Firdovsi Umudov: Məşqçi, yoxsa ictimai-siyasi xadim ?
Bir müddət əvvəl bəzi KİV-lərdə Dövlət Sərhəd Xidmətinin ( DSX ) polkovniki Nemət Pənahovun həbsi və istintaqı ilə bağlı ehtimal xarakterli məqalə dərc olunmuşdu.
Məqalədə qeyd olunurdu ki, Nemet Pənahovun vəzifə pillələrində irəliləməsində onun qaynı Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, həmçinin DSX-nin zabiti, “Sərhədçi” İdman Klubunun rəis müavini Firdovsi Umudovun böyük rolu olub.
Loru dildə desək Firdovsi Umudov bacısının yoldaşı Nemət Pənahova dəstək olub, ağsaqqallıq edib. Yəni yazının qısa məzmunu bu qədər.
Yazının rəngi qurumamış Firdovsi Umudovun ölkənin böyük xəbər portallarına açıqlama verməsi, geniş müsahibəsi istər-istəməz suallar doğurur. Görəsən xırda bir yazı cənab Umudovda niyə bu qədər aqressiya doğurub? Axı yuxarıda qeyd etdiyimiz kimi söhbət böyük bir ittihamdan, cinayətdən getmir. Sadəcə, Azərbaycan reallığında adi olan bir şeydən -qohumların bir-birinə dəstəyindən gedir. Bu gün Azərbaycanda vəzifədə olan qudalar, bacanaqlar, yeznə-qayınlar N qədərdir. Bəs Firdovsi müəllim bu xırda yazını niyə top-tüfənglə qarşılayıb? Zəng edib öz mövqeyni bildirə, təkzib tələb edə, Mətbuat Şurasına müraciət edə və s bilərdi.
Əlbəttə hər kəsin, o cümlədən Firdovsi müəllimin hüququdur ki, öz mövqeyni əsaslandırmaq üçün müsahibə də verə bilər, açıqlama da. Ancaq cənab Umudov öz müsahibəsində guya ona hucum eden ölkəmizi istəməyən "5-ci kolondan", trollar ordusundan və daha nələrdən bəhs etmir ?
Möhtərəm Umudov!
Siz ictimai-siyasi xadim, partiya sədri, yaxdu siyasi təşkilat rəhbəri və s deyilsiniz axı, sizə qarşı dediyiniz hücumlar olsun. Siz idmançısınız, hansısa siyasi tərəfi təmsil etmirsiniz ki, sizə qarşı dediyiniz total hücumlar olsun. Vallah, görünür sizi narahat edən başqa məsələdir. Siz nə üçün dəvət olunduğunuz verilişlərdə guya sizə qarşı qərəzli kampaniyalar aparıldığından danışırsınız? Axı siz müxalifət lideri, yaxud iqtidar mənsubu deyilsiniz ki, sizə qarşı qərəz olsun. Siz hər vəchlə məsələni siyasiləşdirmək, belə demək mümkünsə, qan çıxmayan yerdən qan çıxartmaq istəyirsiniz. Bu bəlkə də sizin idmançı xarakterinizdən əmələ gəlir. Düzü, müəyyən etmək çətindir.
Siz deyirsiniz ki, guya bu xırda yazıdan sonra Qazax camaatı qəzəblənib, minlərlər insan, idmançılar ordusu, rayon ictimaiyyəti sizə dəstək verir. Bəlkə bununla siz kimlərəsə, bəlkə istintaqa təsir etmək istəyirsiniz. Əgər belə niyyətiniz varsa, cənab Umudov, biləsiniz ki, elə şeylər ötən əsrin 90-cı illərində qaldı.
Digər tərəfdən siz iki yaxın qohumun eyni qurumda çalışması da haqlı suallar doğurur. Siz özünüz bilirsiniz ki, yaxın qohumların eyni qurumda çalışması korrupsiyanın səbəblərindən biridir.
DSX-da baş verənlər isə o dərəcədə korrupsiya şəbəkəsidir ki, artıq DSX-nın generalı ittiham olunur. Deyirsiniz bu barədə yazmayaq ?
Axı, cəmiyyətin də haqlı sualları var. Biz demirik ki, deyilənlər hamısı Quran ayəsidir. Ancaq ehtimal olunan bütün variantlar cəmiyyətin diqqətində olmalı və istintaqın nəzarətindən qaçmamalıdır.
Biz kimisə cinayətkar elan edə bilmərik, bu məhkəmənin səlahiyyətində olan məsələdir.
Sizin narahatçılığızın səbəbini tam dəqiqliklə bilmirik. Amma bizi narahat edən məsələləri açıq yazırıq. Bu medianın əsas funksiyasıdır. Ölkə başçısı hörmətli İlham Əliyev cənabları da dəfələrlə mediaya üz tutaraq deyib ki, yazın, məni məlumatlandırın. Bu qədər sadə.
Növbəti yazıda Firdovsi Umudova suallarımız olacaq:
- Xaricə aparılan qara kürünün trafikində idmançılardan istifadə edilirmi ?
-Kürü məsələsində Güləş Federasiyasının vitse prezidenti hansı zavoda “krışa”lıq edir ?
- Brokonyerlerlə Xəzərin kürüsünü talan edən və beynəlxalq yarışlar adı ilə xaricə daşıyan Nemət Pənahov ilə cənab Firdovsi Umudovun işbirliyi olubmu ?
NUH.az
- Yollardakı tıxac probleminin həlli məsələləri
9 yanvar 2025 23:06
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
9 yanvar 2025 22:15
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
9 yanvar 2025 14:48
- İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana GƏLDİ
8 yanvar 2025 12:44
- Moskva susur: Putin qəzada ölənlərə kompensasiya ödəmək istəmir
6 yanvar 2025 16:44
- Gürcüstandа hərbi xidmət 6 АY OLDU - İş yerində maaşı saxlayacaqlar
6 yanvar 2025 14:14
- Seçkiqabağı təşviqat başlayır
6 yanvar 2025 11:57
- Rusiyanın dağılması Çeçenistanla başlaya bilər
5 yanvar 2025 22:54
- Petrosyanı ifşa edən VİDEO : Sabiq prezident Ağdamdakı çıxışında işğalı etiraf etdi
5 yanvar 2025 19:57
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
5 yanvar 2025 13:23
- Yollardakı tıxac probleminin həlli məsələləri
09 yanvar 23:05
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
09 yanvar 22:13
- Putin bizi də, Əsədi də aldatdı...
09 yanvar 21:25
- Çində yayılan virusun çarəsi TAPILDI – Bu vitamini qəbul edənlər yoluxmur
09 yanvar 21:18
- Məhkəmə prezidentin qızı Gülnarə Kərimova ilə bağlı qərar verdi
09 yanvar 20:50
- Bаkıdа narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb
09 yanvar 20:27
- Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus klinikadа nələr .....
09 yanvar 17:46
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
09 yanvar 17:08
- Paşinyanın Azərbaycanla sülhə dair - Təklifləri
09 yanvar 16:27
- İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
09 yanvar 15:53
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
09 yanvar 15:04
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
09 yanvar 14:48
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi YAYDI
09 yanvar 13:15
- Təbrizdə Əliyevlə Ərdoğanın şəkilləri divarlara vuruldu
09 yanvar 12:19
- İlk xarici səfərini Türkiyəyə edəcək
09 yanvar 12:09
- Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş
09 yanvar 11:16
- Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
08 yanvar 23:08
- Bələdiyyə seçkiləri üçün 16 min 148 nəfərin namizədliyi qeydə alınıb
08 yanvar 20:08
- Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı
08 yanvar 19:04
- Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi 1 MİLYONU ƏMİB..))
08 yanvar 17:46
- Qazımız, liftimiz yoxdur, 12-ci mərtəbəyə ayaqla qalxırıq - Kat Holding-in direktoru Elçin Ələkbərovun cinаyət əməlləri
08 yanvar 17:36
- İcra başçısı ilə 3 il QEYRİ-RƏSMİ yaşadıq, obyekti də özü mənə hədiyyə etmişdi
08 yanvar 16:57
- Novruz çərşənbələrinin tarixi açıqlandı
08 yanvar 16:33
- Dünyanın məşhur jurnalı FORBES Veysəloğlu Şirkətlər Qrupundan yazdı
08 yanvar 16:07
- Prezident Maqdalena Qrononu qəbul etdi
08 yanvar 15:13
- Deputatlar Məkkə ziyarətində
08 yanvar 15:05
- Həbs edilən ÇАQQАL ləqəbli diplomatdan nə xəbər? -Vəkil Аdəm Məmmədov niyə susur ?
08 yanvar 14:47
- Şəhər tıxaclarda boğulmağa başlayıb - Prezident
08 yanvar 13:01
- İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana GƏLDİ
08 yanvar 12:44
- Balakəndə ferma YANDI: 5000 cücə TƏLƏF OLDU
08 yanvar 12:26