Məhəmməd Nooyev: “Avarların ayrıca, xüsusı bir problemi yoxdur” - Müsahibə
Azərbaycan-Avar Birliyinin rəhbəri deyir ki, etnik mənsubiyyətlərinə görə problemləri olmasa da, mənsub olduğu xalqın nümayəndəsi dövlətin rəhbər strukturlarında çox az təmsil olunur
Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyev təmsil etdiyi avar icması, eləcə də, gündəmi zəbt edən mövzular ətrafında maraqlı müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir.
- Məhəmməd müəllim, hər şeydən öncə, günümüzün əsas mövzusuna çevrilmiş COVİD-19 virusu haqqında fikirlərinizi bilmək maraqlı olardı. Dünyanı sarmış koronavirus pandemiyasına qarşı Azərbaycan dövlətinin apardığı mübarizənin də şahidiyik.
- Həqiqətən də bu, bütün bəşəriyyət üçün bir nömrəli problemli məsələdir. Azərbaycan da bu bəşəri bəlanın yaratdığı problelmlərlə üz-üzədir. Amma diqqət edəndə görürük ki, ölkəmizdə COVİD-19 virusuna həm yoluxma, həm də ölüm halları əksər ölkələrlə müqayisədə olduqca azdır. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin strateji uzaqgörənliyi burada da özünü göstərdi. Xatırlayırsınızsa, koronavirus Azərbaycanda hələ geniş yayılmamış ölkə başçısı xüsusi tədbirlər planını həyata keçirməyə başladı. Ölkədə önləyici sistemli profilaktik işlər görüldü. Sərhədlər bağlandı, xaricdə təhsil alan və ya işləyən soydaşlarımızın əksəriyyəti ölkəyə gətirilərək karantinə alındı. Xəstəxanalar, həkimlər səfərbər edildi. Yəni Azərbaycan qabaqlayıcı tədbirlərə üstünlük verdiyi üçün bugünkü durumumuz digər ölkələrlə müqayisədə olduqca qənaətbəxşdir. Bu baxımdan biz başqa dövlətlər üçün də örnək olduq. Artıq dünyada koronavirus pandemiyasının müzakirələri zamanı Azərbaycanın müsbət təcrübəsi ayrıca qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə bu haqda müsbət fikirlər deyib, Prezident İlham Əliyevə təşəkkür məktubları göndərib. Nəticə etibarı ilə görülən işlər birmənalı olaraq yüksək səviyyədə həyata keçirilir.
- Bir Azərbaycan vətəndaşı, eyni zamanda avar icmasının rəhbəri kimi, ölkə başçısının strateji uzaqgörənliyi barədə fikirləriniz maraqlı olardı.
- Cənab Prezidentin bir lider kimi bacarığı, yüksək səviyyədə təcrübəsi, çevikliyi Azərbaycanı uzunmüddətli sabitlik zolağında saxlamağa xidmət edir. Eyni zamanda, siyasi komandasını, dövlət işində çalışanları vaxtlı-vaxtında, necə deyərlər, saf-çürük etməsi də ümumi işin uğurunu təmin edir.
Ayrıca qeyd etmək istərdim ki, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da fəaliyyəti bu uğurun tərkib hissəsidir. Prezident İlham Əliyev istər daxildə, istərsə də xaricdə Azərbaycanı nə qədər uğurla təmsil edirsə, Birinci vitse-prezident Mehriban Əliyeva da eyni əzmlə çalışır. Ona görə də, hər ikisi xalq tərəfindən sevilir, lider kimi dəstəklənir.
Burada ayrıca qeyd etmək istərdim ki, ölkə rəhbərliyinin sadə insanlarla səmimi, komplekssiz ünsiyyəti xüsusi olaraq diqqət çəkir. O baxımdan əldə edilən uğurlar heç də təsadüfi deyil.
- Siz Prezidentlə bərabər, Birinci vitse-prezidentin də fəaliyyətinə toxundunuz. Xüsusən də, ölkədəki etnik qruplardan birinin təmsilçisi kimi, Mehriban xanımın fəaliyyətini səciyyələdirən xüsusiyyətlər barədə danışardınız.
- Hörmətli Mehriban xanım bütün Azərbaycan xalqının, o cümlədən də biz avarların sevimlisidir. Onun multikulturalizm, tolerantlıq məsələlərindəki yanaşması nəinki ölkəmiz və xalqımız, deyərdim ki, bütün dünya üçün örnəkdir. Biz avarlar özümüzü ona görə rahat hiss edirik ki, bu ölkəyə məhz Prezident İlham Əliyev rəhbərlik edir, onun ən yaxın köməkçisi isə Birinci vitse-prezident Mehriban xanım Əliyevadır.
Biz Azərbaycan vətəndaşıyıq - azərbaycanlıyıq. Etnik kökənimiz fərqli olsa da, özümüzü bir bütövün tərkib hissəsi kimi görürük. Dövlətimiz və onun liderləri də bizə münasibətdə məhz bu cür davranırlar. Ümumiyyətlə, Azərbaycan elə bir dövlətdir ki, burada etnik mənsubiyyət hansısa problemə səbəb olmur. Bunun da əsas səbəbi hər kəsin özünü tam hüquqlu vətəndaş kimi hiss edə bilməsi üçün yaradılan şəraitdir.
- Dedikllərinizdən belə aydın olur ki, avarların qarşılaşdıqları heç bir problem yoxdur?
- Əlbəttə, avarların da problemləri olmamış deyil. Lakin bu problemlər Azərbaycan xalqının ümumi problemləri sırasındadır. Bizim bir nömrəli problemimiz təbii ki, Ermənistanın işğalı altında olan Vətən torpaqlarımızdır, o torpaqların azad edilməsidir. Biz də bütün Azərbaycan xalqı kimi yurd-yuvasından didərgin salınmış soydaşlarımızın tezliklə evlərinə dönməsini arzu edir və bunun üçün çalışırıq. Avar gəncləri sevə-sevə Azərbaycan ordusunda xidmət edir, şəhid olur, mənfur düşmənimiz ermənilərə qarşı layiqli vətəndaş mövqeyi sərgiləyirlər. Yaxud da ölkədə bəzi məmurların – vəzifəli şəxslərin korrupsiyaya bulaşmasından hamı kimi biz avarlar da əziyyət çəkirik. Təbii ki, cənab Prezidentin bu yöndə atdığı addımları biz də alqışlayırıq. Yəni, demək istədiyim odur ki, avarların problemləri var, lakin həmin problemlər heç də etnik mənsubiyyətlə bağlı deyil. Bizim problemlərimiz də Azərbaycan xalqının hər bir nümayəndəsinin qarşılaşdığı ümumi problemlər sırasındadır. Ümumiyyətlə, avarlar daim Azərbaycan bayrağını uca tutur, dövlətə sədaqətdə öndə gedirlər.
Yadınızda olar, 2015-ci ildə Bakıda keçirilmiş 1-ci Avropa Oyunlarında avar balası Rəsul Çunayevin qızıl medal qazandıqdan sonra bir əsgər kimi Ali Baş Komandan, Prezident İlham Əliyevə doğru hərəkət edərək hərbi salam verməsi bu gün də dillər əzbəridir. Əslində, Rəsulun bu hərəkəti bütün avar gənclərinin dövlətə və dövlətçiliyə nə qədər bağlı olmasının rəmzidir. O baxımdan bizim hər hansı xüsusı problemimizin olduğunu heç kim iddia edə bilməz. Əksinə, biz məhz Azərbaycan vətəndaşı olmağımızla qürur duyuruq.
Yuxarıda bir misal çəkdim, amma bu kimi faktlar çoxdur. Məsələn, 2010-cu ildə Sinqapurda keçirilmiş Gənclər arasında Yay Olimpiya Oyunlarında daha bir avar gəncimizin Azərbaycan bayrağını zirvəyə qaldırması hələ də yaddaşlardadır. Söhbət 42 kq çəki dərəcəsində Olimpiya çempionu olmuş Murad Bazarovdan gedir. Belə misallar çoxdur.
- Bütün bunlar yaxşıdır. Və bir daha göstərir ki, avar gəncləri vətənpərvər və mübariz ruhda yetişdirilir. Amma bu gənclər üçün daha nələrin olmasını istərdiniz?
- Bir az əvvəl söylədiyim kimi, etnik mənsubiyyətimizə görə heç bir problemimiz yoxdur. Hamı kimi avar gəncləri arasında da xaricdə yüksək təhsil alan, lakin hələ də öz ixtisasları üzrə iş tapa bilməyən istedadlı gənclərimiz var. Yaxud da çoxsaylı yetişkən ziyalılarımız arasında Azərbaycan dövlətinə çox gərəkli xidmətlər göstərə biləcək insanlarımız var. Biz düşünürük ki, Prezident İlham Əliyevin də müşavirə və görüşlərdə dəfələrlə vurğuladığı kimi, dövlətimizin daha da inkişaf etməsi məqsədilə ixtisaslı kadrların potensialından istifadə edilməlidir. Bu işə nə qədər tez başlanılsa, bir o qədər də ümumi işin xeyrinə olar. Niyə axı bu insanlar öz potensiallarını Azərbaycanın inkişafına deyil, gedib hansısa xarici ölkə üçün xərcləsinlər?
Bu gün mənsub olduğum avar xalqının həqiqi nümayəndəsi dövlətin rəhbər strukturlarında çox az təmsil olunur. Kimlərsə özünü avar xalqının numayəndəsi kimi sırısa da, reallıqda mənzərə başqadır. İnanıram ki, bu məsələ də cənab Prezident İlham Əliyevin apardığı dərin və hərtərəfli islahatlar çərçivəsində öz müsbət həllini tapacaqdır.
- Siz həm də hakim Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən biri, qurumun Səbail rayon təşkilatı siyasi şurasının üzvüsünüz. Partiya fəaliyyəti ilə bağlı fikirləriniz?
- Əlbəttə, bütövlükdə partiyanın fəaliyyəti barədə rəhbərliyin fikirləri davamlı olaraq geniş ictimaiyyətə çatdırılır. Amma bunu deyə bilərəm ki, bizim partiyamız Azərbaycanda birmənalı şəkildə hələ uzun müddət aparıcı siyasi təşkilat olaraq qalacaq.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, hələ 1993 və 1998-ci illərdə Ulu Öndər Heydər Əliyev prezidentliyə namizəd olarkən, onun təşviqat qrupunun üzvü kimi Balakən və Zaqatala bölgələrində ciddi iş aparmışam. 2003-cü ildəki və sonrakı seçkilərdə də prezidentliyə namizəd İlham Əliyevin uğurlu kampaniyasının aparılmasına birbaşa öz töhfəmi vermişəm. Bu gün də liderimizin ətrafındayıq. Şəxsi qənaətim isə budur ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın liderliyi altında Azərbaycan hələ çoxlu uğurlara imza atacaq.
- Məhəmməd müəllim, yeri gəlmişkən, qarşıdan 15 İyun - Milli Qurtuluş Günü gəlir. Bununla bağlı da fikirlərinizi bilmək maraqlı olardı.
- 15 iyun 1993-cü il Azərbaycanın tarixində sözün bütün anlamlarında xilas günüdür. Mən o dövrdə Balakəndə idarələrın birində rəhbər vəzifədə çalışırdım. Ölkədə və regionlarda gedən proseslərin canlı şahidiyəm. Bütün bölgələrdə olduğu kimi bizim bölgədə də hərc-mərclik baş alıb gedirdi. Vəziyyət olduqca mürəkkəb və kritik idi. Yadımdadır, həmin ərəfədə Ulu Öndər Heydər Əliyev xalq tərəfindən dəvət edilməsəydi Azərbaycan bir dövlət kimi darmadağın edilərək vilayətlərə bölünəcəkdi. Heydər Əliyevin gəlişi ölkəni bəladan xilas etdi. İş elə gətirdi ki, o zaman məni “Azərittifaq”ın mərkəzi aparatına rəhbər vəzifəyə işə dəvət etdilər. Bakıda vəziyyət olduqca ağır idi. Şəhərdə ərzaq qıtlığı, çörək növbələri hökm sürürdü, silahlı dəstələr dolaşırdı. Sonra mənim MDB ölkələri ilə yaxşı əlaqələrimin olduğunu nəzərə alaraq Taxıl Məhsulları Dövlət Şirkətinə məsul vəzifəyə gətirdilər. Quruma Kamil Məmmədov rəhbərlik edirdi. Burada mən şöbə müdiri və sədrin köməkçisi işlədim. Ölkədə ciddi taxıl, un, çörək qıtlığı yaranmışdı, bir neçə günlük taxıl ehtiyatı qalmışdı. Mən bu fikirləri ilk dəfədir ki, söyləyirəm. Ulu Öndər demək olar ki, hər gün bir neçə dəfə Şirkətin rəhbəri ilə əlaqə qurardı. Bəzən rəhbərlik yerində olmayanda telefon zənginə mən cavab verməli olurdum və məndən “oğlum, filan dəyirmanın anbarında nə qədər taxıl ehtiyatımız var”, - deyə soruşardı. Əlbəttə, bu mənim üçün həyatımda böyük məsuliyyət idi və mən qürur hissi keçirirdim. O çətin vaxtlarda mən ilin beş-altı ayı ölkədə olmurdum. Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanda ezamiyyətdə olurdum. Vəziyyətin gərginliyi taxıl məhsullarının ölkəyə gətirilməsini çətinləşdirir, Şimali Qafqazdakı silahlı qruplaşmalar dəmir yolunun işləməsinə imkan vermirdi. Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin nəticəsi olaraq Avropa Birliyinin xətti ilə Azərbaycana edilən yardım ölkəmizi bu çətin vəziyyətdən çıxardı. Bəli, Heydər Əliyev xilaskardır. Onun adı tarixdə məhz belə qalacaq.
- Elm və Təhsili Nazirliyi 77 milyonluq hazır yemək alır
15 yanvar 2025 19:27
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 2025 20:52
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 2025 16:32
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 2025 13:27
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 2025 12:26
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 2025 10:42
- AZAL təyyarəsində sağ qalan sərnişin İLK DƏFƏ NƏLƏR DАNIŞDI - VİDEO
12 yanvar 2025 17:55
- İranda uşaq bağçalarında ingilis dili QADAĞAN EDİLDİ
12 yanvar 2025 16:37
- 1 qutu siqaretə və 1 şilləyə görə 3 il həbs cəzası - 25 yaşlı Məhəmmədin işi
11 yanvar 2025 22:28
- Ukrayna məsələsində Putinə güzəşt olmayacaq - Trampdan sərt açıqlama
11 yanvar 2025 19:44
- Sənubər Nəzərova departament rəhbəri təyin edildi
16 yanvar 11:35
- 21 ildən sonra İLK DƏFƏ - Ərdoğan onu Türkiyəyə çağırdı
16 yanvar 11:24
- Tatar qızı deyilmiş – SSRİ-nin idarə edən ərini idarə edən Raisa Qorbaçova...
16 yanvar 11:13
- Səfirimiz Nəsimi Ağayev Almaniya Prezidenti ilə görüşə belə qatıldı - Foto
15 yanvar 20:53
- 94 yaşlı Nəriman Həsənzadə əməliyyat olundu - Foto
15 yanvar 19:39
- Elm və Təhsili Nazirliyi 77 milyonluq hazır yemək alır
15 yanvar 19:27
- Məktəblərdə TELEFON qadağan edildi
15 yanvar 19:16
- Azərbaycan Ordusunun əsgəri odlu silahla özünü öldürdü - Cinayət işi başlandı
15 yanvar 18:51
- Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
15 yanvar 18:37
- Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı- Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
15 yanvar 18:30
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32