır, “ü” - uniti, yəni, birlik, “r”- renessans, yəni, intibah və sonuncu “k” hərfi - kinşil, yəni, qohumluq. Bu anlayışa əsaslanaraq mənim birlik daxilində işimin məqsədi ölkələrimizi yaxınlaşdırmaq olub və buna görə də mən çox şadam ki, birgə səylərlə bu məqsədə nail olmuşuq. sərhədlər insanları birləşdirdiyi kimi, həm də ayırır. Məhz bu yerdə dostununun kim, düşməninin kim olmasını bilirsən. Əgər sərhəd xəttində yaşayan xalqlar mehribandırlarsa, dostluğun sərhədləri genişlənir, yox əgər arada münaqişə varsa, düşmənçilik dərinləşir. O ki qaldı Xəzər sahilində gəzintiyə, “ Arada sədd deyil Xəzər, Qardaşlığın aynasıdır!”.
Aida Eyvazlı GÖYTÜRK
P:S.(Türk dünyasının ağsaqqalı, Qazaxıstanın birinci prezidenti cənab Nursultan Nazarbayevlə müshibəni, onun kitabları və müsahibələri əsasında 80 illik yubileyinə hədiyyə kimi hazırladım)
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 2024 11:20
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 2024 00:10
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 2024 13:34
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 2024 13:08
- Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb
21 noyabr 2024 16:22
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 2024 21:11
- Onun evindən bir qılınc, iki tapança çıxmışdı... - Hüseyn Cavidi, Mikayıl Müşfiqi kim satmışdı?
18 noyabr 2024 23:35
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07