Axundbala oğlunun Azərbaycandakı qanunsuz fəaliyyətləri
Günün sitatı15 iyun 2020 13:12

Hər bir ölkə özünü xarici və daxili düşmənlərdən qorumağa çalışır və bunun üçün yetəri qədər dövlət resursları istifadə olunur. Azərbaycan dövləti artıq 26 ildən çoxdur ki, erməni daşnakları tərəfindən işğal olunmuş torpaqları azad etməyə çalışır. Yaxın keçmişə baxdıqda 1-ci Qarabağ müharibəsinin əsas uğursuzluqlarından biri nizami ordunun olmaması və öz içimizdə bəzi satqınların olması idi. Nəticə isə xalqımıza çox ağır baha başa gəldi. Nizami ordunun yaradılması üçün Müdafiə Nazirliyi gücləndirilməli və peşəkar zabitlər yığılmalı idi. Ölkənin ən böyük güc strukturuna fərqli vaxtlarda müxtəlif nazirlər təyin olunsa da sonda güc nazirliyi Axunbala oğluna tapşırıldı və ona etimad göstərildi. Söhbət sabiq Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Axundbala oğlundan gedir.
Əslində o zaman atılan addımlar Ordunun daha çox güclənməsinə, yeni silahların alınmasına, keçmiş SSRİ-də təhsil alan zabitlərin Vətənə geri dönməsinə, onların təcrübələrindən və biliyindən istifadə olunmasına, bir sözlə peşəkar heyətin və komandanın yığılmasına ümid edilirdi. Lakin çox təəsüflər olsun ki, zaman keçdikcə ehtimallar və ümidlər özünü istənilən kimi doğrultmadı. Sabiq Müdafiə Naziri S.Əbiyev daha çox öz ambisiyaları və məqsədləri üçün Ordudan istifadə etməyə başladı. Keçmiş naziri ehtiyatda və istefada olan zabitlər indi nəyə görə təqsirkar hesab edirlər? Buna əsas səbəb atəşkəs dövründə ölkəmizin müdafiə qüdrətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi, Milli Ordunun döyüş və əməliyyat hazırlığının möhkəmləndirilməsi sahəsində çox sayda imkanlar itirildi, ordunun özününküləşdirilməsinə və ya özgəninkiləşdirilməsi məqsədlərinə xidmət edən cəhdlər oldu. Dövlət tərəfindən orduya ayrılan büdcə pullarının xərclənməsindən və Silahlı Qüvvələrdə həyata keçirilən islahatlardan adekvat nəticələr əldə edilmədi, baş verən korrupsiya, rüşvətxorluq və məmur özbaşınalıqları getdikcə artdı. Təəccüblü deyil ki, S.Əbiyevin vəzifədən çıxarıldıqdan sonra Baş Prokuroluğun və Maliyə Nazirliyinin apardığı yoxlamalarda külli miqdarda ordunun büdcəsindən yeyinti halları ortaya çıxmış, neçə yüksək rütbəli zabitlər həbs olunmuşdu. Vaxtilə adını bildirmək istəmədiyim xarici ölkədən 11,2 milyonluq silah alınmış, silahlar Bakıya gətirilib yoxlanıldıqdan sonra bir hissəsinin yararsız olduğu, digər hissəsinin isə heç olmadığı ortaya çıxmışdı. Nədənsə o zamanlar S.Əbiyev buna heç bir adekvat reaksiya verməmişdi. Görünür bu da onun şəxsi islahatlarının bir parçası idi.
Bundan əlavə, Axunbala oğlu ardıcıl, davamlı və məqsədyönlü olaraq kütləvi şəkildə törədilən qanunların aliliyi və insan haqları pozuntusu halları, qeyri-qanuni olaraq kollektiv şəkildə imza toplama kampaniyasının keçirilməsi və digər oxşar qanunsuz hərəkətlərlə ordunun siyasiləşdirilməsi, ordu quruculuğu sahəsində mövcud olan problemlərin ölkə ictimaiyyətindən, Milli Məclisdən və digər müvafiq dövlət strukturlarından gizlədilməsinə, bəzi hallarda isə ört-basdır edilməsini həyata keçirmişdir. S.Əbiyev indiyədək hərbi qanunvericilik aktlarının əsas bazasını Sovet standartları üzərində saxlamış və Azərbaycan Silahlı Qüvvələrinin döyüş nizamnamələrini hazırlamamışdır. Bəs görəsən müharibə şəraitində olan ölkənin Müdafiə Naziri 19 il ərzində nə ilə məşğul olmuşdur ki, döyüş nizamnamələri hazırlamağa və qanunvericilik aktlarını müasir standartlara uyğun təkmilləşdirməyə vaxt tapmamışdır
?
Keçmiş Müdafiə naziri Ordunu, hərbi peşəni qanunsuz hərəkətləri ilə nüfuzdan salmışdır. Uzunmüddət hərbi peşənin ən populyar olmayan peşələr siyahısında olması da birbaşa onun əməllərinin nəticəsidir. Düzdür deyirlər yıxılana balta vurmazlar, amma S.Əbiyevin Azərbaycan Ordusuna və onun zabitlərinə vurduğu baltaların sağalmasına hələ çox zaman alacaqdır. Zaman isə bizim əleyhimizə işləyir. Ona görə içimizdə olan Axunbalaları vaxtında ifşa etmək zamanıdır!
Ardı var...
Nadir Quliyev
Oxşar xəbərlər
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 2025 20:44
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
8 aprel 2025 21:51
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
Xəbər lenti
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02
Video & Fotoqalereya
Video
Fotoqalereya