Bizim başımızın üzərindən “Domokl-Zakir qılıncı” asılıb
Sumqayıt Dənizkənarı Bulvarını inşa edən sahibkarlar növbəti dəfə məmur özbaşlınalığından Prezidentə şikayət ediblər...
426 nəfər sahibkar və fəhlə üstündən təxminən 4 il keçməsinə bamayaraq hələ də qanuni ödənişlərini - təxminən 8 milyon manat pulu Zakir Həsənovdan ala bilmirlər.
Sumqayıt şəhərinin abadlıq və quruculuq işlərinin görülməsinə cəlb edilən və Sumqayıt Dənizkənarı Bulvarının inşasına görə Madridə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda “İnternational Awards for Excellence and ledareship” mükafatına layiq görülən sahibkarlar Sumqayıt şəhər İcra Hakimiyyətindən 4 il müddətində pullarını ala bilmədiklərinə yenidən Prezidentə müraciət ediblər. PİA.az-a daxil olan müraciətdə deyilir:
“Prezident İlham Əliyevin müəllifi olduğu ölkəmizin müasir iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olaraq iqtisadiyaytın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac yönümlü iqtisadiiaytın formalaşması, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, xüsusilə də yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Daha dəqiq desək, ölkədə biznes mühitinin hüquqi bazasının təkmilləşdirilməsi, özəl sektorun dəstəklənməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun olaraq islahatlar həyata keçirilir. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində ümumu daxili məhsulda özəl sektorun xüsusi çəkisi və məşğulluqda payı dinamik olaraq yüksəlmiş və bunun real göstəricisi olaraq sahibkarlıq subyektlərinin sayı artıb. Məhz sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində icra edilən tədbirlərin nəticəsi olaraq Dünya bankı tərəfindən 2020-ci il üçün dərc olunan “Doing Business” hesabatında ölkəmiz ən islahatçı 20 ölkə arasında yer alıb, kredit əlçatanlığı üzrə 1-ci, biznesə başlama üzrə isə 9-cu mövqedə olub.
Bütün bu iqtisadi nailiyyətlərin əldə edilməsində sahibkarlarlıq subyektlərinin artan xüsusi çəkisi biz sahibkarları olduqca sevindirir. Biz hər zaman möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğumuzun fərqindəyik.
“Sahibkarlara göstərilən həm siyasi dəstək, həm mənəvi dəstək, həm maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ardıcıl islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir,” deyən Prezident İlham Əliyev sözün həqiqi mənasında sahibkarlığın inkişafını dövlətin iqtiasdi siyasətinin prioritet istiqamətlərindən birinə çeviib. Bu məqsədlə son illərdə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun xətti ilə dövlət tərəfindən sahibkarlara 2 milyard manatdan cox güzəştli şərtlərlə kreditlər verilib.
Sahibkarlıq fəaliyyətini realizə olunmasında və bu istiqamətdə stimulverici şəraitin təmin edilməsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin qayğı və dəstəyini də qeyd etmək istərdik.
Xüsusilə də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ildən fəaliyyətə başlayan Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sözün həqiqi mənasında hər bir sahibkarın yanındadır. Onun yaxın dostudur. Hər zaman sahibkarlara maliyyə resurslarına çıxış imkanları yaradır, institusional dəstək verir, üzləşdikləri problemlərin həlli istiqamətində operativ addımlar atır, eyni zamnada dövlət və ozəl qurumlar arasında əlaqələndirməni təmin etməklə sahibkarların fəaliyyətinin səmərəlilik əmsalını yüksəlməsi üçün münbit şərait yaradır.
Bir sözlə, bu gün Azərbaycanda hər bir sahibkar dövlətin və onun ali rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Təsadüfi deyil ki, ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyətini nəzərə alaraq, habelə cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən hər il aprelin 25-ı Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd olunur.
Onu da xüsusi olaraq qeyd edək ki, ölkəmizin Biinci vitse-pezidenti, hörmətli Mehriban xanım Əliyava, möhtərəm Prezidentimiz İlham Əliyevin ən yaxın məsləkdaşı olaraq iqtisadi-sosial yönümlü problemlərin həlli, həssas kateqoriyadan olan insanlara xususi qayğının göstərilməsi, sahiblkarlara dəstək və onların sosial məsuliyyətinin atrırılması istiqamətində müstəsna əhəmiyyətli xidmətlər göstərir.
Sahibkarlar olaraq ölkəmizin ali rəhbərliyinin bizə göstərdiyi böyük diqqət və həssas yanaşmanı yüksək qiymətləndiririk. Xüsusilə də, ümumi bəlaya çevrilmiş COVİD-19 pandemiyasının qorxulu kabusa çevrildiyi bir reallıqda Prezident İlham Əliyevin, həm əhalinin sağlamlığının qorunması, həm sosial müdafiəsinin təmin olunması, eyni zamanda təkcə milli səviyyədə deyil, həm də regional və qlobal səviyələrdə atdığı möhtəşəm addımlar əhalimiz tərəfindən, o cümlədən beynəlxalq ictimaiyyət tərəfindən də ən yüksək səviiyyədə dəyərləndirilir.
Xüsusilə cənab Prezidentin biz sahibkarların pandemiyadan daha az itkilərlə çıxmasının təminatı istiqamətində atdığı addımlar öz miqyası etibarilə istənilən ölkə üçün təkrarlana biləcək bir modeldir.
Bütün bunlara görə bir daha Prezidentimiz cənab İlham Əliyevlə qürur duyuruq. O, hər zaman xalqının yanındadır. Hər zaman xalqın işguzar təbəqəsi olan və maddi nemətlər yaradan sahibkarların yanındadır. Onları “zəli” kimi yapışaraq qanını soran azğınlaşmış dövlət məmurları və harınlaşmış icra başçılarının təzyiq və təqiblərindən qoruyaraq xəbərdarlıq edir ki, “Sahibkar heç kimə borclu deyildir. Vergisini verməlidir, vəssalam. Sahibkarı boğurlar, soyurlar, incidirlər, malını əlində alırlar. Bu, dözülməz haldır”.
Cənab Prezident belə harınlamış məmurlara xitabən söylədiyi bu xəbərdarlıqlarda onu da xüsusi olaraq qeyd edir ki, xalqa ləqayətlə xidmət etməyən, öz mənafeyini düşünən, rüşvət və korrupsiya yolunu tutan, vəzifə saxtakarlığına və vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verən məmurlara qarşı ən amansız mübarizə aparılacaq və belələri qanunun ən sərt üzü ilə cəzalandırılacaqlar.
Dövlət başçımızın hər zaman sözü ilə əməli eyniyyət təşkil edir. Bu xəbərdarlıqlardan ibrət dərsi almayan 5 rayonun icra başçısı və bir neçə mərkəzi icra hakimiyyətlərinin yüksək vəzifəli şəxsləri barəsində həbs qəti imkan tədbiri həyata keçirilib.
Bu proseslərə məntiqlə qiymət versək, onda oxşar fəaliyyət yolunu seçmiş və seçmək niyyətinə düşən istənilən məmur üçün bu həbslər və digər sərt cəza tədbirlərinin bir ibrət dərsi olacağını proqnozlaşdırmaq mümkündür. Lakin reallıqda bəzən fərqli mənzərə ilə üzləşirik.
Cənab Prezidentin “Biz hüquqi dövlətik. Hamı qanun qarşısnda bərabərdir. Heç kimin qanun qarşısnda müstəsna səlahiyyəti yoxdur”, kimi konkret və aydın tələbi qarşısında bəzi icra başçıları hələ də “bəlkə də, qaytardılar” sevdası ilə yaşayır, öz qanunazidd davranış və fəaliyyətləri ilə dövlət başçısının müəyən etdiyi kursa etimadsızlıq göstərirlər.
Belə “ipə-sapa yatmayan” icra başçıları sırasında Sumqayıt Şəhər İcra başçısı Zakir Fərəcov ”lider”dir desək, yanılmarıq. Böyük söz ustadı olan Qasım bəy Zakirin təbirincə desək, “Özü lüm-lüm udur batildə əmma, Zahirdə dediyi mənaya bir bax”.
Bəli, Qasım bəy Zakirin təsvir etdiyi XIX əsr reallığında xalqın qanını soran bəzi “pristav” və “kəndxudalar” kimi, XXI əsr dönəmində də bu dəfə Zakir Fərəcov kimi icra başçıları batil işlər görür, haqqa girir, xalqın-sahibkarın malını “lüm-lüm” udur, zahirdə isə özünü “mələk” kimi təqdim etmək istəyir. Qılaflanıb, özünü cənab Prezidentə sadiq məmur obrazında təqdim etmək istəsə də, real gerçəkliklər bunun əksini-olduqca eybəcər bir mənzərəni ortaya qoyur. Həmin mənzərini xarakterizə edən bəzi detalları səsləndirmək istəyirik.
Zakir Həsənov sözün əsl mənasında “sahibkar ovu”na çıxmış bir harın məmurdur. Sumqayıt şəhərinin abadlıq və quruculuq işlərinin görülməsinə cəlb etdiyi sahibkarlara qarşı olmazın təzyiq və təqib kampaniyası aparmasına görə, sahibkarlar arasında böyük nifrət hissi ilə yad edilən şəxsdir.
Şəhərin əsas giriş hissəsini yenidən quran, Xəzərin sahilində uzunluğu 4,2 km, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün lazımı şərait yaradılan və ən müasir standartlara cavab verən Dənizkənarı bulvarı ən qısa zamanda - 8 ay ərzində, 2016-cı ilin sentyabr ayında istismara təhvil verən 426 nəfər sahibkar və fəhlə üstündən təxminən 4 il keçməsinə bamayaraq hələ də qanuni ödənişlərini-təxminən 8 milyon manat pulu Zakir Həsənovdan ala bilmirlər. Qanuni haqqlarını tələb etdikdə təzyiq, təqib və təhdidlə üz-üzə qalırlar.
70 illik tarixində heç bir zaman dənizkənarı bulvarı olmayan bir sənaye şəhərinin sakinləri üçün mohtəşəm bir istirahət məkanı yaradan, böyük zəhmətlərinin məhsulu olan bulvarın Madridə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda “İnternational Awards for Excellence and ledareship” mükafatına layiq görülməsinin səbəbkarı olan sahibkarların boynuna nəinki qələbə çələngi şalınmamış, əksinə boyunları üzərində “Domokl-Zakir qılıncı” asılmışdır. Bu qılınc 4 ildir ki, sahibkarların boynunu kəsməklə hədələyir.
Zakir Fərəcov “qılıncı”nı qınına taxmaq görüntüsü yaradarkən cinayətkar “sövdələşmə” təklif edir-borcun 30 faizinin bagişlanması şərtini ortaya atır. Buna razı olmayan sahibkarlar yenidən təqib və təhdid tərəfinə çevrilirlər. Hikkəsi miqyas bilməyən Zakir Fərəcov bir sıra hallarda siyasi səhvlər buraxmaqdan belə çəkinmir. Sahibkarların üzünə duraraq əsəbi halda bildirir ki, “dövlət mənə nə pul verib ki, mən də ondan sizə verim. Gedin kimə şikayət edirsiz edin”. Həddini aşan sahibkarlara indidən özləri üçün “suxarı” tədarükü görməyi “tövsiyə” edən, yəni məhbəs həyatına hazırlaşmaqla təhdid edən və özünü 70 yaşlı şəhərin “əbədi qubernatoru” kimi aparan Zakir Fərəcov ən yaxın əlaltısı olan Sumqayıt İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatov vasitəsilə iş adamlarına qarşı “qamçı və kökə” siyasətini tətbiq edir. O ya sahibkarları məhbəs ilə hədələyir, ya da ki, onlara Sumqayıtın özləri üçün yaxın hesab etdikləri iş adamları vasitəsilə “kokə” təklifini edir. Şəxsən bizə qarşı həm “qamçı” siyasəti tətbiq edilib, həm də “kokə”. Yəni Zakir Fərəcovun bilavasitə şərləmə və ləkələmə siyasətinin qurbanı olaraq 3 ilə yaxın müddətdə həbsxanaya salınmışıq, müxtəl6f təzyiqlərə məruz qalmışıq, eyni zamnada gördüyümüz tikinti-abadlıq işlərinə görə dövlət ödənişi deyil, hansısa başçıya yaxın şirkət vasitəsilə 10 min manat pul təklifi almışıq.
Zakir Fərəcov rəsmi qurumlara bildirir ki, güya bizim pulumuzu ödəyib. O zaman ödəniş haqqında jər habsı bir sənədi ortaya qoysun. Ödəniş hansı bank vasitəsi ilə hansı heaaba edilib? Zakir Fərəcov bu sualın cavabını verə bilərmi?
Bu gün Sumqayıtın və sumqayıtlıların ən böyük probleminə çevrilmiş Zakir Fərəcov sahibkarların qənimi və qanını soran “zəlisi” olaraq Sumqayıt miqyasında qanunazidd və cinayətkar fəaliyyəti ilə möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sahibkarlığa dəstək və onun inkişafı istiqamətində atdığı bütün möhtəşəm addımlarının üstündən xətt çəkir. Özünü qanunun fövqündə qoyur. Bununla da ölkəmizin ali rəhbərliyinin müəyyən etdiyi kursa meydan oxuyur.
Sonda qeyd edek ki Ədalətin zəfər şalacağına bütün varlığımızla inanırıq, çünki ədalətli Prezidentimiz, mərhəmətli Birinci vitse-prezidentimiz, haqqı nahaqdan seçməyi bacaran, gözü tərəzi olan xalqımız vardır. Xalq-hakimiyyət birliyimiz vardır. Biz birlikdə güclüyük!”
pia.az
- Türkiyənin qərarı qətidir: Suriyada PKK məhv ediləcək
15 dekabr 2024 23:28
- Şeyxülislam Vatikanın katibi ilə görüşüb
15 dekabr 2024 19:53
- Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
15 dekabr 2024 01:23
- KOROĞLU səfir oldu
14 dekabr 2024 23:20
- Bakıda mühafizəçi - OXRANNİK- diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi
12 dekabr 2024 16:38
- Qırğızıstan himnini dəyişir
12 dekabr 2024 14:17
- Paşinyan: SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır
12 dekabr 2024 11:28
- Azərbaycan vətəndaşı necə Ermənistan prezidenti oldu – ŞOK detallar və Paşinyanın ağ YALANI
11 dekabr 2024 14:56
- Bu CƏRİMƏ Gürcüstanda 0.4 % , Azərbaycanda isə 5 %-dir... 12 DƏFƏ ÇOX...
8 dekabr 2024 12:13
- Azərbaycana mehriban qonşu olmaq istəyirik - Kostanyan
8 dekabr 2024 11:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41