"Elçibəy mənə səhiyyə naziri vəzifəsini təklif etdi, İsa Qəmbər mane oldu"
Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin mediaya son müsahibəsinin rezonans; davam edir. Sabiq nazir müavini həmin müsahibəsində 1992-93-cü illərdə KQB arxivlərinin açılması məsələsindən tutmuş 4 iyun Gəncə qiyamına qədər bir çox mövzulara toxunub.
“AzPolitika.info” S.Əkbərin adını çəkdiyi şəxslərdən biri – həmin dövrdə Ali Sovetin sədri və Prezident səlahiyyətlərini icra edən professor Yaqub Məmmədovun fikirlərini öyrənib.
Muxalifet.az həmin müsahibəni təqdim edir:
- Yaqub müəllim, Sülhəddin Əkbər məlum müsahibəsində sizdən də bəhs edib. Onun təyinatını siz imzalamısınız. Bu haqda nə deyə bilərsiniz?
- Onun müsahibəsində bəzi məqamlar var ki, düz demir. Sülhəddin Əkbər həkimdir və mən onu yaxşı tanıyıram. Onun namizədliyini rəhmətlik Afiyəddin Cəlilov irəli sürmüşdü. Mən də onu bəyənmişəm və təyin etmişəm. Müsahibəsində qeyd edib ki, guya İsa Qəmbər və ya başqa bir nəfər onun namizədliyini irəli sürüb. Qətiyyən belə bir şey olmayıb. Onun namizədliyini rəhmətlik Afiyəddin müəllim irəli sürüb, məndən xahiş edib. Mən də onu nazir müavini təyin etmişəm.
Üzərindən 27 il keçdikdən sonra belə deyirlər ki, guya Yaqub Məmmədov Əbülfəz Elçibəyə deyib ki, İsgəndər Həmidov sizin namizəd kimi Daxili İşlər naziri təyin olunub, Milli Təhlükəsizlik nazirini də mən təyin edim. Qətiyyən belə şeylər olmayıb.
- Bəs necə olub?
- Mən onlara dedim ki, onsuz da icra hakimiyyəti orqanlarını götürmüsünüz. Özünüz kimi istəyirsiniz təyin edək. Elçibəy dedi ki, Milli Təhlükəsizlik naziri ölkənin birinci şəxsinin tanıdığı adam olmalıdır. Ölkənin birinci şəxsi, Yaqub bəy, sizsiniz və bu posta öz namizədinizi təklif edin. Mən də bir neçə təklif irəli sürdüm, bəyənmədilər. Çünki bu adamlar mitinqlər zamanı onlarla hansısa formada üz-üzə gəlmişdi. Sonradan Fəxrəddin Təhməzovun adını çəkdim. Onu tanımırdılar deyə heç kəs etiraz etmədi. Əbülfəz bəy xahiş etdi ki, onu dəvət edin, görək kimdir. Dəvət etdim, bir az söhbət etdikdən sonra Əbülfəz bəy onu bəyəndi və dedi ki, nazir təyin etmək olar. Hadisə bu cür olub. Amma Sülhəddin Əkbər müsahibəsində qeyd edib ki, guya mən demişəm Milli Təhlükəsizlik naziri vəzifəsinə mən öz adamımı təyin edəcəyəm. Bunların hamısı yalandır.
- Hər halda, Fəxrəddin Təhməzov sizin namizəd olub...
- Elçibəy təkid etdi ki, bu posta namizədlə bağlı mütləq mən təklif irəli sürməliyəm. Mən də bir neçə nəfəri təklif etdim, o cümlədən də Təhməzovu. Digər namizədləri cəbhəçilər tanıdıqları üçün etiraz etdilər. Çünki o şəxslər Milli Təhlükəsizlik Nazirliyində rəhbər postlar tuturdular və görünür, müxalifətin tədbirlərində bunlara mane olmuşdular. Təhməzovu isə tanımırdılar. Onunla görüşdükdən sonra razılıqlarını veriblər.
O vaxt hakimiyyəti faktiki olaraq, müxalifət zəbt etmişdi. Mütəllibov getmişdi, Ali Sovet və Prezident Aparatı onların nəzarətində idi. Mən də istefa vermək istəyirdim, amma onlar məni buraxmaq istəmirdilər. Deyirdilər ki, siz oturun, bizə lazımsınız, sizinlə işləyəcəyik və s. Ancaq sonra mənim razılığım olmadan mayın 18-də Ali Sovetin sessiyasının iclasını çağırıb məni vəzifədən azad etdilər. Bununla da məsələ bitdi. Amma mənə məlum idi ki, cəbhəçilərlə kommunistlər separat danışıqlar aparmışdılar. Türkiyənin Azərbaycandakı səfiri də burada böyük rol oynamışdı. Yəni məqsəd bu idi - “hakimiyyəti birdəfəlik zəbt edək və məsələ qurtarsın” . Bunu da etdilər.
- Sizcə, bu doğru qərar idi?
- Elə böyük səhv etdikləri üçün də bir ildən artıq otura bilmədilər... Bir ayın içərisində vəzifədə olan, işləri apara bilən şəxslərin hamısını dəyişdilər. Vəzifələrə təcrübəsiz, əhali arasında nüfuzu olmayan şəxsləri, bacarıqsız insanları gətirdilər. Onlar da xalqla işləyə bilmədilər və sonu da belə oldu.
- Mayın 18-də Sizi işdən azad etdikdən sonra AXC-nin rəhbərliyi ilə kontaktınız oldumu?
- Əslində, mənim cəbhəçilərlə çox yaxşı münasibətlərim olub. Əvvəl də, sonra da. Amma onlar hakimiyyətə gəldikdən sonra mənimlə bütün əlaqələri kəsdilər. Mənim səhhətim yaxşı deyildi. Vəzifədən azad ediləndən 5-10 gün sonra getdim İsa Qəmbərin qəbuluna. Əbülfəz Elçibəy də orada idi. Mənə müəyyən vəzifələr təklif etdilər. Elçibəy də İsa Qəmbərə dedi ki, Yaqub Məmmədovu təyin edin, gedib işləsin, Yaqub bəy bizə lazımlı adamdır və s. Ancaq sonra təyinat olmadı.
- Elçibəy Sizə hansı vəzifəni təklif etmişdi?
- Səhiyyə naziri vəzifəsini təklif etdi.
- Belə çıxır ki, Elçibəy Sizin Səhiyyə naziri vəzifəsini tutmanızı istəyib, ancaq İsa Qəmbər bunun əleyhinə olub?
- Faktiki belə oldu. Elçibəy İsa Qəmbərə dedi ki, fərmanını verin, təyin edin. İsa Qəmbər isə dedi ki, Yaqub bəy sabah saat 11-də mənimlə əlaqə saxlasın, həll edək. O sabah bu sabaha qədər gəldi, amma heç nə olmadı. Sonra da nə mənim zəngimə cavab verən oldu, nə də məni qəbul edən.
- AXC-nin hakimiyyətdən getməsinə səbəb olan 4 iyun qiyamı ətrafında hələ də müzakirələr gedir. Sizcə, həmin qiyam niyə baş vermişdi?
- Açığı, Sülhəddin Əkbərin dediklərinin hamısına qulaq asmadım. Bir hissəsini dinlədim, sonra qulaq asmadım. Odur ki, bir şey deyə bilmərəm. O zaman qarışıq bir dövr idi, bilinmirdi ki, kim nəyə xidmət edir. Əslində, bunun əsası yanvar ayında qoyulmuşdu. Onların öz arasında münaqişə başlamışdı. Rəhim Qazıyev Müdafiə naziri postundan istefa vermişdi, sonra Surəti təyin etmək istəyirdilər, daha sonra bəyanat verdilər ki, Surət Hüseynov vətən xainidir və s.
- Qiyam və hakimiyyətin itirilməsi təcrübəsizliyin nəticəsi idi, yoxsa həqiqətən onların qarşılarında böyük güclər dayanmışdı?
- Həm təcrübəsizlikdən irəli gəldi, həm də ətraf dövlətlərlə münasibətləri düzgün qura bilməmələrindən. Ümumiyyətlə, bunun səbəbləri çoxdur. Daxildə və xaricdə müəyyən səhvlər etdilər və bu səbəbdən də hakimiyyətdən gedəsi oldular. Onlar daxildə müxalifətlə də dil tapa bilmədilər, onlarla birlikdə olan qüvvələr də parçalandı.
- Sülhəddin Əkbər iddia edib ki, AXC hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslər arasında Rusiyaya işləyən agentlər olub. Sizin bu barədə hər hansı bir informasiyanız olubmu?
- Mənim faktım olmadığına görə, konkret ad çəkib kimisə ittiham edə bilmərəm. Sülhəddin Əkbər o proseslərdə olub, ona görə də nələrsə deyə bilər. Mən yalnız özüm haqqında danışa bilərəm. Mən nə xarici, nə də daxili kəşfiyyatın, yaxud kənar dövlətin adamı olmamışam. Hər hansı bir siyasi qüvvənin də nümayəndəsi olmamışam. Bitərəf adam kimi Ali Sovetə seçilmişdim. Sona qədər də neytral mövqeyimi, hər kəslə normal münasibətlərimi saxladım.
Təbii ki, istər xarici ölkələrin, istərsə də ölkə daxilindəki qüvvələrin öz maraqları var. Amma mən deyə bilmərəm ki, onların daxilində xarici kəşfiyyat orqanlarının agentləri olub və ya olmayıb. Mənim əlaqəm olmayıb, ona görə də bu haqda məlumatım yoxdur.
- Bu arada arxivlərin açılması məsələsi də müzakirə edilir. Sizcə, arxivlər açılmalı idimi?
- Bax, bu çox maraqlıdır. Onlar hakimiyyətə gəlmişdilər. Bəs nədən arxivləri açmadılar?
- Açmalı idilərmi?
- Hər halda öz daxillərində əgər agentlər vardısa, bunu bilməli idilər. İndi də qəribədir ki, konkret bir nəfərin adını çəkmirlər, amma deyirlər ki, belə adamlar olub. Bunun özü də maraqlıdır. Deyirdilər ki, arxivlər açılsa, aləm bir-birinə dəyər. Hər halda açmadılar. Bir il hakimiyyətdə oldular və prinsipcə aça bilərdilər. Görünür, arxivlərin açılmasına mane olanlar olub.
- Sizə Prezident səlahiyyətlərini icra etdiyiniz dövrdə məruzə edilirdimi ki, filankəs agentdir, başqa dövlətə işləyir və sair?
- Mənə bu xarakterli məruzələr edilməyib. Mənə ölkədə olan vəziyyət, siyasi proseslərlə bağlı məruzə olunurdu. Ancaq kiminsə xarici kəşfiyyata işləməsinə dair məruzə olmamışdı.
- Prezident səlahiyyətlərini icra etdiyiniz dövrdə cəbhəçilər sizə rəqib hesab olunurdu. Niyə onları araşdırıb barələrində konkret informasiya əldə etmədiniz, axı belə imkanlarınız var idi...
- Mən qısa müddətdə Prezident səlahiyyətlərini icra etdiyim üçün siz deyən vaxtım olmadı ki, araşdırma aparım və kimin hara xidmət etdiyi haqda məlumat əldə edim. İki ay yarım ərzində bunu etmək mümkün deyildi. Heç bilmirdim ki, Milli Təhlükəsizlik nazirinin özü kimdir, kimə qulluq edir. Bunlar üçün vaxt lazım idi. Mən durub havadan deyə bilməzdim ki, filankəs agentdir...
- Əbülfəz Elçibəy haqqında düşüncələriniz də maraqlıdır...
- Elçibəy çox təmiz və müsbət adam idi. Sözsüz ki, onun idarəetmə təcrübəsi yox idi və özü də bunu etiraf edirdi. Ancaq təmiz, əqidəli və millətini istəyən şəxs idi. Mən Elçibəylə dəfələrlə söhbət etmişəm, o da mənə hörmətlə yanaşırdı.
Amma dövlət başçısı onun-bunun təklifi ilə addımlar atmalı deyil. Dövlət başçısı müstəqil olmalı, kənar təsirlərin qarşısında durmağı bacarmalıdır. Onların hakimiyyəti dövründə vəziyyətin necə olduğu göz önündə idi. Çox adam özünü Prezident kimi görürdü və aparırdı. Dövlətdə belə hallar yolverilməzdir.
Əslində çox maraqlıdır ki, o dövrlə bağlı müzakirələrdə mənim adımı sistematik şəkildə çəkmirlər. Məni unudurlar. İndi də mənim adımı çəkməkdən ehtiyat edirlər. Hamıdan danışırlar, amma mənim adım yoxdur.
- Sizcə niyə?
- Unutdururlar ki, ümumiyyətlə belə adam yoxdur. Bunun səbəbi odur ki, mən onların adamı olmamışam. Bir vaxtlar Pənah Hüseynovun “Yeni Müsavat” qəzetində xatirələri çap olunurdu. Xatirələrində yazırdı ki, biz çox maraqlandıq ki, Yaqub Məmmədov kimin adamıdır, xarici dövlətlərin, yoxsa daxildəki siyasi qüvvələrin, məlum oldu ki, heç kəsin adamı deyil. Doğrudan da mənim haqqımda obyektiv yazmışdı. Həqiqətən mən nə xarici dövlətlərin adamı idim, nə də daxildəki siyasi qruplaşmaların. Mən xalqın adamı idim. Vəssalam.
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 2024 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Almaniyada MATƏM elan edildi
21 dekabr 2024 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 2024 13:38
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 2024 20:24
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11