- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
"Sülhəddin Əkbər hətta Heydər Əliyevdən Naxçıvan MTN-in şefi təyin olunmasını xahiş etmişdi"
Cəmiyyət6 iyun 2020 23:12
Arif HACILI: “Sülhəddin Əkbərin susması bəzi həqiqətlərin deyilməsinə mane olurdu…”
İndi də özümüz üçün müəyyən etdiyimiz müəyyən tabular var.
Amma son günlərdə dediklərinin bir qismi barədə bildiyim həqiqətləri açıqlamağım vacib oldu.
MTN nazirinin 1- ci müavinliyinə namizədliyinin irəli sürülməsindən xəbərsiz olması, hazır olmadığı halda bu vəzifəyə təyin olunması barədə dedikləri həqiqətə uyğun deyil.
1991-ci ildən Bakıda evi olmayan Milli Məslis üzvlərinə Moskva otelində otaqlar ayrılmışdı. Yaşayış yerimiz bu mehmanxana idi. Orada daim siyasi müzakirələrimiz, ölkənin gələcəyi barədə söhbətləriniz olurdu.
Sülhəddin Əkbər MTN işinə çox maraq göstərirdi. Hətta Naxçıvanda Milli Məclis sədri olan Heydər Əliyevin qəbulunda olub ondan Naxçıvan MTN naziri təyin olunmasını xahiş etmiş, Heydər Əliyev buna razı olmamışdı.
O dövrdə normal münasibətlərimiz vardı. Ən böyük arzusu MTN naziri olmaq idi və bunu məndən gizlətmirdi.
Həm də MTN naziri olarsa, Azərbaycan üçün böyük işlər görə biləcəyini deyirdi. 1992-ci may 15-16 may günlərində Ali Sovetin binasındakı prezident otağında o vaxt Ali Sovetin sədri və prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovla vəziyyəti normsllaşdırmaq üçün kadr dəyişiklikləri məsələlərini müzakirə edirdik.
GörüşdəYaqub Məmmədov, Əbülfəz Elçibəy, İsa Qəmbər, İskəndər Həmidov, Afiyəddin Cəlilov, mən və səhv etmirəmsə Pənah Hüseyn iştirak edirdi.
İskəndər Həmidovun DİN naziri vəxifədinə namizədliyi yekdil qəbul olundu. Baş prokurorun dəyişdirilməsi məsələsi müzakirə olunmadı. Çünki hələ 7 iyun seçkilərinə təqribən 2 aya yaxın müddət qalmış o dövrün Baş Prokuroru Murad Babayevlə Elçibəyin yaşadığı konspirativ mənzildə görüşlərini təşkil etmişdim. Elçibəy prezident seçiləyi təqdirdə, onu vəzifəsində saxlayacağını demişdi. MTN nazirinin təyinatı məsələsi mübahisə yaratdı. Mən Sülhəddin Əkbərin namizədliyini irəli sürdüm.
Yalnız Afiyəddin Cəlilov özünəməxsus jestləri ilə bu təklifə dəstək verdi. İskəndər Həmidov açıq şəkildə etiraz etdi. Elçibəy Namiq Abbasovun namizədləyini irəli sürdü, İskəndər Həmidov ona da qəti etiraz etdi. Dəstək verən də olmadı.
Sonda Yaqub Məmmədov Fəxrəddin Təhməzovun namizədliyini irəli sürdü. Bu namizədə İskəndər bəy də ciddi dəstək verdi. Təyinatları prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov edəcəkdi. Fərmanları o imzalayacaqdı Ona görə də ciddi mübahisə etmədən bu namizədə razılıq verildi. Belə olan halda mən Sülhəddin Əkbərin nazirin birinci müavini təyin olunmasını tələb etdim.
Etiraz olmadı. Eyni zamanda, tələb etdim ki, onun namizədliyi də Milli Məclisdə təsdiq olunsun. Sülhəddin Əkbər Azərbaycan tarixində təyinatı parlament tərəfindən təsdiq olunan yeganə nazir müavinidir. Bu necə olub, kim bu təklifi verib, bunları da əla bilir. 15 may məxməri inqilabı haqqında öz rolu barədə dedikləri də həqiqətə uyğun deyil. Mütəllibovun Şuşanın işğalından istifadə edərək hakimiyyətə qayıtmasına qarşı mübarizə AXC-də vahid mövqe idi. Hələ mayın 13-də əgər 14 may sessiyasında belə cəhd olarsa AXC-nin bununla barışmayacağı, konstitusiyanı müdafiə hərəkatı başlayacağı barədə ilk qərarımız olub. Həmin gün AXC Ali Məclisinin sədri kimi mənim və AXC İcraiyyə Komitəsin sədri Pənah Hüseynin AXC qərargahında mətbuat konfransımız oldu.
Həmin qərarımız bu mətbuat konfransında elan edilib. Bu mətbuat konfransı barədə məlumat o dövrün əksər mətbuat orqanlarında, eyni zamanda beynəlxalq mətbuatda geniş yayılıb. Mayın 14-də AXC qərargahında AXC Rəyasət Heyəti, AXC İcrayyə Komitəsi və və deputat blokumuzun birgə iclası keçirilib. İclasa mən sədrlik edirdim. Orada Konstitusiyanı müdafiə hərəkatı elan edildi. AXC qəragahı qarşısında fasiləsiz mitinqlərə başlanması və 15 may günü qərargah qarşısından Ali Sovet üzərinə yürüş edilməsi barədə qərar qəbul olundu.
30-40 nəfərədək hərəkat liderinin iştirak etdiyi bu toplantıda yalnız 3 nəfər bu qərarın əleyhinə səs verdi. Sülhəddin Əkbər deyir ki, həmin dövrdə artıq AXC üzvü deyildi. Hətta AXC üzvü olmayan bir şəxsin AXC-nin qərarını qəbul etdiyi qərarı öz adına bağlaması absurd deyilmi? O dövrdə mətbuat konfransları keçirilib, AXC qərargahı, Ali Sovetin binası, Azərbaycan televiziyasında hərəkat liderlərinin çoxlu çıxışları, çağırışlrı olub.
Onun bu məsələlərdə hansısa xüsusi fəallığını xatırlamıram. MTN arxivlərinin açılmasına guya Elçibəy hökumətinin, hətta Elçibəyin özünün mane olması barədə deyilənlər də həqiqətə uyğun deyil. Çünki hər dəfə arxivlərin açılması məsələsi qaldırılanda buna ən çox mane oıan o özü olub. Bildirirdi ki, əgər arxivlər açılsa MTN iflic vəziyyətinə düşəcək. Yeni agentura seti yaratmaq mümkün olmayacaq. Bu məsələni qaldırmamağı bir çoxlarından şəxsən xahiş edib. Mənim heç olmasa yüksək dövlət vəzifələrində olanlar barədə məlumatların açıqlanması təklifimə də qarşı çıxıb.
Bu müzakirələr publik olub. Yəqin ki, Milli Məclisin stenoqramlarında qalır. O dövrün mətbuatında da bu barədə yazıların qalmaması mümkün deyil. Absurd iddialardan biri də arxivlə tanış olmaq imkanının olmadığı halda kimlərinsə dosyelərinin guya Elçibəyə təqdim etməsi, prezidentin isə bu barədə tədbir görməməsi iddiasıdır.
Əslində isə Elçibəyi narazı salan Sülhəddin Əkbərin güc nazirliklərini birləşdirib Təhlükəsizlik Şurası yaratmaq və onu həmin şuraya rəhbər, Təhlükəsizlik Şurası Katibi rəyin etməsi barədə təklifi idi. Həmin təklifin, həm də Elçibəy komandasının əsais fiqurlarına yox, məhz ona etimad göstərilməsinin vacibliyi, hətta yerliçilik kontekstində deyilməsi prezidenti çox narazı salmışdı. Füzuli rayonunda İsa Qəmbərin müdafiə naziri təyin olunması ilə bağlı söhbətdə mən də iştirak etmişəm.
Bu söhbət həqiqətən olub. Həmin dövrdə Kəlbəcər işğal olunmuşdu. Füzuli və bir neçə rayonumuz işğal təhlükəsi altında idi. İsa Qəmbərin təklifi əslində bu çətin dövrdə məsuliyyəti üzərinə götürmək, üstün və daha asan parlament sədri vəzifəsindən daha çətin və məsuliyyətli vəzifəyə keçmək təklifi idi. Elçibəy bu təklifə qarşı çıxmadı. O hesab edirdi ki, parlamentin sədrliyi çox mühüm məsələdir. İsa Qəmbərin bu vəzifədə olması daha vacibdir. Onu əvəz edəcək Milli Məclis üzvü kim ola bilər? Elçibəyi bu sual düşündürürdü. Sülhəddin Əkbər Afiyəddin Cəlilovun adını çəkdi. Elçibəy dedi ki, əgər Arif Hacılını parlamentin sədri seçə bilərsinizsə, İsa Qəmbəri Müdafiə Naziri rəyi edərəm. Söhbət belə yekunlaşdı.
O söhbət zamanı Azadlıq qəzetinin əməkdaşı İsrail Musayev də orada idi. Çəkiliş aparırdı. Bəlkə də həmin çəkiliş indi onun arxivindədir. Orada Sülhəddin Əkbərin Müdafiə nazirinin müavini olmadı söhbətini xatırlamıram. Yəqin ki, ola da bilməzdi. Çünki o, elə güc nazirliklərinin birinində mazirin 1-ci müavini idi. Yaxın zamanlarda nazir, hətta güc mazirlikləti üzərində Təhlükəsizlik Şurası Katibi təyin ediləcəyini gözləyirdi. Əslində bu həqiqətlər Elçibəy hökumətində yüksək dövlət rəhbərliyində olanların əksəriyyətinə məlumdur.
Daha vacib işlərin olduğu indiki dövrdə Rəsulzadənin portretinin altından durub, Rəsul Quliyevin portretinin altında əyləşməyi özünə rəva bilmiş bir siyasət adamının dediklərinə əhəmiyyət verməmək də olardı…
…Elçibəyin Rusiyanın planını həyata keçirməkdə ittiham edilməsinə, bütövlükdə Azərbaycan Xalq Hərəkatının tarixinə çamur atılmasına əhəmiyyət verməmək isə mümkün deyil.
Arif HACILI,
Sabiq dövlət müşaviri, eks-deputat, Müsavat Partiyasının başqanı
Oxşar xəbərlər
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 2024 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 2024 12:59
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 2024 12:00
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 2024 21:00
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 2024 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 2024 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 2024 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
Xəbər lenti
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
Video & Fotoqalereya
Video
Fotoqalereya