Bir il ermənilərin içində yaşayan alman alimin eşitdikləri
İdman28 iyun 2020 11:41

2008-ci ildə ABŞ-ın Nyu-York şəhərində qurulan Türk-Amerika Təhlükəsizlik Fondu (TASFO) qlobal təhlükəsizliyin təmin edilməsini prioritet hesab edir. Bu baxımdan, TASFO ermənilərin fanatik və irqçi soyqırım iddialarına qarşı mübarizədə Türk-Amerika Diasporu içində kritik bir rol alır. Habelə, TASFO ermənilərin qondarma iddialarının ifşa edilməsində ciddi fəaliyyətləri olan məşhur qərbli tarixçi, siyasi mütəxəssis, akademik və ziyalılarla silsilə müsahibələrə başlayıb. Belə elm adamlarından biri və ilk müsahib irland tarixçi Patrik Uolş (Dr.Patrick Walsh) olub.
TASFO-nun ikinci müsahibi isə məşhur alman elm adamı və siyasətşünas Kristian İohann Henrixdir (Dr. Christian Johannes Henrich).
Teleqraf.com onun TASFO-nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əmrə Sərbəst (Emre Serbest) müsahibəsini təqdim edir.
- Qondarma erməni soyqırımı ilə nə vaxt maraqlanmağa və məsələni araşdırmağa necə başladınız?
- Hər şey magistrlik dissertasiyası üçün bir mövzu axtarmağımla başladı. Almaniyada insanların çox bilmədiyi maraqlı bir mövzu üzərində işləmək istədim. Almaniyada "ermənilərə tətbiq olunan soyqırım” termini ilə kollektiv yaddaşdan tanış idim, ancaq bu barədə ətraflı məlumatım yox idi. Türk dostlarımdan onların "öz Holokostları”na necə yanaşdıqlarını soruşmağa başladım. Dostlarımın əhatəsində kimsənin məsələni geniş şəkildə bilmədiyini aşkar etdim. Dini, dünyəvi, sol, sağ və qeyri-siyasi dünyagörüşə malik, təhsilli və təhsili olmayan türklərdən soruşdum. Heç kim "soyqırım” terminini qəbul etmədi. Almaniyada Holokost qavrayışı ilə müqayisədə bu bir fenomendir. Almaniyada yalnız bir neçə sağçı neo-nasist Avropa yəhudilərinin soyqırımını inkar edir. Soyqırım terminini qəbul etməmək istiqamətindəki Türkiyədəki bu geniş ictimai razılıq, məndə maraq oyatdı.
- Sizcə, niyə ermənilər 1915-ci ildə "soyqırım”a məruz qaldıqlarını iddia edirlər?
- Düşünürəm ki, soyqırım iddiaları əvvəldən erməni diasporunda problem olub. Türkiyədə üç il, o cümlədən erməni məhəlləsində bir il yaşadım. Nə erməni qonşularım, nə İstanbuldakı Ermənistan Patriarxlığının nümayəndəsi, nə də Hataydakı erməni icması bu iddiaları dəstəklədi. Burada eşitdiyim səslər, 1923-cü ildə Daşnak Partiyasının konfransında bu ittihamlardan türklərə bəraət verən və mülki müsəlman əhaliyə qarşı ermənilərin qətliamlarına toxunan ilk erməni baş naziri Avanes Katçaznuninin çıxışı ilə üst-üstə düşdü.
Məncə, digər ölkələrin hökumətləri və parlamentləri bu məsələdən uzaq durmalıdır. Türkiyə və Ermənistan bu sualları elm adamlarının dəstəyi ilə müzakirə etməlidir. Mövzu erməni diasporu və bəzi qərbli siyasətçilər tərəfindən Türkiyə əleyhinə qəzəb yaratmaq üçün istifadə olunur. Qərb ölkələrində müxtəlif insanlar tərəfindən tərbiyə olunan və bəslədilib böyüdülən anti-İslam irqçiliyi var.
Türk-Osmanlı arxivlərində erməni cinayətkar dəstələrinin 1915-1923-cü illərdə türk və digər müsəlman xalqlara qarşı misli görünməmiş qətliamlar törətməsi haqda sübutlar var.
- Niyə Xristian dünyası ermənilərin bu vəhşiliklərini görməzdən gəlir?
- Əvvəldə qeyd etiyim kimi, keçmiş daşnak döyüşçüsü və Ermənistanın ikinci Baş naziri Katçaznuni Şərqi Anadoluda türklərlə yanaşı, kürdlər və ərəblərə silahlı hücum həyata keçirdiklərini etiraf edib. O, bunları Rusiyaya olan "kor etibar”la izah edir. Amma bir qərbli araşdırmaçının müsəlman qurbanlardan, erməni və rusların törətdiyi qətliamlardan bəhs edən kitabını çətin taparsınız. Əlbəttə, professor Castin Makkarti istisnadır.
İsveçrəli tarixçi, professor Hans-Lukas Kizerin Bonn Universitetində keçirdiyi konfransdan sonra ondan kitabında niyə müsəlman qurbanlardan bəhs etmədiyini soruşdum. Cavabı qısa oldu, "Araşdırma mövzum bu deyil”. Bunu qeyri-elmi qəbul etdim, çünki qarşıdurmada hər iki tərəfi nəzərdən keçirmədən araşdıra bilməzsiniz. Bu baxımdan, sizə elmi əlxaqdan uzaq olan və sırf siyasi hədəflər üçün araşdırmalar aparan çox sayda qərbli elm adamının adını çəkə bilərəm.
- 2016-cı ildə Almaniya parlamenti (Bundestaq) qondarma erməni soyqırımını tanımaq üçün hərəkətə keçdi. Bu barədə nə düşünürsünüz?
- 2016-cı ildə soyqırım termini parlament tərəfindən tanındıqdan sonra, 21 üzvü olduğum hakim Xristian-Demokrat İttifaqı Partiyasından (CDU – Kansler Angela Merkelin rəhbəri olduğu partiya) getdim. Bundan əvvəl Berlində məsələ ilə əlaqədar bir neçə dəfə CDU-nun parlament fraksiyasını məlumatlandırmağa cəhd etmişdim. O dönəmdə deputat olan Erika Ştaynbax məni dinləmək məcburiyyətində olmadıqlarını, onsuz da bu haqda kifayət qədər məlumatlı olduqlarını yazdı. Tarixi məsələlərin parlamentdə həll edilməsinin yanlış olduğunu düşünürəm. Xüsusən də, söhbət ayrı bir ölkədən gedirsə. Siyasətçilər elm adamları deyillər. Siyasətçilər həqiqəti tapmağa yox, iqtidarın gücə dayaq tapmış siyasətini davam etdirməyə çalışırlar.
Almaniya Hərbi Hava Qüvvələri 1999-cu ildə NATO Müttəfiq Qüvvələrinin missiyasının tərkibində Belqradı bombardman edəndə və İkinci Dünya Müharibəsindən bəri ilk dəfə bir hücuma rəhbərlik edəndə parlament CDU/CSU, SPD, FDP və Yaşıllar kimi partiyaların səsləri ilə bunun "təcavüzkar bir savaş” olmadığını elan etdi. Amma bir çox beynəlxalq hüquqşünasa görə, bu, beynəlxalq hüquq normalarını pozan təcavüzkar müharibə idi və bu səbəbdən də Almaniya konstitusiyasına uyğun gəlmirdi.
Siyasi motivli bir qurumun qərarının elmi problemlərin çözümündə bir dəyəri varmı? Əgər Bundestaq həqiqətən bir siqnal göndərmək istəyirsə, o zaman ilk olaraq, 1904-1908-ci illər ərzində Namibiyada (Afrikada keçmiş alman müstəmləkəsi) Vermaxt Almaniyası tərəfindən törədilən Herero və Nama soyqırımlarını tanımalı və müzakirə etməlidir. Amma bu, təkcə alman problemi deyil. "Erməni soyqırımı”nı tanıyan digər ölkələrə də baxın: Hollandiya 1947-ci ildə İndoneziyada (Ravegede), Belçika 1888-1908-ci illər ərzində Konqoda, Fransa isə 1945-ci ildə Əlcəzairdə reallaşdırdığı soyqırımları tanımadı.
- Hazırda hansısa bir kitab üzərində işləyirsiniz, araşdırmanız varsa, bu məsələdə dəstəyə ehtiyacınız varmı?
- İki ildir bu məsələ (qondarma erməni soyqırımı) ilə əlaqədar kitab yazıram. Bursa və Uludağ Universitetindən olan professor İbrahim Canbolat tərəfindən dəstəklənirəm. Amma Türkiyədən maddi dəstək almadığım üçün layihə yavaş gedir. Nə Türk Tarix Dərnəyindən, nə də digər fondlardan dəstək ala bildim. Sanki məsələ kimsənin vecinə deyil. Berlindəki Türkiyə səfirliyi 2006 və 2013-cü illərdə böyük vədlər verdi, amma sonradan bu vədləri haqda heç nə eşitmək istəmədilər.
- Sizcə, Almaniyadakı türk diasporu qondarma erməni soyqırımı iddialarına qarşı hansı işləri görməlidir?
- Almaniyadakı türk diasporu əvvəlcə düzgün şəkildə formalaşmalı və mütəşəkkil olmalıdır. Türklər özlərini "partiyanın siyasətində” yormamalıdırlar. Sonra onlar Almaniya vətəndaşı olmalıdırlar, seçici olmağın yeganə yolu budur. Çünki siyasətçilər çox vaxt vətəndaşların deyil, seçicilərin qayğılarını ciddi qəbul edirlər.
Almaniyada türklər tərəfindən ictimai münasibətlər üçün qurulmuş və öz-özünü maliyyələşdirən "Sülh üçün Dialoq” ("Dialog für Frieden”) adlı bir təşəbbüs qrupu var. Əvvəlcə adım bu qurumun lideri kimi qeyd edilsə də, sonradan təşəbbüs Əli Söyləməzoğluna verildi. Şübhəsiz ki, Əli bəy bu məsələdə yaxşı işlər görür. Bununla yanaşı, yayımlarının əksəriyyəti türk dilindədir. Məsələn, 2016-cı ildə Berlində Bundestaqın qərarına qarşı etiraz yürüşündə türk dilində çıxış etdi. Bu qurum kimə çatmaq istəyir? Türklərə, yoxsa almanlara? Burada taktiki düşünmək lazımdır; alman cəmiyyətində türklərin səsinin daha yaxşı eşidilməsi üçün təpədə bir türkün dayanması, yoxsa bir alman elm adamın olması daha məntiqlidir?
Türk tərəfi gələcəkdə bu məsələdə şəffaf elmi araşdırmalar istəyib-istəməməsinə qərar vermək məcburiyyətindədir. Digərlərindən fərqli olaraq, Türkiyə hökuməti arxivləri elm adamlarının üzünə çoxdan açıb. Bununla yanaşı, araşdırmalar maddi xərc tələb edir. Əsas düşüncə xəttini kor-koranə təqib etməyən, əksinə, elmi tədqiqat standartlarına əsaslanaraq açıq-aşkar araşdırmalar apardıqlarına görə öz ölkələrində diskriminasiyaya məruz qalmış qərbli araşdırmaçılar məhz Türkiyə və ya türk təşkilatlarından maliyyələşməlidir. Əks halda, "medalın əks üzü” deyə bir şey olmayacaq.

Oxşar xəbərlər
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
6 aprel 2025 00:18
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- Xərçəngdən əziyyət çəkən Səbinənin köməyə ehtiyacı var - FOTO
29 mart 2025 23:21
- Prezidentdən Ramazan PAYLAŞIMI - FOTO
29 mart 2025 20:28
Xəbər lenti
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
Video & Fotoqalereya
Video
Fotoqalereya